22/11/2017 15:24
728 x 90

Azər­bay­can dün­ya neft-qaz sə­na­ye­si ta­ri­xin­də bən­zə­ri ol­ma­yan qaz­ma qur­ğu­su­nu işə sal­dı... - YENİLƏNDİ / FOTO

Pre­zi­dent İl­ham Əli­yev Azər­bay­can neft sə­na­ye­si­nin tex­no­lo­ji tə­ka­mül ta­ri­xin­dən ye­ni fakt­lar açıq­la­dı

img

Əgər Ru­si­ya və SSRİ də­ni­zin 200 metr də­rin yer­lə­rin­dən neft çı­xa­ra bil­səy­di...

 

Ma­yın 18-də Qa­ra­dağ ra­yo­nun­da, SO­CAR-ın "Cas­pi­an Dril­ling" Şir­kə­ti­nin də­niz təc­hi­zat və lo­gis­ti­ka ba­za­sın­da Hey­dər Əli­yev adı­na ya­rım­dal­ma qaz­ma qur­ğu­su­nun açı­lış mə­ra­si­mi ke­çi­ri­lib. Pre­zi­dent İl­ham Əli­yev mə­ra­sim­də iş­ti­rak edib.

Döv­lət Neft Şir­kə­ti­nin pre­zi­den­ti Röv­nəq Ab­dul­la­yev və "Cas­pi­an Dril­ling" Şir­kə­ti­nin baş di­rek­to­ru Fə­rid Axun­dov döv­lət baş­çı­sı­na qu­ru­mun 1996-2016-cı il­lər ər­zin­də fəa­liy­yə­ti, əmə­liy­yat­lar üz­rə sə­mə­rə­li vaxt cəd­və­li­nin dün­ya­nın di­gər qaz­ma şir­kət­lə­ri ilə mü­qa­yi­sə­si, həm­çi­nin Hey­dər Əli­yev adı­na ya­rım­dal­ma qaz­ma qur­ğu­su ba­rə­də mə­lu­mat ve­rib.

Qur­ğu­nun ümum­mil­li li­der Hey­dər Əli­ye­vin adı­nı da­şı­ma­sı xü­su­si­lə əhə­miy­yə­tə ma­lik­dir. Ötən əs­rin 70-ci il­lə­rin­dən baş­la­ya­raq ulu ön­dər Hey­dər Əli­yev Xə­zər də­ni­zin­də qaz­ma iş­lə­ri­nin sü­rət­lən­di­ril­mə­si məq­sə­di­lə müa­sir qur­ğu­lar­dan is­ti­fa­də olun­ma­sı­nı da­im diq­qət mər­kə­zin­də sax­la­yıb. Onun gər­gin səy­lə­ri nə­ti­cə­sin­də 1970-1980-ci il­lər­də öl­kə­yə "Şelf" tip­li qaz­ma qur­ğu­la­rı gə­ti­ri­lib, müs­tə­qil­lik il­lə­rin­də on­lar ye­ni­dən qu­ru­la­raq "Də­də Qor­qud" və "İs­tiq­lal" ki­mi üzən qaz­ma qur­ğu­la­rı ya­ra­dı­lıb. Son­ra­lar də­ni­zin də­rin his­sə­lə­rin­də kəş­fiy­yat-qaz­ma iş­lə­ri­nin hə­ya­ta ke­çi­ril­mə­si məq­sə­di­lə "Də­də Qor­qud" və "İs­tiq­lal" ya­rım­dal­ma qaz­ma qur­ğu­la­rın­da ye­ni­dən­qur­ma iş­lə­ri apa­rı­lıb, də­niz­də su­yun də­rin­li­yi­nin 700 metr olan his­sə­sin­də qaz­ma iş­lə­ri­nin apa­rıl­ma­sı üçün im­kan ya­ra­dı­lıb. 2000-ci il­də in­şa edil­miş "Li­der" qaz­ma qur­ğu­su isə də­niz­də su­yun də­rin­li­yi­nin min metr olan his­sə­lə­rin­də kəş­fiy­yat qu­yu­la­rı qaz­ma­ğa im­kan ya­ra­dıb.

