30/04/2017 13:00
728 x 90

Pre­zi­dent Əli­yev mü­a­sir dün­ya­nın miq­rant və ra­di­kal­laş­ma ki­mi iki qor­xu­lu prob­le­mi­nin əsl kö­kü­nü gös­tər­di - YENİLƏNDİ

Ba­kı Fo­ru­mun­da Azər­bay­ca­nın re­gi­on­da­kı sa­bit­ləş­di­ri­ci ro­lu­nun qlo­bal təh­lü­kə­siz­li­yə bö­yük tə­si­ri­nə diq­qət çə­kil­di

img

Pre­zi­dent İl­ham Əli­yev və xa­nı­mı V Qlo­bal Ba­kı Fo­ru­mun­da iş­ti­rak edib

 

Mar­tın 16-da Azər­bay­can pay­tax­tın­da V Qlo­bal Ba­kı Fo­ru­mu­nun rəs­mi açı­lı­şı olub. Pre­zi­dent İl­ham Əli­yev və Bi­rin­ci vit­se-pre­zi­dent Meh­ri­ban Əli­ye­va "Bey­nəl­xalq mü­na­si­bət­lə­rin gə­lə­cə­yi: güc və ma­raq­lar" möv­zu­su­na həsr olu­nan Fo­ru­mun açı­lış mə­ra­si­min­də iş­ti­rak edib.

V Qlo­bal Ba­kı Fo­ru­mun­da 53 öl­kə­dən 300-dək nü­ma­yən­də, o cüm­lə­dən mü­a­sir dün­ya si­ya­sə­ti­nin yön­lən­di­ril­mə­sin­də, bir çox re­gi­o­nal pro­ses­lə­rin qiy­mət­lən­di­ril­mə­sin­də mü­hüm ro­lu olan çox nü­fuz­lu döv­lət xa­dim­lə­ri, si­ya­sət­çi­lər, elm adam­la­rı, si­ya­si ekspertlər iş­ti­rak edir.

Fo­ru­mun nü­fuz­lu qo­naq­la­rı ara­sın­da Lat­vi­ya Pre­zi­den­ti Ray­monds Ve­yo­nis, Ma­ke­do­ni­ya Pre­zi­den­ti Ge­or­gi İva­nov, Al­ba­ni­ya Pre­zi­den­ti Bu­yar Ni­şa­ni, Mon­te­neq­ro Pre­zi­den­ti Fi­lip Vu­ya­no­viç, Gür­cüs­tan Pre­zi­den­ti Gi­or­gi Marqve­laş­vi­li, Sə­u­diy­yə Ərə­bis­ta­nı Şah­za­də­si, Kral Fay­sal Araş­dır­ma və İs­la­mi Ça­lış­ma­lar Mər­kə­zi­nin səd­ri Tur­ki əl-Fay­sal da var. İki gün da­vam edə­cək Fo­rum Azər­bay­can hə­qi­qət­lə­ri­nin təb­li­ğin­də və öl­kə­mi­zə ye­ni dostlar qa­zan­dır­maq­da, lob­bi qu­ru­cu­lu­ğun­da əhə­miy­yət­li ro­la ma­lik­dir. Qlo­bal Ba­kı Fo­ru­mu Azər­bay­ca­nı ta­nıt­maq, öl­kə­miz­lə bağ­lı hə­qi­qət­lə­ri dün­ya­ya çat­dır­maq üçün çox mü­hüm və əl­ve­riş­li plat­for­ma­dır.

Mi­si­rin İs­gən­də­riy­yə Ki­tab­xa­na­sı­nın di­rek­to­ru, Ni­za­mi Gən­cə­vi Bey­nəl­xalq Mər­kə­zi­nin həm­səd­ri İs­ma­il Se­ra­gel­din Pre­zi­dent İl­ham Əli­ye­və bu Fo­ru­ma ev sa­hib­li­yi et­di­yi­nə gö­rə tə­şək­kü­rü­nü bil­di­rib və sö­zü döv­lət baş­çı­sı­na ve­rib.

