18/08/2017 08:59
728 x 90

Hö­ku­mə­t Mil­li Məc­li­sdə he­sa­ba­t verdi

Azər­bay­can in­ves­ti­si­ya qo­yu­luş­la­rı üçün cəl­be­di­ci­li­yi­ni qo­ru­yub sax­la­yıb

img

Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin rəh­bər­li­yi ilə apa­rı­lan məq­səd­yön­lü və dü­şü­nül­müş si­ya­sət nə­ti­cə­sin­də dün­ya iq­ti­sa­diy­ya­tın­da baş ve­rən qey­ri-mü­əy­yən və­ziy­yə­tin Azər­bay­can iq­ti­sa­diy­ya­tı­na mən­fi tə­si­ri xey­li azal­dı­lıb. "Trend"in mə­lu­ma­tı­na gö­rə, bu­nu Mil­li Məc­li­sin spi­ke­ri Oq­tay Əsə­dov dü­nən Mil­li Məc­li­sin ic­la­sın­da çı­xı­şı za­man de­yib.

O.Əsə­dov qeyd edib ki, ötən il dün­ya iq­ti­sa­diy­ya­tın­da qey­ri-mü­əy­yən və­ziy­yət hökm sü­rüb.

Onun söz­lə­ri­nə gö­rə, bu­na bax­ma­ya­raq, Azər­bay­can iq­ti­sa­diy­ya­tı­nın tu­rizm, kənd tə­sər­rü­fa­tı, te­le­kom­mu­ni­ka­si­ya ki­mi sa­hə­lə­rin­də müs­bət ar­tım­lar baş ve­rib.

O.Əsə­dov bil­di­rib ki, ötən il Azər­bay­can­da tu­rizm, kənd tə­sər­rü­fa­tı, te­le­kom­mu­ni­ka­si­ya sa­hə­sin­də müs­bət ar­tım­lar mü­şa­hi­də olu­nub. Spi­ker de­yib ki, Azər­bay­can iş­gü­zar mü­hi­tə gö­rə Dün­ya Ban­kı­nın və Bey­nəl­xalq Ma­liy­yə Kor­po­ra­si­ya­sı­nın "Do­ing Bu­si­ness" he­sa­ba­tın­da 195 öl­kə ara­sın­da 65-ci yer­də da­ya­nır.

Spi­ker əla­və edib ki, Azər­bay­can in­ves­ti­si­ya qo­yu­luş­la­rı üçün cəl­be­di­ci­li­yi­ni qo­ru­yub sax­la­yıb. Onun söz­lə­ri­nə gö­rə, 2016-cı il­də Azər­bay­ca­nın 186 öl­kə ilə xa­ri­ci ti­ca­rət döv­riy­yə­si 17 mil­yard dol­lar­dan ar­tıq təş­kil edib.

Ar­tur Rə­si­za­də sa­biq Bey­nəl­xalq Bank rəh­bər­li­yi­ni it­ti­ham et­di

"2016-cı il­də Azər­bay­ca­nın ma­liy­yə-bank sek­to­run­da möv­cud olan çə­tin­lik­lər onu mü­rək­kəb il ki­mi xa­rak­te­ri­zə et­mə­yə əsas ve­rir". Bu­nu isə Mil­li Məc­li­sin ple­nar ic­la­sın­da hö­ku­mə­tin ötə­nil­ki fəa­liy­yə­ti ba­rə­də he­sa­ba­tı za­ma­nı Baş na­zir Ar­tur Rə­si­za­də de­yib.

A.Rə­si­za­də bil­di­rib ki, dün­ya ba­za­rın­da kar­bo­hid­ro­gen re­surs­la­rı­nın qiy­mət­lə­ri­nin kəs­kin aşa­ğı düş­mə­si öl­kə­nin ix­rac gə­lir­lə­ri­nin xey­li azal­ma­sı­na gə­ti­rib çı­xa­rıb.

