22/11/2017 15:24
728 x 90

Mədət Quliyev Azərbaycanda ifşa edilmiş erməni casus şəbəkəsilə bağlı yeni məlumat açıqladı

“Bu, kök atmış, 1988-1990-cı illərdən başlayan məsələlərdir”

img

“Turistlər Azərbaycana ona görə gəlirlər ki...”

 

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyev Azərbaycanda bir qrup insanın casusluq etməsi ilə bağlı məsələyə münasibət bildirib.

Trend-in məlumatına görə, M.Quliyev qeyd edib ki, bununla bağlı istintaq davam etdirilir: "Bilirsiniz ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən casus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verildi. Azərbaycanın daxilində heç bir təhlükə yoxdur, xalq möhtərəm prezidentimizin yanındadır. Prezidentimiz onu sevən xalqa arxalanır. Ancaq Azərbaycan bir çox dövlətlərin, siyasi qüvvələrin maraq dairəsindədir və şübhəsiz ki, kənardan Azərbaycana böyük təhdidlər var".

DTX rəisi artıq məsələ ilə bağlı istintaq qrupunun fəaliyyət göstərdiyini deyib: "Prezidentimiz tərəfindən Baş prokuror Zakir Qaralova lazımi tapşırıq verilib, istintaq qrupu məsələlərə aydınlıq gətirir. Sadəcə, onlar bir günün, beş günün casusları deyil. Bu, kök atmış, 1988-1990-cı illərdən başlayan məsələlərdir. Bu, Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Prezidentin tapşırıqlarının düzgün icrasının nəticəsidir ki, bu xəyanətin üstü açılıb və istintaq da öz qiymətini verəcək".

“IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla aparılan siyasətin bir nümayişidir”. Bunu da general-leytenant Mədət Quliyev bildirib.

M.Quliyev qeyd edib ki, bu gün Azərbaycan idmançıları yarışlarda çoxsaylı qələbələr əldə edirlər: “Ancaq əsas məqam odur ki, IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçirilir. Elə bunun özü artıq Azərbaycan üçün bir qələbədir”.

DTX rəisi əlavə edib ki, bu gün Azərbaycan dünyada tanınır, dünya üçün bir nümunədir: “Ulu öndər Heydər Əliyev demişdi ki, Azərbaycan dünyaya Günəş kimi doğacaq. Bu gün biz bunun şahidi oluruq. Bu gün Azərbaycana turist axını da bunu göstərir. Turistlər hər hansı bir narahatlıq olan, təhlükəsiz olmayan ölkəyə gələrlərmi? Təbii ki, gəlməzlər. Bu gün Azərbaycanda əmin-amanlıqdır və ona görə də turistlər ölkəmizə gəlir”.

M.Quliyev bildirib ki, müasir Azərbaycan gəncləri artıq 10-15 il bundan əvvəlki gənclər deyil: “Onlar tam azad, müasir dünyanın insanlarıdır. Bu da ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin məntiqi nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev uğurla bu siyasəti davam etdirir. Azərbaycan tolerantlığı və dini dözümlülüyü ilə dünya üçün nümunədir. Bütün insanlar dinindən, irqindən asılı olmayaraq, ölkəmizdə özlərini çox rahat hiss edirlər. Mədəniyyətimiz sürətlə inkişaf edir".

Son xəbərlər