Pre­zi­dent İl­ham Əli­yev SO­CAR-ın və "Cas­pi­an Dril­ling" Şir­kə­ti­nin rəh­bər­li­yi, la­yi­hə­də ça­lı­şan­lar, həm­çi­nin öl­kə­də pay böl­gü­sü sa­ziş­lə­rin­də iş­ti­rak edən xa­ri­ci şir­kət­lə­rin nü­ma­yən­də­lə­ri ilə gö­rü­şüb. Döv­lət baş­çı­sı gö­rüş­də­ki çı­xı­şın­da de­yib:

- Bu gün öl­kə­mi­zin hə­ya­tın­da çox əla­mət­dar bir gün­dür. Biz ye­ni ya­rım­dal­ma qaz­ma qur­ğu­su­nun is­ti­fa­də­yə ve­ril­mə­si­ni qeyd edi­rik. Bu ha­di­sə mü­na­si­bə­ti­lə si­zi, bü­tün Azər­bay­can xal­qı­nı ürək­dən təb­rik edi­rəm. Bu, Azər­bay­can neft sə­na­ye­sin­də çox ta­ri­xi bir ha­di­sə­dir. Çün­ki bu gü­nə qə­dər Azər­bay­can­da bu bö­yük­lük­də qaz­ma qur­ğu­su ti­kil­mə­miş­dir. Bu qaz­ma qur­ğu­su­nun in­şaa­tın­da iş­ti­rak et­miş bü­tün iş­çi­lə­ri, əmək­daş­la­rı təb­rik edi­rəm, on­la­ra min­nət­dar­lı­ğı­mı bil­di­ri­rəm. Şa­dam ki, be­lə bir nə­həng qur­ğu Azər­bay­can­da in­şa edi­lib. Bu qur­ğu­nun in­şa­sın­da iş­ti­rak edən­lə­rin müt­ləq ək­sə­riy­yə­ti Azər­bay­can və­tən­daş­la­rı­dır. Bu­ra­da biz xa­ri­ci tə­rəf­daş­lar­la növ­bə­ti əmək­daş­lıq la­yi­hə­si­nin uğur­la ic­ra edil­mə­si­ni gö­rü­rük. Əl­bət­tə, bu re­al­lıq­dır. Çün­ki uzun il­lər­dir Azər­bay­can xa­ri­ci tə­rəf­daş­lar­la uğur­la əmək­daş­lıq edir. Xa­ri­ci şir­kət­lər Azər­bay­ca­na in­ves­ti­si­ya­lar ya­tı­rır­lar. Bu qur­ğu­ya isə in­ves­ti­si­ya­lar Azər­bay­can döv­lə­ti tə­rə­fin­dən qo­yu­lub.

Biz neft­dən əl­də edil­miş gə­lir­lə­ri, o cüm­lə­dən be­lə nə­həng la­yi­hə­lə­rə yö­nəl­di­rik. Bu la­yi­hə­nin ic­ra­sı üçün həm Döv­lət Neft Fon­dun­dan, həm Döv­lət Neft Şir­kə­tin­dən qo­yu­lan və­sa­it təq­ri­bən 1 mil­yard dol­la­ra ya­xın­dır. Yə­ni bu həm bi­zim gü­cü­mü­zü, həm də im­kan­la­rı­mı­zı gös­tə­rir. Həm də onu gös­tə­rir ki, Azər­bay­can­da neft sə­na­ye­si uğur­la in­ki­şaf edir. Xa­ri­ci şir­kət­lər tə­rə­fin­dən Azər­bay­ca­na sər­ma­yə qo­yu­lan­da bi­zim əsas şərt­lə­ri­miz­dən bi­ri o idi ki, Azər­bay­can­da bu sər­ma­yə­lər, ey­ni za­man­da, neft sə­na­ye­si­nin in­ki­şa­fı­na xid­mət gös­tər­sin. Azər­bay­can­da iş yer­lə­ri ya­ra­dıl­sın, bi­zim iş­çi­lər yax­şı ma­aş al­sın­lar, on­la­rın pe­şə­kar­lı­ğı art­sın, on­lar üçün tə­lim kurs­la­rı ke­çi­ril­sin və bu gün biz bu­nu gö­rü­rük. Bu gün Azər­bay­can və­tən­daş­la­rı bü­tün əsas neft la­yi­hə­lə­rin­də uğur­la iş­lə­yir­lər və həm öz­lə­ri­nə, həm də öl­kə­yə bö­yük fay­da ve­rir­lər.

