27/04/2017 13:06
728 x 90

Cinayətə görə cərimənin maksimum həddi iki dəfə artırılır

img

Azərbaycanda cinayətə görə tətbiq olunan cərimələrin maksimum həddi iki dəfə artırılır. APA-nın məlumatına görə, bununla bağlı Cinayət Məcəlləsinin 44-cü (Cərimə) maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, “Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla on min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda müəyyən olunur” cümləsində “on min manat” sözü “iyirmi min manat” sözü ilə əvəz edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq. 

Son xəbərlər