24/08/2017 12:31
728 x 90

Or­du­mu­zun düş­mən qə­rar­ga­hı­na də­qiq zər­bə en­dir­mə­si­ni əks et­di­rən vi­de­o­gö­rün­tü­lər ya­yıl­dı - FOTO / VİDEO

Düş­mə­nin hər­bi-nəq­liy­yat va­si­tə­si də məhv edil­di, düş­mən it­ki­lə­ri­ni giz­lə­dir...

img

Er­mə­nis­ta­nın da­ha bir tak­ti­ki PUA-sı məhv edil­di...

Ekspert: "Videodan aydın görünür ki, düşmən qərargahına zərbə dəqiq endirilib, oradakıların sağ qalma şansı yoxdur"

Düş­mə­nin təx­ri­bat qru­pu məhv edi­lib. Azər­bay­can Mü­da­fiə Na­zir­li­yi­nin mət­bu­at xid­mə­tin­dən "Trend"ə ve­ri­lən mə­lu­ma­ta gö­rə, mar­tın 2-nə ke­çən ge­cə cəb­hə­nin Ağ­də­rə-Tər­tər is­ti­qa­mə­tin­də Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri­nin kəş­fiy­yat-di­ver­si­ya qru­pu növ­bə­ti də­fə təx­ri­bat tö­rət­mək məq­sə­di­lə möv­qe­lə­ri­mi­zə bas­qın et­mə­yə cəhd gös­tə­rib.

Dər­hal gö­rü­lən təd­bir­lər nə­ti­cə­sin­də düş­mə­nin can­lı qüv­və­si məhv edi­lib və o, ge­ri çə­kil­mə­yə məc­bur olub.

Qo­şun­la­rı­mız heç bir it­ki ver­mə­yib və əmə­liy­yat şə­ra­i­ti tam nə­za­rə­ti­miz­də­dir.

Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri­nin da­yaq mən­tə­qə­lə­ri­nin qə­rar­ga­hı­na ca­vab zər­bə­si en­di­ri­lib. Mü­da­fiə Na­zir­li­yi­nin mət­bu­at xid­mə­tin­dən ve­ri­lən mə­lu­ma­ta gö­rə, mar­tın 1-i ax­şam sa­at­la­rın­da da iş­ğal al­tın­da olan Xo­ca­vənd ra­yo­nu is­ti­qa­mə­tin­də Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri­nin mü­hən­dis-is­teh­kam ba­xı­mın­dan ha­zır­lan­mış və atəş va­si­tə­lə­ri­lə güc­lən­di­ril­miş da­yaq mən­tə­qə­lə­ri­nin qə­rar­ga­hı­na qo­şun­la­rı­mız tə­rə­fin­dən atəş­lə ca­vab zər­bə­si en­di­ri­lib.

Qey­də alı­nan vi­de­o­gö­rün­tü­də qə­rar­gah qar­şı­sın­da­kı hər­bi nəq­liy­yat va­si­tə­lə­ri­nin və şəx­si he­yə­tin məhv edil­mə­si­nin ay­dın gö­rün­mə­si­nə bax­ma­ya­raq, er­mə­ni tə­rə­fi on­lar­la it­ki­si­nin sa­yı­nı inad­la giz­lət­mə­yə ça­lı­şır.

Bü­tün cəb­hə­bo­yu əmə­liy­yat şə­ra­i­ti­nə qo­şun­la­rı­mız tam nə­za­rət edir.

Bun­dan baş­qa, düş­mə­nin hər­bi-nəq­liy­yat va­si­tə­si də məhv edi­lib. Mü­da­fiə Na­zir­li­yi­nin mət­bu­at xid­mə­tin­dən ve­ri­lən mə­lu­ma­ta gö­rə, Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri­nə məx­sus hər­bi-nəq­liy­yat va­si­tə­si də­qiq atəş­lə məhv edi­lib.

