21/11/2017 21:11
728 x 90

Azərbaycan və Ermənistan prezidentləri payızda görüşə bilər...

img

Payızda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tuta bilər.

Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan “P-Evolyusiya” telekompaniyasına müsahibəsində deyib. Onun sözlərinə görə, bu barədə həmsədrlərlə bir neçə həftə öncə razılıq əldə olunub.

Lakin erməni prezidenti onu da deyib ki, danışıqlardan heç nə gözləmir. Onun sözlərinə görə, görüşün baş tutması üçün hazırlıq mərhələsi olmalıdır. Hazırlıq mərhələsi isə konkret təkliflərin verilməsini nəzərdə tutur ki, belə təkliflər yoxdur.

Sarkisyan deyib ki, xüsusi bir gözləntiləri olmasa da, görüş payızda baş tuta bilər.

Son xəbərlər