24/08/2017 12:33
728 x 90

Meh­ri­ban Əli­ye­va­nın və bü­tün Azər­bay­ca­nın hə­ya­tın­da ye­ni dövr baş­la­dı... - FOTO / YENİLƏNDİ

Pre­zi­dent İl­ham Əli­yev "...mən bu qə­ra­ra gəl­dim"

img

Döv­lət­çi­lik ta­ri­xi­miz­də ye­ni konsti­tu­si­ya və­zi­fə­si­nə ilk tə­yi­na­ta bir­mə­na­lı rəy: Azər­bay­can­da sa­bit­lik və təh­lü­kə­siz­lik da­ha da möh­kəm­lə­nə­cək...

 

Pre­zi­dent İl­ham Əli­ye­vin sə­rən­ca­mı ilə Meh­ri­ban Əli­ye­va Azər­bay­can Res­pub­li­ka­sı­nın Bi­rin­ci vit­se-pre­zi­den­ti tə­yin edi­lib. Fev­ra­lın 21-də Pre­zi­dent İl­ham Əli­ye­vin sədrli­yi ilə Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın ic­la­sı ke­çi­ri­lib.

İc­las­da Pre­zi­dent İl­ham Əli­yev Meh­ri­ban xa­nım Əli­ye­va­nı təq­dim edib.

"Trend"in AzTV-yə is­ti­na­dən ver­di­yi mə­lu­ma­ta gö­rə, döv­lət baş­çı­sı ic­las­da de­yib: "Bu gün mə­nim sə­rən­ca­mım­la Meh­ri­ban Əli­ye­va Azər­bay­can Res­pub­li­ka­sı­nın bi­rin­ci vit­se-pre­zi­den­ti və­zi­fə­si­nə tə­yin edi­lib. Meh­ri­ban Əli­ye­va uzun il­lər­dir ki, öl­kə­mi­zin ic­ti­mai-si­ya­si hə­ya­tın­da, mə­də­ni hə­ya­tı­mız­da mü­hüm və fə­al rol oy­na­yır. Meh­ri­ban Əli­ye­va Ye­ni Azər­bay­can Par­ti­ya­sı­nın sədr mü­a­vi­ni­dir. Ye­ni Azər­bay­can Par­ti­ya­sı öl­kə­mi­zin apa­rı­cı si­ya­si qüv­və­si­dir, Cə­nu­bi Qaf­qa­zın ən bö­yük par­ti­ya­sı­dır və bu gün Ye­ni Azər­bay­can Par­ti­ya­sı­nın üzvlə­ri­nin sa­yı 700 mi­nə ya­xın­la­şır".

Pre­zi­dent İl­ham Əli­yev bil­di­rib ki, Meh­ri­ban Əli­ye­va 2005-ci il­dən Azər­bay­can Mil­li Məc­li­si­nin de­pu­ta­tı­dır və de­pu­tat ki­mi çox bö­yük iş­lər gö­rüb: "Təm­sil et­di­yi da­i­rə­nin so­si­al, iq­ti­sa­di prob­lem­lə­ri­nin həl­li işin­də çox bö­yük ad­dım­lar atıb. Se­çi­ci­lər­lə da­im tə­mas­da­dır. Onun de­pu­tat ki­mi əsas fə­a­liy­yə­ti se­çi­ci­lə­rin prob­lem­lə­ri­nin həl­li ilə bağ­lı­dır. Ey­ni za­man­da, de­pu­tat ki­mi Meh­ri­ban Əli­ye­va­nın çox ge­niş fə­a­liy­yə­ti də var və bu fə­a­liy­yət nə­ti­cə­sin­də müx­tə­lif öl­kə­lər­də qa­zan­dı­ğı­mız dostla­rın sa­yı ar­tıb. 2004-cü il­dən bu gü­nə qə­dər Meh­ri­ban Əli­ye­va ulu ön­də­rin adı­nı da­şı­yan Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti­dir. Hey­dər Əli­yev Fon­du onun rəh­bər­li­yi al­tın­da nə­in­ki Azər­bay­ca­nın, he­sab edi­rəm ki, re­gi­o­nun ən bö­yük və nü­fuz­lu ic­ti­mai təş­ki­la­tı­na çev­ri­lib. Hey­dər Əli­yev Fon­du­nun çox­şa­xə­li fə­a­liy­yə­ti Azər­bay­can xal­qı tə­rə­fin­dən yük­sək qiy­mət­lən­di­ri­lir. Fon­dun tə­şəb­bü­sü ilə bir çox önəm­li la­yi­hə­lə­rə, proq­ram­la­ra start ve­ri­lib. On­la­rın ara­sın­da xü­su­si­lə "Ye­ni­lə­şən Azər­bay­ca­na ye­ni mək­təb" proq­ra­mı qeyd edil­mə­li­dir. Məhz bu proq­ra­mın baş­lan­ma­sı nə­ti­cə­sin­də son 3 il­də öl­kə­miz­də 3 min­dən çox mək­təb əsas­lı tə­mir olu­nub və ya ye­ni­dən ti­ki­lib. Di­gər la­yi­hə­lər öl­kə­mi­zin hər­tə­rəf­li in­ki­şa­fı­na xid­mət gös­tər­miş­dir".

