21/08/2017 18:00
728 x 90

İn­san­la­rın şəx­si hə­ya­tı­na mü­da­xi­lə­nin pul­la cə­ri­mə­si iki də­fə ar­tı­rıl­dı...

"Cə­za qa­nun­lar çər­çi­və­sin­də ya­şa­ya bil­mə­yən, is­lah olun­ma­yan in­san­lar üçün­dür"

img

Azər Həs­rət: "Bu cür ad­dım­la­rın atıl­ma­sı za­ma­nın tə­lə­bi­dir"

 

Azər­bay­can­da şəx­si hə­ya­ta mü­da­xi­lə ilə bağ­lı cə­za ağır­laş­dı­rı­lır. Bu­nun­la bağ­lı Ci­na­yət Mə­cəl­lə­si­nin 156-cı (Şəx­si hə­ya­tın to­xu­nul­maz­lı­ğı­nı poz­ma) mad­də­si­nə də­yi­şik­lik tək­lif edi­lib. Də­yi­şik­li­yə əsa­sən, mad­də­nin sank­si­ya­sın­da nə­zər­də tu­tu­lan "100 ma­nat­dan 500 ma­na­ta qə­dər cə­ri­mə" "1000 ma­nat­dan 2000 ma­na­ta qə­dər cə­ri­mə" ilə əvəz­lə­nir.

La­yi­hə Mil­li Məc­li­sin ple­nar ic­la­sı­na töv­si­yə olu­nub və ap­re­lin 25-də mü­za­ki­rə­yə çı­xa­rı­la­caq.

Şəx­si hə­ya­ta mü­da­xi­lə ilə bağ­lı cə­za­la­rın sərt­ləş­di­ril­mə­si­ni düz­gün sa­yan me­dia eks­per­ti Azər Həs­rət "Ba­kı-Xə­bər"ə açıq­la­ma­sın­da qeyd et­di ki, bu mə­sə­lə bir ne­çə də­fə mü­za­ki­rə­yə çı­xa­rı­lıb: "Ci­na­yət Mə­cəl­lə­si­nə edi­lən də­yi­şik­lik əsa­sın­da in­ter­net üzə­rin­dən təh­qir və böh­tan­la bağ­lı cə­za­lar sərt­ləş­di­ril­di. 147 və 148-ci mad­də­lər sərt­ləş­di­ri­lən­dən son­ra bə­zi şəxs­lər id­dia edir­di ki, gu­ya Azər­bay­can döv­lə­ti və­tən­daş­la­rın sə­si­ni boğ­maq və on­la­rın ifa­də azad­lı­ğı­na mü­da­xi­lə et­mək is­tə­yir. An­caq, əs­lin­də, bu­ra­da ifa­də azad­lı­ğı­nın bo­ğul­ma­sın­dan söh­bət get­mir­di. Bu gün də bə­zi şəxs­lər ey­ni dü­şün­cə­də­dir. Biz də­fə­lər­lə mə­lum mə­sə­lə ilə bağ­lı bil­dir­mi­şik ki, söh­bət mə­su­liy­yət his­si­ni iti­rən, baş­qa in­san­la­rın si­nir sis­te­mi­nin po­zul­ma­sı­na sə­bəb olan, məq­səd­li şə­kil­də ma­te­ri­al yay­ma­ğı özü­nə pe­şə se­çən şəxs­lər­dən ge­dir. Yə­ni bu cə­za­lar o şəxs­lər üçün nə­zər­də tu­tu­lub ki, on­lar öz dav­ra­nı­şı­na diq­qət edə bil­mir, baş­qa in­san­la­rın hü­quq­la­rı­nı po­zur. Cə­za­nın sərt­ləş­di­ril­mə­sin­dən nor­mal in­san­lar na­ra­hat ol­ma­ma­lı­dır. Cə­za qa­nun­lar çər­çi­və­sin­də ya­şa­ya bil­mə­yən, is­lah olun­ma­yan in­san­lar üçün­dür. Bu ba­xım­dan şəx­si hə­ya­ta mü­da­xi­lə ilə bağ­lı cə­za­nın ağır­laş­dı­rıl­ma­sı­nın tə­rəf­da­rı­yam".

Həm­söh­bə­ti­mi­zin fik­rin­cə, bu cür ad­dım­la­rın atıl­ma­sı za­ma­nın tə­lə­bi­dir: "Döv­lə­ti­miz in­san­la­rın nor­mal ya­şa­ma­sı üçün, anor­mal dü­şün­cə­yə ma­lik in­san­lar­dan qo­ru­maq üçün bu cür sərt ad­dım­la­ra əl atır".

Gü­nel CƏ­Lİ­LO­VA

Son xəbərlər