28/04/2017 21:49
728 x 90

Dün­ya­nın sa­biq və in­di­ki li­der­lə­ri bə­şə­riy­yə­tin ta­le­yi­ni həll et­mək üçün Ba­kı­ya top­laş­dı­lar - FOTO

img

Qlo­bal Ba­kı Fo­ru­mu - dün­ya­da baş ve­rən mü­hüm pro­ses­lər­də va­cib plat­for­ma...

 

Ba­kı Qlo­bal Fo­ru­mu ar­tıq ənə­nə ha­lı­nı alıb və hər il da­ha bö­yük uğur­lar əl­də edir. Bu­nu Lat­vi­ya­nın keç­miş Pre­zi­den­ti Val­dis Zat­lers jur­na­listlə­rə de­yib.

O qeyd edib ki, Fo­rum­da dün­ya­nın bir çox öl­kə­lə­ri­nin keç­miş və in­di­ki döv­lət və hö­ku­mət baş­çı­la­rı, nü­fuz­lu si­ya­sət­çi­lər iş­ti­rak edir: "Qlo­bal fo­rum dün­ya­da baş ve­rən ha­di­sə­lər, qlo­bal in­ki­şaf və di­gər mü­hüm pro­ses­lər­lə bağ­lı fi­kir­lə­rin for­ma­laş­dı­rıl­ma­sı üçün mü­hüm bir plat­for­ma­ya çev­ri­lib. İn­san­lar bu­ra­da öz fi­kir­lə­ri­ni, ba­xış­la­rı­nı və təc­rü­bə­lə­ri­ni bö­lü­şür. Düz­dür, qlo­bal pro­ses­lər­lə bağ­lı fi­kir­lər for­ma­laş­dır­maq o qə­dər asan iş de­yil, la­kin biz öz işi­miz­dən yo­rul­mu­ruq və ina­nı­rıq ki, hər il bu is­ti­qa­mət­də da­ha bö­yük uğur­lar əl­də edə­cə­yik".

Fo­rum çox say­da si­ya­sət­çi­ni bir ara­da gör­mək üçün gö­zəl für­sət­dir

V Qlo­bal Ba­kı Fo­ru­mu sa­biq və ha­zır­kı li­der­lə­rin qlo­bal prob­lem­lə­ri mü­za­ki­rə et­mək üçün top­laş­dı­ğı çox va­cib bir for­mat­dır. Bu­nu isə fo­ru­mun işin­də iş­ti­rak edən Bol­qa­rıs­ta­nın sa­biq pre­zi­den­ti Pyotr Sto­ya­nov de­yib. Sa­biq pre­zi­dent bil­di­rib ki, bu for­mat bu qə­dər çox say­da si­ya­sət­çi­ni bir ara­da gör­mə­yə və müx­tə­lif ba­xış­la­rı bö­lüş­mə­yə im­kan ve­rən gö­zəl für­sət­dir.

P.Sto­ya­nov qeyd edib: "Azər­bay­can müx­tə­lif mil­lət­lə­rin və din­lə­rin bir ara­da ya­şa­dı­ğı yer­dir, ona gö­rə Ba­kı be­lə bir fo­ru­mun ke­çi­ril­mə­si üçün doğ­ru yer­dir".

O əla­və edib ki, Azər­bay­can və Bol­qa­rıs­tan ara­sın­da da­im in­ki­şaf­da olan gö­zəl mü­na­si­bət­lər var.

Mü­a­sir ça­ğı­rış­la­rı sə­mi­mi ab-ha­va­da mü­za­ki­rə et­mə­yə im­kan ve­rə­cək mə­kan...

V Qlo­bal Ba­kı Fo­ru­mu­nun əsas mü­za­ki­rə möv­zu­su bey­nəl­xalq gün­də­lik­də qüv­və­lər ba­lan­sı­dır. Mad­rid Klu­bu­nun pre­zi­den­ti, Ni­za­mi Gən­cə­vi Bey­nəl­xalq Mər­kə­zi­nin həm­səd­ri, Lat­vi­ya­nın sa­biq Pre­zi­den­ti Vay­ra Vi­ke-Frey­ber­qa fo­ru­mun açı­lı­şın­da be­lə de­yib.

Həm­sədr bil­di­rib ki, Qlo­bal Ba­kı Fo­ru­mu mü­a­sir ça­ğı­rış­la­rı sə­mi­mi və xe­yir­xah ab-ha­va­da mü­za­ki­rə et­mə­yə im­kan ve­rə­cək.

V.Vi­ke-Frey­ber­qa qeyd edib ki, Azər­bay­ca­nın re­gi­on­da uğur­lu ge­ostra­te­ji plan­laş­dır­ma ta­ri­xi­nə, ener­ji re­sursla­rı­na və ye­ni nəq­liy­yat la­yi­hə­lə­ri­nə ma­lik ol­ma­sı öl­kə­yə öz ba­xış və ənə­nə­lə­ri­ni sax­la­maq­da kö­mək edir.

Si­ya­si prob­lem­lə­ri ara­dan qal­dır­maq təc­rü­bə­si olan şəxslə­rin bir ye­rə top­laş­ma­sı va­cib­dir

V Qlo­bal Ba­kı Fo­ru­mu çox mü­hüm gö­rüş for­ma­tı­dır, xü­su­sən sa­ba­ha az gü­vən ol­du­ğu, qey­ri-sa­bit bu­gün­kü dün­ya­da. Aİ-nin Cə­nu­bi Qaf­qaz­da sa­biq xü­su­si nü­ma­yən­də­si, İs­veç­rə­nin Əf­qa­nıs­tan­da­kı sə­fi­ri Pi­ter Sem­ne­bi­nin söz­lə­ri­nə gö­rə, si­ya­si prob­lem­lə­ri ara­dan qal­dır­maq təc­rü­bə­si olan şəxslə­rin bir ye­rə top­la­şa­raq bü­gün­kü dün­ya­nın prob­lem­lə­ri ba­rə­də dü­şün­mə­si çox va­cib­dir.