Baş na­zir vur­ğu­la­yıb ki, bir sı­ra bank­la­rın qey­ri-qə­na­ət­bəxş iş­lə­mə­si, öl­kə­nin sis­tem əhə­miy­yət­li Bey­nəl­xalq Ban­kı­nın sa­biq rəh­bər­li­yi­nin ci­na­yət­kar fəa­liy­yə­ti du­ru­mu da­ha da ağır­laş­dı­rıb: "Və­ziy­yə­ti nə­zə­rə alan döv­lət baş­çı­sı ma­liy­yə sek­to­run­da döv­lət ida­rə­çi­li­yi­nin tək­mil­ləş­di­ril­mə­si və mak­ro­iq­ti­sa­di da­ya­nıq­lı­ğın tə­min edil­mə­si məq­sə­di­lə Ma­liy­yə Ba­zar­la­rı­na Nə­za­rət Pa­la­ta­sı və Ma­liy­yə Sa­bit­li­yi Şu­ra­sı ya­ra­dıb. Öl­kə iq­ti­sa­diy­ya­tın­da­kı möv­cud prob­lem­lər Ma­liy­yə Sa­bit­li­yi Şu­ra­sın­da araş­dı­rı­la­raq on­la­rın həl­li­nə yö­nəl­dil­miş təd­bir­lər pla­nı ha­zır­la­nıb və ai­diy­yə­ti döv­lət or­qan­la­rı tə­rə­fin­dən ic­ra­sı­na baş­la­nıb".

Meh­ri­ban Əli­ye­va­nın gər­gin əmə­yi Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya­ya çat­dı­rıl­ma­sın­da bö­yük əhə­miy­yət kəsb edir

Baş na­zir de­yib ki, Meh­ri­ban Əli­ye­va­nın gər­gin əmə­yi Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya­ya çat­dı­rıl­ma­sın­da bö­yük əhə­miy­yət kəsb edir. A.Rə­si­za­də bil­di­rib ki, hu­ma­ni­tar sa­hə­də əl­də olu­nan nai­liy­yət­lər­dən, mil­li mə­də­ni ir­sin və mə­nə­vi də­yər­lə­rin qo­run­ma­sın­dan da­nı­şar­kən, ilk növ­bə­də Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti Meh­ri­ban xa­nım Əli­ye­va­nın yük­sək hu­ma­niz­mə əsas­la­nan çox­şa­xə­li fəa­liy­yə­ti­ni qeyd et­mək la­zım­dır: "Meh­ri­ban xa­nı­mın bey­nəl­xalq sə­viy­yə­də gər­gin əmə­yi Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya­ya çat­dı­rıl­ma­sın­da bö­yük əhə­miy­yət kəsb edir. Für­sət­dən is­ti­fa­də edib hör­mət­li Meh­ri­ban xa­nım Əli­ye­va­nı Bi­rin­ci vit­se-pre­zi­dent tə­yin olun­ma­sı mü­na­si­bə­ti­lə bir da­ha sə­mi­mi qəlb­dən təb­rik edir, yük­sək döv­lət və­zi­fə­si­nin ic­ra­sın­da mü­vəf­fə­qiy­yət­lər ar­zu edi­rəm".

Ap­rel dö­yüş­lə­ri Azər­bay­can hərb ta­ri­xin­də zə­fər sə­hi­fə­si ki­mi ya­zıl­dı

"Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti, Ali Baş Ko­man­dan İl­ham Əli­yev tə­rə­fin­dən Si­lah­lı Qüv­və­lə­rə gös­tə­ri­lən gün­də­lik diq­qət və qay­ğı­nı xü­su­si­lə qeyd et­mək la­zım­dır" - de­yə A.Rə­si­za­də bil­di­rib.

A.Rə­si­za­də bil­di­rib ki, Azər­bay­can Si­lah­lı Qüv­və­lə­ri­nin xa­ric­də və da­xil­də is­teh­sal edi­lən müa­sir si­lah­lar­la təh­ciz edil­mə­si fak­ti­ki hə­dəf­lə­rə çat­maq­la ya­na­şı, stra­te­ji və­zi­fə­lə­ri də ye­ri­nə ye­tir­mə­si­ni tə­min edir: "2016-cı ilin ap­rel dö­yüş­lə­ri Azər­bay­can hərb ta­ri­xin­də zə­fər sə­hi­fə­si ki­mi ya­zıl­dı. Tə­ca­vüs­kar Er­mə­nis­ta­nın növ­bə­ti təx­ri­ba­tı­na ve­ri­lən qə­ti və tu­tar­lı ca­vab Mil­li Or­du­nun yük­sək dö­yüş ru­hu­nu gös­tər­di. Bu hər­bi əmə­liy­yat­lar tor­paq­la­rı­mı­zın iş­ğal­dan azad edil­mə­si­nin uzun­müd­dət­li da­nı­şıq­lar yo­lun­dan baş­qa hərb yo­lu­nun da möv­cud ol­du­ğu­nu və Azər­bay­can əs­gə­ri­nin qə­lə­bə əz­mi­ni nü­ma­yiş et­dir­di".