Döv­lət baş­çı­sı qeyd edib ki, Hey­dər Əli­yev Fon­du­nun xət­ti­lə min­lər­lə in­san tib­bi mü­a­li­cə ilə tə­min edi­lib: "Bir çox hal­lar­da bu mə­sə­lə­lər ic­ti­ma­iy­yət üçün açıq­lan­mır və Fon­dun fə­a­liy­yə­ti məhz bu məq­sə­di gü­dür ki, eh­ti­ya­cı olan in­san­la­ra yar­dım et­sin və im­kan da­xi­lin­də ən az mü­da­fiə olu­nan və­tən­daş­la­ra öz dəs­tə­yi­ni gös­tər­sin. Hey­dər Əli­yev Fon­du­nun mə­də­niy­yət­lə, in­cə­sə­nət­lə bağ­lı olan la­yi­hə­lə­ri bi­zim mə­nə­vi, ta­ri­xi, mə­də­ni ir­si­mi­zin qo­run­ma­sı işin­də əvə­zo­lun­maz rol oy­na­yıb. Bi­zim mil­li sər­və­ti­miz olan mu­ğam sə­nə­ti­nin ye­ni­dən in­ki­şa­fı və bey­nəl­xalq are­na­ya çı­xa­rıl­ma­sı Hey­dər Əli­yev Fon­du­nun və Meh­ri­ban Əli­ye­va­nın şəx­si tə­şəb­bü­sü nə­ti­cə­sin­də müm­kün olub. Azər­bay­can­da ke­çi­ri­lən mu­ğam mü­sa­bi­qə­lə­ri ar­tıq hə­ya­tı­mı­zın ay­rıl­maz his­sə­lə­ri­nə çev­ri­lib. Bu, sa­də­cə ola­raq sə­nət nö­vü de­yil. Bu bi­zim mə­də­ni sər­və­ti­miz­dir və gənc nəs­lin tər­bi­yə olun­ma­sın­da mil­li-mə­nə­vi də­yər­lər, ənə­nə­lər xü­su­si rol oy­na­yır. Bu ba­xım­dan be­lə tə­şəb­büs­lər çox bö­yük ic­ti­mai mə­na da­şı­yır. Ey­ni za­man­da, dün­ya miq­ya­sın­da mu­ğa­mın məhz Azər­bay­can sə­nə­ti ki­mi təq­dim olun­ma­sın­da Hey­dər Əli­yev Fon­du­nun çox bö­yük ro­lu ol­muş­dur. Azər­bay­ca­nı dün­ya­da təq­dim et­mək üçün müx­tə­lif təq­di­mat­lar, sər­gi­lər, təd­bir­lər ke­çi­ri­lib. Çox­say­lı təd­bir­lər nə­ti­cə­sin­də dün­ya ic­ti­ma­iy­yə­ti öl­kə­mi­zi da­ha ya­xın­dan ta­nı­ma­ğa baş­la­mış­dır. Dün­ya ar­tıq gö­rür ki, Azər­bay­can mü­a­sir, di­na­mik in­ki­şaf edən öl­kə­dir. Ey­ni za­man­da, Azər­bay­can xal­qı öz ta­ri­xi kök­lə­ri­nə çox bağ­lı olan xalqdır.