Dip­lo­mat de­yib: "Ba­kı­ya ilk sə­fə­rim 1998-ci il­də olub. Mən gö­rü­rəm şə­hər ne­cə in­ki­şaf edib və bu in­ki­şaf ne­cə sü­rət­lə ge­dir. Xü­su­sən son 10 il­də sü­rət­li in­ki­şaf olub".

Azər­bay­can - Mon­te­neq­ro iq­ti­sa­di əmək­daş­lı­ğı uğur­la in­ki­şaf edir...

Azər­bay­can və Mon­te­neq­ro müx­tə­lif sa­hə­lər­də iq­ti­sa­di əmək­daş­lı­ğı uğur­la in­ki­şaf et­di­rir. V Qlo­bal Ba­kı Fo­ru­mun­da iş­ti­rak edən Mon­te­neq­ro Pre­zi­den­ti Fi­lip Vu­ya­no­viç be­lə de­yib.

Onun söz­lə­ri­nə gö­rə, Azər­bay­can­la mü­na­si­bət­lə­rin in­ki­şa­fı tu­rizm və kənd tə­sər­rü­fa­tı, elə­cə də di­gər sa­hə­lər­də qey­də alı­nır.

F.Vu­ya­no­viç de­yib ki, hər iki öl­kə­nin şir­kət­lə­ri və biz­nes-da­i­rə­lə­ri bir-bi­ri­lə uğur­la əmək­daş­lıq edir.

Ba­kı Fo­ru­mu bö­yük uğur­lar əl­də edib

V Qlo­bal Ba­kı Fo­ru­mu dün­ya­nın bir çox öl­kə­lə­rin­dən müx­tə­lif fi­kir­li in­san­la­rın bir ara­ya gə­lib təc­rü­bə və fi­kir mü­ba­di­lə­lə­ri apar­ma­la­rı, təc­rü­bə­lə­ri­ni bö­lüş­mə­lə­ri üçün çox əl­ve­riş­li bir plat­for­ma­dır. Fo­rum­da iş­ti­rak edən al­ma­ni­ya­lı po­li­to­loq Ti­lo Staynbax be­lə de­yib.

Ba­kı Qlo­bal Fo­ru­mun­da ar­tıq üçün­cü də­fə iş­ti­rak et­di­yi­ni vur­ğu­la­yan al­ma­ni­ya­lı po­li­to­loq bil­di­rib ki, fo­rum ilk baş­la­yan­dan in­di­yə­nə qə­dər bö­yük uğur­lar əl­də edib: "Fo­rum­da bir çox öl­kə­lər­dən müx­tə­lif sa­hə­lə­ri təm­sil edən in­san­lar, o cüm­lə­dən keç­miş və in­di­ki döv­lət baş­çı­la­rı, si­ya­sət­çi­lər, ekspertlər iş­ti­rak edir. Fo­rum baş­la­yan­dan in­di­yə qə­dər öz işi­ni uğur­la da­vam et­di­rib və ina­nı­ram ki, bun­dan son­ra da uğur­la da­vam edə­cək".

İor­da­ni­ya Se­na­tı­nın səd­ri BMT TŞ-nin Qa­ra­bağ qət­na­mə­lə­ri­nin ic­ra­sı­na ça­ğır­dı

BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ilə bağ­lı qə­bul et­di­yi qət­na­mə­lər ic­ra olun­ma­lı­dır. Bu söz­lə­ri "Bey­nəl­xalq mü­na­si­bət­lə­rin gə­lə­cə­yi: güc və ma­raq­lar" möv­zu­su­na həsr olu­nan V Qlo­bal Ba­kı Fo­ru­mu çər­çi­və­sin­də İor­da­ni­ya Se­na­tı­nın səd­ri Fa­i­sal əl-Fa­yez de­yib.

Se­nat rəh­bə­ri Qlo­bal Ba­kı Fo­ru­mu­nun mü­hüm əhə­miy­yə­tə ma­lik ol­du­ğu­nu bil­di­rib: "Bu gün dün­ya­da, o cüm­lə­dən Ya­xın Şərqdə, Su­ri­ya­da, İraq­da bir çox prob­lem­lər möv­cud­dur və bu böh­ran­la­rın həl­li yol­la­rı ta­pıl­ma­lı və dün­ya da­ha gö­zəl ol­ma­lı­dır. Bu ba­xım­dan Qlo­bal Ba­kı Fo­ru­mu mü­hüm əhə­miy­yə­tə ma­lik­dir. Bu gün biz bu­ra­da müx­tə­lif öl­kə­lə­rin pre­zi­dentlə­ri­ni din­lə­dik, on­lar möv­cud böh­ran­la­rın həl­li yol­la­rı ilə bağ­lı fi­kir­lə­ri­ni söy­lə­di­lər. Bu prob­lem­lər bü­tün dün­ya­nı na­ra­hat edir".

Əl-Fa­yez qeyd edib ki, Azər­bay­can əra­zi­lə­ri­nin bir his­sə­si iş­ğal edi­lib və BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ilə bağ­lı qə­bul et­di­yi qət­na­mə­lər ye­ri­nə ye­ti­ril­mə­li­dir.

Sə­u­diy­yə şah­za­də­si Ba­kı Fo­ru­mu­nu va­cib mə­sə­lə­lə­rin mü­za­ki­rə­si üçün çox ümid­ve­ri­ci mə­kan ad­lan­dır­dı

"Müx­tə­lif öl­kə­lər­dən li­der­lər, si­ya­sət­çi­lər dün­ya üçün va­cib olan mə­sə­lə­lə­rin mü­za­ki­rə edil­mə­si üçün bu fo­ru­ma qa­tı­lıb. Ar­tıq 5 il­dir da­vam edən Qlo­bal Ba­kı Fo­ru­mu çox ümid­ve­ri­ci bir mə­kan­dır"- de­yən Sə­u­diy­yə Ərə­bis­ta­nı şah­za­də­si, Kral Fay­sal Araş­dır­ma və İs­la­mi Ça­lış­ma­lar Mər­kə­zi­nin səd­ri Tur­ki əl-Fay­sal bil­di­rib ki, bu­ra­da in­san­lar bir ara­ya gə­lir, di­a­loq apa­rır­lar: "Mən üçün­cü də­fə­dir Ba­kı­ya gə­li­rəm. Ba­kı çox gö­zəl şə­hər­dir. BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ilə bağ­lı qə­bul et­di­yi qət­na­mə­lər sa­də­cə bə­yan edil­mə­mə­li­dir, ye­ri­nə ye­ti­ril­mə­li­dir".