Cəb­hə­nin Ağ­dam is­ti­qa­mə­tin­də Er­mə­nis­ta­na məx­sus tak­ti­ki pi­lot­suz uçuş apa­ra­tı (PUA) da məhv edi­lib. Azər­bay­can Mü­da­fiə Na­zir­li­yi­nin mət­bu­at xid­mə­tin­dən ve­ri­lən mə­lu­ma­ta gö­rə, mar­tın 2-si gü­nor­ta sa­at­la­rın­da cəb­hə­nin Ağ­dam is­ti­qa­mə­tin­də Si­lah­lı Qüv­və­lə­ri­mi­zin möv­qe­lə­ri üzə­rin­də uçuş­lar hə­ya­ta ke­çir­mə­yə cəhd gös­tə­rən Er­mə­nis­tan Si­lah­lı Qüv­və­lə­ri­nə məx­sus "X-55" tak­ti­ki PUA Hər­bi Ha­va Qüv­və­lə­ri­nin Ha­va Hü­cu­mun­dan Mü­da­fiə böl­mə­lə­ri tə­rə­fin­dən vax­tın­da aş­kar olu­na­raq atəş­lə məhv edi­lib.

"İs­tər se­pa­rat­çı Dağ­lıq Qa­ra­bağ re­ji­mi, is­tər­sə də Er­mə­nis­ta­nın Mü­da­fiə Na­zir­li­yi çox çaş­qın və­ziy­yət­də­dir. Öz­lə­ri öz­lə­ri­ni gü­lünc və­ziy­yə­tə qo­yub­lar. Elan edir­lər ki, Azər­bay­can Or­du­su­nun ar­til­le­ri­ya zər­bə­si nə­ti­cə­sin­də gu­ya on­la­rın 1 əs­gə­ri ölüb". Bu­nu APA-ya açıq­la­ma­sın­da hər­bi ekspert Üze­yir Cə­fə­rov de­yib. Ü.Cə­fə­rov bil­di­rib ki, Azər­bay­can Mü­da­fiə Na­zir­li­yi­nin er­mə­ni­lə­rə çox sərt xə­bər­dar­lıq et­mə­si­nə bax­ma­ya­raq, on­lar ye­nə də cəb­hə­də və­ziy­yə­ti gər­gin­ləş­dir­mə­yə da­vam edir­lər: "Ca­vab ad­dı­mı ki­mi düş­mə­nin qə­rar­ga­hı vu­ru­lub, er­mə­ni­lə­rin it­ki­lə­ri var. Mü­da­fiə Na­zir­li­yi­nin bu gün (dü­nən-red.) yay­dı­ğı vi­de­o­gö­rün­tü­də açıq gö­rü­nür ki, zər­bə də­qiq en­di­ri­lib. Ora­da­kı­la­rın sağ qal­ma şan­sı yox­dur. Er­mə­ni­lər isə it­ki­lə­ri­nin ol­ma­sı ba­rə­də mə­lu­ma­tı giz­lə­dir­lər. Er­mə­ni­lər üçün it­ki­lə­ri­ni giz­lət­mək çox ra­hat­dır. Həm Dağ­lıq Qa­ra­bağ Er­mə­nis­tan pay­tax­tın­dan uzaq­dır, həm də ora­da hər han­sı vi­deo və fo­to­nun ya­yıl­ma­sı­na ica­zə ve­ril­mir".

Ü.Cə­fə­ro­vun söz­lə­ri­nə gö­rə, er­mə­ni­lər tə­mas xət­ti­nin ön sı­ra­la­rın­da Su­ri­ya, Li­van, hət­ta Ru­si­ya er­mə­ni­lə­ri­nin xid­mə­tin­dən is­ti­fa­də edir: "Er­mə­ni­lər öz­lə­ri bu­nu rəs­mən eti­raf edib­lər. Su­ri­ya­dan qa­çıb gə­lən, iş-gü­cü ol­ma­yan­lar or­du sı­ra­la­rın­da­dır. Mü­da­fiə Na­zir­li­yi­miz düş­mən­lə bağ­lı ən xır­da mə­lu­mat­la­ra be­lə ma­lik­dir. Er­mə­ni­lər bil­mə­li­dir ki, fev­ral­da şə­hid olan hər­bi qul­luq­çu­la­rı­mı­zın qa­nı yer­də qal­ma­ya­caq. Bu­nun ar­dı gə­lə­cək və bu, er­mə­ni­lə­rə ba­ha ba­şa gə­lə­cək".