2016-cı il­də Azər­bay­can­da 400-dən çox sə­na­ye mü­əs­si­sə­si açı­lıb

A.Rə­si­za­də de­yib ki, 2016-cı il­də Azər­bay­can­da 400-dən çox sə­na­ye mü­əs­si­sə­si açı­lıb. Baş na­zi­rin söz­lə­ri­nə gö­rə, 2016-cı il­də sə­na­ye sek­to­run­da beş fa­iz ar­tım qey­də alı­nıb.

A.Rə­si­za­də xa­tır­la­dıb ki, ötən il Sa­hib­kar­lı­ğa Dəs­tək Mil­li Fon­du sa­hib­kar­lıq sub­yekt­lə­ri­nin la­yi­hə­lə­ri­nin ma­liy­yə­ləş­di­ril­mə­si üçün 190 mil­yon ma­nat və­sa­it ayı­rıb: "Bun­dan baş­qa, kənd tə­sər­rü­fa­tı is­teh­sal­çı­la­rı­na 180 mil­yon ma­nat və­sa­it ay­rı­lıb, o cüm­lə­dən 32 iri fer­mer tə­sər­rü­fa­tı­na 70 mil­yon ma­nat həc­min­də gü­zəşt­li kre­dit ve­ri­lib. Hə­ya­ta ke­çi­ri­lən təd­bir­lər nə­ti­cə­sin­də bir çox kənd tə­sər­rü­fa­tı məh­sul nö­vü­nün is­teh­sa­lı ar­tıb, 400 mil­yon dol­lar həc­min­də kənd tə­sər­rü­fa­tı məh­su­lu ix­rac olu­nub".

Mil­li Məc­lis­də dəm qa­zın­dan zə­hər­lən­mə­lər mü­za­ki­rə edil­di

Azər­bay­can­da dəm qa­zın­dan zə­hər­lən­mə mə­sə­lə­si də Mil­li Məc­li­sin ic­la­sın­da mü­za­ki­rə edi­lib. De­pu­tat El­mi­ra Axun­do­va "Azə­ri­qaz" İs­teh­sa­lat Bir­li­yi­ni mə­sə­lə ilə bağ­lı təd­bir­lər gör­mə­yə ça­ğı­rıb. O qeyd edib ki, "Azə­ri­qaz" İB qaz xət­lə­ri ye­ni qu­ru­lan za­man ev­lər­də say­ğac­lar­la ya­na­şı, dəm qa­zı­nı hiss edən av­to­ma­tik qur­ğu yer­ləş­dir­sin: "Abo­nent­lə­rin evin­də bu qur­ğu­lar məc­bu­ri qu­raş­dı­rıl­sın. Yox­sa ye­ni-ye­ni dəh­şət­li ölüm­lə­rin şa­hi­di ola­ca­ğıq".

E.Axun­do­va­nın tək­li­fi­nə vit­se-spi­ker Va­leh Ələs­gə­rov mü­na­si­bət bil­di­rib: "Də­də-ba­ba­dan ev­lər­də odun, kö­mür yan­dı­ran­da müt­ləq ba­ca ol­ma­lı idi. Ona gö­rə ki, zə­hər­li mad­də­lər ev­dən çıx­sın. Zə­hər­lən­ma hal­la­rı ona gö­rə baş ve­rir ki, ya­şa­yış ev­lə­rin­də be­lə ba­ca­lar yox­dur. Kim­sə ci­haz qoy­maq is­tə­yir­sə, özü al­sın qoy­sun, "Azə­ri­qaz" İB bu­nu et­mə­li de­yil. Bi­rin­ci növ­bə­də əha­li evin­də nə­za­rət et­sin ki, qaz ya­nan za­man əmə­lə gə­lən mad­də­lə­ər ev­dən çı­xır, ya yox?"

"Neft­ça­la­da­kı yod-brom za­vo­du fəa­liy­yə­ti­ni da­yan­dır­maq üz­rə­dir"

Mil­li Məc­lis­də Ta­rif Şu­ra­sı da tən­qid olu­nub (APA). Na­zir­lər Ka­bi­ne­ti­nin il­lik fəa­liy­yə­ti ilə bağ­lı he­sa­ba­tın mü­za­ki­rə­si za­ma­nı Re­gio­nal mə­sə­lə­lər ko­mi­tə­si­nin səd­ri Arif Rə­him­za­də bil­di­rib ki, Ta­rif Şu­ra­sı­nın ötən ilin no­yabr ayın­da ver­di­yi qə­rar se­çil­di­yi Neft­ça­la ra­yo­nun­da­kı yod-brom za­vo­du­nun fəa­liy­yə­ti­ni if­lic edib.