Qlo­bal Ba­kı Fo­ru­mu müx­tə­lif in­san­lar ara­sın­da di­a­lo­qa və əmək­daş­lı­ğa yar­dım edir...

Mü­a­sir dövr bey­nəl­xalq ic­ti­ma­iy­yət qar­şı­sın­da da­ya­nan va­cib və tə­xi­rə­sa­lın­maz mə­sə­lə­lər ba­rə­də dü­şün­mə­yə va­dar edir. Bu fi­kir isə İta­li­ya Pre­zi­den­ti Ser­cio Mat­ta­rel­la­nın V Qlo­bal Ba­kı Fo­ru­mu­nun açı­lı­şın­da İta­li­ya­nın Ba­kı­da­kı sə­fi­ri Cam­pa­o­lo Ku­til­lo tə­rə­fin­dən oxu­nan mək­tu­bun­da yer alıb.

Mək­tub­da qeyd olu­nur ki, bu mə­sə­lə­lər ara­sın­da va­cib əhə­miy­yət­li pri­o­ri­tet mə­də­niy­yət­lə­ra­ra­sı di­a­lo­qun təş­viq olun­ma­sı­dır: "Bey­nəl­xalq ic­ti­ma­iy­yə­tin ümu­mi ir­si­nin tər­kib his­sə­si ol­ma­lı olan müx­tə­lif­li­yə hör­mət və əsas azad­lıq­la­rın mü­da­fi­ə­si da­i­mi şə­kil­də zo­ra­kı təz­yi­qə mə­ruz qa­lır".

Mək­tub­da o da bil­di­ri­lir ki, Fo­ru­mun ke­çi­ril­mə­sin­də Ni­za­mi Gən­cə­vi Bey­nəl­xalq Mər­kə­zi­nin tə­şəb­büs­lə­ri müx­tə­lif in­san­lar, mə­də­niy­yət­lər və məz­həb­lər ara­sın­da di­a­loq və əmək­daş­lıq üçün çox va­cib­dir.

Qlo­bal Ba­kı Fo­ru­mu bü­tün öl­kə­lə­rin qar­şı­sın­da da­ya­nan mə­sə­lə­lə­ri mü­za­ki­rə et­mə­yə im­kan ve­rir

"Bey­nəl­xalq mü­na­si­bət­lə­rin gə­lə­cə­yi: güc və ma­raq­lar" möv­zu­sun­da ke­çi­ri­lən V Qlo­bal Ba­kı Fo­ru­mu çox ma­raq­lı­dır, çün­ki müx­tə­lif öl­kə­lə­rin nü­ma­yən­də­lə­ri­nə tək­cə re­gi­on öl­kə­lə­ri qar­şı­sın­da de­yil, həm də bü­tün dün­ya­nın qar­şı­sın­da da­ya­nan mə­sə­lə­lə­ri mü­za­ki­rə et­mə­yə im­kan ve­rir" - de­yən Gür­cüs­tan Pre­zi­den­ti Ge­or­gi Marqve­laş­vi­li Azər­bay­can Pre­zi­den­ti­nin fo­ru­mun açı­lı­şın­da­kı çı­xı­şı­nın əhə­miy­yə­ti­ni də vur­ğu­la­yıb: "Mən ar­tıq ənə­nə­yə çev­ril­miş bu fo­ru­mun ke­çi­ril­mə­sin­də tə­şəb­bü­sü üçün Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­və min­nət­dar­lı­ğı­mı bil­dir­mək is­tə­yi­rəm. Mən əv­vəl­ki fo­rum­da da iş­ti­rak et­mi­şəm, bu­ra­da təş­ki­lat­çı­lıq sə­viy­yə­si çox yük­sək­dir".

"So­yuq mü­ha­ri­bə"dən son­ra ha­mı­ya elə gə­lir­di ki, 25 il son­ra öl­kə­lər da­ha sıx əmək­daş­lıq edə­cək"-de­yən Gür­cüs­tan Pre­zi­den­ti qeyd edib ki, o za­man nik­bin perspek­tiv­lə­rə bax­ma­ya­raq, bu baş ver­mə­di: "Ək­si­nə, dün­ya in­di mü­ha­ri­bə­lər­lə, ter­ror­la və in­san­lar ara­sın­da an­la­şıl­maz­lıq­lar­la üz-üzə­dir". G.Marqve­laş­vi­li­nin söz­lə­ri­nə gö­rə, Gür­cüs­tan bu gün bir çox sülhmə­ram­lı mis­si­ya­lar­da iş­ti­rak edir və he­sab edir ki, bu, öl­kə­ni da­ha sta­bil edir: "Bu qlo­bal dün­ya­da hər kəs ba­şa düş­mə­li­dir ki, baş ver­mə ye­rin­dən ası­lı ol­ma­ya­raq, is­tə­ni­lən ha­di­sə hər bi­ri­mi­zə tə­sir edir".

Azər­bay­ca­nın öz su­ve­ren əra­zi­si­nə nə­za­rət et­mə­yə tam hü­qu­qu var

Biz ha­mı­mız sülh is­tə­yi­rik. Qay­da­lar hər kə­sə tət­biq olu­nan­da, öl­kə­lə­rin su­ve­ren­li­yi­nə və əra­zi bü­töv­lü­yü­nə hör­mət edi­lən­də sülh əl­də et­mək müm­kün olur. Bu­nu isə Bol­qa­rıs­ta­nın sa­biq Pre­zi­den­ti Ro­sen Plev­ne­li­ev Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin tən­zim­lən­mə­si pro­se­si ilə bağ­lı de­yib.

