21/07/2017 22:33
728 x 90

Mət­bu­at Şu­ra­sı KİV DF-nin Mü­şa­hi­də Şu­ra­sı­nın üzv­lü­yü­nə ye­ni na­mi­zəd­lə­rin si­ya­hı­sı­nı mü­əy­yən­ləş­dir­di - FOTO

18 nə­fər na­mi­zə­din 6-sı KİV DF Mü­şa­hi­də Şu­ra­sı­nın üz­vü ki­mi təs­diq­lə­nə­cək

img

Azər­bay­can Mət­bu­at Şu­ra­sı­nın İda­rə He­yə­ti­nin növ­bə­ti ic­la­sı ke­çi­ri­lib. İc­las­da Şu­ra­nın Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun Mü­şa­hi­də Şu­ra­sı­nın üzv­lü­yü­nə na­mi­zəd­lə­ri­nin mü­əy­yən­ləş­di­ril­mə­si mə­sə­lə­si mü­za­ki­rə edi­lib.

MŞ səd­ri, Mil­li Məc­li­sin de­pu­ta­tı Əf­la­tun Ama­şov gün­də­lik­də du­ran mə­sə­lə ilə bağ­lı mə­lu­mat ve­rib. O bil­di­rib ki, Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun Mü­şa­hi­də Şu­ra­sı­nın ha­zır­kı tər­ki­bi Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­yev tə­rə­fin­dən 2013-cü il­də təs­diq­lə­nib. Hə­min tər­ki­bin sə­la­hiy­yət müd­də­ti ba­şa çat­maq­da­dır. Ey­ni za­man­da Fon­dun Ni­zam­na­mə tə­lə­bi­nə gö­rə, ey­ni şəxs iki də­fə­dən ar­tıq Mü­şa­hi­də Şu­ra­sın­da təm­sil olu­na bil­məz. Bu­na gö­rə də tər­kib­də əsas­lı də­yi­şik­lik­lər nə­zər­də tu­tu­lub. Öl­kə rəh­bər­li­yi tə­rə­fin­dən Azər­bay­can Mət­bu­at Şu­ra­sı­na KİV DF-nin Mü­şa­hi­də Şu­ra­sı­na küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­rin­dən və jur­na­list təş­ki­lat­la­rın­dan na­mi­zəd­lə­ri mü­əy­yən­ləş­dir­mək tap­şı­rı­lıb. Şu­ra, hər za­man ol­du­ğu ki­mi, ye­nə də bu mis­si­ya­nı ye­ri­nə ye­tir­mə­li­dir.

Ə.Ama­şov, həm­çi­nin, Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­və KİV DF ki­mi va­cib qu­ru­mun ya­ra­dıl­ma­sı­na həs­sas ya­naş­dı­ğı­na gö­rə tə­şək­kü­rü­nü bil­di­rib. O de­yib ki, Pre­zi­den­tin şəx­sin­də öl­kə rəh­bər­li­yi hər za­man me­dia­ya diq­qət və qay­ğı gös­tər­mək­də­dir. "Azər­bay­can Res­pub­li­ka­sın­da Küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri­nin in­ki­şa­fı­na döv­lət dəs­tə­yi Kon­sep­si­ya­sı"nın qə­bu­lu və sə­nə­də əsa­sən, KİV DF-nin for­ma­laş­dı­rıl­ma­sı jur­na­lis­ti­ka­nın prob­lem­lə­ri­nin həl­li­nə kon­sep­tu­al ya­naş­ma­nın ba­riz gös­tə­ri­ci­si­dir.

MŞ səd­ri onu da bil­di­rib ki, rəh­bər­lik et­di­yi qu­rum tə­rə­fin­dən 9-u küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­rin­dən, 9-u isə jur­na­list təş­ki­lat­la­rın­dan ol­maq­la ümu­mi­lik­də 18 nə­fə­rin adı KİV DF-nin Mü­şa­hi­də Şu­ra­sı­na na­mi­zəd ki­mi irə­li sü­rü­lə­cək. Fon­dun Ni­zam­na­mə­si­nə əsa­sən, onun tər­ki­bi ümu­mi­lik­də 9 nə­fər­dən iba­rət olur ki, bu­nun da 3-nü KİV-lər­dən, 3-nü jur­na­list təş­ki­lat­la­rın­dan, 3-nü isə döv­lət or­qan­la­rın­dan olan nü­ma­yən­də­lər təş­kil edir. Bu isə o de­mək­dir ki, Mət­bu­at Şu­ra­sı­nın 18 na­mi­zə­din­dən yal­nız 6-sı Mü­şa­hi­də Şu­ra­sı­nın üz­vü ola­raq təs­diq­lə­nə­cək. Şu­ra öz na­mi­zəd­lə­ri­ni öl­kə rəh­bər­li­yi­nə təq­dim edə­cək. Fon­dun Mü­şa­hi­də Şu­ra­sı­nın tər­ki­bi Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­yev tə­rə­fin­dən təs­diq­lə­nə­cək.