Meh­ri­ban Əli­ye­va Mil­li Olim­pi­ya Ko­mi­tə­si­nin üz­vü və İc­ra­iy­yə Ko­mi­tə­si­nin üz­vü­dür. Onun bu fə­a­liy­yə­ti də təq­di­rə­la­yiq­dir. Öl­kə­miz­də ke­çi­ril­miş bir ne­çə qlo­bal təd­bi­rin təş­ki­lin­də Meh­ri­ban Əli­ye­va xü­su­si rol oy­na­yıb. 2012-ci il­də "Eu­ro­vi­si­on" ad­lı mah­nı mü­sa­bi­qə­si­nin yük­sək sə­viy­yə­də ke­çi­ril­mə­si məhz onun təş­ki­lat­çı­lı­ğı ilə müm­kün ol­muş­dur. 2015-ci il­də bi­rin­ci Av­ro­pa Oyun­la­rı­nın yük­sək sə­viy­yə­də ke­çi­ril­mə­si də təş­ki­lat ko­mi­tə­si­nin və onun rəh­bə­ri Meh­ri­ban Əli­ye­va­nın fə­a­liy­yə­ti­nin nə­ti­cə­sin­də müm­kün ol­muş­dur. 2 il ya­rım ər­zin­də bu Oyun­la­rı Yay Olim­pi­ya Oyun­la­rı sə­viy­yə­sin­də ke­çir­mək, əl­bət­tə ki, bö­yük na­i­liy­yət­dir və bi­rin­ci Av­ro­pa Oyun­la­rı ta­rix­də ən yük­sək sə­viy­yə­də ke­çi­ril­miş mö­tə­bər id­man təd­bi­ri ki­mi qa­la­caq".

Pre­zi­dent İl­ham Əli­yev bil­di­rib: "Tə­sa­dü­fi de­yil ki, bu il IV İs­lam Həm­rəy­li­yi Oyun­la­rı­nın ke­çi­ril­mə­si də Meh­ri­ban Əli­ye­va­ya hə­va­lə edi­lib, bu Oyun­la­rın Təş­ki­lat Ko­mi­tə­si­nin səd­ri də odur və ha­zır­lıq iş­lə­ri yük­sək sə­viy­yə­də apa­rı­lır. Əmi­nəm ki, İs­lam Həm­rəy­li­yi Oyun­la­rı­nı da biz yük­sək sə­viy­yə­də ke­çi­rə­cə­yik. Meh­ri­ban Əli­ye­va­nın bey­nəl­xalq aləm­də bö­yük nü­fu­zu var, bir çox öl­kə­lə­rin ən yük­sək döv­lət mü­ka­fat­la­rı və or­den­lə­ri ilə təl­tif edi­lib - məhz öz fə­a­liy­yə­ti nə­ti­cə­sin­də. Ey­ni za­man­da, 10 il­dən ar­tıq­dır ki, Meh­ri­ban Əli­ye­va UNES­CO və ISES­CO-nun xoş­mə­ram­lı sə­fi­ri­dir və dün­ya­da ikin­ci be­lə şəx­siy­yət yox­dur ki, bu iki mö­tə­bər təş­ki­la­tın üz­vü ol­sun. Bu, ey­ni za­man­da onun din­lə­ra­ra­sı, si­vi­li­za­si­ya­la­ra­ra­sı di­a­lo­qa ver­di­yi töh­fə ilə bağ­lı­dır. Bu töh­fə öl­kə­mi­zin si­ya­sə­ti­nin tə­za­hü­rü­dür. Çün­ki bu gün dün­ya miq­ya­sın­da Azər­bay­can si­vi­li­za­si­ya­la­ra­ra­sı di­a­lo­qa ən çox töh­fə ve­rən öl­kə­lər­dən bi­ri ki­mi ta­nı­nır. Əl­bət­tə ki, UNES­CO və ISES­CO-nun xoş­mə­ram­lı sə­fi­ri ki­mi Meh­ri­ban Əli­ye­va bu işə də çox önəm­li töh­fə ve­rir. 2015-ci il­də bi­rin­ci Av­ro­pa Oyun­la­rı­nın ke­çi­ril­mə­sin­də gös­tər­di­yi xid­mət­lə­rə gö­rə Meh­ri­ban Əli­ye­va Azər­bay­can döv­lə­ti­nin ən ali mü­ka­fa­tı olan "Hey­dər Əli­yev" or­de­ni ilə təl­tif edi­lib.

Bax, bu çox­şa­xə­li fə­a­liy­yət, ey­ni za­man­da ümu­mi fə­a­liy­yət mə­nim bu qə­ra­rı qə­bul et­mə­yim­də əsas rol oy­na­yıb. Həm­çi­nin qeyd et­mə­li­yəm ki, Meh­ri­ban Əli­ye­va çox pe­şə­kar, bi­lik­li, təc­rü­bə­li, prin­si­pi­al bir in­san­dır, ey­ni za­man­da çox xe­yir­xah bir in­san­dır və tə­sa­dü­fi de­yil ki, Azər­bay­can xal­qı ona çox bö­yük rəğ­bət­lə, sev­gi ilə ya­na­şır. Bü­tün bu sa­da­la­dı­ğım amil­lə­ri nə­zə­rə ala­raq mən bu qə­ra­ra gəl­dim. Bu gün Meh­ri­ban Əli­ye­va­nın hə­ya­tın­da ye­ni bir dövr baş­la­yır və əmi­nəm ki, öl­kə­mi­zin in­ki­şa­fın­da bun­dan son­ra da öz də­yər­li töh­fə­si­ni ve­rə­cək. Bu tə­yi­nat mü­na­si­bə­ti­lə onu təb­rik edi­rəm və ye­ni uğur­lar ar­zu edi­rəm".

