24/06/2017 21:30
728 x 90

"Xa­ti­rə Ki­ta­bı"nın XV cil­di də ər­sə­yə gə­ti­ril­di... - FOTO

Mil­lət və­kil­lə­ri, ta­nın­mış ic­ti­mai xa­dim və zi­ya­lı­la­rın iş­ti­ra­kı ilə Mü­ha­ri­bə və Əmək Ve­te­ran­la­rı Təş­ki­la­tın­da "Ki­ta­bın" ge­niş təq­di­mat mə­ra­si­mi ke­çi­ril­di...

img

Nə­za­kət Məm­mə­do­va: "Ar­zu edi­rik ki, bun­dan son­ra "Xa­ti­rə Ki­ta­bı"nda ye­ni şə­hid ba­la­la­rı­mı­zın ad­la­rı sı­ra­lan­ma­sın"

 

Yur­du­mu­zu, və­tə­ni­mi­zin sər­həd­lə­ri­ni qo­ru­yar­kən hə­ya­tı­nı fə­da edən hər bir in­sa­nın xa­ti­rə­si xal­qı­mız, döv­lə­ti­miz üçün əziz və mü­qəd­dəs­dir. Şə­hid­lə­rin qa­nı tö­kü­lən ana tor­pa­ğı­mız­da bi­tən al la­lə­lə­rin hə­rə­si bir şə­hid ürə­yi­ni xa­tır­la­dır. O ürək tor­pa­ğın kök­sün­də dö­yü­nür, özü də əbə­di ola­raq.

Tor­paq­la­rı­mı­zın mü­da­fi­ə­sin­də, ana yur­du­mu­zun ya­ğı düş­mən­lər­dən qo­run­ma­sın­da və­tən oğul­la­rı hə­mi­şə bö­yük şü­ca­ət, cə­sa­rət gös­tə­rib. Azər­bay­can oğul­la­rı­nın şöh­rə­ti ta­ri­xin han­sı ça­ğın­da du­yul­mur ki?! Ta­ri­xin hər sə­hi­fə­sin­də bi­zim əc­dad­la­rı­mı­zın izi, sə­si, ru­hu, işıq­lı əməl­lə­ri, qəh­rə­man­lı­ğı ya­şa­yır. Biz keç­mi­şi­mi­zə ba­xıb öyü­nü­rük. Əl­bət­tə, öyün­mə­yə haq­qı­mız da var.

Bu gün qəh­rə­man və­tən oğul­la­rı­nın xa­ti­rə­si­nə qo­yu­lan bir ya­zı­lı abi­də var - "Xa­ti­rə Ki­ta­bı". Bu abi­də o oğul və qız­la­rın xa­ti­rə­si­nə həsr edi­lib ki, on­lar can­la­rı­nı fa­da edə­rək ana tor­pa­ğın bir par­ça­sı­na çev­ri­lib.

İn­di­yə qə­dər "Xa­ti­rə Ki­ta­bı"nın XV cil­di ic­ti­ma­iy­yə­tə təq­dim edi­lib. Azər­bay­can Res­pub­li­ka­sı "Xa­ti­rə Ki­ta­bı" re­dak­si­ya­sı­nın gör­dü­yü ge­niş­miq­yas­lı iş­lər təq­di­rə­la­yiq­dir.

Mar­tın 9-da Azər­bay­can Res­pub­li­ka­sı Əmək və Si­lah­lı Qüv­və­lər Ve­te­ran­la­rı Təş­ki­la­tın­da "Xa­ti­rə Ki­ta­bı"nın XV cil­di­nin təq­di­mat mə­ra­si­mi ke­çi­ril­di. Mə­ra­sim­də öl­kə­nin nü­fuz­lu zi­ya­lı­la­rı, elm və mə­də­niy­yət xa­dim­lə­ri, əmək və mü­ha­ri­bə ve­te­ran­la­rı, elə­cə də me­dia mən­sub­la­rı iş­ti­rak edir­di.

