17/12/2017 14:13
728 x 90

Elmar Məmmədyarov Latviya Prezidenti Raymonds Veyonislə görüşüb

img

Xarici işlər naziri Elmar Məmmədyarov V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Latviya Prezidenti Raymonds Veyonis ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, görüşdə Azərbaycanla Latviya arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə edilib və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün siyasi iradənin mövcud olduğu vurğulanıb. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, ekologiya, təhsil və turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

R.Veyonis iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunub.

E.Məmmədyarov Avropa İttifaqı Şurası tərəfindən Azərbaycanla strateji tərəfdaşlığa dair sazişin hazırlanması üzrə aparılan danışıqlar barədə məlumat verib. Latviya Prezidenti ölkəsinin Azərbaycanın Aİ ilə əməkdaşlığının genişləndirilməsini dəstəklədiyini vurğulayıb.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli ilə bağlı ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə Latviya Prezidentinə minnətdarlıq ifadə edib.

Son xəbərlər