R.Plev­ne­li­ev bil­di­rib ki, bö­yük və ki­çik güc­lər qay­da­la­rı və sər­həd­lə­rin su­ve­ren­li­yi­ni po­zan za­man sülh əl­də et­mək müm­kün ol­mur: "Azər­bay­ca­nın da öz əra­zi­si var. Azər­bay­ca­nın öz su­ve­ren əra­zi­si­nə nə­za­rət et­mə­yə tam hü­qu­qu var. Azər­bay­can xal­qı­nın və rəh­bər­li­yi­nin iki­li stan­dartla­rın möv­cud ol­du­ğu­nu qeyd et­mə­yə tam haq­qı ça­tır. Bey­nəl­xalq qay­da­lar Er­mə­nis­ta­na tət­biq olun­ma­lı­dır və biz Er­mə­nis­ta­nı öz əra­zi­lə­ri­nə qa­yıt­ma­ğa, BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qət­na­mə­lə­ri­ni ye­ri­nə ye­tir­mə­yə ça­ğı­rı­rıq. Biz Er­mə­nis­ta­nı bey­nəl­xalq qa­nun­la­ra hör­mət et­mə­yə ça­ğı­rı­rıq".

Qlo­bal Ba­kı Fo­ru­mu bey­nəl­xalq mə­sə­lə­lə­rin mü­za­ki­rə­si üçün va­cib plat­for­ma­dır

Qlo­bal Ba­kı Fo­ru­mu keç­miş və ha­zır­kı pre­zi­dentlə­rin, hö­ku­mət baş­çı­la­rı­nın, dün­ya­nın ta­nın­mış si­ya­sət­çi­lə­ri­nin və si­ya­si ekspertlə­rin bir ara­ya gəl­mə­si və mü­hüm əhə­miy­yət kəsb edən bey­nəl­xalq mə­sə­lə­lə­rin mü­za­ki­rə­si üçün çox gö­zəl plat­for­ma­dır. "Bey­nəl­xalq mü­na­si­bət­lə­rin gə­lə­cə­yi: güc və ma­raq­lar" möv­zu­su­na həsr olu­nan V Qlo­bal Ba­kı Fo­ru­mun­da iş­ti­rak edən Bol­qa­rıs­ta­nın sa­biq Pre­zi­den­ti Ro­sen Plev­ne­li­ev be­lə de­yib. O bil­di­rib: "Mən də bu fo­rum­da iş­ti­rak et­mək­dən çox şa­dam. Bu gün prob­lem­lə­ri mü­za­ki­rə et­mə­li və on­la­rın həl­li yol­la­rı­nı tap­ma­lı­yıq. Biz ha­mı­mız sülh, to­le­rantlıq is­tə­yi­rik. Bu ba­xım­dan qlo­bal fo­rum çox va­cib mə­kan­dır".

Azər­bay­can və Bö­yük Bri­ta­ni­ya möh­kəm və sə­mə­rə­li mü­na­si­bət­lər ya­ra­dıb

Qlo­bal Ba­kı Fo­ru­mu­nun ar­tıq be­şin­ci də­fə ke­çi­ril­mə­si, elə­cə də bu təd­bi­rin in­di­ki və keç­miş dün­ya li­der­lə­ri­nin ya­xın­laş­ma­sı­na yar­dım et­mə­si ilə əla­qə­dar Azər­bay­ca­nı təb­rik et­mək olar. Bu söz­lər Bö­yük Bri­ta­ni­ya­nın Baş na­zi­ri Te­re­za Me­yin V Qlo­bal Ba­kı Fo­ru­mu­na gön­dər­di­yi, Bö­yük Bri­ta­ni­ya və Şi­ma­li İr­lan­di­ya Kral­lı­ğı­nın Ba­kı­da­kı mü­vəq­qə­ti iş­lər və­ki­li Ste­fan Mak­kor­mik tə­rə­fin­dən oxu­nan mək­tu­bun­da ya­zı­lıb.

Mək­tub­da qeyd olu­nur ki, bu il Bö­yük Bri­ta­ni­ya ilə Azər­bay­can ara­sın­da dip­lo­ma­tik mü­na­si­bət­lə­rin qu­rul­ma­sı­nın 25 ili ta­mam olur: "Bu müd­dət ər­zin­də biz möh­kəm və sə­mə­rə­li mü­na­si­bət­lər qur­mu­şuq. Biz bir çox va­cib mə­sə­lə­lər­də əmək­daş­lı­ğı­mı­zı möh­kəm­lən­dir­mə­yə da­vam edi­rik".

Mək­tub­da o da bil­di­ri­lir ki, Qlo­bal Ba­kı Fo­ru­mu bey­nəl­xalq ic­ti­ma­iy­yə­ti təc­rü­bə mü­ba­di­lə­si və bə­zi əsas prob­lem­lər­də ra­zı­lı­ğın əl­də olun­ma­sı üçün bir­ləş­di­rir.

Azər­bay­can - ira­də­li və eti­bar­lı tə­rəf­daş öl­kə nü­mu­nə­si...

Azər­bay­can­la Bol­qa­rıs­tan stra­te­ji və eti­bar­lı tə­rəf­daş­dır. Bol­qarsta­nın keç­miş pre­zi­den­ti Ro­sen Plev­ne­li­ev jur­na­listlə­rə açıq­la­ma­sın­da be­lə de­yib.

O qeyd edib ki, Bol­qa­rıs­tan Azər­bay­ca­nın hə­ya­ta ke­çir­di­yi la­yi­hə­lə­ri yük­sək qiy­mət­lən­di­rir və dəs­tək­lə­yir: "Bol­qa­rıs­tan "Cə­nub Qaz Dəh­li­zi" tə­şəb­bü­sü­nün bir his­sə­si ol­maq­dan məm­nun­dur".