Pre­zi­dent İl­ham Əli­yev be­şin­ci də­fə­dir ke­çi­ri­lən Fo­ru­mun ar­tıq qlo­bal bey­nəl­xalq tə­si­sa­ta çev­ril­di­yi­ni, bu­də­fə­ki təd­bir­də 50-dən çox öl­kə­dən nü­ma­yən­də­lə­rin iş­ti­rak et­di­yi­ni de­yə­rək, on­lar ara­sın­da ha­zır­kı və sa­biq pre­zi­dentlə­rin, vit­se-pre­zi­dentlə­rin, baş na­zir­lə­rin və par­la­ment sədrlə­ri­nin ol­du­ğu­nu bil­di­rib. Son il­lər­də Azər­bay­ca­nın bir sı­ra bey­nəl­xalq təd­bir­lə­rə uğur­la ev sa­hib­li­yi et­di­yi­ni de­yən Pre­zi­dent İl­ham Əli­yev bu cür təd­bir­lə­rin öl­kə­mi­zi bey­nəl­xalq alə­mə təq­dim et­mək üçün bir va­si­tə ol­du­ğu­nu diq­qə­tə çat­dı­rıb. Azər­bay­ca­nın yer­ləş­di­yi re­gi­on­da sa­bit­ləş­di­ri­ci rol oy­na­dı­ğı­nı, tə­əs­süf­lər ki, bu və­ziy­yə­tin dün­ya­nın bir çox böl­gə­lə­rin­də mü­şa­hi­də edil­mə­di­yi­ni de­yən döv­lət baş­çı­sı bir çox re­gi­on­lar­da­kı gər­gin­lik­lə­rə, mü­na­qi­şə­lə­rə, miq­rant böh­ra­nı­na diq­qət çə­kə­rək, cə­miy­yət­lər da­xi­lin­də baş ve­rən qar­şı­dur­ma­la­rın təh­lü­kə­li hal al­dı­ğı­nı vur­ğu­la­yıb.

Çı­xı­şın­da diq­qə­ti Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nə yö­nəl­dən Pre­zi­dent İl­ham Əli­yev 20 il­dən çox­dur Dağ­lıq Qa­ra­bağ və ət­ra­fın­da­kı 7 ra­yo­nun Er­mə­nis­tan tə­rə­fin­dən iş­ğal olun­du­ğu­nu, hə­min əra­zi­lər­də­ki bü­tün infrastruk­tu­run və ta­ri­xi ir­sin da­ğı­dıl­dı­ğı­nı, bir mil­yon­dan çox in­sa­nın qaç­qın və məc­bu­ri köç­kü­nə çev­ril­di­yi­ni bil­di­rib. Bey­nəl­xalq təş­ki­lat­la­rın qə­rar və qət­na­mə­lə­ri­nə bax­ma­ya­raq, mü­na­qi­şə­nin hə­lə də həll olun­ma­dı­ğı­nı, Er­mə­nis­ta­nın hə­min qə­rar­la­ra mə­həl qoy­ma­dı­ğı­nı de­yən Pre­zi­dent İl­ham Əli­yev öl­kə­mi­zin bir çox hal­lar­da iki­li stan­dartlar­dan əziy­yət çək­di­yi­ni, bu mü­na­qi­şə­nin re­gi­on­da sül­hə və təh­lü­kə­siz­li­yə cid­di təh­did ol­du­ğu­nu, sta­tus-kvo­nun də­yi­şil­mə­si­nin va­cib­li­yi­ni qeyd edib.

Bü­tün çə­tin­lik­lə­rə bax­ma­ya­raq, Azər­bay­ca­nın in­ki­şaf et­di­yi­ni, iq­ti­sa­di gös­tə­ri­ci­lə­ri­mi­zin artdı­ğı­nı, ge­niş re­gi­o­nal in­ki­şaf proq­ram­la­rı­nın ic­ra olun­du­ğu­nu, iş­siz­li­yin və yox­sul­lu­ğun də­fə­lər­lə aşa­ğı sa­lın­dı­ğı­nı de­yən Pre­zi­dent İl­ham Əli­yev öl­kə­mi­zin re­gi­o­nal və bey­nəl­xalq möv­qe­lə­ri­nin çox güc­lü ol­du­ğu­nu bil­di­rib, həm qon­şu­lar­la, həm də Av­ro­pa İt­ti­fa­qı­na üzv öl­kə­lər­lə yax­şı əmək­daş­lıq əla­qə­lə­ri­nin qu­rul­du­ğu­nu vur­ğu­la­yıb.