Qeyd edək ki, təd­bir­də bil­di­ril­di ki, "Xa­ti­rə Ki­ta­bı"nda Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü uğ­run­da, elə­cə də İkin­ci Dün­ya Mü­ha­ri­bə­sin­də, is­tər Əf­qa­nıs­tan sa­va­şın­da, di­gər mü­ha­ri­bə və mü­na­qi­şə­lər­də can­la­rın­dan ke­çən, it­kin dü­şən in­san­la­rın ad­la­rı əbə­di­ləş­di­ri­lib.

Azər­bay­can Res­pub­li­ka­sı Əmək və Si­lah­lı Qüv­və­lər Ve­te­ran­la­rı Təş­ki­la­tı­nın rəh­bər­li­yi adın­dan çı­xış edən Cə­lil Xə­li­lov  vur­ğu­la­dı ki, "Xa­ti­rə Ki­ta­bı"nın xü­su­si əhə­miy­yə­ti var. "Xa­ti­rə Ki­ta­bı"nın XV cil­din­dən da­nı­şan C.Xə­li­lov bil­dir­di ki, Azər­bay­can döv­lə­ti ca­nı­nı tor­paq uğ­run­da qur­ban ve­rən in­san­la­rın xa­ti­rə­si­ni hə­mi­şə əziz tu­tur. Onun söz­lə­ri­nə gö­rə, "Xa­ti­rə Ki­ta­bı" qəh­rə­man oğul və qız­la­rı­mı­zın xa­ti­rə­si­nə qo­yu­lan abi­də­dir. O bil­dir­di ki, azər­bay­can­lı­la­rın İkin­ci Dün­ya Mü­ha­ri­bə­sin­də və di­gər mü­ha­ri­bə­lər­də keç­di­yi qan­lı sa­vaş yo­lu, və­tən öv­lad­la­rı­nın şan­lı dö­yüş sal­na­mə­si bu ki­tab­da ək­si­ni ta­pıb. C.Xə­li­lov nə­zə­rə çat­dır­dı ki, "Xa­ti­rə Ki­ta­bı" re­dak­si­ya­sı ya­ran­dı­ğı gün­dən in­di­yə qə­dər çox iş­lər gö­rüb. İkin­ci Dün­ya Mü­ha­ri­bə­si za­ma­nı it­kin dü­şən və hə­lak olan və­tən öv­lad­la­rı haq­qın­da ax­ta­rış apa­rıl­ma­sı, on­la­rın ad­la­rı­nın üzə çı­xa­rı­la­raq ic­ti­ma­iy­yə­tə təq­dim edil­mə­si mis­si­ya­sı­nı "Xa­ti­rə Ki­ta­bı" re­dak­si­ya­sı da­şı­yıb. O, həm­çi­nin, qeyd et­di ki, re­dak­si­ya kol­lek­ti­vi bu gün də uğur­lu fə­a­liy­yə­ti­ni da­vam et­di­rir.

C.Xə­li­lov vur­ğu­la­dı ki, "Xa­ti­rə Ki­ta­bı"nın hə­ya­tın­da ye­ni sə­hi­fə Hey­dər Əli­yev ha­ki­miy­yə­tə gə­lən­dən son­ra açı­lıb:  "Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin diq­qət və qay­ğı­sı nə­ti­cə­sin­də 1997-ci il­də "Xa­ti­rə Ki­ta­bı"nın I cil­di bu­ra­xı­lıb. Ki­ta­bın I cil­di­nə 12 min nə­fər in­sa­nın adı düş­müş­dü. Ki­tab­da 550 min və­tən öv­la­dı­nın adı qeyd edil­mə­li­dir. Be­lə­lik­lə, ki­ta­bın nəş­ri 46 cilddə nə­zər­də tu­tu­lur. İn­di isə biz "Xa­ti­rə Ki­ta­bı"nın XV cil­di­nin təq­di­ma­tı­na yı­ğış­mı­şıq. Tə­bii ki, son­ra­dan sta­tis­ti­ka mü­əy­yən qə­dər də­yi­şə bi­lər.