Bu qaz­ma qur­ğu­su­nun ya­ra­dıl­ma­sı ta­ri­xi ha­di­sə­dir. Tə­sa­dü­fi de­yil ki, bu qaz­ma qur­ğu­su­na ulu ön­dər Hey­dər Əli­ye­vin adı ve­ril­miş­dir. Hey­dər Əli­yev Azər­bay­ca­nın müa­sir neft sə­na­ye­si­nin ba­ni­si­dir. Hey­dər Əli­ye­vin neft stra­te­gi­ya­sı bu gün uğur­la ic­ra edi­lir. 1994-cü il­də "Əs­rin kon­trak­tı"nın im­za­lan­ma­sı ilə Azər­bay­ca­nın neft sə­na­ye­sin­də ye­ni dövr baş­la­mış­dır. Bu­nun­la bə­ra­bər, hə­lə 1970-ci il­lər­də Hey­dər Əli­ye­vin rəh­bər­li­yi ilə Azər­bay­ca­nın neft sə­na­ye­si üçün çox önəm­li ad­dım­lar atıl­mış­dır. O cüm­lə­dən də­rin özül­lər za­vo­du­nun ti­kin­ti­si ulu ön­də­rin tə­şəb­bü­sü ilə 1970-ci il­lər­də baş­la­mış­dı. Əgər o vaxt bu za­vod Azər­bay­can­da ti­kil­mə­səy­di, - yə­qin, siz də eşit­mi­şi­niz ki, baş­qa va­ri­ant­lar da var idi, - Xə­zə­rin di­gər sa­hil­lə­rin­də be­lə za­vo­dun ti­kin­ti­si nə­zər­də tu­tu­lur­du. Hey­dər Əli­ye­vin mü­da­xi­lə­si və səy­lə­ri nə­ti­cə­sin­də də­rin özül­lər za­vo­du­nun ti­kin­ti­si üçün yer Ba­kı se­çil­di. O za­vo­dun bu gün neft sə­na­ye­mi­zin, ümu­miy­yət­lə, öl­kə­mi­zin in­ki­şa­fı üçün əvə­zo­lun­maz ro­lu var. Yə­ni hə­lə 1970-ci il­lər­də nef­ta­yır­ma za­vod­la­rı­nın mo­dern­ləş­di­ril­mə­si, di­gər la­yi­hə­lə­rin ic­ra­sı Azər­bay­can­da neft sə­na­ye­si­nin in­ki­şa­fı­na xid­mət gös­tə­rir­di. O ki qal­dı müs­tə­qil­lik döv­rü­nə, əgər 1994-cü il­də biz xa­ri­ci tə­rəf­daş­la­rı Azər­bay­ca­na in­ves­ti­si­ya qoy­ma­ğa cəlb et­mə­səy­dik, bu gün Azər­bay­ca­nın, ümu­miy­yət­lə, iq­ti­sa­di və­ziy­yə­ti tam fərq­li ola bi­lər­di. 1994-cü il­də "Əs­rin kon­trak­tı"nın im­za­lan­ma­sı ta­ri­xi ha­di­sə idi və mən o gün­lə­ri yax­şı xa­tır­la­yı­ram. Bu mə­ra­sim­də iş­ti­rak edən hör­mət­li Xoş­bəxt mü­əl­lim­lə bir­lik­də biz da­nı­şıq­lar­da iş­ti­rak et­mi­şik. Biz 1994-cü ilin may ayın­da İs­tan­bul­da və iyul-av­qust ay­la­rın­da isə Ame­ri­ka­nın Hyus­ton şə­hə­rin­də da­nı­şıq­lar apa­rır­dıq ki, Azər­bay­can üçün ən məq­bul şərt­lə­ri tə­min edək. Ey­ni za­man­da, elə edək ki, xa­ri­ci in­ves­tor­lar da qaç­ma­sın və on­lar üçün də yax­şı şə­ra­it ya­ra­dıl­sın. He­sab edi­rəm ki, biz hər iki tə­rəf üçün məq­bul va­ri­an­tı əl­də et­dik. Gər­gin da­nı­şıq­lar nə­ti­cə­sin­də 1994-cü ilin sen­tyab­rın­da "Əs­rin kon­trak­tı" im­za­lan­dı və bu gün uğur­la ic­ra edi­lir. "Əs­rin kon­trak­tı" im­za­lan­ma­say­dı, in­di Azər­bay­can bu qə­dər in­ki­şa­fa na­il ola bil­məz­di. Bu­nu ha­mı bil­mə­li­dir.

