13/12/2017 05:31
728 x 90

Azər­bay­ca­nın qey­ri-neft ix­ra­cat­çı­la­rı Pre­zi­dent Əli­ye­vin rəh­bər­li­yi al­tın­da məq­səd­yön­lü to­par­la­nır...

Pre­zi­dent İl­ham Əli­yev "da­xi­li tə­lə­ba­tın tam ödə­ni­şin­dən ix­ra­ca­ta" for­mu­lu­nu də­qiq izah et­di...

img

Ap­re­lin 17-də Pre­zi­dent İl­ham Əli­yev Yev­lax şə­hə­rin­də Aran Re­gio­nal İn­ki­şaf Mər­kə­zi ilə ta­nış olub. Döv­lət baş­çı­sı əv­vəl­cə Aran Re­gio­nal İn­ki­şaf Mər­kə­zi­nin fo­ye­sin­də təş­kil edil­miş ix­rac­yö­nüm­lü qey­ri-neft məh­sul­la­rı­nın sər­gi­si ilə ta­nış olub.

İq­ti­sa­diy­yat na­zi­ri Şa­hin Mus­ta­fa­yev döv­lət baş­çı­sı­na sər­gi­də nü­ma­yiş olu­nan məh­sul­lar ba­rə­də mə­lu­mat ve­rib. Bil­di­ri­lib ki, sər­gi­də qey­ri-neft məh­sul­la­rı ix­rac edən 60-dan çox şir­kə­tin 450-yə ya­xın çe­şid­də şə­rab, çay, mey­və-tə­rə­vəz, mi­ne­ral su­lar, şi­rə­lər, bal, şir­niy­yat, teks­til və di­gər məh­sul­la­rı nü­ma­yiş olu­nur. Bu məh­sul­lar da­xi­li tə­lə­ba­ta yö­nəl­dil­mək­lə ya­na­şı, Av­ro­pa, MDB öl­kə­lə­ri, ABŞ, Bir­ləş­miş Ərəb Əmir­lik­lə­ri, Çin, Tür­ki­yə, İran, Səu­diy­yə Ərə­bis­ta­nı və di­gər öl­kə­lə­rə ix­rac edi­lir.

Pre­zi­dent Aran Re­gio­nal İn­ki­şaf Mər­kə­zin­də ya­ra­dı­lan şə­ra­it­lə ta­nış olub.

Son­ra Pre­zi­dent İl­ham Əli­ye­vin sədr­li­yi ilə ap­re­lin 17-də Yev­lax­da qey­ri-neft ix­ra­cat­çı­la­rı­nın res­pub­li­ka mü­şa­vi­rə­si baş­la­yıb.

Döv­lət baş­çı­sı mü­şa­vi­rə­ni gi­riş nit­qi ilə aça­raq de­yib: "Bu gün Yev­lax ra­yo­nun­da qey­ri-neft ix­ra­cat­çı­la­rı­nın bi­rin­ci res­pub­li­ka mü­şa­vi­rə­si ke­çi­ri­lir. Bu mü­şa­vi­rə­nin bö­yük əhə­miy­yə­ti var. Əmi­nəm ki, mü­şa­vi­rə­dən son­ra bi­zim qey­ri-neft ix­ra­cı­mız ar­ta­caq. Bu­nu de­mə­yə əsas var. Çün­ki son il­lər ər­zin­də Azər­bay­can­da cid­di is­la­hat­lar apa­rıl­mış­dır, re­gi­on­la­rın so­si­al-iq­ti­sa­di in­ki­şa­fı Döv­lət proq­ram­la­rı qə­bul edil­miş­dir, sa­hib­kar­la­ra döv­lət tə­rə­fin­dən bö­yük dəs­tək gös­tə­ril­miş­dir və gös­tə­ri­lir. Be­lə­lik­lə, biz qey­ri-neft ix­ra­cı­nın ar­tı­rıl­ma­sı­na na­il ola bil­mi­şik. Bi­rin­ci mü­şa­vi­rə Yev­lax ra­yo­nun­da ke­çi­ri­lir.

Son il­lər ər­zin­də Yev­lax ra­yo­nu­nun so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nı sü­rət­lən­dir­mək üçün bir çox önəm­li ad­dım­lar atıl­mış­dır, həm iq­ti­sa­di, həm so­si­al la­yi­hə­lər ic­ra edil­miş­dir. Mə­nim bu sə­fə­rim çər­çi­və­sin­də biz bir ne­çə önəm­li ob­yek­tin açı­lı­şı­nı qeyd et­dik. İki yol la­yi­hə­si is­tis­ma­ra ve­ril­di. Uzun il­lər ər­zin­də, de­mək olar ki, fəa­liy­yət­siz qa­lan Var­va­ra Su Elek­trik Stan­si­ya­sı­nın ye­ni­dən qu­rul­ma­sı öz həl­li­ni tap­dı və in­di bu stan­si­ya 18 me­qa­vat ener­ji gü­cü­nə ma­lik­dir. Ey­ni za­man­da, biz Yev­lax­da müa­sir ba­lı­qar­tır­ma mü­əs­si­sə­si­nin açı­lı­şı­nı da qeyd et­dik. Bu da bö­yük mü­əs­si­sə­dir və bö­yük in­ves­ti­si­ya qo­yu­lub­dur, ey­ni za­man­da, bu mü­əs­si­sə­nin çox bö­yük ix­rac po­ten­sia­lı var.