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti cə­nab İl­ham Əli­ye­vin xal­qı­mı­zın də­yər­lə­ri­nə, qəh­rə­man­lıq ta­ri­xi­nə diq­qə­ti və bu sa­hə­də gö­rü­lən iş­lə­rə dəs­tə­yi nə­ti­cə­sin­də ar­tıq "Xa­ti­rə Ki­ta­bı"nın XV cil­di də ha­zır­la­na­raq Azər­bay­can xal­qı­na çat­dı­rı­lıb. Bu iş "Xa­ti­rə Ki­ta­bı" re­dak­si­ya­sı tə­rə­fin­dən uğur­la da­vam et­di­ri­lir və biz ina­nı­rıq ki, ki­ta­bın növ­bə­ti cildlə­ri da­ha qı­sa müd­də­tə öl­kə ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rı­la­caq".

Son­ra təş­ki­lat səd­ri sö­zü mil­lət və­ki­li, aka­de­mik Zi­yad Sə­məd­za­də­yə ver­di. O, çı­xı­şın­da de­di ki, Azər­bay­can xal­qı­nın qəh­rə­man öv­lad­la­rı­nın ad­la­rı qeyd olu­nan "Xa­ti­rə Ki­ta­bı"nın əhə­miy­yə­ti mi­sil­siz­dir: "Hər kəs təs­diq edər ki, və­tən uğ­run­da can­la­rı­nı ve­rən in­san­la­rın xa­ti­rə­si hə­mi­şə yad­daş­lar­da qal­ma­lı­dır. Bu gün də, gə­lə­cək­də də Azər­bay­can xal­qı­nın bü­tün nə­sil­lə­ri bu in­san­la­rı yad et­mə­li­dir. Biz ta­ri­xi­mi­zi qo­ru­ma­saq, keç­mi­şi­mi­zi qo­ru­ma­saq, öv­lad­la­rı üçün və­tə­ni qo­ru­yan in­san­lar haq­qın­da da­nış­ma­saq ol­maz. "Xa­ti­rə Ki­ta­bı"nda ad­la­rı xa­tır­la­nan in­san­lar xal­qı­mı­zın yad­da­şın­da əbə­di qa­la­caq. Ki­ta­bın XV cil­di­nin təq­di­mat mə­ra­si­mi­nə top­laş­mı­şıq. Mən təd­bi­rə gəl­məz­dən əv­vəl ki­ta­bı və­rəq­lə­dim və "Xa­ti­rə Ki­ta­bı"nın nəşr edil­mə­si ilə bağ­lı Hey­dər Əli­ye­vin im­za­la­dı­ğı sə­nəd­lə ta­nış ol­dum. Bu ki­ta­bın əhə­miy­yə­ti bö­yük­dür. He­sab edi­rəm ki, "Xa­ti­rə Ki­ta­bı" re­dak­si­ya­sı­nın rəh­bə­ri Nə­za­kət xa­nım və əmək­daş­la­rı mü­qəd­dəs iş­lə məş­ğul­dur. Hət­ta mən ki­tab­da­kı ta­nış so­yad­lar, ad­lar gör­düm və ra­yon­lar­da ya­şa­yan dostla­rım­la əla­qə sax­la­dım, on­la­rı mə­lu­mat­lan­dır­dım ki, ta­nış ad­lar var, on­lar ki­min qo­hum­la­rı­dır...".

Z.Sə­məd­za­də­nin söz­lə­ri­nə gö­rə, elə bir ai­lə ta­pıl­maz ki, mü­ha­ri­bə­də əzi­zi­ni itir­mə­sin: "Xa­ti­rə Ki­ta­bı"nı və­rəq­lə­yən hər bir in­san öz hə­lak ol­muş və it­kin düş­müş ya­xın­la­rı­nın adı­nı ax­ta­rır".  