"Hör­mət­li cə­nab Pre­zi­dent, mə­nə gös­tər­di­yi­niz yük­sək eti­ma­da gö­rə Si­zə də­rin min­nət­dar­lı­ğı­mı bil­di­ri­rəm. Mən bu və­zi­fə­yə tə­yin olun­maq­la öh­də­mə dü­şən mə­su­liy­yə­tin cid­di­li­yi­ni tam şə­kil­də dərk edi­rəm və ina­nı­ram ki, Si­zin, cə­nab Pre­zi­dent və bü­tün mə­nə ina­nan in­san­la­rın eti­ma­dı­nı doğ­rultma­ğı ba­ca­ra­ca­ğam". Bu­nu isə Azər­bay­ca­nın Bi­rin­ci vit­se-pre­zi­den­ti Meh­ri­ban Əli­ye­va Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin sədrli­yi ilə ke­çi­ri­lən Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın ic­la­sın­da de­yib.

Meh­ri­ban Əli­ye­va bil­di­rib: "Mə­nim fə­a­liy­yə­tim haq­qın­da de­di­yi­niz söz­lər, ver­di­yi­niz qiy­mət­lə­rə gö­rə tə­şək­kü­rü­mü bil­di­ri­rəm. Be­lə bir qiy­mə­tə la­yiq ol­maq bö­yük bir şə­rəf­dir. Sa­da­la­dı­ğı­nız hər bir uğu­run, hər bir na­i­liy­yə­tin ar­xa­sın­da Si­zin kö­mə­yi­niz, dəs­tə­yi­niz du­rur. Keç­miş il­lər ər­zin­də Si­zin döv­lət­çi­lik ide­ya­la­rı­nız, və­tən­pər­vər­li­yi­niz, Azər­bay­can döv­lə­ti­nin ma­raq­la­rı­nı sə­da­qət­lə, ira­də ilə, cə­sa­rət­lə qo­ru­ma­ğı­nız, in­san­lar­la, Azər­bay­can xal­qı ilə bir­li­yi­niz mə­nim və mə­nim­lə ça­lı­şan bü­tün in­san­lar üçün bir nü­mu­nə idi, bi­zim fə­a­liy­yə­ti­mi­zi is­ti­qa­mət­lən­di­rən bir nü­mu­nə idi. Biz fəxr edi­rik ki, son il­lər öl­kə­miz­də baş ve­rən müs­bət me­yil­lər­də, də­yi­şik­lik­lər­də, in­ki­şaf­da, Azər­bay­ca­nın bey­nəl­xalq are­na­da nü­fu­zu­nun artma­sın­da biz ki­çik də ol­sa öz töh­fə­mi­zi ver­mə­yi ba­car­mı­şıq. Mən əmi­nəm ki, və­zi­fə­dən ası­lı ol­ma­ya­raq, in­san öz yo­lu­nu, pe­şə­si­ni se­çən­də, hər han­sı bir işi­nə, əmə­yi­nə vic­dan­la ya­naş­ma­lı, qar­şı­sı­na ay­dın məq­səd­lər qo­yub bu məq­səd­lə­rə na­il ol­ma­ğa ça­lış­ma­lı, söz və iş­lə­rin­də bir­gə ol­ma­lı­dır".