Əs­lin­də bi­zim fəa­liy­yə­ti­mi­zin əsas is­ti­qa­mət­lə­ri da­xi­li tə­lə­ba­tı da­xi­li is­teh­sal he­sa­bı­na ödə­mək­dən və ix­rac po­ten­sia­lı­mı­zı ar­tır­maq­dan iba­rət­dir. Biz bu yol­la ge­di­rik. Sa­hib­kar­lar­la mə­nim mün­tə­zəm ola­raq il­də bir ne­çə də­fə gö­rüş­lə­rim ke­çi­ri­lir. Son 13-14 il ər­zin­də yüz­lər­lə sa­hib­kar­la gö­rüş ke­çi­ril­miş­dir. Mən sa­hib­kar­lıq fəa­liy­yə­ti sa­hə­sin­də bir çox mü­əs­si­sə­lə­rin açı­lı­şın­da şəx­sən iş­ti­rak et­mi­şəm. Sa­hib­kar­lar yax­şı bi­lir­lər ki, on­la­rın fəa­liy­yə­ti­nə döv­lət tə­rə­fin­dən çox bö­yük dəs­tək, həm­çi­nin si­ya­si dəs­tək ve­ri­lir. Bu gün cə­miy­yət­də sa­hib­kar­la­ra mü­na­si­bət müs­bə­tə doğ­ru də­yi­şir və əl­bət­tə ki, sa­hib­kar­la­rın so­si­al mə­su­liy­yə­ti gün­də­lik­də du­ran mə­sə­lə­lər­dən bi­ri­dir. Mən də­fə­lər­lə bu ba­rə­də öz fi­kir­lə­ri­mi bil­dir­mi­şəm. Bu həm sa­hib­kar­la­ra la­zım­dır ki, cə­miy­yət on­la­rın işi­ni da­ha yük­sək qiy­mət­lən­dir­sin, ey­ni za­man­da, sa­hib­kar­lar da öz tə­rəf­lə­rin­dən nə­in­ki biz­nes ma­raq­la­rı, ümu­miy­yət­lə öl­kə qar­şı­sın­da du­ran və­zi­fə­lə­rin, o cüm­lə­dən so­si­al və­zi­fə­lə­rin ic­ra­sı üçün də səy­lə­ri­ni qoy­sun­lar. Əmi­nəm ki, on­lar mad­di im­kan­la­rı art­dıq­ca bu mə­sə­lə­yə da­ha da bö­yük diq­qət və və­sa­it ayı­ra­caq­lar.

O ki qal­dı döv­lət si­ya­sə­ti­nə, bir da­ha de­mək is­tə­yi­rəm, sa­hib­kar­lı­ğın in­ki­şa­fı bi­zim üçün prio­ri­tet mə­sə­lə­lər­dən bi­ri­dir. Qeyd et­di­yim ki­mi, sa­hib­kar­lı­ğın in­ki­şa­fı üçün həm si­ya­si dəs­tək ve­ri­lir, ey­ni za­man­da, döv­lət qu­rum­la­rı tə­rə­fin­dən çox bö­yük me­to­di­ki dəs­tək gös­tə­ri­lir, be­lə gö­zəl re­gio­nal in­ki­şaf mər­kəz­lə­ri ya­ra­dı­lır, bu ikin­ci mər­kəz­dir. Mən Xaç­maz ra­yo­nun­da bi­rin­ci mər­kə­zin açı­lı­şın­da da şəx­sən iş­ti­rak et­miş­dim. Sa­hib­kar­lar üçün Yev­lax ra­yo­nun­da­kı bu Aran Re­gio­nal İn­ki­şaf Mər­kə­zi də döv­lət tə­rə­fin­dən ti­ki­lib is­ti­fa­də­yə ve­ri­lib. Bu da sa­hib­kar­lı­ğın in­ki­şa­fı­na növ­bə­ti dəs­tə­yin əla­mə­ti­dir.

Son il­lər ər­zin­də Sa­hib­kar­lı­ğa Kö­mək Mil­li Fon­du­nun xət­ti ilə sa­hib­kar­la­ra döv­lət tə­rə­fin­dən 2 mil­yard ma­nat­dan çox gü­zəşt­li şərt­lər­lə kre­dit­lər ve­ril­miş­dir. Bu kre­dit­lər, ey­ni za­man­da, sa­hib­kar­la­rın qoy­duq­la­rı və­sa­it­lər he­sa­bı­na ic­ra edi­lən la­yi­hə­lər bu gün de­mə­yə əsas ve­rir ki, biz qey­ri-neft ix­ra­cı­mı­zı ar­tı­rı­rıq. Çün­ki əgər bu kre­dit­lər ol­ma­say­dı, bir çox la­yi­hə­lər ic­ra edil­mə­miş qa­lar­dı və bu gün nə­in­ki ix­rac po­ten­sia­lı­mı­zın ar­tı­rıl­ma­sın­dan, ümu­miy­yət­lə, da­xi­li tə­lə­ba­tın ödə­nil­mə­sin­dən söh­bət ge­də bil­məz­di. Ona gö­rə döv­lət si­ya­sə­ti, sa­hib­kar­lı­ğa gös­tə­ri­lən si­ya­si dəs­tək, mə­nə­vi dəs­tək, ma­liy­yə dəs­tə­yi və sa­hib­kar­lı­ğın in­ki­şa­fı üçün apa­rı­lan cid­di is­la­hat­lar və on­la­ra edi­lən gü­zəşt­lər bu gün Azər­bay­can­da qey­ri-neft sek­to­ru­nun in­ki­şa­fı­na tə­kan ve­rən əsas amil­lər­dən bi­ri­dir.