Pre­zi­dent Ad­mi­nistra­si­ya­sı­nın İc­ti­mai-si­ya­si şö­bə­si­nin əmək­da­şı Ra­sim Mir­zə­yev də çı­xı­şın­da "Xa­ti­rə Ki­ta­bı"nın XV cil­di­ni yük­sək qiy­mət­lən­dir­di. Hə­ya­ta ke­çir­dik­lə­ri çə­tin, mə­su­liy­yət­li və şə­rəf­li iş üçün "Xa­ti­rə Ki­ta­bı" re­dak­si­ya­sı rəh­bə­ri­nə və əmək­daş­la­rı­na tə­şək­kür edən R.Mir­zə­yev qeyd et­di ki, bu ki­tab və­tən uğ­run­da can­la­rı­nı qur­ban ver­miş in­san­la­rın xa­ti­rə­si­ni ya­şa­dır: "Bu, ta­rix­də iz qo­yan və xal­qı­mı­zın xa­ti­rə­si­ni əziz tut­du­ğu in­san­lar haq­qın­da bir ki­tab­dır. Biz ça­lı­şı­rıq ki, kol­lek­ti­və əli­miz­dən gə­lən kö­mə­yi edək. Mən diq­qə­ti­ni­zi gö­rül­mə­li olan bə­zi iş­lə­rə yö­nəltmək is­tə­yi­rəm. Bi­li­rik ki, İkin­ci Dün­ya və Qa­ra­bağ mü­ha­ri­bə­lə­rin­də hə­lak olan, it­kin dü­şən in­san­lar ki­fa­yət qə­dər­dir. İt­kin dü­şən­lə­rin iz­lə­ri hə­lə də ax­ta­rı­lır. On­la­rın ara­sın­da da Be­la­rus cəb­hə­sin­də dö­yüş­müş və it­kin düş­müş ba­bam Yol­çu­xan Mir­zə­ye­vi ax­ta­rı­rıq, hə­lə ta­pa bil­mə­mi­şik".

R.Mi­rəz­yev tək­lif et­di ki, "Xa­ti­rə Ki­ta­bı"nın əla­və­si çap olun­sun və bu­ra Cə­nu­bi Qaf­qa­zın ay­rı-ay­rı yer­lə­rin­də, Gür­cüs­tan və Er­mə­nis­tan­da ya­şa­yıb ora­dan cəb­hə­yə ge­dən azər­bay­can­lı­la­rın da ad­la­rı sa­lın­sın: "Gür­cüs­tan və Er­mə­nis­tan­da ya­şa­mış, ora­dan cəb­hə­yə get­miş, hə­lak ol­muş, ya­xud it­kin düş­müş in­san­lar­la bağ­lı ay­rı­ca ka­ta­loq çap edil­sə, yax­şı olar. Be­lə ol­sa, on­da İkin­ci Dün­ya Mü­ha­ri­bə­sin­də iş­ti­rak edən azər­bay­can­lı­la­rın sa­yı 1 mil­yo­nu ötə­cək".

R.Mir­zə­yev son­da qeyd et­di ki, "Xa­ti­rə Ki­ta­bı" re­dak­si­ya­sı kol­lek­ti­vi­nin gər­gin və uğur­lu işi­ni təq­dir edir və on­la­rın da­ha bö­yük uğur­la­ra im­za ata­ca­ğı­na ina­nır.  

Təq­di­mat mə­ra­si­min­də çı­xış edən Mət­bu­at Şu­ra­sı­nın səd­ri, mil­lət və­ki­li Əf­la­tun Ama­şov qeyd et­di ki, "Xa­ti­rə Ki­ta­bı"nın əhə­miy­yə­ti ol­duq­ca bö­yük­dür: "Bu­ra­da təq­ri­bən 20 min nə­fər in­san ba­rə­sin­də in­for­ma­si­ya top­la­nıb. Hər bir in­san haq­qın­da mə­lu­mat əl­də et­mək va­cib­dir. On­la­rın ru­hu üçün, on­lar­dan son­ra qa­lan­lar üçün va­cib­dir. Ra­sim mü­əl­li­min tək­li­fi­ni yük­sək qiy­mət­lən­di­ri­rəm. Mən Gür­cüs­tan­da do­ğul­mu­şam. Mə­nim 5 əmim İkin­ci Dün­ya Mü­ha­ri­bə­si­nə ge­dib qa­yıt­ma­yıb. On­la­rın bə­zi­lə­ri haq­qın­da hə­lə də mə­lu­mat yox­dur. Mə­nim üçün ma­raq­lı­dır ki, on­lar han­sı şə­ra­it­də hə­lak olub­lar. Gür­cüs­tan­da, Er­mə­nis­tan­da bo­ya-ba­şa ça­tan və İkin­ci Dün­ya Mü­ha­ri­bə­sin­də hə­lak olan, it­kin dü­şən azər­bay­can­lı­la­rın si­ya­hı­sı­nı dərc et­sə­niz, yax­şı olar".