Bi­zim uğur­lu in­ki­şa­fı­mı­zın əsas mən­bə­yi "Əs­rin kon­trak­tı"dır və o la­yi­hə­dən əl­də olu­nan gə­lir­lər­dir. Biz gə­lir­lə­ri uğur­la di­gər sa­hə­lə­rə yö­nəlt­dik. Əl­bət­tə ki, neft-qaz əmə­liy­yat­la­rı­nın da­vam et­di­ril­mə­si pro­se­si get­miş­dir, "Şah­də­niz" la­yi­hə­si 1996-cı il­dən baş­la­ya­raq uğur­la ic­ra olu­nur. Ha­zır­da biz di­gər la­yi­hə­lər üzə­rin­də iş­lə­yi­rik. Hey­dər Əli­yev ya­rım­dal­ma qaz­ma qur­ğu­su çox pers­pek­tiv­li "Ab­şe­ron" qaz-kon­den­sat ya­ta­ğın­da iş­lə­yə­cək. Əmi­nəm ki, biz tez­lik­lə - bir ne­çə ilə "Ab­şe­ron" ya­ta­ğın­dan da yax­şı nə­ti­cə­lər gö­rə­cə­yik.

Di­gər pers­pek­tiv­li la­yi­hə­lə­ri­miz də gün­də­lik­də­dir. "Ümid", ar­tıq ora­da iş­lər ge­dir. "Ba­bək", "Qa­ra­bağ" la­yi­hə­lə­ri­nə xa­ri­ci şir­kət­lər ye­nə də ma­raq gös­tə­rir­lər. Vax­ti­lə kon­trakt im­za­lan­mış­dı, son­ra ona xi­tam ve­ril­di. An­caq in­di biz bi­li­rik və xa­ri­ci tə­rəf­daş­lar da gö­rür­lər ki, "Qa­ra­bağ" ya­ta­ğın­da da bö­yük eh­ti­yat­lar var. Yə­ni, bü­tün bu iş­lə­ri biz ar­dı­cıl­lıq­la edi­rik ki, öl­kə­miz da­ha da güc­lən­sin və öl­kə­mi­zə da­ha da çox gə­lir gəl­sin. O ki qal­dı, ic­ra edil­miş neft la­yi­hə­lə­ri­nə, in­di on­la­rın ha­mı­sı uğur­la iş­lə­yir. Ba­kı-Tbi­li­si-Cey­han neft kə­mə­ri 11 il­dir ki, fəa­liy­yət gös­tə­rir, Cə­nub Qaz Dəh­li­zi la­yi­hə­si uğur­la ic­ra olu­nur. Əmi­nəm ki, biz bu la­yi­hə­nin də ic­ra­sı­na vax­tın­da na­il ola­ca­ğıq. Biz bu la­yi­hə­nin əsas his­sə­si olan TA­NAP-ın gə­lən il is­ti­fa­də­yə ve­ril­mə­si­ni qeyd et­mə­li­yik. Əmi­nəm ki, biz bu­na na­il ola­ca­ğıq.

Mən bu gün, ey­ni za­man­da, xa­ri­ci tə­rəf­daş­lar­la əmək­daş­lı­ğı­mı­zı da qeyd et­mək is­tə­yi­rəm. Bu əmək­daş­lıq çox sağ­lam tə­məl üzə­rin­də qu­ru­lub­dur. Həm in­ves­tor, həm də kon­trak­tor şir­kət­lə­ri Azər­bay­can­da uğur­la fəa­liy­yət gös­tə­rir­lər. Əl­bət­tə ki, on­la­rın öz kor­po­ra­tiv ma­raq­la­rı var. Bi­zim isə döv­lət ma­raq­la­rı­mız var və bu ma­raq­lar üst-üs­tə dü­şür. He­sab edi­rəm ki, Azər­bay­can­da xa­ri­ci in­ves­tor­lar üçün çox gö­zəl şə­ra­it ya­ra­dı­lıb. Bü­tün kon­trakt­lar qa­nun­la təs­diq­lə­nir ki, bu da in­ves­tor­lar­da inam ya­ra­dır.

