01/05/2017 10:11
728 x 90

Son əfv si­ya­hı­sı­na ic­ti­mai-si­ya­si re­ak­si­ya­lar göz­lə­ni­lən ki­mi yük­sək ol­du...

"Bir da­ha sü­but et­di ki, Azər­bay­can döv­lə­ti və onun Pre­zi­den­ti bü­tün və­tən­daş­la­rı­nın qay­ğı­la­rı ilə da­im məş­ğul olur"

img

Ay­dın Mir­zə­za­də: "500-ə qə­dər ai­lə və on­la­rın min­lər­lə qo­hu­mu se­vin­cə qo­vuş­du"

 

Mə­lum ol­du­ğu ki­mi, Pre­zi­dent İl­ham Əli­yev "Məh­kum edil­miş bir sı­ra şəxslə­rin əfv olun­ma­sı haq­qın­da" Sə­rən­cam im­za­la­yıb. Sə­rən­cam məh­kum olun­muş bir sı­ra şəxslə­rin, on­la­rın ai­lə üzvlə­ri­nin, in­san hü­quq­la­rı üz­rə mü­vək­ki­lin, in­san hü­quq­la­rı­nın mü­da­fi­ə­si təş­ki­lat­la­rı­nın Azər­bay­can Pre­zi­den­ti­nə ün­van­lan­mış əfv haq­qın­da mü­ra­ci­ət­lə­ri­nə ba­xı­la­raq, məh­kum­la­rın şəx­siy­yə­ti, səh­hə­ti, ai­lə və­ziy­yə­ti, cə­za çək­dik­lə­ri müd­dət­də dav­ra­nış­la­rı nə­zə­rə alı­na­raq, hu­ma­nizm prin­sip­lə­ri­nə əsas­la­na­raq, Azər­bay­can Res­pub­li­ka­sı Konsti­tu­si­ya­sı­nın 109-cu mad­də­si­nin 22-ci bən­di rəh­bər tu­tu­la­raq ve­ri­lib.

Əfv Mə­sə­lə­lə­ri Ko­mis­si­ya­sı­nın üz­vü Əli­məm­məd Nu­ri­yev mət­bu­a­ta açıq­la­ma­sın­da bil­di­rib ki, mü­va­fiq sə­rən­cam­la 423 məh­kum əfv olu­nub: "Sə­rən­cam­la 412 nə­fər azad­lıq­dan məh­ru­met­mə cə­za­sın­dan, 11 nə­fər isə on­la­ra ve­ri­lən müx­tə­lif cə­za­lar­dan azad edi­lib. Ey­ni za­man­da, ömür­lük cə­za­ya məh­kum olu­nan iki nə­fə­rin cə­za­sı­nın müd­də­ti də­yiş­di­ri­lib". 

Onu da qeyd edək ki, əfv sə­rən­ca­mı Qə­ni­mət Za­hi­din qo­hum­la­rı  olan Rü­fət və Röv­şən Za­hi­dov­lar, Nİ­DA-çı El­vin Ab­dul­la­yev, Əb­dül Əbi­lo­va da şa­mil edi­lib. Emin Mil­li­nin qay­nı Na­zim Ağa­bə­yov da azad­lı­ğa bu­ra­xı­lıb.

Gö­rün­dü­yü ki­mi, Pre­zi­den­tin hu­ma­nistli­yi sa­yə­sin­də yüz­lər­lə məh­bus əfv olun­du. Bü­töv­lük­də, bu qə­ra­ra mü­na­si­bət ne­cə­dir?
Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən mil­lət və­ki­li, po­li­to­loq Ay­dın Mir­zə­za­də­nin söz­lə­ri­nə gö­rə, müs­tə­qil­li­yi­miz ta­ri­xin­də ən çox say­da in­sa­nın əfv olun­du­ğu bir sə­rən­cam im­za­lan­dı: "500-ə qə­dər ai­lə və on­la­rın min­lər­lə qo­hu­mu se­vin­cə qo­vuş­du. He­sab edi­rəm ki, cə­nab Pre­zi­dent on­la­ra hə­ya­tı ye­ni­dən baş­la­ma­ğa, bu­rax­dıq­la­rı səhvlər­dən nə­ti­cə çı­xar­ma­ğa bir şans ver­di. Bir da­ha sü­but et­di ki, Azər­bay­can döv­lə­ti və onun Pre­zi­den­ti bü­tün və­tən­daş­la­rı­nın qay­ğı­la­rı ilə da­im məş­ğul olur. Cə­miy­yə­tin hu­ma­nistləş­di­ril­mə­si, hər bir in­sa­nın düş­dü­yü və­ziy­yət­dən çı­xış yo­lu­nun ta­pıl­ma­sı döv­lə­tin əsas və­zi­fə­si­dir. Bir müd­dət əv­vəl cə­nab Pre­zi­dent ci­na­yə­tə gö­rə cə­za­la­rın hu­ma­nistləş­di­ril­mə­si tək­lif­lə­ri ba­rə­sin­də sə­rən­cam im­za­la­dı. Yə­ni bu im­kan ve­rə­cək ki, ci­na­yət tö­rət­miş şəxslər cə­miy­yət üçün təh­lü­kə­li de­yil­sə, qı­sa bir müd­də­tə nə­ti­cə çı­xa­ra bi­lə­cək­sə, ya­xud da mad­di zi­yan­la bağ­lı olan cə­za ödə­ni­lir­sə, on­da hə­min in­san­la­ra qar­şı ya şər­ti cə­za, ya ev dus­taq­lı­ğı, ya da, ümu­miy­yət­lə, ba­ğış­lan­ma ki­mi hal­lar tət­biq edil­sin. He­sab edi­rəm ki, sə­rən­cam cə­nab Pre­zi­den­tin  bun­dan əv­vəl im­za­la­dı­ğı sə­rən­ca­mın hə­ya­ta ke­çi­ril­mə­sin­də ilk ad­dım idi. Əfv olu­nan­lar si­ya­hı­sın­da çox say­da qa­dı­nın və 30 ya­şı­na qə­dər gənclə­rin ol­ma­sı diq­qə­ti cəlb edir. Bu hə­min tə­bə­qə­dən olan in­san­la­ra hə­ya­tı­nın baş­lan­ğı­cın­da bu­rax­dı­ğı səhvlər­dən cid­di nə­ti­cə çı­xar­ma­ğa im­kan ve­rə­cək. Həm­çi­nin si­ya­si gö­rü­şün­dən, sta­tus­dan ası­lı ol­ma­ya­raq, çox say­da in­sa­nın əf­və düş­mə­si cə­nab Pre­zi­den­tin vax­ti­lə "mən hər bir azər­bay­can­lı­nın ya­nın­da ola­ca­ğam" öh­də­li­yi­ni çox şə­rəf­lə ye­ri­nə ye­tir­di­yi­ni gös­tə­rir".

Vi­da­di OR­DA­HAL­LI

Son xəbərlər