Ötən ay Av­ro­pa İt­ti­fa­qı ilə stra­te­ji tə­rəf­daş­lı­ğı nə­zər­də tu­tan ye­ni sa­ziş üzə­rin­də baş­la­nan da­nı­şıq­la­rın əhə­miy­yə­tin­dən da­nı­şan döv­lət baş­çı­sı bil­di­rib ki, bir müd­dət ön­cə Ame­ri­ka və Ru­si­ya baş qə­rar­gah rə­is­lə­ri­nin Ba­kı­da gö­rüş­mə­si bir da­ha onu gös­tə­rir ki, öl­kə­mi­zə hör­mət­lə ya­na­şı­lır və Azər­bay­ca­nın müs­tə­qil si­ya­sət yü­rüt­mə­si ar­tıq re­al­lıq­dır. Öl­kə­mi­zin dün­ya­nı təh­did edən təh­lü­kə­lə­rə qar­şı mü­ba­ri­zə apar­dı­ğı­nı, sülhmə­ram­lı tə­şəb­büs­lə­rə töh­fə ver­di­yi­ni de­yən Pre­zi­dent İl­ham Əli­yev Azər­bay­ca­nın ic­ra­sın­da mü­hüm rol oy­na­dı­ğı qlo­bal əhə­miy­yət­li la­yi­hə­lər­dən da­nı­şa­raq, Ba­kı-Tif­lis-Qars də­mir yo­lu, Şərq-Qərb, Şi­mal-Cə­nub nəq­liy­yat dəh­liz­lə­ri­nin və ümu­mi də­yə­ri 40 mil­yard dol­lar olan "Cə­nub Qaz Dəh­li­zi" la­yi­hə­si­nin əhə­miy­yə­ti­ni vur­ğu­la­yıb.

"Azər­bay­can mə­də­niy­yət­lə­ra­ra­sı və si­vi­li­za­si­ya­la­ra­ra­sı di­a­lo­qa sər­ma­yə qo­yur", - de­yən döv­lət baş­çı­sı öl­kə­mi­zin mə­də­niy­yət­lə­ra­ra­sı di­a­lo­qa bö­yük əhə­miy­yət ver­di­yi­ni, ma­lik ol­du­ğu­muz to­le­rantlıq və mul­ti­kul­tu­ra­lizm ənə­nə­lə­ri­nin Azər­bay­ca­nı bu pro­se­sin mər­kə­zi­nə çe­vir­di­yi­ni diq­qə­tə çat­dı­rıb.

Ni­za­mi Gən­cə­vi Bey­nəl­xalq Mər­kə­zi­nin həm­səd­ri Vay­ra Vi­ke-Frey­ber­qa be­şin­ci də­fə ke­çi­ri­lən bu Fo­ru­ma ver­di­yi dəs­tə­yə gö­rə Pre­zi­dent İl­ham Əli­ye­və min­nət­dar­lıq edib. Hər il Fo­ru­mun sı­ra­la­rı­nın ge­niş­lən­di­yi­ni, Ba­kı­nın get­dik­cə da­ha da in­ki­şaf et­di­yi­ni və bu­nun qo­naq­la­rın diq­qə­tin­dən ya­yın­ma­dı­ğı­nı de­yən Vay­ra Vi­ke-Frey­ber­qa Fo­ru­mun bu­də­fə­ki möv­zu­su­nun bey­nəl­xalq hü­qu­qun və bey­nəl­xalq ba­lan­sın əl­də olun­ma­sı is­ti­qa­mə­tin­də gö­rü­lən təd­bir­lə­rə bir töh­fə ola­ca­ğı­na əmin­li­yi­ni ifa­də edib, bu pro­se­sin da­ha da sü­rət­lən­di­ril­mə­si­nin əhə­miy­yə­ti­ni vur­ğu­la­yıb. Azər­bay­ca­nın re­gi­o­nal əhə­miy­yə­ti­ni, güc­lü ener­ji və nəq­liy­yat po­ten­si­a­lı­na ma­lik ol­du­ğu­nu qeyd edən Vay­ra Vi­ke-Frey­ber­qa Fo­ru­mun uğur­la ke­çə­cə­yi­nə, ma­raq­lı fi­kir mü­ba­di­lə­lə­ri­nin apa­rı­la­ca­ğı­na əmin­li­yi­ni bil­di­rib.