Bi­rin­ci vit­se-pre­zi­dent qeyd edib ki, rəh­bər­lik et­di­yi Hey­dər Əli­yev Fon­du ar­tıq 13 il­dir öz fə­a­liy­yə­ti­ni hu­ma­nizm prin­sip­lə­ri əsa­sın­da qu­rub: "Biz bu il­lər ər­zin­də bir çox iri­miq­yas­lı la­yi­hə­lər ic­ra et­mi­şik. Azər­bay­ca­nın ic­ti­mai və si­ya­si hə­ya­tın­da fə­al iş­ti­rak edi­rik, infrastruk­tur la­yi­hə­lə­ri ic­ra edi­rik. Ey­ni za­man­da biz heç za­man bu 13 il ər­zin­də ay­rı-ay­rı in­san­la­rın prob­lem­lə­ri­nə bi­ga­nə qal­ma­mı­şıq. İn­san­lar­la ün­siy­yət­də ol­maq, on­la­rı din­lə­mək, kö­mə­yə eh­ti­ya­cı ola­na kö­mək et­mək, mə­nə­vi dəs­tək ver­mək Hey­dər Əli­yev Fon­du­nun hər bir əmək­da­şı­nın bir­ba­şa və­zi­fə­si­dir və he­sab edi­rəm ki, bu, bü­tün döv­lət qu­rum­la­rın­da ça­lı­şan in­san­la­rın əsas bor­cu­dur və və­zi­fə­si­dir".

Meh­ri­ban Əli­ye­va qeyd edib ki, gün­də­lik fə­a­liy­yə­ti­miz­də in­san­se­vər­lik, mər­hə­mət, qar­şı­lıq­lı hör­mət, meh­ri­ban­çı­lıq unu­dul­ma­ma­lı­dır, ək­si­nə, məhz bu mə­nə­vi də­yər­lə­ri yük­sək tu­ta­raq ən yük­sək qə­lə­bə­lə­ri əl­də et­mək olar, ən bö­yük zir­və­lə­rə qalxmaq olar: "Hör­mət­li cə­nab Pre­zi­dent, hör­mət­li Təh­lü­kə­siz­lik Şu­ra­sı­nın üzvlə­ri, si­zi əmin edi­rəm ki, mən öz gə­lə­cək fə­a­liy­yə­ti­mi məhz bu prin­sip­lər əsa­sın­da qur­ma­ğa ça­lı­şa­ca­ğam, öl­kə­mi­zin və xal­qı­mı­zın ma­raq­la­rı­nı hər bir şey­dən üs­tün tu­ta­ca­ğam, Azər­bay­ca­na la­yiq­li xid­mət et­mə­yə ça­lı­şa­ca­ğam. Bir da­ha gös­tər­di­yi­niz eti­ma­da gö­rə Si­zə də­rin min­nət­dar­lı­ğı­mı bil­di­ri­rəm".

Meh­ri­ban Əli­ye­va­nın Azər­bay­can döv­lət­çi­li­yi ta­ri­xin­də ye­ni konsti­tu­si­ya və­zi­fə­si­nə ilk tə­yi­nat al­ma­sı çox ge­niş re­ak­si­ya­lar do­ğu­rub. Tə­bii ki, dəs­tək re­ak­si­ya­lar...

Pre­zi­dent İl­ham Əli­ye­vin TŞ-də de­di­yi ki­mi, hə­qi­qə­tən də Meh­ri­ban Əli­ye­va­nın hə­ya­tın­da ye­ni dövr baş­la­yır. Bu fi­kir­lə bü­tün ekspert və təh­lil­çi­lər də ra­zı­la­şır və əla­və edir­lər ki, öl­kə­nin bü­tün­lük­lə öz hə­ya­tın­da da ye­ni dövr baş­la­yır. İlk an­dan re­ak­si­ya­lar baş­la­dı. Ən san­bal­lı da­xi­li və xa­ri­ci mən­bə­lər­dən rəy­lər gəl­di. Ki­mi­si bu tə­yi­na­tı Meh­ri­ban xa­nı­mın in­di­yə qə­dər­ki zəh­mət­lə­ri­nə və lə­ya­qə­ti­nə ve­ri­lən qiy­mət ki­mi qar­şı­la­dı, ki­mi­si onun ye­ni şə­rəf­li mə­su­liy­yət gö­tür­dü­yü­nü de­di və sa­ir.

  

Nov­ruz Məm­mə­dov: "Meh­ri­ban Əli­ye­va bu şə­rəf­li və mə­su­liy­yət­li və­zi­fə­də ye­ni-ye­ni uğur­la­ra və na­i­liy­yət­lə­rə im­za ata­caq"

"Ötən il ke­çi­ri­lən re­fe­ren­du­mun nə­ti­cə­lə­ri­nə gö­rə tə­sis edi­lən Azər­bay­can Res­pub­li­ka­sı­nın Bi­rin­ci vit­se-pre­zi­den­ti və­zi­fə­sin­də, heç şüb­hə­siz, ha­mı Meh­ri­ban xa­nım Əli­ye­va­nı gö­rür­dü". "Trend"in mə­lu­ma­tı­na gö­rə, bu­nu Pre­zi­dent Ad­mi­nistra­si­ya­sı rəh­bə­ri­nin mü­a­vi­ni, Bey­nəl­xalq əla­qə­lər şö­bə­si­nin mü­di­ri Nov­ruz Məm­mə­dov "Twit­ter" sə­hi­fə­sin­də ya­zıb.