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ic­ra­çı di­rek­to­ru Vü­qar Sə­fər­li rəh­bər­lik et­di­yi qu­ru­mun ötən müd­dət­də­ki fəa­liy­yət is­ti­qa­mət­lə­ri ba­rə­də ge­niş mə­lu­mat ve­rib. O bil­di­rib ki, Fond ya­ra­nan­da onun iş prin­sip­lə­ri­nin mü­əy­yən­ləş­di­ril­mə­si ilə bağ­lı hər han­sı təc­rü­bə yox idi. Qu­rum pa­ra­lel ola­raq həm bu və­zi­fə­ni hə­ya­ta ke­çir­di, həm də bey­nəl­xalq təc­rü­bə­ni öy­rən­di. V.Sə­fər­li də, öz növ­bə­sin­də, ötən 8 il müd­də­tin­də Mü­şa­hi­də Şu­ra­sın­da təm­sil olu­nan hər kə­sə tə­şək­kü­rü­nü bil­di­rib, ye­ni tər­ki­bin də məh­sul­dar fəa­liy­yət gös­tə­rə­cə­yi­nə inan­dı­ğı­nı de­yib, na­mi­zəd­lə­rə uğur­lar ar­zu­la­yıb.

MŞ İda­rə He­yə­ti­nin üz­vü, "İki sa­hil" qə­ze­ti­nin baş re­dak­to­ru Vü­qar Rə­him­za­də çı­xı­şın­da 8 il ər­zin­də KİV DF-nin Mü­şa­hi­də Şu­ra­sın­da təm­sil olun­du­ğu­nu diq­qə­tə çat­dı­rıb. O, ötən müd­də­ti Azər­bay­can me­dia­sı­nın in­ki­şa­fı ba­xı­mın­dan va­cib mər­hə­lə ki­mi də­yər­lən­di­rib.

Ey­ni fik­ri bö­lü­şən MŞ İda­rə He­yə­ti­nin üz­vü, "525-ci qə­zet"in baş re­dak­to­ru Rə­şad Mə­cid vur­ğu­la­yıb ki, KİV DF-nin 8 il­lik fəa­liy­yə­ti nə­ti­cə­sin­də xey­li iş­lər hə­ya­ta ke­çi­ril­di. Ey­ni kur­sun da­vam et­di­ril­mə­si­nə eh­ti­yac var. Bu­na gö­rə də la­yiq­li na­mi­zəd se­çi­mi zə­ru­ri­dir.

MŞ İda­rə He­yə­ti­nin üz­vü, "Ba­kı-Xə­bər" qə­ze­ti­nin baş re­dak­to­ru Ay­dın Qu­li­yev bil­di­rib ki, Fon­dun Mü­şa­hi­də Şu­ra­sı­nın tər­ki­bi­nin for­ma­laş­dı­rıl­ma­sın­da Azər­bay­can Mət­bu­at Şu­ra­sı­nın möv­qe­yi­nin nə­zə­rə alın­ma­sı qu­ru­ma olan eti­mad­dır və şüb­hə­siz, irə­li sü­rü­lən na­mi­zəd­lər bu eti­ma­dı doğ­rul­da­caq.

MŞ səd­ri­nin müa­vi­ni, Bey­nəl­xalq Av­ra­si­ya Mət­bu­at Fon­du­nun rəh­bə­ri Umud Rə­hi­moğ­lu da 8 il­də Fon­dun Mü­şa­hi­də Şu­ra­sı­nın səd­ri ki­mi fəa­liy­yət gös­tər­di­yi­ni diq­qə­tə çat­dı­rıb. U.Rə­hi­moğ­lu ötən müd­də­tin həm çox­say­lı qay­ğı­lar­la, həm də me­dia­mız adı­na gö­zəl ya­şan­tı­lar­la yad­da qal­dı­ğı­nı xa­tır­la­dıb. Mət­bu­at Şu­ra­sı­nın ye­ni na­mi­zəd­lə­ri­nin baş­lan­mış yo­lu lə­ya­qət­lə da­vam et­di­rə­cə­yi­nə əmin­li­yi­ni bil­di­rən U.Rə­hi­moğ­lu İda­rə He­yə­ti­nin üzv­lə­ri­ni on­la­rı dəs­tək­lə­mə­yə ça­ğı­rıb. Tək­lif sə­sə qo­yu­la­raq qə­bul edi­lib.

