21/07/2017 22:38
728 x 90

KİV DF-nin Əmək və Əha­li­nin So­si­al Mü­da­fiə­si Na­zir­li­yi ilə bir­gə ke­çir­di­yi jur­na­list ya­zı mü­sa­bi­qə­si­nin nə­ti­cə­lə­ri açıq­lan­dı - FOTO

img

İyu­lun 14-də Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun Əmək və Əha­li­nin So­si­al Mü­da­fiə­si Na­zir­li­yi ilə bir­gə ke­çir­di­yi "Özü­nü­məş­ğul­luq - öz məş­ğul­lu­ğu­nu qur və ai­lə biz­ne­si­nə yi­yə­lən" möv­zu­sun­da fər­di jur­na­list ya­zı­la­rı mü­sa­bi­qə­si­nin nə­ti­cə­lə­ri açıq­la­nıb, qa­lib­lər mü­ka­fat­lan­dı­rı­lıb.

Təd­bir­də əmək və əha­li­nin so­si­al mü­da­fiə­si na­zi­ri Sə­lim Müs­lü­mov, Fon­dun ic­ra­çı di­rek­to­ru Vü­qar Sə­fər­li, Mət­bu­at Şu­ra­sı­nın səd­ri, Mil­li Məc­li­sin de­pu­ta­tı Əf­la­tun Ama­şov, ha­be­lə öl­kə­nin 20-dək apa­rı­cı küt­lə­vi in­for­ma­si­ya va­si­tə­si­nin rəh­bər­lə­ri və qa­lib jur­na­list­lər iş­ti­rak edib.

Əmək və əha­li­nin so­si­al mü­da­fiə­si na­zi­ri Sə­lim Müs­lü­mov təd­bir iş­ti­rak­çı­la­rı­nı sa­lam­la­ya­raq Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin "Əha­li­nin özü­nü­məş­ğul­lu­ğu­nun tə­min olun­ma­sı sa­hə­sin­də əla­və təd­bir­lər haq­qın­da" 7 ap­rel 2016-cı il ta­rix­li Sə­rən­ca­mı əsa­sın­da hə­ya­ta ke­çi­ri­lən özü­nü­məş­ğul­luq proq­ra­mı­nın so­si­al-iq­ti­sa­di əhə­miy­yə­tin­dən söz açıb. Na­zir bil­di­rib ki, Fond­la bir­gə ke­çi­ri­lən mü­sa­bi­qə­nin məq­sə­di proq­ra­mın ic­ra­sı nə­ti­cə­sin­də iş­siz və işax­ta­ran şəxs­lə­rin ai­lə əmə­yi­nə əsas­la­nan fər­di tə­sər­rü­fat­la­rı­nı qu­ra­raq özü­nü­məş­ğul­luq im­kan­la­rı­na yi­yə­lən­mə­si is­ti­qa­mə­tin­də apa­rı­lan iş­lə­rin ic­ti­ma­iy­yə­tə dol­ğun və ob­yek­tiv şə­kil­də çat­dı­rıl­ma­sı­dır: "Öl­kə­də iq­ti­sa­di şa­xə­lən­dir­mə­nin sü­rət­lən­di­ril­mə­si, ye­ni sə­na­ye zo­na­la­rı­nın ya­ra­dıl­ma­sı, ənə­nə­vi kənd tə­sər­rü­fa­tı sa­hə­lə­ri­nin in­ki­şaf et­di­ril­mə­si nə­ti­cə­sin­də ye­ni iş yer­lə­ri­nin ya­ra­dıl­ma­sı­nın dai­mi pro­se­sə çev­ril­mə­si əmək ba­za­rın­da sa­bit­li­yə, iş­siz­li­yin aşa­ğı sə­viy­yə­də sax­lan­ma­sı­na şə­ra­it ya­ra­dıb. Ey­ni za­man­da döv­lət baş­çı­sı­nın so­si­al mə­su­liy­yə­tin bö­lüş­dü­rül­mə­si tə­şəb­bü­sü çər­çi­və­sin­də hə­ya­ta ke­çi­ri­lən ak­tiv məş­ğul­luq təd­bir­lə­ri əha­li­nin məş­ğul­luq im­kan­la­rı­nın ar­tı­rıl­ma­sın­da mü­hüm rol oy­na­yır".