Keç­miş pre­zi­dent qeyd edib ki, Azər­bay­can Av­ro­pa­nın ener­ji təh­lü­kə­siz­li­yi­nə mü­hüm töh­fə ve­rir: "Azər­bay­can bi­zim təh­lü­kə­siz­li­yi­mi­zə töh­fə ve­rir. Biz eti­bar­lı dostla­rıq. Biz Azər­bay­ca­nın Bol­qa­rıs­tan və Av­ro­pa üçün et­dik­lə­ri­nə gö­rə çox min­nət­da­rıq. Biz keç­miş­də çox la­yi­hə­lər gör­mü­şük. Si­ya­sət­çi­lər çox söz­lər ve­rib­lər. Yal­nız Azər­bay­can öz sö­zü­nü tu­tur. Azər­bay­can ira­də­li və eti­bar­lı tə­rəf­daş öl­kə ki­mi ən yax­şı nü­mu­nə­dir".

R.Plev­ne­li­ev bil­di­rib ki, Cə­nub Qaz Dəh­li­zi stra­te­ji cə­hət­dən va­cib la­yi­hə­dir: "Biz Azər­bay­can­dan 1 mil­yard kub metr qaz al­maq­la bağ­lı SO­CAR-la mü­qa­vi­lə im­za­la­mı­şıq. Bol­qa­rıs­tan gə­lə­cək­də bu la­yi­hə­də iş­ti­ra­kı­nı ar­tır­maq niy­yə­tin­də­dir".

"Tramp ye­ga­nə ABŞ pre­zi­den­ti­dir ki, uzun­müd­dət­li - 8 il­lik pla­nı var"

"ABŞ-da, ha­be­lə bü­tün dün­ya­da şərhçi­lər ha­mı­sı bir ağız­dan de­yir­di ki, Do­nald Tram­pın heç bir pla­nı yox­dur. Re­al­lıq­da isə biz bu­nun ək­si­ni gö­rü­rük. Mən hö­ku­mə­tin məs­lə­hət­çi­si­yəm. Ro­nald Rey­qa­nın vax­tın­dan iş­lə­yi­rəm. Tramp ye­ga­nə ABŞ pre­zi­den­ti­dir ki, uzun­müd­dət­li - 8 il­lik pla­nı var".

APA-nın xə­bə­ri­nə gö­rə, bu­nu ABŞ-ın Stra­te­ji və Bey­nəl­xalq Təd­qi­qat­lar Mər­kə­zi­nin müx­bir üz­vü Ed­vard Lut­vak V Qlo­bal Ba­kı Fo­ru­mu çər­çi­və­sin­də "Tran­sat­lan­tik mü­na­si­bət­lə­rin gə­lə­cə­yi: Si­ya­si re­a­liz­mə qa­yı­dış" möv­zu­sun­da ke­çi­ri­lən pa­nel­də çı­xı­şı za­ma­nı de­yib.

Onun söz­lə­ri­nə gö­rə, pre­zi­dent seç­ki­lə­ri kam­pa­ni­ya­sı döv­rün­də şərhçi­lər qeyd edir­di­lər ki, ola bil­sin D.Tramp qa­lib gəl­sin: "Hər kəs de­yir­di ki, Res­pub­li­ka­çı­lar par­ti­ya­sı məhv ola­caq. On­lar Se­na­tı, Nü­ma­yən­də­lər Pa­la­ta­sı­nı iti­rə­cək­lər. Am­ma res­pub­li­ka­çı­lar ək­sər və­zi­fə­lə­ri tut­du­lar".

E.Lut­vak bil­di­rib ki, D.Tramp Döv­lət De­par­ta­men­ti iş­çi­lə­ri­nin sa­yı­nı azaltmaq is­tə­yir.

O qeyd edib ki, D.Tramp Mek­si­ka ilə sər­hə­di bağ­la­dıq­dan son­ra ABŞ-da qa­nun­suz yer­lə­şən is­pan­dil­li in­san­la­rın ya­şa­ma­la­rı­nı qa­nu­ni­ləş­di­rə­cək: "Corc Buş, Ba­rak Oba­ma is­pan­dil­li­lə­rə ABŞ-da ya­şa­ma­la­rı­nın le­qal­laş­dı­rı­la­ca­ğı­na söz ver­sə­lər də, vəd­lə­ri­nə xi­laf çıx­dı­lar. Bu tak­ti­ka Tram­pın ye­ni­dən pre­zi­dent se­çil­mə­si üçün va­cib­dir. O, san­ki həm də özün­dən son­ra növ­bə­ti pre­zi­dentlik üçün qı­zı İvan­ka­nı ha­zır­la­yır. Tramp həm də gə­lir­lə­ri tək­rar bö­lüş­dür­mək niy­yə­tin­də­dir. Çün­ki ABŞ-ın da­xi­lin­də gə­lir­lər ra­di­kal şə­kil­də səhv bö­lüş­dü­rü­lüb".

V Qlo­bal Ba­kı Fo­ru­mu çər­çi­və­sin­də pre­zi­dentlə­rin ic­la­sı ke­çi­ri­lib

Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin dəs­tə­yi və Ni­za­mi Gən­cə­vi Bey­nəl­xalq Mər­kə­zi­nin təş­ki­lat­çı­lı­ğı ilə ke­çi­ri­lən V Qlo­bal Ba­kı Fo­ru­mu rəs­mi açı­lış mə­ra­si­min­dən son­ra "Bey­nəl­xalq mü­na­si­bət­lə­rin gə­lə­cə­yi" möv­zu­sun­da ic­las­la da­vam edib. Döv­lət Ko­mi­tə­si­nin mət­bu­at xid­mə­tin­dən "Trend"ə ve­ri­lən mə­lu­ma­ta gö­rə, ic­las­da Lat­vi­ya Pre­zi­den­ti Ray­monds Ve­yo­nis, Ma­ke­do­ni­ya Pre­zi­den­ti Gi­or­gi İva­nov, Al­ba­ni­ya Pre­zi­den­ti Bu­yar Ni­şa­ni, Mon­te­neq­ro Pre­zi­den­ti Fi­lip Vu­ya­no­viç, Gür­cüs­tan Pre­zi­den­ti Gi­or­gi Marqve­laş­vi­li, Sə­u­diy­yə Ərə­bis­ta­nı Şah­za­də­si, Kral Fay­sal Araş­dır­ma və İs­la­mi Ça­lış­ma­lar Mər­kə­zi­nin səd­ri Tur­ki əl-Fay­sal iş­ti­rak edib.