Ə.Ama­şov tək­lif et­di ki, "Xa­ti­rə Ki­ta­bı"nın gə­lə­cək cildlə­ri­nə I Dün­ya Mü­ha­ri­bə­sin­də hə­lak olan­la­rın və it­kin dü­şən­lə­rin də bi­oq­ra­fi­ya­la­rı sa­lın­sın.

Təq­di­mat mə­ra­si­min­də ta­rix­çi-alim Fir­dov­si­yə Əh­mə­do­va, YAP-ın Ya­sa­mal ra­yon təş­ki­la­tı­nın səd­ri Ta­ğı Əh­mə­dov, "Qa­ra­bağ mü­ha­ri­bə­si əlil­lə­ri, ve­te­ran­la­rı və şə­hid ai­lə­lə­ri" İc­ti­mai Bir­li­yi­nin səd­ri Meh­di Meh­di­yev də çı­xış et­di­lər. Çı­xış edən­lər "Xa­ti­rə Ki­ta­bı"nın əhə­miy­yə­ti­ni vur­ğu­la­maq­la ya­na­şı, tək­lif­lə­ri­ni də nə­zə­rə çat­dır­dı­lar.

Təd­bir­də çı­xış edən Azər­bay­can Res­pub­li­ka­sı "Xa­ti­rə Ki­ta­bı" re­dak­si­ya­sı­nın baş re­dak­to­ru Nə­za­kət Məm­mə­do­va nəş­rin XV cil­di­nə ol­duq­ca ma­raq­lı təs­ni­fat ver­di: "Dün­ya ta­ri­xin­də ən bö­yük hü­nər və qəh­rə­man­lıq­lar və­tən na­mi­nə edi­lib. Və­tən və tor­paq sev­gi­si ata-ana sev­gi­si qə­dər tə­bii və əzə­li­dir. Bir mil­lə­tin evi­dir və­tən. Və­tən üçün ölən in­san mü­qəd­dəs­dir, ül­vi­dir. Çün­ki bu şə­rəf­li ölüm şə­hid­lik zir­və­si­dir.

On be­şin­ci cil­di­ni təq­dim et­di­yi­miz "Xa­ti­rə Ki­ta­bı"nın hər cil­din­də təx­mi­nən 15-16 min şə­hid ol­muş və it­kin soy­da­şı­mız haq­qın­da mə­lu­mat ve­ri­lib. Bu mə­lu­mat­la­rın hə­rə­si yal­nız öm­rü ya­rı­da qı­rıl­mış, ar­zu­la­rı gö­zün­də qal­mış­la­rın he­ka­yə­si de­yil. Həm də on­la­rın hər bi­ri gö­zü yaş­lı bir ana­nın ürək göy­nə­dən ahı, sı­zıl­tı­sı­dır, hər gən­cin na­kam sev­da­sı­dır, bə­zən həm də bir kör­pə­nin heç ki­min əvəz edə bil­mə­di­yi va­li­deyn it­ki­si­dir.

