14/12/2017 10:07
728 x 90

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Novruz şənliyində iştirak etdilər

img

 Martın 18-da Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Prezident İlham Əliyev, Birinci vitse-prezident  Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Novruz şənliyində iştirak edib.

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Bahar qızı dövlət başçısına səməni təqdim edib.

İçəri şəhərin qala bürclərində və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanıblar.  Tariximizin simvolu Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Sonra dövlət başçısı bayram nitqi söyləyib. Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parka gəliblər. Onları burada Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıb. Kosa və Keçəl Prezidenti və xanımını bayram münasibətilə təbrik edib, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram konsertinə baxıb, ardınca  “Novruz” yarmarkası ilə tanış olublar.

Baki-xeber.com

Son xəbərlər