27/04/2017 01:35
728 x 90

De­pu­tat­la­rın dav­ra­nış­la­rı 13 mad­də­lik etik qa­nun­la tən­zim­lə­nə­cək...

img

Va­hid Əh­mə­dov: "De­pu­ta­tın sta­tu­su var, o, hə­min sta­tu­sa uy­ğun ola­raq hə­rə­kət et­mə­li­dir"

Mə­la­hət İb­ra­him­qı­zı: "Mil­lət və­ki­li­nin dav­ra­nı­şı se­çil­di­yi dai­rə ilə ya­na­şı, cə­miy­yə­tə də tə­sir edir"

 

Mil­li Məc­li­sin Da­xi­li Ni­zam­na­mə­si­nə də­yi­şik­lik tək­lif edi­lir. Ni­zam­na­mə­nin 46-cı (Par­la­ment­da­xi­li mə­su­liy­yə­tə cəlb olu­nan Mil­li Məc­li­sin de­pu­ta­tı­na tət­biq edi­lən in­ti­zam təd­bir­lə­ri) mad­də­si­nə ye­ni bənd əla­və edi­lir. Be­lə ki, möv­cud qa­nun­ve­ri­ci­li­yə əsa­sən, ha­zır­da Mil­li Məc­li­sin de­pu­ta­tı­na xə­bər­dar­lıq, söz kəs­mə, ic­las sa­lo­nun­dan çı­xar­ma, töh­mət, de­pu­tat sə­la­hiy­yət­lə­ri­nin iti­ril­mə­si ki­mi in­ti­zam təd­bir­lə­ri tət­biq edi­lir. Bun­dan son­ra de­pu­ta­tın man­dat­dan məh­rum edil­mə­si də tək­lif olu­nur.

De­pu­tat Mil­li Məc­li­sin və onun ko­mi­tə və ko­mis­si­ya­la­rı­nın ic­las­la­rı­nın apa­rıl­ma­sı­na ma­ne ol­duq­da par­la­men­tin səd­ri hə­min de­pu­tat haq­qın­da mə­sə­lə­ni İn­ti­zam ko­mis­si­ya­sı­na gön­də­rir. İn­ti­zam ko­mis­si­ya­sı bu mə­sə­lə­yə 2 həf­tə müd­də­tin­də ba­xıb mü­va­fiq rəy qə­bul edir. Mil­li Məc­li­sin növ­bə­ti ic­la­sın­da hə­min rəy mü­za­ki­rə edi­lir. Par­la­ment de­pu­ta­tın man­dat­dan məh­rum edil­mə­si ba­rə­də qə­ra­rı tə­ləb olu­nan səs çox­lu­ğu ilə qə­bul edir.

De­pu­tat Mil­li Məc­li­sin və onun ko­mi­tə və ko­mis­si­ya­la­rı­nın ic­las­la­rın­da çı­xış edən­lə­rin sö­zü­nü kəs­dik­də par­la­men­tin səd­ri hə­min de­pu­tat haq­qın­da mə­sə­lə­ni Mil­li Məc­li­sin İn­ti­zam ko­mis­si­ya­sı­na gön­də­rir. İn­ti­zam ko­mis­si­ya­sı bu mə­sə­lə­yə iki həf­tə müd­də­tin­də ba­xıb de­pu­ta­ta töh­mət ve­rə bi­lər və ya de­pu­ta­tın etik dav­ra­nış qay­da­la­rı­nı ko­bud su­rət­də poz­du­ğu qə­naə­ti­nə gəl­dik­də de­pu­ta­tın man­dat­dan məh­rum edil­mə­si ba­rə­də rə­yi­ni Mil­li Məc­li­sin mü­za­ki­rə­si­nə çı­xa­ra bi­lər. Mil­li Məc­li­sin növ­bə­ti ic­la­sın­da hə­min rəy mü­za­ki­rə edi­lir. Par­la­ment de­pu­ta­tın man­dat­dan məh­rum edil­mə­si ba­rə­də qə­ra­rı tə­ləb olu­nan səs çox­lu­ğu ilə qə­bul edir.

Bil­di­rək ki, la­yi­hə­nin ya­xın müd­dət­də Mil­li Məc­lis­də mü­za­ki­rə­yə çı­xa­rı­la­ca­ğı göz­lə­nir.

Mil­li Məc­li­sin Hü­quq si­ya­sə­ti və döv­lət qu­ru­cu­lu­ğu və İn­san hü­quq­la­rı ko­mi­tə­lə­ri­nin bir­gə ic­la­sın­da "Azər­bay­can Mil­li Məc­li­si de­pu­ta­tı­nın etik dav­ra­nış qay­da­la­rı haq­qın­da" qa­nun la­yi­hə­si mü­za­ki­rə­yə çı­xa­rı­lıb.