Əl­bət­tə, sa­hib­kar­lı­ğın in­ki­şa­fı haq­qın­da da­nı­şar­kən biz müt­ləq Re­gio­nal İn­ki­şaf proq­ram­la­rı­nı qeyd et­mə­li­yik. Bi­rin­ci proq­ram 2004-cü ilin əv­və­lin­də - fev­ral ayın­da qə­bul edil­miş­dir. Bu proq­ra­mın qə­bul edil­mə­si mə­nim 2003-cü il­də seç­ki­qa­ba­ğı proq­ra­mı­mın bir his­sə­si idi. O vaxt bə­yan et­miş­dim ki, xalq eti­mad gös­tə­rər­sə, re­gi­on­la­rın in­ki­şa­fı mə­nim üçün əsas və­zi­fə­lər­dən bi­ri ola­caq­dır və be­lə də ol­du. 2004-cü il­də bi­rin­ci, 2009-cu il­də ikin­ci və 2014-cü il­də üçün­cü Re­gio­nal İn­ki­şaf proq­ram­la­rı qə­bul olun­muş və ic­ra edil­miş­dir. Onu da qeyd et­mə­li­yəm ki, bi­rin­ci və ikin­ci proq­ram ar­tıq­la­ma­sı ilə ic­ra olun­muş­dur. O proq­ram­lar­da nə­zər­də tu­tu­lan bü­tün və­zi­fə­lər hə­yat­da öz ək­si­ni tap­mış­dır. Ha­zır­da biz üçün­cü Re­gio­nal İn­ki­şaf Proq­ra­mı­nın ic­ra­sı ilə məş­ğu­luq. Əmi­nəm ki, bu proq­ram da uğur­la ic­ra edi­lə­cək.

Bu proq­ram­la­rın ic­ra­sı nə­ti­cə­sin­də biz nə­lə­ri əl­də et­dik? İlk növ­bə­də, re­gi­on­lar­da müa­sir in­fras­truk­tur ya­ra­dıl­dı. Əgər biz in­fras­truk­tur la­yi­hə­lə­ri­nə və­sa­it qoy­ma­say­dıq, heç bir in­ki­şaf­dan söh­bət ge­də bil­məz­di. Onu biz o vaxt et­mə­yə baş­la­dıq ki, hə­lə öl­kə­yə bö­yük həcm­də neft gə­lir­lə­ri gəl­mə­miş­di. Neft gə­lir­lə­ri Ba­kı-Tbi­li­si-Cey­han neft kə­mə­ri­nin 2006-cı il­də is­tis­ma­ra ve­ril­mə­sin­dən son­ra gəl­mə­yə baş­la­mış­dır. An­caq biz bi­rin­ci Re­gio­nal İn­ki­şaf Proq­ra­mı­nı 2004-cü il­də qə­bul et­dik və onu ic­ra et­mə­yə baş­la­dıq. Yə­ni bu onu gös­tə­rir ki, bi­zim uğur­la­rı­mı­zın tə­mə­lin­də tək­cə ma­liy­yə və­ziy­yə­ti­miz da­yan­mır. Ey­ni za­man­da, dü­şü­nül­müş si­ya­sət, güc­lü ira­də və düz­gün se­çil­miş ar­dı­cıl fəa­liy­yə­ti­miz həm Re­gio­nal İn­ki­şaf proq­ram­la­rı­nın ic­ra­sı­na gə­ti­rib çı­xar­dı və bü­töv­lük­də bü­tün di­gər sa­hə­lər­də də biz ar­dı­cıl si­ya­sət apa­ra­raq öl­kə­mi­zi güc­lən­di­ri­rik.