S.Müs­lü­mov əmək re­surs­la­rı­nın sə­mə­rə­li məş­ğul­lu­ğu­nun tə­mi­na­tın­da döv­lət baş­çı­sı­nın "Əha­li­nin özü­nü­məş­ğul­lu­ğu­nun tə­min olun­ma­sı sa­hə­sin­də əla­və təd­bir­lər haq­qın­da" 7 ap­rel 2016-cı il ta­rix­li Sə­rən­ca­mı­nın ye­ni im­kan­lar aç­dı­ğı­nı diq­qə­tə çat­dı­rıb. Na­zir bil­di­rib ki, sə­rən­ca­ma əsa­sən ic­ra olu­nan özü­nü­məş­ğul­luq proq­ra­mı yer­li və bey­nəl­xalq prak­ti­ka­da həm so­si­al, həm iq­ti­sa­di ba­xım­dan özü­nü uğur­la doğ­rul­dan özü­nü­məş­ğul­luq ami­li əsa­sın­da döv­lət məş­ğul­luq si­ya­sə­ti­nin da­ha da güc­lən­mə­si­nə sə­bəb olub. S.Müs­lü­mov bil­di­rib ki, Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­yev Na­zir­lər Ka­bi­ne­ti­nin 2017-ci ilin bi­rin­ci ya­rı­sı­nın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın ye­kun­la­rı­na və qar­şı­da du­ran və­zi­fə­lə­rə həsr olu­nan ic­la­sın­da bu proq­ra­mı ye­ni­lik və ye­ni tə­şəb­büs ki­mi qiy­mət­lən­di­rib.

S.Müs­lü­mov ha­zır­da iş­siz və işax­ta­ran və­tən­daş­lar tə­rə­fin­dən özü­nü­məş­ğul­luq proq­ra­mı­na bö­yük ma­raq ol­du­ğu­nu və iş­siz­lik­dən sı­ğor­ta sis­te­mi­nin tət­bi­qi­nin bu proq­ra­mı gə­lə­cək­də da­ha ge­niş müs­tə­vi­də tət­biq et­mə­yə im­kan ve­rə­cə­yi­ni bil­di­rib. Na­zir qeyd edib ki, sə­rən­ca­mın ic­ra­sı­na ha­zır­lıq iş­lə­ri Bey­nəl­xalq Əmək Təş­ki­la­tı ilə əmək­daş­lıq çər­çi­və­sin­də mər­hə­lə­li şə­kil­də hə­ya­ta ke­çi­ri­lib: "Proq­ram­da iş­ti­rak üçün mü­va­fiq tə­lim kurs­la­rı­nı bi­tir­miş və biz­nes-plan­la­rı uğur­lu he­sab edi­lən 1400 nə­fər mü­əy­yən olu­nub. On­lar­dan 322 nə­fə­ri qa­dın­lar, 303 nə­fə­ri gənc­lər­dir. Bu proq­ram­dan əv­vəl özü­nü­məş­ğul­luq üz­rə ic­ra olun­muş və uğur­la nə­ti­cə­lən­miş iki pi­lot la­yi­hə­dən bi­ri məhz əlil­li­yi olan şəxs­lə­ri əha­tə et­miş­di. Müs­bət hal­dır ki, ha­zır­kı özü­nü­məş­ğul­luq proq­ra­mın­da iş­ti­rak hü­qu­qu qa­za­nan­lar sı­ra­sın­da da 51 nə­fər əlil­li­yi olan şəxs var. Be­lə­lik­lə, ca­ri ilin fev­ra­lın­dan uğur­lu biz­nes-plan­la­ra ma­lik iş­siz və işax­ta­ran şəxs­lə­rin ak­tiv­lər­lə tə­mi­na­tı­na baş­la­nıb. Ar­tıq  810 nə­fə­rə ak­tiv­lər ve­ri­lib. On­lar bu ak­tiv­lər he­sa­bı­na ai­lə əmə­yi­nə əsas­la­nan fər­di tə­sər­rü­fat­la­rı­nı qu­rub. Ak­tiv­lə­rin ve­ril­mə­si pro­se­si­nin gə­lən ay ye­kun­laş­dı­rıl­ma­sı plan­laş­dı­rı­lır".

S.Müs­lü­mov bil­di­rib ki, özü­nü­məş­ğul­lu­ğun tə­mi­na­tı ilə bə­ra­bər, ai­lə biz­ne­si­nin ge­niş­lən­mə­si­nə, ki­çik və or­ta sa­hib­kar­lı­ğın in­ki­şa­fı­na, qey­ri-neft sa­hə­lə­rin­də is­teh­sa­lın ar­tı­mı­na və s. ki­mi mü­hüm hə­dəf­lə­rə doğ­ru apa­rı­lan si­ya­sə­tə əla­və dəs­tək olan bu proq­ram ba­rə­də ic­ti­mai mə­lu­mat­lan­dır­ma da diq­qət­də sax­la­nır. Na­zir mil­li mət­bua­tı­mı­zın ya­ran­ma­sı­nın 142-ci il­dö­nü­mü ərə­fə­sin­də ke­çi­ri­lən bir­gə mü­sa­bi­qə­nin mət­bua­tı­mı­zın in­ki­şa­fı­na dəs­tək xa­rak­te­ri da­şı­dı­ğı­nı qeyd edə­rək qar­şı­dan gə­lən Mil­li Mət­bu­at Gü­nü mü­na­si­bə­ti­lə jur­na­list­lə­rə təb­ri­ki­ni və xoş ar­zu­la­rı­nı çat­dı­rıb. Na­zir Fond­la bir­gə ke­çi­ri­lən mü­sa­bi­qə­ni özü­nü­məş­ğul­luq proq­ra­mı­nın ic­ra­sı sa­hə­sin­də apa­rı­lan iş­lə­rin təb­li­ği ba­xı­mın­dan yük­sək də­yər­lən­di­rə­rək nə­ti­cə­lər ba­rə­də mə­lu­mat ver­mək üçün sö­zü ic­ra­çı di­rek­tor Vü­qar Sə­fər­li­yə ve­rib.

Vü­qar Sə­fər­li təd­bir iş­ti­rak­çı­la­rı­nı sa­lam­la­ya­raq Əmək və Əha­li­nin So­si­al Mü­da­fiə­si Na­zir­li­yi ilə bir­gə ikin­ci də­fə­dir mü­sa­bi­qə­nin ke­çi­ril­di­yi­ni diq­qə­tə çat­dı­rıb. İc­ra­çı di­rek­tor be­lə tə­şəb­büs­lə­rin me­dia ilə qar­şı­lıq­lı fay­da­lı əla­qə­lə­rin da­ha da ge­niş­lən­di­ril­mə­si ba­xı­mın­dan əhə­miy­yə­ti­ni xü­su­si qeyd edib. V.Sə­fər­li Əmək və Əha­li­nin So­si­al Mü­da­fiə­si Na­zir­li­yi tə­rə­fin­dən və­tən­daş­la­ra xid­mət­lə­rin müa­sir və şəf­faf iş üsul­la­rı üzə­rin­də qu­rul­ma­sı üçün apa­rı­lan is­la­hat­la­rın, ak­tiv məş­ğul­luq proq­ram­la­rı çər­çi­və­sin­də gö­rü­lən iş­lə­rin KİV tə­rə­fin­dən ma­raq­la qar­şı­lan­dı­ğı­nı və ge­niş işıq­lan­dı­rıl­dı­ğı­nı vur­ğu­la­yıb.

İc­ra­çı di­rek­tor "Özü­nü­məş­ğul­luq - öz məş­ğul­lu­ğu­nu qur və ai­lə biz­ne­si­nə yi­yə­lən" möv­zu­sun­da fər­di jur­na­list ya­zı­la­rı mü­sa­bi­qə­si­nə 35 küt­lə­vi in­for­ma­si­ya va­si­tə­sin­dən ümu­mi­lik­də 47 ya­zı­nın təq­dim edil­di­yi­ni, ya­zı­la­rın elan edil­miş şərt­lə­rə uy­ğun ob­yek­tiv qiy­mət­lən­di­ril­di­yi­ni bil­di­rib. V.Sə­fər­li mü­sa­bi­qə­də pay­taxt Ba­kı şə­hə­ri ilə ya­na­şı, böl­gə­lər­də fəa­liy­yət gös­tə­rən KİV-lə­rin də nü­ma­yən­də­lə­ri­nin fə­al iş­ti­rak et­di­yi­ni, on­lar­dan 4 nə­fə­ri­nin qa­lib ol­du­ğu­nu diq­qə­tə çat­dı­rıb: "Ya­zı­lar Fon­dun 3 nə­fər eks­per­ti, o cüm­lə­dən na­zir­li­yi təm­sil edən eks­pert tə­rə­fin­dən qiy­mət­lən­di­ri­lib. Mü­sa­bi­qə­nin ela­nın­da gös­tə­ril­miş şərt­lə­rə əsa­sən, 6 nə­fər jur­na­lis­tə əsas, 10 nə­fə­rə isə hə­vəs­lən­di­ri­ci mü­ka­fat­la­rın ve­ril­mə­si qə­ra­ra alın­mış­dı. La­kin mü­sa­bi­qə­yə təq­dim olu­nan ya­zı­la­rın çox­lu­ğu, ha­be­lə jur­na­list­lə­rin zəh­mə­ti nə­zə­rə alı­na­raq, na­zir Sə­lim Müs­lü­mov­la əl­də olun­muş ra­zı­lı­ğa əsa­sən, hə­vəs­lən­di­ri­ci mü­ka­fat­la­rın sa­yı 15-ə qal­dı­rıl­dı. Bu­gün­kü təd­bir­də ümu­mi­lik­də 21 nə­fər me­dia nü­ma­yən­də­si mü­ka­fat­lan­dı­rı­la­caq".