İc­la­sın mo­de­ra­to­ru olan Mi­si­rin İs­gən­də­riy­yə Ki­tab­xa­na­sı­nın di­rek­to­ru, Ni­za­mi Gən­cə­vi Bey­nəl­xalq Mər­kə­zi­nin həm­səd­ri İs­ma­il Se­ra­gel­din mü­hüm mə­sə­lə­lə­rin mü­za­ki­rə edil­di­yi Fo­ru­mun əhə­miy­yə­ti­ni xü­su­si vur­ğu­la­yıb.

Mon­te­neq­ro Pre­zi­den­ti Fi­lip Vu­ya­no­viç mü­a­sir dövrdə el­mi-tex­ni­ki tə­rəq­qi nə­ti­cə­sin­də in­san­la­rın bü­tün im­kan­lar­dan ya­rar­la­na­raq da­ha yax­şı ya­şa­dıq­la­rı­nı bil­di­rib. Ha­zır­da dün­ya­nın bir sı­ra prob­lem­lər­lə üz­ləş­di­yi­ni de­yən Pre­zi­dent Fi­lip Vu­ya­no­viç qeyd edib ki, in­san­lıq ter­ro­rizm ki­mi cid­di bə­la ilə üz­lə­şib, gü­nah­sız in­san­la­rın hə­ya­tı­na son qo­yu­lur. Ac­lıq və di­gər prob­lem­lər sə­bə­bin­dən de­mok­ra­ti­ya­ya cid­di zər­bə vu­ru­lur.

Bu prob­lem­lə­rin qar­şı­sı­nın anıl­ma­sın­da bey­nəl­xalq sə­viy­yə­də səy­lə­rin və güc­lə­rin bir­ləş­di­ril­mə­si­nin əhə­miy­yə­ti­ni diq­qə­tə çat­dı­ran döv­lət baş­çı­sı bil­di­rib ki, yal­nız bu hal­da bey­nəl­xalq mü­na­si­bət­lər da­ha yax­şı in­ki­şaf edə­cək. İn­teq­ra­si­ya ümu­mi ri­fa­hın in­ki­şa­fı­na töh­fə ve­rir. Mon­te­neq­ro da bu si­ya­sə­ti əsas tu­tur və ümid edir ki, böl­gə üçün yax­şı nü­mu­nə ola­caq.

Ma­ke­do­ni­ya Pre­zi­den­ti Ge­or­ge İva­nov ha­zır­kı dövrdə möv­cud prob­lem­lə­rin də­rin­dən öy­rə­nil­mə­si­nin gə­lə­cə­yin da­ha də­qiq proq­noz­laş­dı­rıl­ma­sı ba­xı­mın­dan önə­mi­ni vur­ğu­la­ya­raq bil­di­rib: "Ha­zır­kı dövr biz in­san­lar üçün çox təh­lü­kə­li­dir. Çün­ki biz ter­ror­çu­la­rın ol­du­ğu dövrdə ya­şa­yı­rıq. Bu in­san­lar ya­lan xə­bər­lər ya­yır, ge­niş təb­li­ğat iş­lə­ri apa­ra­raq əha­li ara­sın­da qor­xu his­si ya­ra­dır­lar. Məhz bu­nun nə­ti­cə­si­dir ki, bu pro­ses ha­zır­da ən yük­sək sə­viy­yə­yə ça­tıb. Əs­lin­də, biz ye­ni dün­ya­nın do­ğu­lu­şu ərə­fə­sin­də­yik. Biz in­di­yə­dək qor­xu ilə ya­şa­mı­şıq. La­kin bun­dan son­ra ümid­lə ya­naş­ma­lı­yıq ki, ye­ni dün­ya do­ğu­lur".

Ye­ni dün­ya ni­za­mı­nın çox­qütblü ola­ca­ğı­nı vur­ğu­la­yan Ma­ke­do­ni­ya Pre­zi­den­ti bil­di­rib ki, va­hid cə­miy­yət, va­hid mə­də­niy­yət ol­ma­ya­caq. Bu­na gö­rə də müx­tə­lif mə­də­niy­yət­lər və mil­lət­lər ara­sın­da di­a­lo­qu təş­viq et­mə­li, müx­tə­lif­li­yə hör­mət­lə ya­naş­ma­lı­yıq. Ma­ke­do­ni­ya da bu sa­hə­də Azər­bay­can ki­mi hə­rə­kət edir və in­teq­ra­si­ya yo­lu­nu se­çib.

Al­ba­ni­ya Pre­zi­den­ti Bu­yar Ni­şa­ni bil­di­rib ki, öl­kə­si ki­çik ol­sa da, di­gər xalqla­rın və öl­kə­lə­rin in­ki­şa­fı­na da öz töh­fə­si­ni ve­rib. Kom­mu­niz­min sü­qu­tun­dan son­ra Al­ba­ni­ya­nın sü­rət­lə in­ki­şaf et­di­yi­ni, eti­bar­lı tə­rəf­daş ol­du­ğu­nu de­yən döv­lət baş­çı­sı bil­di­rib ki, yer­ləş­di­yi­miz re­gi­on bö­yük im­kan­lar mə­ka­nı­dır və bu im­kan­lar­dan sə­mə­rə­li is­ti­fa­də edil­mə­li­dir: "Biz mü­ha­ri­bə­lər, prob­lem­lər­lə üz­ləş­mə­yi­miz bax­ma­ya­raq, ye­ni re­al­lı­ğa ayaq uy­du­ra­raq, qar­şı­lıq­lı hör­mət prin­sip­lə­ri əsa­sın­da in­ki­şaf edi­rik. Biz ey­ni re­gi­on­da ya­şa­dı­ğı­mız üçün bir­gə məq­səd­lə­rə na­il ol­ma­ğa ça­lış­ma­lı­yıq. Biz ina­nı­rıq ki, Av­ro­pa­ya in­teq­ra­si­ya ye­ga­nə yol­dur və bu is­ti­qa­mət­də ça­lış­ma­lı­yıq. Bi­zim üçün baş­qa al­ter­na­tiv yox­dur. Bu bir pro­ses­dir və mü­əy­yən müd­dət­dən son­ra biz bu ai­lə­nin üz­vü ola­ca­ğıq".