De­mək olar ki, 2004-cü il­dən bu gü­nə qə­dər Azər­bay­can­da əsas in­fras­truk­tur la­yi­hə­lə­ri ic­ra edil­miş­dir. Biz elek­trik ener­ji­si­ni id­xal edir­dik, ar­tıq ix­rac et­mə­yə baş­la­mı­şıq, 30-a ya­xın elek­trik stan­si­ya­sı ti­ki­lib is­ti­fa­də­yə ve­ril­miş­dir. Bu, in­ki­şaf üçün bi­rin­ci şərt­dir. Əgər ener­ji gü­cü ol­ma­sa, heç bir mü­əs­si­sə­ni ya­rat­maq müm­kün ol­ma­ya­caq. Di­gər tə­rəf­dən, in­fras­truk­tur la­yi­hə­lə­ri­miz so­si­al xa­rak­ter da­şı­yır. Çün­ki da­ya­nıq­lı ener­ji ilə və­tən­daş­la­rı tə­min et­mək hər bir döv­lə­tin bor­cu­dur. Biz bu­na da na­il ol­duq. Əv­vəl­ki il­lə­ri yax­şı xa­tır­la­yı­rıq, işıq­lar sö­nür­dü, hət­ta Ba­kı şə­hə­rin­də fa­si­lə­lər ya­ra­nır­dı. Bu gün isə biz da­ya­nıq­lı elek­trik ener­ji­si­ni, de­mək olar ki, tə­min et­mi­şik. Hə­lə də iş­lər ge­dir, ener­ji in­fras­truk­tu­ru ye­ni­lə­şir, ya­rıms­tan­si­ya­lar ti­ki­lir, ye­ni xət­lər çə­ki­lir, elek­trik di­rək­lə­ri tə­zə­lə­nir. An­caq de­mək olar ki, biz iş­lə­rin bö­yük his­sə­si­ni gö­rə bil­mi­şik.

Azər­bay­can­da qaz­laş­dır­ma 92 fai­zə ça­tıb. Xa­tır­la­yı­ram, Pre­zi­dent ki­mi böl­gə­lə­rə ilk sə­fər­lə­rim­də və­tən­daş­lar tə­rə­fin­dən qal­dı­rı­lan mə­sə­lə­lər­dən bi­ri də qaz­laş­dır­ma ilə bağ­lı idi. O vaxt nə­in­ki kənd­lər­də, hət­ta ra­yon mər­kəz­lə­rin­də tə­bii qaz yox idi. Ba­kı şə­hə­ri 100 fa­iz tə­bii qaz­la tə­min edil­mir­di. Biz bu mə­sə­lə­ni də de­mək olar ki, həll et­dik. Qaz­laş­dır­ma­nı 92 fai­zə çat­dır­maq hər bir öl­kə üçün bö­yük nai­liy­yət­dir. An­caq biz bu­nun­la ki­fa­yət­lən­mi­rik. Növ­bə­ti il­lər­də da­ha da yük­sək fai­zə ça­ta­ca­ğıq.

Bi­rin­ci proq­ram qə­bul olu­nan­dan son­ra 11 min ki­lo­metr­dən çox uzun­lu­ğu olan yol­lar sa­lı­nıb. Bü­tün qon­şu öl­kə­lər­lə bi­zi bir­ləş­di­rən yol­lar ya is­tis­ma­ra ve­ri­lib, ya da ki, ar­tıq bu­na ya­xın­dır. Kənd yol­la­rı­nın sa­lın­ma­sı ge­niş vü­sət al­mış­dır. Dü­nən Yev­lax ra­yo­nun­da iki yol la­yi­hə­si­ni is­tis­ma­ra ver­dik. De­mək olar ki, Yev­lax ra­yo­nun­da əsas kənd yol­la­rı ar­tıq nor­mal və­ziy­yət­də­dir. Bu il yüz­lər­lə kən­di bir­ləş­di­rən ye­ni yol la­yi­hə­lə­ri ic­ra edi­lə­cək. Bu, həm so­si­al, həm də iq­ti­sa­di mə­sə­lə­dir. Çün­ki bu, həm in­san­la­ra ra­hat­lıq ve­rir, ey­ni za­man­da, məh­su­lu ba­zar­la­ra vax­tın­da çat­dır­maq üçün yol­la­rın bö­yük əhə­miy­yə­ti var. Həm­çi­nin yol ol­ma­yan yer­lə­rə in­ves­ti­si­ya da gəl­mir və in­ki­şaf da ol­mur. Bax, proq­ra­mın əsas is­ti­qa­mət­lə­ri bu idi.

Ey­ni za­man­da, so­si­al in­fras­truk­tu­run ya­ra­dıl­ma­sı - 3 min­dən çox mək­təb, 600-dən çox xəs­tə­xa­na ti­kil­miş, ya­xud tə­mir edil­miş­dir. Bö­yük me­lio­ra­si­ya la­yi­hə­lə­ri ic­ra edil­miş­dir. De­yə bi­lə­rəm ki, on­la­rın içə­ri­sin­də iki la­yi­hə - Tax­ta­kör­pü və Şəm­kir­çay su an­bar­la­rı ta­ri­xi əhə­miy­yət da­şı­yır. Hə­min la­yi­hə­lə­rə bö­yük döv­lət və­sai­ti qo­yul­muş­dur. Bu su an­bar­la­rı­nın fəa­liy­yə­ti bun­dan son­ra da kənd tə­sər­rü­fa­tı­na da­im bö­yük dəs­tək ola­caq. Di­gər me­lio­ra­si­ya la­yi­hə­lə­ri ic­ra edil­miş­dir və bu pro­ses da­vam edir. He­sab edi­rəm ki, bu il bu is­ti­qa­mət­də ən cid­di ad­dım­lar atı­la­caq. Mən bu­nu ar­tıq de­mi­şəm, fer­mer­lə­rə bu il təx­mi­nən 150 min hek­tar ye­ni su­va­rı­lan tor­paq təh­vil ve­ri­lə­cək. Bir il ər­zin­də bu qə­dər su­va­rı­lan tor­pa­ğı əl­də et­mə­yi­miz ta­ri­xi nai­liy­yət­dir.