Əsa­sı 1997-ci il­də ümum­mil­li li­der Hey­dər Əli­yev tə­rə­fin­dən qo­yul­muş "Xa­ti­rə Ki­ta­bı" re­dak­si­ya­sı 20 il­dir fə­a­liy­yət gös­tə­rir. Bu il­lər ər­zin­də həc­mi 80-100 çap və­rə­qi ol­maq­la, 2000 nüs­xə ilə bu­ra­xı­lan "Xa­ti­rə Ki­ta­bı" II Dün­ya Mü­ha­ri­bə­sin­də, mə­həl­li mü­na­qi­şə­lər­də, Pol­şa, Çe­xos­la­va­ki­ya, Əf­qa­nıs­tan ha­di­sə­lə­rin­də, 20 Yan­var fa­ci­ə­sin­də, Xo­ca­lı soy­qı­rı­mın­da, Qa­ra­bağ dö­yüş­lə­rin­də, mil­li müs­tə­qil­li­yi­miz yo­lun­da hə­lak ol­muş və it­kin düş­müş soy­daş­la­rı­mız haq­qın­da qı­sa en­sik­lo­pe­dik top­lu­dur. Bu gü­nə­dək re­dak­si­ya­mız­da "Xa­ti­rə Ki­ta­bı"ndan əla­və, "Azər­bay­can ha­ra­yı", "223-cü Belqrad atı­cı di­vi­zi­ya­sı", "Ta­ri­xin qan yad­da­şı", "Azər­bay­ca­nın mil­li qəh­rə­man­la­rı", "Göz­lə mə­ni, ana", "Ni­ga­ran qal­ma, ana", "Və­tə­nin şöh­rə­ti­ni ucal­dan­lar", "Öl­məz­lər" və baş­qa ki­tab­lar da nəşr edi­lib.

"Xa­ti­rə Ki­ta­bı" re­dak­si­ya­sın­da iş­lə­yən hər kəs gör­dü­yü işin əhə­miy­yə­ti­ni bi­lir və onun mə­su­liy­yə­ti­ni dərk edir. Bu ki­tab və­tən qar­şı­sın­da ca­nın­dan keç­miş soy­daş­la­rı­mı­za eh­ti­ra­mı­mız­dır. Re­dak­si­ya­nın əmək­daş­la­rı res­pub­li­ka­mı­zın müx­tə­lif ra­yon­la­rı­na ezam olu­nur, II Dün­ya Mü­ha­ri­bə­sin­də və son­ra­kı dövrlər­də və­tən uğ­run­da və mil­li müs­tə­qil­li­yi­miz yo­lun­da şə­hid ol­muş soy­daş­la­rı­mız haq­qın­da mə­lu­mat­lar top­la­yır­lar. Ey­ni za­man­da, xa­ri­ci öl­kə­lə­rə də eza­miy­yət­lər təş­kil edi­lir. Mü­ha­ri­bə­də hə­ya­tı­nı itir­miş, mə­zar­la­rı ay­rı-ay­rı öl­kə­lər­də qal­mış soy­daş­la­rı­mı­zın so­ra­ğı ilə əmək­daş­la­rı­mız müx­tə­lif öl­kə­lər­də olur­lar".

N.Məm­mə­do­va vur­ğu­la­dı ki, ya­xın vaxtlar­da Azər­bay­can Res­pub­li­ka­sı­nın Əsir və it­kin düş­müş, gi­rov gö­tü­rül­müş  və­tən­daş­lar­la əla­qə­dar Döv­lət Ko­mis­si­ya­sı Er­mə­nis­tan-Azər­bay­can, Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si ilə bağ­lı in­ten­siv hər­bi əmə­liy­yat­la­rın get­di­yi dövrdə Mil­li Təh­lü­kə­siz­lik Na­zir­li­yi­nin struk­tur böl­mə­lə­ri­nin it­kin düş­müş və hə­lak ol­muş hər­bi qul­luq­çu­la­rı ba­rə­də mə­lu­mat­la­rı ün­va­nı­mı­za gön­də­rə­rək, "Xa­ti­rə Ki­ta­bı"nın növ­bə­ti 2017-ci il nəş­ri­nin Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si za­ma­nı it­kin və əsir düş­müş şəxslə­rə həsr olun­ma­sı­nı töv­si­yə edib. 

N.Məm­mə­do­va bil­dir­di ki, II Dün­ya Mü­ha­ri­bə­sin­də Azər­bay­can­dan cəb­hə­yə 681 min nə­fər soy­da­şı­mız ge­dib, on­la­rın 300 min nə­fə­ri cəb­hə­də, ya­xud son­ra­dan al­dı­ğı gül­lə ya­ra­sın­dan hə­lak olub. "Ar­zu edi­rik ki, bun­dan son­ra "Xa­ti­rə Ki­ta­bı"nda ye­ni şə­hid ba­la­la­rı­mı­zın ad­la­rı sı­ra­lan­ma­sın. Tez­lik­lə qə­lə­bə­mi­zin xa­ti­rə ki­ta­bı­nı ya­zaq" - de­yə baş re­dak­tor vur­ğu­la­dı.