İta­li­ya­nın Azər­bay­can­da­kı sə­fi­ri Ci­am­pa­o­lo Ku­til­lo İta­li­ya Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti Ser­gio Mat­ta­rel­la­nın mü­ra­ci­ə­ti­ni Fo­rum iş­ti­rak­çı­la­rı­nın diq­qə­ti­nə çat­dı­rıb. Ser­gio Mat­ta­rel­la mü­ra­ci­ə­tin­də bey­nəl­xalq ic­ma­nın üz­ləş­di­yi prob­lem­lə­rin mü­za­ki­rə olun­du­ğu Fo­ru­mun əhə­miy­yə­ti­ni vur­ğu­la­yır, mə­də­niy­yət­lə­ra­ra­sı di­a­lo­qun və fun­da­men­tal azad­lıq­la­rın bey­nəl­xalq ic­ma­nın əsas öh­də­li­yi­nə çev­ril­mə­si­nin va­cib­li­yi­ni diq­qə­tə çat­dı­rır, Ni­za­mi Gən­cə­vi Bey­nəl­xalq Mər­kə­zi tə­rə­fin­dən irə­li sü­rü­lən tə­şəb­büs­lə­rin əmək­daş­lı­ğı da­ha da möh­kəm­lən­dir­mə­yə xid­mət et­di­yi­ni bil­di­rir.

Bö­yük Bri­ta­ni­ya və Şi­ma­li İr­lan­di­ya Bir­ləş­miş Kral­lı­ğı­nın Azər­bay­can­da­kı mü­vəq­qə­ti iş­lər və­ki­li Ste­fan Mak­kor­mak isə Kral­lı­ğın Baş na­zi­ri Te­re­za Me­yin mü­ra­ci­ə­ti­ni səs­lən­di­rib. Baş na­zir Te­re­za Mey də be­şin­ci də­fə ke­çi­ri­lən bu Fo­ru­ma gös­tər­di­yi dəs­tə­yə gö­rə Azər­bay­ca­na tə­şək­kür edir. Bu il Azər­bay­can­la Bir­ləş­miş Kral­lıq ara­sın­da dip­lo­ma­tik mü­na­si­bət­lə­rin qu­rul­ma­sı­nın 25 ili­nin ta­mam ol­du­ğu­nu, bu il­lər ər­zin­də öl­kə­lə­ri­miz ara­sın­da məh­sul­dar əla­qə­lə­rin fo­ma­laş­dı­ğı­nı, sə­mə­rə­li əmək­daş­lı­ğın da­vam et­di­yi­ni vur­ğu­la­yan Te­re­za Mey Fo­ru­mun dün­ya­nın üz­ləş­di­yi çə­tin­lik­lə­ri dəf et­mək­də mü­hüm rol oy­na­dı­ğı­nı bil­di­rir.

Mi­si­rin İs­gən­də­riy­yə Ki­tab­xa­na­sı­nın di­rek­to­ru, Ni­za­mi Gən­cə­vi Bey­nəl­xalq Mər­kə­zi­nin həm­səd­ri İs­ma­il Se­ra­gel­din dün­ya­da gər­gin si­ya­si pro­ses­lə­rin get­di­yi­ni, mü­na­qi­şə­lə­rin və toq­quş­ma­la­rın da­vam et­di­yi­ni bil­di­rə­rək, bu prob­lem­lər­dən çı­xış yo­lu ki­mi Fo­rum çər­çi­və­sin­də apa­rı­lan mü­za­ki­rə­lə­rin sə­mə­rə­li ola­ca­ğı­na əmin­li­yi­ni qeyd edib. O, Fo­ru­mun işi­nə ver­di­yi güc­lü dəs­tə­yi­nə gö­rə bir da­ha Pre­zi­dent İl­ham Əli­ye­və tə­şək­kür edib.