Be­lə­lik­lə, bu gün biz öl­kə­mi­zin ta­ri­xin­də ye­ni gö­zəl ha­di­sə­ni bir­lik­də qeyd edi­rik. Bu, nə­həng qur­ğu is­tə­ni­lən yer­də qaz­ma iş­lə­ri­ni apa­ra bi­lər. Yə­qin ki, neft­çi­lər yax­şı bi­lir­lər, so­vet döv­rün­də su­yun də­rin­li­yi­nin 200 metr­dən çox olan yer­lə­ri­nə get­mək im­ka­nı yox idi. Bəl­kə məhz bu­na gö­rə biz "Azə­ri-Çı­raq-Gü­nəş­li", "Şah­də­niz" ya­taq­la­rı­nı bu gün müs­tə­qil Azər­bay­can üçün qo­ru­ya bil­mi­şik. Əgər o vaxt be­lə im­kan­lar ol­say­dı, hə­min ya­taq­lar da ar­tıq əli­miz­dən çı­xa­caq­dı. Ne­cə ki, bi­zim qu­ru­da­kı əsas ya­taq­la­rı­mı­zın bö­yük ək­sə­riy­yə­ti­nin neft eh­ti­yat­la­rı çar Ru­si­ya­sı za­ma­nı və so­vet döv­rün­də tü­kən­di. Am­ma bu qur­ğu ilə biz is­tə­ni­lən yer­də qaz­ma iş­lə­ri apa­ra bi­lə­rik. Bu qur­ğu su­yun min metr də­rin­li­yin­də iş­lə­yə bi­lər. Mə­nə ve­ri­lən mə­lu­ma­ta gö­rə, qur­ğu­nun qaz­ma də­rin­li­yi 12 min met­rə bə­ra­bər­dir, çə­ki­si isə 26 min ton­dur. Bax, bu rə­qəm­lər öz­lü­yün­də gös­tə­rir ki, biz nə qə­dər bö­yük bir la­yi­hə­yə start ver­dik. Ey­ni za­man­da, gös­tə­rir ki, bi­zim iş­çi­lə­ri­miz, mü­hən­dis­lər, fəh­lə­lər nə qə­dər yax­şı iş gö­rüb­lər. Si­zi bu mü­na­si­bət­lə bir da­ha təb­rik edi­rəm və si­zə ye­ni uğur­lar ar­zu­la­yı­ram.

Son­ra döv­lət baş­çı­sı Hey­dər Əli­yev adı­na ya­rım­dal­ma qaz­ma qur­ğu­su­nun açı­lı­şı­nı bil­di­rən düy­mə­ni ba­sıb. Pre­zi­dent İl­ham Əli­yev təd­bi­rin iş­ti­rak­çı­la­rı ilə söh­bət edib.

Son­ra döv­lət baş­çı­sı qur­ğu ilə ta­nış olub. Pre­zi­dent İl­ham Əli­ye­və bu­ra­da qu­raş­dı­rı­la­caq su­al­tı əmə­liy­yat apa­ra­tı ba­rə­də mə­lu­mat ve­ri­lib. Bu apa­rat su­al­tı gö­rün­tü­lə­ri əl­də edə­cək və baş ve­rə bi­lə­cək qə­za za­ma­nı zə­ru­ri funk­si­ya­la­rı ye­ri­nə ye­ti­rə­cək.