"Xa­ti­rə Ki­ta­bı"nın in­di­yə qə­dər­ki fə­a­liy­yə­tin­də əv­vəl­ki baş re­dak­tor­la­rın söz­süz ki, təq­di­ra­la­yiq zəh­mət­lə­ri olub. La­kin eti­raf olun­ma­lı­dır ki, hər sa­yın­da azı 20 mi­nə ya­xın şə­hid və it­ki­ni­miz ba­rə­də mə­lu­mat ve­rən "Xa­ti­rə Ki­ta­bı" bir ne­çə ay əv­vəl də­yər­li qə­ləm dos­tu­muz Nə­za­kət xa­nım Məm­mə­do­va­nın baş re­dak­tor və­zi­fə­si­nə tə­yin olun­ma­sın­dan son­ra da­ha bö­yük po­pul­yar­lıq qa­za­nıb.

"Xa­ti­rə Ki­ta­bı" re­dak­si­ya­sı­nın bö­yük re­dak­to­ru Na­hid Sa­la­yev də təd­bir­də çı­xış et­di. O, "Xa­ti­rə Ki­ta­bı"nın XV cil­di haq­qın­da da­nış­dı: "Bu gün biz bu­ra qəh­rə­man­lıq­lar­la zən­gin olan ta­ri­xi­mi­zə işıq sa­lan, abi­də sa­yı­lan bir ki­ta­bın - "Xa­ti­rə Ki­ta­bı"nın XV cil­di­nin təq­di­mat mə­ra­si­mi­nə top­laş­mı­şıq. Re­dak­si­ya he­yə­ti­nin üz­vü ki­mi qü­rur­lu bir an ya­şa­maq­da­yam. XX yü­zi­lin ən dəh­şət­li mü­ha­ri­bə­si olan II Dün­ya Mü­ha­ri­bə­si il­lə­rin­də, son­ra­kı mə­həl­li mü­ha­ri­bə­lər­də və ən nə­ha­yət, və­tə­ni­miz Azər­bay­ca­nın ya­ra­lı ye­ri olan, bəd­nam qon­şu­muz Er­mə­nis­ta­nın hər­bi və et­nik tə­ca­vü­zü nə­ti­cə­sin­də alov­la­nan Qa­ra­bağ mü­ha­ri­bə­sin­də şə­hid olan və it­kin dü­şən Azər­bay­can öv­lad­la­rı­nın ad­la­rı­nın əks olun­du­ğu bu abi­də ki­ta­bı və­tən uğ­run­da ca­nın­dan və qa­nın­dan ke­çən və­tən öv­lad­la­rı­nın əziz xa­ti­rə­si­nə eh­ti­ra­mı­mı­zı özün­də əks et­di­rir. Gənc nəs­lin nü­ma­yən­də­si ki­mi bu­nu de­mək is­tə­yi­rəm ki, və­tə­nə, tor­pa­ğa mə­həb­bət ha­mı­mız­da var, am­ma bu faktla­rı özün­də əks et­di­rən be­lə ki­tab­lar və­tən sev­gi­si­ni da­ha əzmli, sar­sıl­maz və qə­tiy­yət­li et­mək­lə ya­na­şı, ta­ri­xi­mi­zin nə­sil­dən-nə­si­lə ötü­rül­mə­si­ni tə­min edir. "Ta­rix faktla­rı se­vir" de­yi­mi bu­ra­da özü­nü tam doğ­rul­dur. Hə­mi­şə ta­rix dərslik­lə­rin­də oxu­du­ğu­muz, eşit­di­yi­miz bir fakt olub. Qeyd edir­di­lər ki, Azər­bay­can 600 min­dən çox öv­la­dı­nı Bö­yük Və­tən Mü­ha­ri­bə­si­nə yo­la sa­lıb və mü­ha­ri­bə­dən 320 min in­san ge­ri qa­yıt­ma­yıb".