N.Məm­mə­dov qeyd edib: "Əmi­nəm ki, Meh­ri­ban xa­nım bu şə­rəf­li və mə­su­liy­yət­li və­zi­fə­də ye­ni-ye­ni uğur­la­ra və na­i­liy­yət­lə­rə im­za ata­caq".

 

Lev Spi­vak: "Meh­ri­ban Əli­ye­va­nın Bi­rin­ci vit­se-pre­zi­dent tə­yin olun­ma­sı in­di­yə­dək öz tə­şəb­bü­sü ilə gör­dü­yü iş­lər üçün mə­su­liy­yə­ti­nin da­ha da artma­sı­dır"

Meh­ri­ban xa­nım Əli­ye­va bu gün Azər­bay­can­da mə­də­niy­yə­tin, tu­riz­min in­ki­şa­fı, Azər­bay­ca­nın dün­ya­da­kı imi­ci­nin güc­lən­di­ril­mə­si üçün çox iş­lər gö­rür. Bu­nu "Trend"ə "İs­ra­il-Azər­bay­can" As­so­si­a­si­ya­sı­nın baş di­rek­to­ru Lev Spi­vak Meh­ri­ban Əli­ye­va­nın Azər­bay­ca­nın Bi­rin­ci vit­se-pre­zi­den­ti tə­yin olun­ma­sı­nı şərh edər­kən de­yib.

L.Spi­vak qeyd edib ki, Meh­ri­ban Əli­ye­va­nın Azər­bay­ca­nın Bi­rin­ci vit­se-pre­zi­den­ti tə­yin olun­ma­sı mü­ka­fat de­yil, in­di­yə qə­dər öz tə­şəb­bü­sü ilə gör­dü­yü iş­lər üçün mə­su­liy­yə­ti­nin da­ha da artma­sı­dır: "Onun bu və­zi­fə­yə tə­yin olun­ma­sı gör­dü­yü iş­lər­də gös­tər­di­yi səy­lə­rin təs­di­qi­dir".

 

Ser­gey Mar­kov: "Meh­ri­ban Əli­ye­va­nın Bi­rin­ci vit­se-pre­zi­dent tə­yin olun­ma­sı öl­kə­də si­ya­si sta­bil­li­yi möh­kəm­lən­di­rə­cək"

Meh­ri­ban Əli­ye­va­nın Azər­bay­ca­nın Bi­rin­ci vit­se-pre­zi­den­ti tə­yin olun­ma­sı öl­kə­də si­ya­si sta­bil­li­yi möh­kəm­lən­di­rə­cək və risklə­ri mi­ni­mu­ma en­di­rə­cək. Bu­nu "Trend"ə Ru­si­ya Pre­zi­den­ti­nin sə­la­hiy­yət­li nü­ma­yən­də­si, Ru­si­ya İc­ti­mai Pa­la­ta­sı­nın üz­vü, po­li­to­loq Ser­gey Mar­kov de­yib.

Onun söz­lə­ri­nə gö­rə, bu tə­yi­nat döv­lət­çi­li­yin möh­kəm­lən­di­ril­mə­si ba­xı­mın­dan bö­yük əhə­miy­yət da­şı­yır: "Da­xi­li sis­tem­də hər han­sı bir də­yi­şik­lik baş ver­mə­yə­cək. Meh­ri­ban Əli­ye­va hə­mi­şə öl­kə­nin ic­ti­mai və si­ya­si hə­ya­tın­da fə­al rol oy­na­yıb".

 

Mi­xa­il Qus­man: "Meh­ri­ban Əli­ye­va Bi­rin­ci vit­se-pre­zi­dent və­zi­fə­sin­də özü­nü gör­kəm­li döv­lət xa­di­mi ki­mi gös­tə­rə­cək"

Meh­ri­ban Əli­ye­va Azər­bay­can döv­lə­ti və xal­qı üçün çox iş­lər gö­rüb və Bi­rin­ci vit­se-pre­zi­dent və­zi­fə­sin­də özü­nü gör­kəm­li döv­lət xa­di­mi ki­mi gös­tə­rə­cək. Bu­nu "Trend"ə TASS agentli­yi­nin baş di­rek­to­ru­nun bi­rin­ci mü­a­vi­ni Mi­xa­il Qus­man de­yib.