Bir söz­lə, re­gio­nal in­ki­şaf proq­ram­la­rı­nın ic­ra­sı öz gö­zəl nə­ti­cə­lə­ri­ni ver­miş­dir. Min­lər­lə ye­ni mü­əs­si­sə ya­ra­dı­lıb. Bir mil­yon 700 min ye­ni iş ye­ri ya­ra­dıl­mış­dır ki, on­la­rın bir mil­yon 300 mi­ni dai­mi iş ye­ri­dir.

Re­gi­on­la­rı­mız abad­la­şıb, şə­hər­lə­ri­miz gö­zəl­lə­şib. İn­di hər bir böl­gə­yə sə­fər edər­kən gö­zəl­lik, abad­lıq gö­rür­sən. Bü­tün bun­la­rı biz et­dik. Bun­lar bi­zim si­ya­sə­ti­miz nə­ti­cə­sin­də müm­kün ol­muş­dur. Bu bir da­ha onu gös­tə­rir ki, tut­du­ğu­muz yol düz­gün yol­dur və bu tə­şəb­büs­lə­rin ye­ri­nə ye­ti­ril­mə­si ar­tıq tam ye­ni bir və­ziy­yət ya­rat­dı.

Biz bu gün inam­la de­yə bi­lə­rik ki, Azər­bay­can öz iq­ti­sa­di po­ten­sia­lı­nı şa­xə­lən­di­rə bi­lib. Ha­zır­da qey­ri-neft sek­to­ru­muz iq­ti­sa­diy­ya­tı­mı­zın təx­mi­nən 65 fai­zi­ni tə­min edir. İx­ra­cat­da isə biz bu­nu hə­lə ki, de­yə bil­mə­rik. İx­ra­cı­mı­zın bö­yük his­sə­si hə­lə ki, neft və qaz­la bağ­lı­dır. Bu da yə­qin ki, in­di­ki dövr üçün tə­bii­dir. Çün­ki biz neft-qaz po­ten­sia­lı­mı­zı ar­tı­rı­rıq. An­caq qar­şı­da du­ran və­zi­fə­lər­dən bi­ri də odur ki, biz ix­rac­da da şa­xə­lən­dir­mə­yə na­il olaq. Ne­cə ki, bu­na ümu­mi da­xi­li məh­sul­da na­il ol­mu­şuq, ix­rac­da da bu­na na­il ol­ma­lı­yıq.

Bu ilin gös­tə­ri­ci­lə­ri də çox se­vin­di­ri­ci­dir. Mən bu ba­rə­də ar­tıq de­mi­şəm, bir da­ha de­mək is­tə­yi­rəm ki, bu ilin üç ayı­nın gös­tə­ri­ci­lə­ri bi­zi çox ruh­lan­dı­rır. Bu, bir da­ha gös­tə­rir ki, 2016-cı il­də qə­bul et­di­yi­miz qə­rar­lar və baş­la­dı­ğı­mız is­la­hat­lar qı­sa müd­dət ər­zin­də öz gö­zəl nə­ti­cə­lə­ri­ni ver­miş­dir. Bu ilin üç ayın­da iq­ti­sa­diy­ya­tı­mı­zın qey­ri-neft sek­to­ru 2,4 fa­iz art­mış­dır. Bu, çox yax­şı gös­tə­ri­ci­dir. Qey­ri-neft sə­na­ye­miz 2 fa­iz, kənd tə­sər­rü­fa­tı 3,5 fa­iz art­mış­dır. Üç ay ər­zin­də sək­sən min­dən çox ye­ni iş ye­ri ya­ra­dıl­mış­dır. Ti­ca­rət döv­riy­yə­miz 15 fa­iz, ix­rac 50 fai­zə ya­xın art­mış, id­xal 17 fa­iz azal­mış­dır. Kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı­nın ix­ra­cı isə 44 fa­iz art­mış­dır. Müs­bət sal­do­muz 1 mil­yard dol­lar­dan ar­tıq­dır. Biz üç ay­da 1 mil­yard dol­lar və­sa­it qa­zan­mı­şıq. Bi­zim val­yu­ta eh­ti­yat­la­rı­mız ar­tır. Bu müs­bət di­na­mi­ka de­mə­yə əsas ve­rir ki, biz il ər­zin­də da­ha da bö­yük nə­ti­cə­lə­rə gə­lib ça­ta­ca­ğıq. Çün­ki gö­tür­dü­yü­müz bu temp və ge­niş vü­sət al­mış is­la­hat­lar, o cüm­lə­dən sa­hib­kar­lar tə­rə­fin­dən bi­zim si­ya­sə­ti­mi­zə gös­tə­ri­lən prak­ti­ki dəs­tək, - on­lar öz işi ilə, öz in­ves­ti­si­ya­la­rı ilə bu­nu gös­tə­rir­lər, - de­mə­yə əsas ve­rir ki, 2017-ci il çox uğur­lu il ola­caq. Ey­ni za­man­da, biz ye­ni iq­ti­sa­di mo­de­lə keç­mək­lə bun­dan son­ra iq­ti­sa­diy­ya­tı­mı­zı an­caq is­la­hat­lar, in­no­va­si­ya­lar, tex­no­lo­gi­ya­lar və qey­ri-neft sek­to­ru he­sa­bı­na in­ki­şaf et­di­rə­cə­yik.