Mü­za­ki­rə­lər­dən son­ra ad­la­rı aşa­ğı­da qeyd edi­lən şəxs­lə­rin Azər­bay­can Mət­bu­at Şu­ra­sı­nın Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun Mü­şa­hi­də Şu­ra­sı­nın üzv­lü­yü­nə na­mi­zəd ki­mi mü­əy­yən­ləş­di­ril­mə­si qə­ra­ra alı­nıb:

Jur­na­list təş­ki­lat­la­rın­dan:

1. Əs­gə­rov Ra­miz Bax­şə­li oğ­lu, Azər­bay­can Jur­na­list­lər Bir­li­yi­nin baş ka­ti­bi;

2. Ver­di­za­də Sey­mur Va­qif oğ­lu, "Jur­na­list Araş­dır­ma­la­rı Mər­kə­zi" İc­ti­mai Bir­li­yi­nin səd­ri;

3. Mu­sa­yev Cey­hun Mu­sa oğ­lu, "Jur­na­list Eks­pert Mər­kə­zi" İc­ti­mai Bir­li­yi­nin səd­ri;

4. Mir­zə­yev Ayaz Ni­za­mi oğ­lu, "Azər­bay­can Jur­na­list­lər Şə­bə­kə­si" İc­ti­mai Bir­li­yi­nin səd­ri,

5. Rüs­tə­mov Əvəz Ca­han­gir oğ­lu, "Ruh" Jur­na­list­lə­rin Mü­da­fiə­si İc­ti­mai Bir­li­yi­nin səd­ri;

6. Məm­məd­li Ya­di­gar Ta­rix oğ­lu, De­mok­ra­tik Jur­na­list­lər Li­qa­sı­nın səd­ri;

7. Meh­di­yev Qa­far Qə­lən­dər oğ­lu, Araş­dır­ma­çı Jur­na­list­lər Li­qa­sı­nın səd­ri;

8. Ey­va­zov El­şad Sə­mən­dər oğ­lu, Tə­rəf­siz Jur­na­list­lər İc­ti­mai Bir­li­yi­nin səd­ri;

9. Əh­mə­dov Xa­noğ­lan Əl­hü­seyn oğ­lu, "Me­dia və mül­ki cə­miy­yət" İc­ti­mai Bir­li­yi­nin səd­ri.

Küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­rin­dən:

1. Hə­sə­nov Hə­sən Zal oğ­lu, "Xalq qə­ze­ti"nin baş re­dak­to­ru;

2. Oğuz Yu­nus İsa­xan oğ­lu, "Olay­lar" İn­for­ma­si­ya Agent­li­yi­nin baş di­rek­to­ru, "Olay­lar" qə­ze­ti­nin baş re­dak­to­ru;

3. Qu­li­yev Bəh­ruz Va­qif oğ­lu, "Səs" qə­ze­ti­nin baş re­dak­to­ru;

4. Mir­zə­bəy­li El­çin Əb­dül­rə­him oğ­lu, "Xalq cəb­hə­si" qə­ze­ti­nin baş re­dak­to­ru;

5. Qu­li­yev Ay­dın Alı­qu­lu oğ­lu, "Ba­kı-Xə­bər" qə­ze­ti­nin baş re­dak­to­ru;

6. Və­li­yev Akif Ab­du­lə­zim oğ­lu, "Şərq" qə­ze­ti­nin baş re­dak­to­ru;

7. Əli­yev Na­miq Hə­sən oğ­lu, "Pa­lit­ra" qə­ze­ti­nin baş re­dak­to­ru;

8. Hü­sey­nov İl­qar Məm­məd oğ­lu, "Trend" İn­for­ma­si­ya Agent­li­yi­nin baş di­rek­to­ru;

9. Se­yi­do­va Se­vinc Məm­məd qı­zı, "Həf­tə içi" qə­ze­ti­nin baş re­dak­to­ru.

Na­miq QU­Lİ­YEV

Son xəbərlər