O, Meh­ri­ban Əli­ye­va­nın öl­kə­də hu­ma­ni­tar və ic­ti­mai sa­hə­lər­də iri la­yi­hə­lə­rin təş­kil olun­ma­sın­da va­cib ro­lu­nu qeyd edib:

"Eu­ro­vi­si­on", Av­ro­pa Oyun­la­rı, For­mu­la 1 Ü bu si­ya­hı­nı uzat­maq olar. Hey­dər Əli­yev Fon­du­nun öl­kə­nin so­si­al hə­ya­tı­nın in­ki­şa­fın­da, eh­ti­ya­cı olan in­san­la­ra yar­dım gös­tə­ril­mə­sin­də də ro­lu bö­yük­dür. Əmi­nəm ki, Meh­ri­ban xa­nım sa­də­cə bö­yük ic­ti­mai xa­dim de­yil, o, həm də Pre­zi­den­tə öl­kə­nin in­ki­şa­fı üz­rə stra­te­ji plan­la­rın ic­ra olun­ma­sın­da yar­dım et­mək­lə bu və­zi­fə­də özü­nü gör­kəm­li döv­lət xa­di­mi ki­mi gös­tə­rə­cək".

Onun söz­lə­ri­nə gö­rə, Mil­li Məc­li­sin de­pu­ta­tı, Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti Meh­ri­ban Əli­ye­va­nın Bi­rin­ci vit­se-pre­zi­dent tə­yin olun­ma­sı ilə bağ­lı sə­rən­cam ver­mək­lə Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev onun uzun il­lər­dir ki, öl­kə­nin ic­ti­mai və si­ya­si hə­ya­tın­da tut­du­ğu ye­ri bir da­ha vur­ğu­la­yıb.

M.Qus­man qeyd edib ki, Meh­ri­ban Əli­ye­va­nın əv­vəl­ki təc­rü­bə­si­nə əsas­la­na­raq de­mək olar ki, o, ye­ni və­zi­fə­də ilk növ­bə­də öl­kə­nin hu­ma­ni­tar, mə­də­ni və so­si­al in­ki­şaf sa­hə­lə­ri ilə məş­ğul ola­caq.

 

Ba­har Mu­ra­do­va: "Pre­zi­dent ha­mı­nın göz­lə­di­yi qə­ra­rı ver­di"

Pre­zi­dent İl­ham Əli­ye­vin sə­rən­ca­mı ilə Azər­bay­ca­nın Bi­rin­ci vit­se-pre­zi­den­ti tə­yin edil­miş bi­rin­ci xa­nım, Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti, UNES­CO-nun və ISES­CO-nun xoş­mə­ram­lı sə­fi­ri, Mil­li Məc­li­sin de­pu­ta­tı Meh­ri­ban Əli­ye­va bu və­zi­fə­sin­də öz po­ten­si­a­lı­nı da­ha ge­niş şə­kil­də sə­fər­bər edə­rək döv­lə­ti­mi­zə xid­mət et­mə­yin ye­ni bir nü­mu­nə­si­ni or­ta­ya qo­ya­caq və bu da hər bir kəs üçün ör­nək bir fə­a­liy­yət ola­caq. Bu­nu Trend-ə Mil­li Məc­li­sin vit­se-spi­ke­ri Ba­har Mu­ra­do­va de­yib.

Azər­bay­can­da vit­se-pre­zi­dentlik insti­tu­tu­nun ya­ra­dıl­ma­sı­nı döv­lət ida­rə­çi­li­yi üçün fay­da­lı sa­yan B.Mu­ra­do­va qeyd edib ki, ar­tıq konkret ola­raq, re­fe­ren­du­mun nə­ti­cə­lə­rin­dən irə­li gə­lən ad­dım­lar atı­lır: "Bu müd­dət ər­zin­də də­fə­lər­lə bu su­al­la qar­şı­laş­mış­dıq ki, vit­se-pre­zi­dentlər nə za­man tə­yin olu­na­caq və on­lar kim­lər ola bi­lər. Səs­lə­nən fi­kir­lə­rin, ve­ri­lən proq­noz­la­rın ara­sın­da hər za­man əsas fi­kir o idi ki, Bi­rin­ci vit­se-pre­zi­dent pos­tu­na ən la­yiq­li na­mi­zəd Meh­ri­ban Əli­ye­va­dır. Çox gö­zəl ol­du ki, Pre­zi­dent bu gün ha­mı­nın göz­lə­di­yi bir qə­ra­rı ver­di".