Pre­zi­dent İl­ham Əli­yev öl­kə­miz­də hə­ya­ta ke­çi­ri­lən ye­ni neft-qaz la­yi­hə­lə­ri ilə əla­qə­dar ya­ran­mış tə­lə­ba­tı nə­zə­rə ala­raq Xə­zər də­ni­zin­də ana­lo­qu ol­ma­yan 6-cı nə­sil qaz­ma qur­ğu­su­nun ya­ra­dıl­ma­sı haq­qın­da gös­tə­riş ve­rib və bu la­yi­hə­nin ic­ra­sı­nı da­im dəs­tək­lə­yib. Azər­bay­ca­nın iq­ti­sa­di və sə­na­ye po­ten­sia­lı­nın da­ha da möh­kəm­lən­di­ril­mə­sin­də mü­hüm rol oy­na­ya­caq bu qur­ğu­nun ti­kin­ti­si res­pub­li­ka­mız­da hə­ya­ta ke­çi­ri­lən iri in­fras­truk­tur la­yi­hə­lə­rin­dən bi­ri­dir. Qur­ğu­nun ti­kin­ti­si 2013-cü il iyu­nun 4-də "Cas­pi­an Dri­ling" və Sin­qa­pu­run "Kep­pel FELS" şir­kət­lə­ri ara­sın­da pod­rat mü­qa­vi­lə­si çər­çi­və­sin­də apa­rı­lıb. La­yi­hə­nin iq­ti­sa­di əhə­miy­yə­ti nə­zə­rə alı­na­raq, ma­liy­yə­ləş­mə­nin 90 fai­zi Döv­lət Neft Fon­du və 10 fai­zi isə SO­CAR tə­rə­fin­dən ic­ra edi­lib. Qur­ğu­nun in­şa­at iş­lə­ri­nin ida­rə edil­mə­si, di­zayn-mü­hən­dis­lik iş­lə­ri­nə nə­za­rət, mü­va­fiq təc­hi­zat­lar və al­qı-sat­qı­la­rın təş­kil edil­mə­si isə SO­CAR-a məx­sus "Cas­pi­an Dril­ling" Şir­kə­ti tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lib. 2013-cü il sen­tyab­rın 20-də - Neft­çi­lər Gü­nün­də Pre­zi­dent İl­ham Əli­ye­vin iş­ti­ra­kı ilə Ba­kı gə­mi­qa­yır­ma za­vo­dun­da qur­ğu­nun aşa­ğı üzən göv­də­si­nin - pan­ton­la­rı­nın in­şa­sı­na baş­lan­ma­sı ilə bağ­lı mə­ra­sim olub. Hə­min ilin de­kab­rın­da isə Bi­bi­hey­bət əra­zi­sin­də­ki tər­sa­nə­də qur­ğu­nun yu­xa­rı göv­də­si­nin in­şa­sı­na baş­la­nı­lıb. Qur­ğu­nun ti­kin­ti­si 2017-ci ilin ma­yın­da tam ye­kun­la­şıb. İs­tis­ma­ra ve­ri­lən ye­ni qur­ğu­nun im­kan­la­rı əv­vəl­ki­lər­lə mü­qa­yi­sə­də da­ha ge­niş­dir. Dün­ya­da öz tex­no­lo­ji key­fiy­yət­lə­ri və qaz­ma xü­su­siy­yət­lə­ri­nə gö­rə uni­kal­lı­ğı ilə fərq­lə­nən bu qur­ğu qaz­ma əmə­liy­yat­la­rı üçün ən müa­sir ava­dan­lıq­la, o cüm­lə­dən bö­yük həcm­də av­to­ma­tik ida­rə­et­mə sis­te­mi ilə təc­hiz edi­lib. Ümu­mi uzun­lu­ğu 106,5, eni 69,5, hün­dür­lü­yü isə 130 metr olan qur­ğu­nun ümu­mi çə­ki­si 26 min ton­dur. Də­niz­də su­yun 1000 metr də­rin­li­yə qə­dər his­sə­lə­rin­də qaz­ma əmə­liy­yat­la­rı hə­ya­ta ke­çi­rə bi­lən qur­ğu ilə qa­zı­la­caq qu­yu­nun mak­si­mal də­rin­li­yi 12,2 min metr­dir. Bu gös­tə­ri­ci ən də­rin qu­yu­la­rı be­lə qaz­ma­ğa im­kan ve­rir. Bun­dan əla­və, qur­ğu­nun müa­sir ava­dan­lı­ğı qaz­ma işi­nin in­di­kin­dən 4 də­fə da­ha sü­rət­lə apa­rıl­ma­sı­nı tə­min edir.

Döv­lət baş­çı­sı ya­rım­dal­ma qaz­ma qur­ğu­su­nun ya­şa­yış blo­kun­da da olub. Bu­ra­da ulu ön­dər Hey­dər Əli­ye­vin və Pre­zi­dent İl­ham Əli­ye­vin öl­kə­miz­də hə­ya­ta ke­çir­di­yi neft stra­te­gi­ya­sın­dan bəhs edən fo­tos­tend var. Ya­şa­yış blo­kun­da ofis, ya­taq, is­ti­ra­hət və kom­pü­ter otaq­la­rı ya­ra­dı­lıb. Blok ye­mək­xa­na, ca­ma­şır­xa­na, id­man otaq­la­rı, ki­no­te­atr, ki­tab­xa­na və kon­frans za­lı ilə də təc­hiz olu­nub.

Hey­dər Əli­yev adı­na ya­rım­dal­ma qaz­ma qur­ğu­su dün­ya­da 1400 at­mos­fer sis­te­mi tex­no­lo­gi­ya­sı­na sa­hib olan ilk və ye­ga­nə qur­ğu­dur. Onun yük­gö­tür­mə qa­bi­liy­yə­ti 5600, su tu­tu­mu isə 47500 ton­dur. Qur­ğu­da 160 nə­fər iş­çi he­yə­ti ça­lı­şa bi­lər. Al­tın­cı nə­sil ya­rım­dal­ma qaz­ma qur­ğu­su­nun ti­kin­ti­sin­də 2400-ə ya­xın in­san ça­lı­şıb ki, on­la­rın da təx­mi­nən 80 fai­zi Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­daş­la­rı olub.

Son­da xa­ti­rə şək­li çək­di­ri­lib.

Son xəbərlər