Ke­çən il qə­bul edil­miş qə­rar­lar, qa­nun­lar, im­za­la­dı­ğım fər­man və sə­rən­cam­lar iq­ti­sa­diy­ya­tı­mı­zı da­ha da şa­xə­lən­dir­mək üçün yax­şı im­kan­lar ya­rat­dı. Xü­su­si­lə qey­ri-neft ix­ra­cı ilə bağ­lı atıl­mış ad­dım­lar ar­tıq öz gö­zəl nə­ti­cə­lə­ri­ni ver­mək­də­dir. Biz təş­viq sis­te­mi­ni tət­biq et­mə­yə baş­la­dıq. Mən əv­vəl­ki il­lər­də də bu ba­rə­də de­miş­dim. Çün­ki bir ne­çə öl­kə­də təş­viq sis­te­mi özü­nü doğ­rult­muş və ix­ra­cın sü­rət­li ar­tı­mı­na gə­ti­rib çı­xar­mış­dır. Biz dün­ya­da möv­cud olan ən qa­baq­cıl təc­rü­bə­ni öy­rən­mi­şik və Azər­bay­can­da in­ves­ti­si­ya­nın və ix­ra­cın təş­vi­qi sis­tem­lə­ri­ni tət­biq et­mə­yə baş­la­mı­şıq. Hər iki me­xa­nizm işə sa­lı­nıb və ar­tıq uğur­la ic­ra edi­lir. Sa­hib­kar­lar bəl­kə də ilk an­lar­da inan­mır­dı­lar ki, döv­lət on­la­ra bu gü­zəş­ti də edə­cək. Bə­zi hal­lar­da bu­na tə­əc­cüb edir­di­lər. An­caq in­di gö­rür­lər ki, əgər o, ix­rac­yö­nüm­lü məh­su­lu is­teh­sal edir­sə və onu dün­ya ba­zar­la­rı­na çı­xa­rır­sa, döv­lət onun qiy­mə­ti­nin mü­əy­yən fai­zi­ni ona qay­ta­rır. Yə­ni, bu, çox bö­yük sti­mul ve­rən tə­şəb­büs­dür. Sa­hib­kar iq­ti­sa­di cə­hət­dən bun­dan həm əla­və qa­zanc əl­də edir, ey­ni za­man­da, he­sab edi­rəm ki, bu­nun mə­nə­vi cə­hət­dən də mə­na­sı var. Çün­ki sa­hib­kar­da inam ar­tır, öz işi­ni da­ha da bö­yük inam­la qu­rur, öl­kə­mi­zə da­ha da bö­yük inam­la sər­ma­yə cəlb edir.

İn­ves­ti­si­ya təş­vi­qi me­xa­niz­mi işə sa­lın­dı. Ar­tıq qı­sa müd­dət ər­zin­də in­ves­ti­si­ya təş­vi­qi üz­rə 130 sə­nəd ve­ril­miş­dir. Bu proq­ram çər­çi­və­sin­də öl­kə iq­ti­sa­diy­ya­tı­na sa­hib­kar­lar tə­rə­fin­dən 1 mil­yard 250 mil­yon ma­nat həc­min­də sər­ma­yə qo­yu­lur və qo­yu­la­caq­dır. Yə­ni, bu in­ves­ti­si­ya təş­vi­qi me­xa­niz­mi­ni işə sal­maq­la gö­rün, biz in­ves­ti­si­ya üçün nə qə­dər və­sa­it cəlb et­mi­şik. Sa­hib­kar­lar öz­lə­ri bu­nu təş­kil edir­lər. Döv­lət, əl­bət­tə ki, öz dəs­tə­yi­ni gös­tə­rir.