İc­las­da çı­xış edən Mil­li Məc­li­sin vit­se-spi­ke­ri, İn­san hü­quq­la­rı ko­mi­tə­si­nin səd­ri Ba­har Mu­ra­do­va bil­di­rib ki, qa­nun la­yi­hə­si­nin ha­zır­lan­ma­sı Azər­bay­can Kons­ti­tu­si­ya­sı­na edi­lən də­yi­şik­lik­lər­dən irə­li gə­lir: "Kons­ti­tu­si­ya­da gös­tə­ri­lib ki, de­pu­ta­tın etik dav­ra­nış qay­da­la­rı qa­nun­la mü­əy­yən edil­mə­li­dir. Par­la­ment seç­ki­si za­ma­nı de­pu­ta­ta 40 min­dən çox se­çi­ci səs ve­rir. Se­çi­ci­lər səs ve­rən za­man de­pu­ta­ta ina­nır­lar və bu pa­ra­metr­lər üz­rə on­dan la­zı­mi iş gör­mə­si­ni göz­lə­yir­lər. Dün­ya­nın bir çox öl­kə­lə­rin­də mü­va­fiq döv­lət qu­rum­la­rı­nın rəh­bər­lə­ri, seç­ki­li or­qan­la­rın rəh­bər­lə­ri, bə­lə­diy­yə üzv­lə­ri və döv­lət qul­luq­çu­la­rı­nın, o cüm­lə­dən par­la­ment üzv­lə­ri­nin fəa­liy­yə­ti­ni tən­zim­lə­yən qa­nun­lar var. Qa­nun la­yi­hə­si­nin əsas məq­sə­di de­pu­tat­la­rın fəa­liy­yə­tin­də şəf­faf­lı­ğın və sə­mə­rə­li­li­yin ar­tı­rıl­ma­sı, o cüm­lə­dən Mil­li Məc­lis üz­vü­nün nü­fu­zu­na xə­lər gə­ti­rə bi­lə­cək hə­rə­kət­lər­dən çə­kin­dir­mək­dir. Azər­bay­can­da par­la­ment ənə­nə­lə­ri və bey­nəl­xalq təc­rü­bə nə­zə­rə alı­na­raq bu qa­nun la­yi­hə­si ha­zır­la­nıb".

Mil­lət və­kil­lə­ri­nin mə­lum qa­nun la­yi­hə­si­nə fi­kir­lə­ri fərq­li ol­du.

Mil­lət və­ki­li Va­hid Əh­mə­do­vun söz­lə­ri­nə gö­rə, de­pu­ta­tın sta­tu­su var: "De­pu­tat hə­min sta­tu­sa uy­ğun hə­rə­kət et­mə­li­dir. Mil­li Məc­li­sin de­pu­ta­tı mək­təb şa­gir­di, uni­ver­si­tet tə­lə­bə­si de­yil axı?! De­pu­tat ki­fa­yət qə­dər ye­tiş­miş, si­ya­sət­də olan və in­san­lar­la iş­lə­yən şəxs­dir. Mən be­lə he­sab edi­rəm ki, bu cür cı­lız qa­nun­la­rın qə­bul olun­ma­sı­na eh­ti­yac yox­dur".

Xa­nım de­pu­tat Mə­la­hət İb­ra­him­qı­zı bil­dir­di ki, mil­lət və­ki­li ey­ni za­man­da tək se­çil­di­yi dai­rə­ni əha­tə et­mir. Öl­kə­nin hər bir ye­rin­də o, mil­lət və­ki­li sa­yı­lır. Ona gö­rə də mil­lət və­ki­li hər bir dav­ra­nı­şın­da in­cə­lik­lə­rə əməl et­mə­li­dir: "Mil­lət və­ki­li­nin dav­ra­nı­şı se­çil­di­yi dai­rə ilə ya­na­şı, cə­miy­yə­tə də tə­sir edir. Mil­lət və­kil­lə­ri­nin özü dav­ra­nı­şı, in­san­la­ra mü­na­si­bə­ti ilə nü­mu­nə ol­ma­lı­dır. Hər bir in­sa­nın ça­tış­maz­lı­ğı var. Am­ma o ça­tış­maz­lıq ic­ti­mai yük­lü ol­ma­ma­lı­dır. İc­ti­ma­iy­yət və ət­raf üçün prob­lem ya­rat­ma­ma­lı­dır. Onun dav­ra­nı­şın­da ça­tış­maz­lıq, ya­xud da bir boş­luq var­sa, ic­ti­ma­iy­yət üçün gö­rün­mə­mə­li­dir".

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər