24/07/2017 02:43
728 x 90

Türkiyə səfirinin fikrincə İslamiadada ya Türkiyə, ya da Azərbaycan birinci olacaq

img

"Azərbaycan IV İslam Həmrəyliyi oyunlarını çox gözəl təşkil edib". APA-nın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O, bu münasibətlə Azərbaycana təbriklərini çatdırıb.

Səfir bildirib ki, bu oyunlarda Azərbaycan və Türkiyə idmançıları medal uğrunda əsl mübarizə aparırlar: “Hansısa mərhələdə Azərbaycan birinci sırada qərarlaşdı, sonra biz birinci olduq. Oyunların sonuna 4 gün qalıb. Hesab edirəm ki, nəticədə ya biz, ya da Azərbaycan birinci olacaq”.

Qeyd edək ki, növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək.

Son xəbərlər