Qeyd et­di­yim ki­mi, gü­zəşt­li kre­dit­lər, me­to­di­ki töv­si­yə­lər və əl­bət­tə ki, in­fras­truk­tur la­yi­hə­lə­ri öz bəh­rə­lə­ri­ni ve­rir. Biz bu il 150 min hek­ta­ra ilk də­fə ola­raq su ve­rə­cə­yik. Bü­tün bun­lar iq­ti­sa­di po­ten­sia­lı­mı­zı ar­tı­rır və im­kan ya­ra­dır ki, sa­hib­kar­lar və­sa­it qoy­sun­lar, məh­sul ye­tiş­dir­sin­lər və xa­ri­ci ba­zar­la­ra çı­xar­sın­lar, da­xi­li ba­za­rı tə­min et­sin­lər. Yə­ni bu iki təş­viq tə­şəb­bü­sü­müz çox bö­yük qiy­mə­tə la­yiq­dir. Bu­nun­la bə­ra­bər, ke­çən il biz "Azex­port" por­ta­lı­nı ya­rat­dıq. Bu da döv­lət tə­rə­fin­dən atıl­mış ad­dım­dır ki, biz sa­hib­kar­la­rın işi­ni yün­gül­ləş­di­rək. "Azex­port" por­ta­lı bu gün ar­tıq dün­ya miq­ya­sın­da özü­nü ta­nı­da bi­lib. Bu por­ta­la ma­raq get­dik­cə da­ha bö­yük ola­caq. İn­di əsas və­zi­fə­miz on­dan iba­rət­dir ki, biz xa­ric­dən si­fa­riş olu­nan mal­la­rın is­teh­sa­lı­nı tə­min edə bi­lək. İn­di bə­zi hal­lar­da si­fa­riş olu­nur, an­caq ix­ra­ca gön­də­ri­lə­cək ki­fa­yət qə­dər məh­su­lu­muz hə­lə ki, ol­mur. An­caq "Azex­port" por­ta­lı­nın ya­ra­dıl­ma­sı çox müs­bət ha­di­sə­dir və get­dik­cə bu por­ta­la dün­ya­da ma­raq ar­ta­caq.

"Ma­de in Azer­bai­jan" bren­di­ni dün­ya­da ta­nıt­maq üçün prak­ti­ki ad­dım­lar atı­lır. Ar­tıq bu brend bu gün dün­ya­da şöh­rət qa­za­nır. Əl­bət­tə ki, döv­lət tə­rə­fin­dən təş­kil edil­miş sər­gi­lər və o sər­gi­lər­də sa­hib­kar­la­rın iş­ti­ra­kı gö­zəl nə­ti­cə­lə­rə gə­ti­rib çı­xa­rır. Mə­nə ve­ri­lən mə­lu­ma­ta gö­rə, bir ne­çə sər­gi­də ar­tıq kon­trakt­lar da im­za­lan­mış­dır. Əgər biz bu sər­gi­lər­də iş­ti­rak et­mə­səy­dik, kon­trakt­lar da im­za­lan­maz­dı. Yə­ni biz gör­dük ki, sa­hib­kar­la­ra əla­və kö­mək gös­tə­ril­mə­li­dir.

Mən ar­tıq qeyd et­mi­şəm, kre­dit­lər ve­ri­lir, fer­mer­lər tor­paq ver­gi­sin­dən baş­qa bü­tün ver­gi­lər­dən azad­dır. Tex­ni­ka alı­nır, gü­zəşt­li şərt­lər­lə güb­rə­lər, ya­na­caq, sub­si­di­ya­lar ve­ri­lir. Bü­tün bun­lar qey­ri-neft sek­to­ru­mu­zu can­lan­dır­dı. An­caq sa­hib­kar­la­ra əla­və dəs­tək ve­ril­mə­li­dir ki, on­lar ar­tıq öz məh­sul­la­rı­nı xa­ri­ci ba­zar­la­ra çı­xar­sın­lar. Çün­ki bu, on­la­ra da, döv­lə­tə də la­zım­dır. Bu, öl­kə­mi­zə val­yu­ta gə­ti­rir. Ona gö­rə, biz bu sər­gi­lər­də iş­ti­ra­kı­mı­zı ge­niş­lən­dir­mə­yə baş­la­dıq. Xa­ri­ci öl­kə­lə­rə bir ne­çə ix­rac mis­si­ya­sı ezam edil­miş­dir. Bu mis­si­ya­la­rın da çox bö­yük fay­da­sı var. Qə­ra­ra gəl­dik ki, bir ne­çə öl­kə­də Azər­bay­ca­nın ti­ca­rət ev­lə­ri­ni ya­ra­daq və biz ar­tıq bu­na ya­xın­la­şı­rıq. Yə­ni döv­lət tə­rə­fin­dən atıl­mış bü­tün bu ad­dım­lar, əl­bət­tə ki, sa­hib­kar­lar üçün ye­ni im­kan­lar ya­ra­dır.

Be­lə­lik­lə, biz bun­dan son­ra bu gö­zəl nə­ti­cə­lər əsa­sın­da işi­mi­zi da­ha da tək­mil­ləş­dir­mə­li­yik, fəa­liy­yə­ti­mi­zi ge­niş­lən­dir­mə­li­yik. Əl­bət­tə ki, qey­ri-neft ix­ra­cı­nı ar­tır­maq üçün ilk növ­bə­də da­xi­li tə­lə­ba­tı yer­li məh­sul­lar­la tə­min et­mə­li­yik və biz bu­na ya­xın­la­şı­rıq. Hər il re­gio­nal in­ki­şaf proq­ra­mı­na ye­kun vu­ru­ruq. Bu möv­zu da­im gün­də­lik­də olur ki, biz han­sı məh­sul­lar­la özü­mü­zü nə qə­dər tə­min edi­rik, hər il də di­na­mi­ka­nı gö­rü­rük. An­caq hə­lə ki, bu­na tam na­il ola bil­mə­mi­şik. Ona gö­rə də he­sab edi­rəm, növ­bə­ti 3-4 il ər­zin­də biz ça­lış­ma­lı­yıq ki, əsas is­teh­lak mal­la­rı­mız­la özü­mü­zü tam şə­kil­də tə­min edək. Be­lə­lik­lə, ix­rac üçün əla­və im­kan­lar ya­ra­na­caq­dır.