O qeyd edib ki, Ta­rif Şu­ra­sı­nın elek­trik ener­ji­si­nin qiy­mə­ti­ni ar­tır­ma­sı bir sı­ra mü­əs­si­sə­lə­rin fəa­liy­yə­ti­nə cid­di prob­lem­lər ya­ra­dıb: "Bu­nun ba­riz nü­mu­nə­si se­çil­di­yim Neft­ça­la ra­yo­nun­da­kı yod-brom za­vo­du­dur. Bil­di­yi­niz ki­mi, bu za­vod stra­te­ji bir məh­su­lun is­teh­sa­lı ilə məş­ğul olur və hə­min məh­su­lun bö­yük his­sə­si xa­ri­cə sa­tı­lır. An­caq Ta­rif Şu­ra­sı­nın mə­lum qə­ra­rı za­vo­dun fəa­liy­yə­ti­nə cid­di prob­lem ya­ra­dıb. Ar­tıq za­vod fəa­liy­yə­ti­ni da­yan­dır­maq təh­lü­kə­si ilə üz-üzə­dir. Və­ziy­yət­dən çı­xış yo­lu ki­mi rəh­bər­lik kol­lek­ti­vin mü­əy­yən bir qis­mi­ni öz he­sa­bı­na mə­zu­niy­yə­tə gön­də­rib. Be­lə da­vam edər­sə, za­vod fəa­liy­yə­ti­ni da­yan­dı­ra bi­lər". 

A.Rə­him­za­də hö­ku­mə­tə tək­lif edib ki, elek­trik ener­ji­si sər­fiy­ya­tı ay ər­zin­də 5 mil­yon kv/sa­at­dan çox olan mü­əs­si­sə­lə­rə şa­mil edi­lən gü­zəşt­lər Yod-Brom za­vo­du­na da şa­mil olun­ma­lı­dır: "Bu za­vo­dun ay­lıq ener­ji sər­fiy­ya­tı 3 mil­yon kv/sa­at-dır. Tək­lif edər­dim ki, Ta­rif Şu­ra­sı bu gü­zəş­ti, heç ol­ma­sa, bu za­vo­da şa­mil et­sin".

"Heç bir öl­kə­də val­yu­ta­nın alış və sa­tı­şı ara­sın­da bu qə­dər bö­yük fərq yox­dur"

Mil­lət və­ki­li Yev­da Ab­ra­mov isə val­yu­ta alış-sa­tış mə­zən­nə­si ara­sın­da­kı fər­qin bö­yük ol­du­ğun­dan şi­ka­yət­lə­nib. Y.Ab­ra­mov ma­liy­yə na­zi­ri Sa­mir Şə­ri­fov, Ma­liy­yə Ba­zar­la­rı­na Nə­za­rət Pa­la­ta­sı­nın Di­rek­tor­lar Şu­ra­sı­nın səd­ri Rü­fət As­lan­lı və Azər­bay­can Mər­kə­zi Ban­kı­nın səd­ri El­man Rüs­tə­mo­va mü­ra­ci­ət edə­rək bil­di­rib ki, dün­ya­nın heç bir öl­kə­sin­də val­yu­ta­nın alış və sa­tı­şı ara­sın­da bu qə­dər bö­yük fərq yox­dur: "Rü­fət mü­əl­lim, Sa­mir mü­əl­lim, El­man mü­əl­lim, dün­ya­nın heç bir öl­kə­sin­də bu qə­dər fərq yox­dur. Bu­nun­la biz xal­qın be­li­ni qı­rı­rıq. O də­fə də bu­nu de­dim... Bir ne­çə ban­kir cə­za­lan­dı­rıl­dı, Sə­məd Vur­ğun ba­ğın­da bir ne­çə nə­fər tu­tul­du. Nə­ti­cə­də nə ol­du? Mən bi­li­rəm ki, bu ar­tım və eni­şə döv­lət nə­za­rət et­mir. Oq­tay (Mil­li Məc­li­sin səd­ri Oq­tay Əsə­dov - red.) mü­əl­lim, elə bil ki, bir qrup in­san bi­zə ma­ne olur. Am­ma bi­zim güc­lü ma­liy­yə­çi­lə­ri­miz var. Bü­tün bun­la­ra son qoy­maq la­zım­dır! Be­lə ol­maz­sa, gə­lə­cək he­sa­ba­tı­mız (Na­zir­lər Ka­bi­ne­ti­nin he­sa­ba­tı - red.) da­ha da pis ola­caq".

Son xəbərlər