O vur­ğu­la­dı ki, "Xa­ti­rə Ki­ta­bı"nın 15-ci cil­din­də əks olu­nan faktlar özün­də bö­yük in­for­ma­si­ya­nı cəm­lə­yib. "Bir Azər­bay­can gən­ci və re­dak­si­ya he­yə­ti­nin üz­vü ki­mi gə­lə­cək­də bu ki­ta­bın sə­hi­fə­lə­rin­də bu mü­ha­ri­bə­lə­rin bü­tün iş­ti­rak­çı­la­rı­nın ad­la­rı­nın ve­ril­mə­si­ni tək­lif edər­dim. Çün­ki bu, mü­ha­ri­bə ağ­rı-acı­sı­nı ya­şa­mış hər bir Azər­bay­can öv­la­dı­nın haq­qı­dır. Bu for­mat­da olan ki­tab­lar hər bi­ri­mi­zin yad­daş ki­ta­bı ol­maq­la ya­na­şı, nə­sil­dən-nəs­lə ötü­rü­lən qah­rə­man­lıq sal­na­mə­mi­zi özün­də eh­ti­va edə­rək, və­tən uğ­run­da ca­nın­dan-qa­nın­dan keç­miş in­san­la­ra Azər­bay­can gə­lə­cə­yi­nin eh­ti­ra­mı­nı bil­di­rir. Be­lə bir möh­tə­şəm la­yi­hə­yə hə­yat ver­miş ümum­mil­li li­de­ri­miz Hey­dər Əli­ye­vin əziz xa­ti­rə­si­nə eh­ti­ra­mı­mı­zı bil­di­ri­rik. Və­tən öv­lad­la­rı­nın yaz­dı­ğı qah­rə­man­lıq sal­na­mə­si­nin bu ki­ta­bın sə­hi­fə­lə­ri bo­yun­ca işıq­lan­dı­rıl­ma­sı­na ver­di­yi dəs­tə­yə gö­rə Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti, Ali Baş Ko­man­dan İl­ham Əli­ye­və öz tə­şək­kü­rü­mü­zü çat­dı­rı­rıq".

Na­hid Sa­la­yev ar­zu et­di ki, "Xa­ti­rə Ki­ta­bı"nın növ­bə­ti 16-cı cil­di­nin təq­di­ma­tı Azər­bay­ca­nın er­mə­ni iş­ğa­lın­dan azad olu­na­caq tor­paq­la­rın­da ke­çi­ril­sin.

O, həm­çi­nin, Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin ic­ti­mai-si­ya­si mə­sə­lə­lər üz­rə kö­mək­çi­si Əli Hə­sə­no­va, Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yi­nə və bü­tün güc struk­tur­la­rı­na re­dak­si­ya he­yə­ti adın­dan tə­şək­kü­rü­nü bil­dir­di.

Be­lə­lik­lə, onu qeyd edək ki, ki­çik bir ya­ra­dı­cı kol­lek­tiv­lə bu bö­yük la­yi­hə­nin or­ta­ya qo­yul­ma­sı hə­qi­qə­tən fə­da­kar­lıq nü­mu­nə­si­dir.

Son­da bir qrup şəx­sə təş­ki­la­tın mü­ka­fat­la­rı təq­dim edi­lib. Aka­de­mik, mil­lət və­ki­li Z.Sə­məd­za­də "Ve­te­ran­lar­la həm­rəy­lik" me­da­lı, ta­rix­çi-alim F.Əh­mə­do­va döş ni­şa­nı, "Xa­ti­rə Ki­ta­bı"nın əmək­daş­la­rı İs­ra­fil Əh­mə­dov "Sə­məd bəy Meh­man­da­rov", re­dak­si­ya­nın sa­biq əmək­da­şı Ka­mil İs­ma­yı­lov isə "Ə.Şıx­linski" me­da­lı ilə təl­tif olun­du­lar. Bun­dan baş­qa, "Xa­ti­rə Ki­ta­bı" re­dak­si­ya­sı­nın əmək­daş­la­rı Di­la­rə Hü­sey­no­va­ya və Vü­qar Əs­gə­ro­va təş­ki­la­tın fəx­ri fər­ma­nı ve­ril­di.

İra­də SA­RI­YE­VA

Son xəbərlər