Bir mə­sə­lə­ni də qeyd et­mək is­tə­yi­rəm ki, biz da­im in­ki­şaf­da ol­ma­lı­yıq. Çün­ki öl­kə di­na­mik şə­kil­də in­ki­şaf edir və əha­li ar­tır. İn­ki­şaf et­miş öl­kə­lər­də əha­li­nin sa­yı ya sa­bit qa­lır, ya da ki, aza­lır. Bi­zim öl­kə­miz­də isə əha­li ar­tır. 2004-cü il­də bi­rin­ci re­gio­nal proq­ra­mı qə­bul edər­kən biz­də əha­li az idi. İn­di əha­li­nin sa­yı 10 mil­yo­na ya­xın­la­şır. Bu, əl­bət­tə ki, bi­zim bö­yük üs­tün­lü­yü­müz­dür, ey­ni za­man­da onu gös­tə­rir ki, iq­ti­sa­di in­ki­şaf çox sü­rət­li ol­muş­dur. Ona gö­rə, in­san­lar da­ha da yax­şı ya­şa­ma­ğa baş­la­dı­lar, ri­fah yük­səl­di və tə­bii ki, əha­li də ar­tır. An­caq ey­ni za­man­da, bu müs­bət ten­den­si­ya bi­zim qar­şı­mız­da çox cid­di və­zi­fə­lər qo­yur. Biz is­teh­sa­lı­mı­zı da­im ar­tır­ma­lı­yıq ki, da­xi­li tə­lə­ba­tı tam ödə­yək və ix­ra­ca rə­qa­bət­qa­bi­liy­yət­li mal­lar təq­dim edək. Ona gö­rə, növ­bə­ti il­lər­də da­xi­li tə­lə­ba­tı yer­li məh­sul­lar­la tə­min et­mək mə­sə­lə­lə­ri bi­rin­ci də­rə­cə­li və­zi­fə­lər­dir. Ey­ni za­man­da, biz döv­lə­tin dəs­tə­yi ilə ye­ni ba­zar­la­ra çı­xış əl­də et­mə­li­yik. Biz bu­nu edi­rik və edə­cə­yik, ix­rac­yö­nüm­lü məh­sul­la­rın həc­mi­ni ar­tır­ma­lı­yıq. Ər­zaq təh­lü­kə­siz­li­yi də bu iki amil­lə bi­la­va­si­tə bağ­lı olan mə­sə­lə­dir. Biz bu­na da ya­xın­la­şı­rıq ki, ər­zaq təh­lü­kə­siz­li­yi­mi­zi tam şə­kil­də tə­min edək.

Biz növ­bə­ti il­lər­də gö­rü­lə­cək iş­lər haq­qın­da da­nı­şa­ca­ğıq. Bu mü­şa­vi­rə­nin əsas məq­sə­di on­dan iba­rət­dir ki, biz gə­lə­cək fəa­liy­yə­ti­mi­zi plan­lı şə­kil­də apa­raq. Bu gün ve­ri­lə­cək tap­şı­rıq­lar, qar­şı­ya qo­yu­la­caq və­zi­fə­lər, əl­bət­tə ki, ic­ra edil­mə­li­dir və edi­lə­cək­dir. On­la­rın ic­ra­sı nə­ti­cə­sin­də biz da­ha da bö­yük ix­rac po­ten­sia­lı­na na­il ola­ca­ğıq. Əl­bət­tə ki, biz bu­nu an­caq sa­hib­kar­la­rın kö­mə­yi ilə, on­la­rın fəa­liy­yə­ti he­sa­bı­na tə­min edə bi­lə­rik. Döv­lət isə hə­mi­şə­ki ki­mi sa­hib­kar­la­rın ya­nın­da ola­caq­dır.

Son­ra iq­ti­sa­diy­yat na­zi­ri Şa­hin Mus­ta­fa­yev, Şə­rab İs­teh­sal­çı­la­rı və İx­ra­cat­çı­la­rı As­so­sia­si­ya­sı­nın səd­ri El­çin Mə­də­tov, Fın­dıq İs­teh­sal­çı­la­rı və İx­ra­cat­çı­la­rı As­so­sia­si­ya­sı­nın səd­ri İs­ma­yıl Oru­cov, "Azer­sun Hol­dinq" MMC-nin baş ic­ra­çı di­rek­to­ru Sa­vaş Uzan, "Az-Gra­na­ta" MMC-nin di­rek­to­ru Röv­şən Fər­ha­dov, "Gök-NUR Ba­kı" MMC-nin mü­di­ri Fə­rid Fər­had­za­də, "D-Fru­its Kənd­li Tə­sər­rü­fa­tı" MMC-nin tə­sis­çi­si İsa­məd­din Də­mi­rov, Biz­nes İn­ku­ba­tor iş­ti­rak­çı­sı Ariz Mi­ka­yı­lov çı­xış edib.

Pre­zi­dent İl­ham Əli­yev mü­şa­vi­rə­də ye­kun nit­qi söy­lə­yib.

Son xəbərlər