 

Azər­bay­can re­gi­on­da sa­bit­ləş­di­ri­ci rol oy­na­yır

Hər bir bey­nəl­xalq fo­rum va­cib­dir və dün­ya­da qə­bul olu­na­caq bü­tün qə­rar­lar bu cür fo­rum­lar­da mü­za­ki­rə olu­nan möv­zu­lar­dan ası­lı­dır. "Trend"in mə­lu­ma­tı­na gö­rə, bu­nu Pre­zi­dent İl­ham Əli­yev "Bey­nəl­xalq mü­na­si­bət­lə­rin gə­lə­cə­yi: güc və ma­raq­lar" möv­zu­sun­da Azər­bay­can pay­tax­tın­da ke­çi­ri­lən V Qlo­bal Ba­kı Fo­ru­mun­da çı­xı­şı za­ma­nı de­yib.

İl­ham Əli­yev qeyd edib ki, Qlo­bal Ba­kı Fo­ru­mu Azər­bay­can­da bi­rin­ci də­fə de­yil ke­çi­ri­lir və ar­tıq ənə­nə­yə çev­ri­lib.

Döv­lət baş­çı­sı fo­ru­mun 50-dən çox öl­kə­ni təm­sil edən 260-dan çox qo­na­ğı­nı sa­lam­la­yıb: "Azər­bay­can müs­tə­qil döv­lət ki­mi nis­bə­tən gəncdir. Ötən il biz döv­lət müs­tə­qil­li­yi­nin bər­pa olun­ma­sı­nın 25 il­li­yi­ni qeyd et­dik. Bi­zim fə­a­liy­yə­ti­miz, öl­kə­də hə­ya­ta ke­çir­di­yi­miz la­yi­hə­lər bü­tün re­gi­o­na müs­bət tə­sir gös­tə­rir və bu, Azər­bay­ca­nın dün­ya­ya təq­dim olun­ma­sı va­si­tə­lə­rin­dən bi­ri­dir".

Pre­zi­dent vur­ğu­la­yıb ki, bun­dan əv­vəl­ki Ba­kı Fo­ru­mun­dan bə­ri dün­ya heç də da­ha təh­lü­kə­siz ye­rə çev­ril­mə­yib: "Re­gi­o­nu­muz­da hə­lə də həl­li uzan­mış mü­na­qi­şə­lər, qar­şı­dur­ma­lar, mü­ha­ri­bə­lər möv­cud­dur. Bu, əl­bət­tə ki, çox təh­lü­kə­li ten­den­si­ya­dır".

İl­ham Əli­yev qeyd edib ki, Azər­bay­can öz re­gi­o­nun­da mü­hüm sa­bit­ləş­di­ri­ci amil ro­lu­nu oy­na­yır və öl­kə­nin tə­şəb­büs­lə­ri re­gi­o­nal əmək­daş­lı­ğa və re­gi­on­da təh­lü­kə­siz­lik təd­bir­lə­ri­nin güc­lən­di­ril­mə­si­nə is­ti­qa­mət­lə­nib.

Döv­lət baş­çı­sı əla­və edib ki, Azər­bay­can ada de­yil və qon­şu öl­kə­lər­də baş ve­rən ha­di­sə­lər öl­kə­də bö­yük na­ra­hat­lıq do­ğu­rur.

Onun söz­lə­ri­nə gö­rə, hə­lə də ça­ğı­rış­lar, mü­ha­ri­bə­lər, mü­na­qi­şə­lər, miq­rant böh­ran­la­rı möv­cud­dur və bü­tün bun­lar bö­yük hu­ma­ni­tar fa­ci­ə­dir: "Miq­rant böh­ra­nı, mən de­yər­dim ki, dün­ya­nın müx­tə­lif his­sə­lə­ri ara­sın­da qar­şı­lıq­lı an­laş­ma­nın azal­ma­sı­na gə­ti­rib çı­xa­rır. Bu, miq­rantla­rın üz tut­du­ğu öl­kə­lə­rin sa­kin­lə­ri üçün mü­əy­yən na­ra­hat­lıq ya­ra­dır".

Pre­zi­dent İl­ham Əli­yev de­yib ki, bu pro­ses baş ve­rən­lə­rin nə­ti­cə­si­dir, çün­ki bu böh­ra­nın re­al sə­bə­bi öl­kə­lə­rin da­xi­li iş­lə­ri­nə xa­ri­ci si­ya­si və hər­bi mü­da­xi­lə­lər­dir.

Azər­bay­can Pre­zi­den­ti bil­di­rib ki, miq­ra­si­ya böh­ra­nı beş-on il əv­vəl yox, bu ya­xın­lar­da baş ve­rib: "Be­lə­lik­lə, mən de­yər­dim ki, bu, Ya­xın Şərq öl­kə­lə­ri­nə mü­na­si­bət­də apa­rı­lan dü­şü­nül­mə­miş si­ya­sə­tin nə­ti­cə­si­dir. Bu isə, öz növ­bə­sin­də, miq­rantla­rın get­di­yi öl­kə­lər­də cə­miy­yət­lə­rin ra­di­kal­laş­ma­sı­na gə­ti­rib çı­xa­rır".

Döv­lət baş­çı­sı tə­əs­süf­lə qeyd edib ki, seç­ki kam­pa­ni­ya­la­rın­da diq­qə­ti ən çox cəlb edən şü­ar­lar mil­lət­çi­li­yə və an­ti­miq­rant əh­val-ru­hiy­yə­yə çox ya­xın olan şü­ar­lar­dır: "Son ay­lar­da və il­lər­də biz bu­nun şa­hi­di ol­mu­şuq və bu, ten­den­si­ya­ya çev­ri­lib. He­sab edi­rəm ki, qlo­bal gün­də­lik­də da­ya­nan ən va­cib mə­sə­lə­lər­dən bi­ri bu ten­den­si­ya­nı ək­si­nə çe­vir­mək­dir, uzaq­laş­ma, si­ya­si qar­şı­dur­ma­ya və si­vi­li­za­si­ya­la­rın di­a­lo­qu­nun ol­ma­ma­sı­na de­yil, da­ha çox əmək­daş­lı­ğa, qar­şı­lıq­lı an­laş­ma və qar­şı­lıq­lı hör­mə­tə yö­nəl­mək­dir".

İl­ham Əli­yev vur­ğu­la­yıb ki, Azər­bay­can coğ­ra­fi möv­qe­yi re­gi­on­da­kı ro­lu­nu əv­vəl­cə­dən mü­əy­yən­ləş­di­rən öl­kə­dir: "Biz si­vi­li­za­si­ya­la­rın və mə­də­niy­yət­lə­rin di­a­lo­qu­na sər­ma­yə ya­tı­rı­rıq. Azər­bay­can özü Er­mə­nis­ta­nın tə­ca­vü­zü, tor­paq­la­rı­nın iş­ğa­lı və hu­ma­ni­tar fa­ci­ə­dən əziy­yət çə­kir".

Döv­lət baş­çı­sı xa­tır­la­yıb ki, Azər­bay­ca­nın bey­nəl­xalq sə­viy­yə­də ta­nın­mış əra­zi­si­nin 20 fa­i­zi - Dağ­lıq Qa­ra­bağ və yed­di ət­raf ra­yon 20 il­dən çox­dur da­vam edən er­mə­ni iş­ğa­lı al­tın­da­dır: "İş­ğal olun­muş əra­zi­lər­də bü­tün infrastruk­tur da­ğı­dı­lıb, Azər­bay­ca­nın ta­ri­xi və di­ni abi­də­lə­ri məhv edi­lib. ATƏT-in fak­ta­raş­dı­rı­cı mis­si­ya­sı iş­ğal olun­muş əra­zi­lə­rə nü­ma­yən­də he­yə­ti gön­də­rib və on­la­rın he­sa­ba­tı da açıq-aş­kar gös­tə­rir ki, bü­tün bi­na­lar və Azər­bay­ca­nın ta­ri­xi ir­si məhv edi­lib".

Pre­zi­dent bil­di­rib ki, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si Er­mə­nis­ta­nın öz qon­şu­su­na qar­şı tə­ca­vü­zü­nün, se­pa­rat­çı­lı­ğın və Azər­bay­ca­na qar­şı mü­ha­ri­bə­nin nə­ti­cə­si­dir: "Bu mü­na­qi­şə nə­ti­cə­sin­də qaç­qın və məc­bu­ri köç­kü­nə çev­ri­lən bir mil­yon azər­bay­can­lı əziy­yət çə­kib. Bu rə­qəm dün­ya­da adam­ba­şı­na dü­şən ən yük­sək gös­tə­ri­ci­dir. Bu gün Azər­bay­can əha­li­si 10 mil­yon nə­fə­rə ya­xın­la­şır. Mü­na­qi­şə baş­la­yan­da əha­li­nin sa­yı 8 mil­yon idi, yə­ni 8 mil­yon­dan 1 mil­yo­nu 1990-cı il­lə­rin əv­vəl­lə­rin­də ev­siz qal­dı".

Döv­lət baş­çı­sı qeyd edib ki, Azər­bay­can hə­min dövrdə çox ka­sıb öl­kə ola­raq bir sı­ra si­ya­si, iq­ti­sa­di və so­si­al prob­lem­lər­lə qar­şı­laş­mış­dı: "İq­ti­sa­diy­yat xa­os və­ziy­yə­tin­də idi, iq­ti­sa­di in­ki­şaf üçün heç bir ay­dın va­si­tə yox idi. Bun­dan baş­qa, bir mil­yon in­san qaç­qın və məc­bu­ri köç­kün və­ziy­yə­ti­nə düş­müş­dü. On­la­rın da qay­ğı­sı­na qal­maq la­zım idi. Əl­bət­tə, Azər­bay­can hə­min dövrdən son­ra in­ki­şaf et­di. Biz öz həm­və­tən­lə­ri­mi­zi la­yiq­li şə­ra­it­lə tə­min edə bi­li­rik, am­ma mü­na­qi­şə hə­lə də həll olun­ma­yıb".

İl­ham Əli­yev xa­tır­la­dıb ki, bü­tün nü­fuz­lu bey­nəl­xalq təş­ki­lat­lar iş­ğal­çı er­mə­ni qo­şun­la­rı­nın Azər­bay­can tor­paq­la­rın­dan çı­xa­rıl­ma­sı­nı tə­ləb edən qə­rar və qət­na­mə­lər qə­bul edib: "Bey­nəl­xalq are­na­da ali qu­rum he­sab olu­nan BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı, si­tat gə­ti­ri­rəm, "er­mə­ni qo­şun­la­rı­nın iş­ğal olun­muş əra­zi­lər­dən dər­hal və qeyd-şərtsiz çı­xa­rıl­ma­sı­nı" tə­ləb edən 4 qət­na­mə qə­bul edib. Bu qət­na­mə­lər ka­ğız üzə­rin­də qa­lır, Er­mə­nis­tan ar­tıq 25 il­dir ki, on­la­rı ye­ri­nə ye­tir­mir. Bu onu gös­tə­rir ki, bey­nəl­xalq təş­ki­lat­la­rın, xü­su­si­lə də BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qə­rar­la­rı­nın ic­ra me­xa­niz­mi möv­cud de­yil. Bu, ar­dı­cıl­lı­ğın ol­ma­ma­sı­nı da gös­tə­rir, çün­ki bə­zi hal­lar­da Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın qət­na­mə­lə­ri­nin bir ne­çə gün, hət­ta bir ne­çə sa­at ər­zin­də ic­ra olun­du­ğu ha­mı­ya mə­lum­dur. Bi­zim­lə əla­qə­dar isə 25 il ke­çib, hə­lə də irə­li­lə­yiş yox­dur. Qaç­qın­la­rı­mız və məc­bu­ri köç­kün­lə­ri­miz doğ­ma tor­paq­la­rı­na qa­yı­da bil­mir. Biz he­sab edi­rik ki, bu, iki­li stan­dartlar si­ya­sə­ti­dir. Ümu­mi­lik­də, mə­nim fik­rim­cə, dün­ya­da baş ve­rən son ha­di­sə­lər iki­li stan­dartlar si­ya­sə­ti­nin, tə­əs­süf ki, bey­nəl­xalq mü­na­si­bət­lər­də bir stan­dar­ta çev­ril­di­yi­ni gös­tə­rir".

İl­ham Əli­yev əla­və edib ki, bey­nəl­xalq hü­quq nor­ma və prin­sip­lə­ri müx­tə­lif öl­kə­lər­də möv­cud si­ya­si ma­raq­lar­dan ası­lı ola­raq şərh edi­lir: "He­sab edi­rəm ki, bu, BMT is­la­hat­la­rı və ümu­mi­lik­də bey­nəl­xalq təş­ki­lat­la­rın qə­rar­la­rı­nın ic­ra­sı ilə bağ­lı va­cib mə­sə­lə­dir. Əgər qə­bul edi­lən qə­rar­lar ic­ra olun­ma­sa, tək­cə bu öl­kə­lər yox, bü­tün dün­ya təh­lü­kə­də ola­caq. Çün­ki bu o de­mək­dir ki, is­tə­ni­lən öl­kə və­ziy­yə­tin də­yiş­mə­si üçün gü­cün­dən is­ti­fa­də edə və əra­zi­lə­ri iş­ğal edə, mil­yon­lar­la in­sa­na əziy­yət ve­rə və nə­ti­cə­də cə­za­sız qa­la bi­lər".