Al­ba­ni­ya­nın zən­gin tə­bii sər­vət­lə­rə, bol su eh­ti­yat­la­rı­na, yax­şı iq­li­mə və sa­hil zo­na­sı­na ma­lik ol­du­ğu­nu vur­ğu­la­yan Pre­zi­dent Bu­yar Ni­şa­ni bil­di­rib ki, biz bu sər­vət­lər­dən is­ti­fa­də edə və qon­şu döv­lət­lər­lə əmək­daş­lı­ğı də­rin­ləş­di­rə bi­lə­rik. Sər­ma­yə­dar­la­rı cəlb edə bi­lə­rik ki, la­yi­hə­lə­ri uğur­la ic­ra edək. Biz sül­hü və sa­bit­li­yi tə­min et­mək və in­ki­şaf et­mək­də yax­şı nü­mu­nə ola­ca­ğıq. Yax­şı li­der­lər bi­zim dün­ya­nı da­ha yax­şı dün­ya­ya apa­ra­caq­lar, am­ma in­san­lar­la açıq və sə­mi­mi mü­na­si­bət la­zım­dır".

Son il­lər dün­ya­da gər­gin­lik­lə­rin və mü­na­qi­şə­lə­rin da­ha da artdı­ğı­nı qeyd edən Gür­cüs­tan Pre­zi­den­ti Gi­or­gi Marqve­laş­vi­li de­yib ki, otuz il əv­və­lə qa­yıt­saq və dün­ya­nın gə­lə­cə­yi ba­rə­də dü­şün­cə­lə­ri­mi­zi xa­tır­la­saq, o za­man dü­şün­cə­lə­ri­mi­zin da­ha nik­bin ol­du­ğu­nu gö­rə­rik: "Hə­min dövrdə in­san­la­rın "so­yuq mü­ha­ri­bə"nin so­nun­da da­ha çox im­kan­la­rın ya­ra­na­ca­ğı­na, sülh və əmək­daş­lı­ğın də­rin­lə­şə­cə­yi­nə ümid­lə­ri bö­yük idi. Am­ma bu gün elə bir dün­ya­nın şa­hi­di­yik ki, bu dün­ya­da ter­ro­rizm, qır­ğın­lar, mü­ha­ri­bə­lər baş ve­rir".

Gür­cüs­ta­nın qlo­bal təh­lü­kə­siz­lik və sa­bit­lik pro­se­si­nin tə­rəf­da­şı ol­du­ğu­nu diq­qə­tə çat­dı­ran Pre­zi­dent Gi­or­gi Marqve­laş­vi­li bil­di­rib ki, bey­nəl­xalq əmək­daş­lı­ğa ina­nır. Bu qlo­bal­la­şan dün­ya sül­hə və sa­bit­li­yə gə­ti­rib çı­xa­ra­caq. Biz Əf­qa­nıs­tan­da və Af­ri­ka­da sülhya­rat­ma mis­si­ya­la­rın­da iş­ti­rak edi­rik. Bi­zim öl­kə qlo­bal təh­lü­kə­siz­li­yə töh­fə ver­sə də, özü bun­dan əziy­yət çə­kir.

Pre­zi­dent Gi­or­gi Marqve­laş­vi­li vur­ğu­la­yıb ki, Gür­cüs­tan Azər­bay­ca­na və Tür­ki­yə­yə açıq tə­rəf­daş­lıq tək­lif edir və gə­lə­cək in­ki­şaf la­yi­hə­lə­ri­nə ha­zır­dır.

"Tə­əs­süf ki, biz təh­lü­kə­siz və sa­bit dün­ya­da ya­şa­mı­rıq", - de­yən Lat­vi­ya Pre­zi­den­ti Ray­monds Ve­yo­nis qeyd edib ki, ha­zır­da da­vam edən mü­na­qi­şə­lər, böh­ran­lar nə­ti­cə­sin­də bey­nəl­xalq mü­na­si­bət­lər kəs­kin də­yi­şib. Möv­cud mü­na­qi­şə­lə­rin bey­nəl­xalq sül­hə və sa­bit­li­yə cid­di təh­lü­kə tö­rət­di­yi­ni vur­ğu­la­yan Ray­mond Ve­yo­nis əla­və edib ki, bey­nəl­xalq mü­na­si­bət­lə­ri sa­bit­ləş­dir­mək üçün qlo­bal sə­viy­yə­də fə­a­liy­yət­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si ba­xı­mın­dan ən uy­ğun plat­for­ma olan BMT-nin fə­a­liy­yə­ti da­ha da tək­mil­ləş­di­ril­mə­li və güc­lən­di­ril­mə­li, onun də­yə­ri ar­tı­rıl­ma­lı­dır. O de­yib ki, BMT qlo­bal sə­viy­yə­də təh­lü­kə­siz­lik və mü­da­fi­ə­nin, iq­ti­sa­di və so­si­al sə­viy­yə­də əmək­daş­lı­ğın, in­san hü­quq­la­rı­nın tə­min olun­ma­sın­da mü­hüm rol oy­na­yır.