Azər­bay­can Si­lah­lı Qüv­və­lə­ri­nin eh­ti­yat­da olan pol­kov­ni­ki Şa­ir Ra­mal­da­nov da APA-ya açıq­la­ma­sın­da de­yib ki, er­mə­ni­lər cəb­hə­də it­ki­lə­ri­ni da­im giz­lə­dib: "Er­mə­nis­tan cə­miy­yə­ti cəb­hə­də baş ve­rən­lə­rə gö­rə na­ra­hat­dır. Bu­na gö­rə də Er­mə­nis­tan ha­ki­miy­yə­ti it­ki­lə­ri giz­lə­dir. Çün­ki Er­mə­nis­tan cə­miy­yə­ti on­la­rın əs­gər­lə­ri­ni Azər­bay­can Or­du­su­nun qar­şı­sın­da han­sı ta­le­yi göz­lə­di­yi­ni yax­şı bi­lir. Di­gər tə­rəf­dən, Sar­kis­yan ha­ki­miy­yə­ti öz çir­kin əməl­lə­rin­dən əl çək­mir.

Sar­kis­yan ap­rel dö­yüş­lə­ri za­ma­nı Azər­bay­can Or­du­su­nun iş­ğal­dan azad et­di­yi əra­zi­lə­ri qı­sa za­man­da ge­ri qay­ta­ra­ca­ğı ba­rə­də də­fə­lər­lə bə­ya­nat ve­rir­di. La­kin bu bə­ya­na­ta­rın boş ol­du­ğu or­ta­da­dır. Bu il fev­ra­lın 25-26-da isə cəb­hə­də və­ziy­yət ye­ni­dən gər­gin­ləş­di. Əl­bət­tə, iri­çap­lı si­lah­lar, top­lar iş­lə­yən yer­də hər iki tə­rəf­dən it­ki­lər olur. Am­ma er­mə­ni­lər it­ki­lə­ri­ni da­im giz­lə­dib. Atəş­kəs­lə bağ­lı "Biş­kək pro­to­ko­lu" im­za­la­nan ərə­fə­də - 1994-cü ilin ap­rel-may ay­la­rın­da Fü­zu­li is­ti­qa­mə­tin­də er­mə­ni­lər həd­din­dən çox it­ki ver­miş­di. Mən o vaxt ora­da ko­man­dir idim. Er­mə­ni­lə­rin bir gün­də 500-dən çox it­ki­si ol­muş­du. İn­di də hə­min və­ziy­yət­dir. Er­mə­nis­tan­da seç­ki­qa­ba­ğı kam­pa­ni­ya ge­dir. Er­mə­nis­tan ha­ki­miy­yə­ti Qa­ra­bağ­da gər­gin­lik ya­rat­maq is­tə­yir ki, və­ziy­yət­dən is­ti­fa­də edə­rək mü­əy­yən pro­ses­lə­ri nə­za­rə­tə al­sın. Bu da alın­ma­dı. Azər­bay­can Or­du­su öz möv­qe­yin­də­dir. Mü­da­fiə na­zi­ri, ge­ne­ral-pol­kov­nik Za­kir Hə­sə­no­vun gös­tə­ri­şi­nə əsa­sən er­mə­ni­lə­rin təx­ri­bat­la­rı­na adek­vat ca­vab­lar ve­ri­lir".

Ş. Ra­mal­da­nov qeyd edib ki, Su­ri­ya­dan gə­lən er­mə­ni­lər Er­mə­nis­tan­da yox, məhz məq­səd­yön­lü şə­kil­də Dağ­lıq Qa­ra­bağ­da yer­ləş­di­ri­lir: "Əl­bət­tə, bu elə-be­lə edil­mir. Su­ri­ya er­mə­ni­lə­rin­dən muzdlu ki­mi cəb­hə xət­tin­də is­ti­fa­də edir­lər. Er­mə­ni­lər üçün bu əl­ve­riş­li­dir. Çün­ki Su­ri­ya er­mə­ni­lə­ri heç bir yer­də qey­diy­yat­da de­yil­lər, on­la­rın ölü­mü Er­mə­nis­tan cə­miy­yə­ti­ni də ma­raq­lan­dır­mır".

Son xəbərlər