Döv­lət baş­çı­sı xa­tır­la­dıb ki, Azər­bay­can Er­mə­nis­tan tə­rə­fin­dən Azər­bay­ca­nın dinc sa­kin­lə­ri­nə qar­şı tö­rə­dil­miş tə­ca­vüz, iş­ğal və hər­bi ci­na­yət­lər ba­rə­də mə­sə­lə­ni də­fə­lər­lə bey­nəl­xalq təş­ki­lat­lar qar­şı­sın­da qal­dı­rıb: "Er­mə­nis­ta­na qar­şı sanksi­ya­lar tət­biq olun­ma­lı­dır. Məhz on­da bu, əda­lət­li ola­caq, va­hid stan­dart ola­caq".

Pre­zi­dent qeyd edib ki, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li bey­nəl­xalq hü­qu­qa əsas­lan­ma­lı­dır və Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü bər­pa olun­ma­lı­dır: "İn­san­la­rın öz doğ­ma tor­paq­la­rı­na qa­yıt­maq hü­qu­qu var".

İl­ham Əli­yev de­yib ki, ni­zam­lan­ma­mış Er­mə­nis­tan-Azər­bay­can mü­na­qi­şə­si sülh və sa­bit­lik üçün təh­lü­kə­dir: "Biz bu mü­na­qi­şə­ni sülh yo­lu ilə həll et­mək is­tə­yi­rik, is­tə­ni­lən hal­da həl­li­ni is­tə­yi­rik. Er­mə­nis­tan sta­tus-kvo­nu də­yiş­məz ola­raq sax­la­maq is­tə­yir və BMT Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın da­i­mi üz­vü olan va­si­tə­çi­lə­rin bə­ya­nat­la­rı­na əhə­miy­yət ver­mir. ABŞ və Ru­si­ya də­fə­lər­lə bə­yan edib­lər ki, sta­tus-kvo qə­bu­le­dil­məz­dir və də­yiş­di­ril­mə­li­dir, bu isə Azər­bay­can əra­zi­lə­ri­nin iş­ğal­dan azad edil­mə­si­nin baş­lan­ma­sı de­mək­dir".

Pre­zi­dent bil­di­rib ki, bu ağır yü­kə və hu­ma­ni­tar böh­ra­na bax­ma­ya­raq, Azər­bay­ca­nın in­ki­şa­fı sü­rət­li, da­vam­lı ol­du: "Öl­kə­mi­zin iq­ti­sa­di transfor­ma­si­ya­sın­da bö­yük na­i­liy­yət­lə­ri­miz var və mən dü­şü­nü­rəm ki, 25 il­lik azad­lıq və müs­tə­qil­lik Azər­bay­can xal­qı­nın nə­in­ki müs­tə­qil mil­lət ki­mi ya­şa­ma­ğa, elə­cə də bir çox sa­hə­lər­də uğur­lar əl­də et­mə­yə qa­dir ol­du­ğu­nu nü­ma­yiş et­dir­di. Öl­kə­nin, xü­su­si­lə də son il­lər­də, iq­ti­sa­di gös­tə­ri­ci­lə­ri­nə nə­zər ye­tir­sək gö­rə­rik ki, iq­ti­sa­di sa­hə­də na­i­liy­yət­lər hə­qi­qə­tən də Azər­bay­can­da güc­lü si­ya­si ira­də­nin və həm­rəy cə­miy­yə­tin ol­du­ğu­nu nü­ma­yiş et­di­rir. Əgər ha­ki­miy­yət­lə xalq ara­sın­da vəh­dət var­sa, siz hət­ta mü­na­qi­şə və iş­ğal şə­ra­i­tin­də bir çox şey­lə­rə na­il ola bi­lər­si­niz".

Son xəbərlər