Çı­xı­şı­nı da­vam et­di­rən V.Sə­fər­li jur­na­list­lə­rin mən­zil-məi­şət şə­rai­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı məq­sə­di­lə fər­di ya­şa­yış bi­na­la­rı­nın ti­ki­lə­rək is­ti­fa­də­yə ve­ril­mə­si­ni Azər­bay­can döv­lə­ti­nin me­dia­ya yük­sək qay­ğı­sı və dün­ya­da ana­lo­qu ol­ma­yan ad­dım ki­mi də­yər­lən­di­rib. İc­ra­çı di­rek­tor iyu­lun 21-də da­ha 255 nə­fər jur­na­lis­tin əda­lət­li və şəf­faf se­çim əsa­sın­da mən­zil­lə tə­min olu­na­ca­ğı­nı və növ­bə­ti bi­na­nın tə­mə­li­nin qo­yu­la­ca­ğı­nı bil­di­rib.

V.Sə­fər­li mən­zil­lə bağ­lı sə­nəd təq­dim et­miş jur­na­list­lə­rin əmək mü­qa­vi­lə­lə­ri­nin və iş staj­la­rı­nın hə­qi­qi­li­yi­nin yox­la­nıl­ma­sı pro­se­sin­də fə­al dəs­tə­yə gö­rə Əmək və Əha­li­nin So­si­al Mü­da­fiə­si Na­zir­li­yi­nin rəh­bər­li­yi­nə tə­şək­kü­rü­nü bil­di­rib. O, mü­va­fiq sor­ğu­la­rın ca­vab­lan­dı­rıl­ma­sı za­ma­nı bə­zi KİV-lə­rin əmək qa­nun­ve­ri­ci­li­yi­nə ria­yət et­mə­dik­lə­ri­nin aş­kar­lan­dı­ğı­nı bil­di­rib. V.Sə­fər­li jur­na­list­lə­ri əmək mü­na­si­bət­lə­ri­nin rəs­mi­ləş­di­ril­mə­si mə­sə­lə­si­nə öz gə­lə­cək tə­mi­nat­la­rı ba­xı­mın­dan da­ha cid­di ya­naş­ma­ğa ça­ğı­rıb.

Mil­li Məc­li­sin de­pu­ta­tı, Mət­bu­at Şu­ra­sı­nın səd­ri Əf­la­tun Ama­şov Əmək və Əha­li­nin So­si­al Mü­da­fiə­si Na­zir­li­yi­nin fəa­liy­yət sa­hə­lə­rin­də KİV-lə mü­tə­ma­di əmək­daş­lı­ğı­nın təq­di­rə­la­yiq ol­du­ğu­nu qeyd edib. Ə.Ama­şov ha­zır­da nə­ti­cə­lə­ri elan olu­nan bu mü­sa­bi­qə­nin möv­zu­su­nun cə­miy­yət üçün ma­raq kəsb edən bir möv­zu­ya - həm so­si­al, həm də iq­ti­sa­di ba­xım­dan mü­hüm əhə­miy­yət da­şı­yan özü­nü­məş­ğul­luq proq­ra­mı­na həsr olun­du­ğu­nu bil­di­rib. O, mü­sa­bi­qə­nin jur­na­list­lə­rin bu möv­zu­da bi­lik və pe­şə­kar­lıq sə­viy­yə­si­nin ar­tı­rıl­ma­sın­da önəm­li rol oy­na­dı­ğı­nı vur­ğu­la­yıb. Şu­ra səd­ri bil­di­rib ki, bu il jur­na­list­lə­rin bay­ra­mı da­ha yük­sək əh­val-ru­hiy­yə­də ke­çə­cək: "Jur­na­list­lə­rin mən­zil şə­rai­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı məq­sə­di­lə in­şa olu­nan mən­zil­lər sa­hib­lə­ri­nə ve­ri­lə­cək. Mən in­di­dən on­la­rın hər bi­ri­ni təb­rik edi­rəm".

Son­ra mü­sa­bi­qə­nin qa­lib­lə­ri­nə dip­lom və mü­ka­fat­lar təq­dim edi­lib.

Təd­bi­ri ye­kun­laş­dı­ran əmək və əha­li­nin so­si­al mü­da­fiə­si na­zi­ri S.Müs­lü­mov na­zir­li­yin me­dia ilə əla­qə­lə­ri­nin in­ki­şa­fı­na ver­di­yi töh­fə­yə gö­rə Fon­dun rəh­bər­li­yi­nə, elə­cə də mü­sa­bi­qə­də iş­ti­rak edən jur­na­list­lə­rə tə­şək­kü­rü­nü bil­di­rib, be­lə müş­tə­rək la­yi­hə­lə­rin gə­lə­cək­də də da­vam et­di­ri­lə­cə­yi­ni vur­ğu­la­yıb.

Son xəbərlər