Av­ro­pa­nın təh­lü­kə­siz­lik­lə bağ­lı prob­lem­lər­dən sı­ğor­ta­lan­ma­dı­ğı­nı vur­ğu­la­yan Lat­vi­ya Pre­zi­den­ti bil­di­rib ki, Av­ro­at­lan­tik mə­kan da bir sı­ra prob­lem­lər­lə üz­lə­şir. Biz ekstre­miz­min, kor­rup­si­ya­nın, in­san hü­quq­la­rı­nın po­zul­ma­sı­nın ağır fə­sad­la­rı­nı gö­rü­rük. Bu, xü­su­si­lə Şi­ma­li Af­ri­ka­da və Ya­xın Şərqdə da­ha çox baş ve­rir.

Mü­na­qi­şə­lə­rin qı­sa müd­dət­də və əda­lət­li həl­li ilə bağ­lı BMT qət­na­mə­lə­ri­nin müm­kün qə­dər tez ic­ra olun­ma­sı­nın va­cib­li­yi­ni bil­di­rən Pre­zi­dent Ray­monds Ve­yo­nis de­yib ki, Lat­vi­ya mü­na­qi­şə­lə­rin sülh, bey­nəl­xalq hü­quq və döv­lət­lə­rin əra­zi bü­töv­lü­yü prin­sip­lə­ri əsa­sın­da həll olun­ma­sı­nı dəs­tək­lə­di­yir. "Mü­na­qi­şə­lə­rin həl­li Av­ro­pa üçün də çox va­cib­dir. Bu­nun üçün həm də güc­lü si­ya­si ira­də tə­ləb olu­nur. Ha­zır­da dün­ya­da baş ve­rən böh­ran­lar, xü­su­si­lə Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ, Gür­cüs­tan, Uk­ray­na və Mol­do­va­da­kı mü­na­qi­şə­lər tez­lik­lə sülh yo­lu ilə həll edil­mə­li­dir".

Sə­u­diy­yə Ərə­bis­ta­nı Şah­za­də­si, Kral Fay­sal Araş­dır­ma və İs­la­mi Ça­lış­ma­lar Mər­kə­zi­nin səd­ri Tur­ki əl-Fay­sal isə bil­di­rib ki, dün­ya­da möv­cud prob­lem­lər ha­zır­da cid­di ge­o­si­ya­si risqlə­rə gə­ti­rib çı­xa­rıb, ye­ni böh­ran­lar ya­ra­nır, gər­gin­lik­lər da­ha da də­rin­lə­şir: "Bu həm də o sə­bəb­dən baş ve­rir ki, mö­tə­bər bey­nəl­xalq qu­rum­lar öz və­zi­fə­lə­ri­ni la­zı­mın­ca ye­ri­nə ye­ti­rə bil­mir. İkin­ci Dün­ya mü­ha­ri­bə­si­nin qa­lib­lə­ri­nin ba­xı­şı dün­ya­ya sülh gə­tir­mək idi. La­kin risqlə­rin qar­şı­sı­nın alın­ma­sı üçün vax­tın­da və la­zı­mi sə­viy­yə­də ad­dım­la­rın atıl­ma­ma­sı cid­di prob­lem­lər do­ğu­rub. Qlo­bal­la­şan dün­ya­nın İkin­ci Dün­ya mü­ha­ri­bə­si döv­rün­də­kin­dən çox fərqli ol­ma­sı­na bax­ma­ya­raq, dün­ya ha­zır­da "so­yuq mü­ha­ri­bə" il­lə­rin­də ol­du­ğu ki­mi ida­rə edi­lir".

Tur­ki əl-Fay­sal bil­di­rib ki, Su­ri­ya böh­ra­nı­nın, Fə­ləs­tin prob­le­mi­nin, Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li ilə bağ­lı BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın mü­va­fiq qət­na­mə­lə­ri­nə bax­ma­ya­raq, dün­ya­nın apa­rı­cı döv­lət­lə­ri­nin bu mə­sə­lə­lə­rin həl­li­nə is­tək­siz və la­qeyd ya­naş­ma­la­rı ha­zır­kı ağır nə­ti­cə­lə­rə gə­ti­rib çı­xa­rıb: "Bu­na gö­rə də dün­ya­dan, xü­su­sən mö­tə­bər bey­nəl­xalq təş­ki­lat­lar­dan, o cüm­lə­dən BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın beş da­i­mi üz­vün­dən ye­ni ya­naş­ma­lar tə­ləb olun­ma­lı­dır. Çün­ki ha­zır­kı for­mat və ya­naş­ma­lar da­ya­nıq­lı sül­hün və asa­yi­şin bər­qə­rar ol­ma­sı, ya­şa­dı­ğı­mız cə­miy­yət­lə­rin, bə­şə­riy­yə­tin üz­ləş­di­yi çə­tin­lik­lə­rin öh­də­sin­dən gəl­mək üçün ki­fa­yət et­mir. Bu­na gö­rə də BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın beş da­i­mi üz­vü­nün və­zi­fə­lə­ri­nə ye­ni­dən ba­xıl­ma­lı­dır ki, on­lar mü­na­qi­şə­lə­rin həl­li­nə na­il ola bil­sin­lər. Bu ba­xım­dan dün­ya li­der­lə­ri bir ara­ya gəl­mə­li­dir. Biz ha­mı­mız ey­ni si­vi­li­za­si­ya­da ya­şa­yı­rıq. Ona gö­rə də si­vi­li­za­si­ya­la­rın mü­na­qi­şə­si­nə de­yil, ba­rı­şı­ğı­na na­il ol­ma­lı, ya­şa­dı­ğı­mız dün­ya­nı da­ha da gö­zəl­ləş­dir­mə­li­yik".

Çı­xış­lar­dan son­ra möv­zu ət­ra­fın­da mü­za­ki­rə­lər apa­rı­lıb, au­di­to­ri­ya­nın su­al­la­rı ca­vab­lan­dı­rı­lıb.

Fo­rum işi­ni da­vam et­di­rir.

Xə­bər xid­mə­ti

Son xəbərlər