Meh­ri­ban Əli­ye­va­nın öl­kə­nin Bi­rin­ci vit­se-pre­zi­den­ti tə­yin olun­ma­sı­nı döv­lə­tin ida­rə­çi­li­yi sa­hə­sin­də mü­hüm və əhə­miy­yət­li qə­rar sa­yan B.Mu­ra­do­va he­sab edir ki, Meh­ri­ban Əli­ye­va bu gü­nə qə­dər bü­tün fə­a­liy­yə­ti ilə Azər­bay­can qa­dı­nın adı­nı ən yük­sək pil­lə­lə­rə qal­dı­rıb, Azər­bay­can qa­dın­la­rı­nın adı­nı uğur­la təm­sil edib: "Onun uğu­ru Azər­bay­ca­nın uğu­ru­dur. Bu il­lər ər­zin­də də əmin ol­mu­şuq ki, Meh­ri­ban xa­nım fə­a­liy­yət gös­tər­di­yi bü­tün sa­hə­lər­də müt­ləq mə­na­da uğu­ra im­za atır, ən gö­zəl ola­nı­nı edir və bu­nun­la da hər kə­sin diq­qə­ti­ni gös­tər­di­yi fə­a­liy­yə­tə cəlb edir. İna­nı­ram ki, Meh­ri­ban Əli­ye­va Pre­zi­dent İl­ham Əli­ye­vin ona gös­tər­di­yi bu eti­ma­dı doğ­rul­da­caq və və­zi­fə­si­ni çox bö­yük uğur­la ye­ri­nə ye­ti­rə­cək, Pre­zi­den­tin öl­kə­mi­zin in­ki­şa­fı is­ti­qa­mə­tin­də­ki bü­tün fə­a­liy­yə­ti­nə da­ha ya­xın­dan dəs­tək ola­caq. Bu uğur­lu tan­dem ye­ni dövr üçün Azər­bay­ca­na xid­mə­tin ye­ni nü­mu­nə­si­ni or­ta­ya qo­ya­caq".

 

Ra­uf Əli­yev: "...O...da­vam et­di­rə­cək"

"Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin 21 fev­ral 2017-ci il ta­rix­li sə­rən­ca­mı ilə Meh­ri­ban Arif qı­zı Əli­ye­va­nın Azər­bay­can Res­pub­li­ka­sı­nın Bi­rin­ci vit­se-pre­zi­den­ti tə­yin olun­ma­sı ta­ma­mi­lə Azər­bay­ca­nın mil­li və döv­lət ma­raq­la­rı­na ca­vab ve­rən bir tə­yi­nat­dır". Bu­nu Trend-ə mil­lət və­ki­li, Mil­li Məc­li­sin Əmək və so­si­al si­ya­sət ko­mi­tə­si­nin sədr mü­a­vi­ni Ra­uf Əli­yev de­yib.

R.Əli­yev qeyd edib ki, ar­tıq Meh­ri­ban xa­nım Əli­ye­va uzun il­lər­dir Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev­lə bir­lik­də mü­a­sir Azər­bay­can döv­lə­ti­nin qu­ru­cu­lu­ğun­da ya­xın­dan iş­ti­rak edir: "Meh­ri­ban xa­nım Əli­ye­va Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti ki­mi, UNES­CO-nun və ISES­CO-nun xoş­mə­ram­lı sə­fi­ri, Mil­li Məc­li­sin de­pu­ta­tı ki­mi ona hə­va­lə edil­miş bü­tün və­zi­fə­lə­ri yük­sək sə­viy­yə­də ye­ri­nə ye­ti­rir. Onun rəh­bər­lik et­di­yi Hey­dər Əli­yev Fon­du ya­ran­dı­ğı gün­dən eti­ba­rən Azər­bay­can­da təh­sil, sə­hiy­yə və di­gər so­si­al sa­hə­lər­də, ye­ni ümum­təh­sil mək­təb­lə­ri­nin, sağ­lam­lıq im­ka­nı məh­dud uşaq­lar üçün in­ter­nat mək­təb­lə­ri­nin, uşaq bağ­ça­la­rı­nın, xəs­tə­xa­na­la­rın ti­ki­lib is­ti­fa­də­yə ve­ril­mə­si, əsas­lı tə­mir olu­na­raq ye­ni­dən qu­rul­ma­sı ilə əla­qə­dar ge­niş­miq­yas­lı so­si­al la­yi­hə­lər hə­ya­ta ke­çi­rib".

Mil­lət və­ki­li xa­tır­la­dıb ki, Meh­ri­ban xa­nım Əli­ye­va Mil­li Məc­li­sin üz­vü ki­mi də­fə­lər­lə Am­nis­ti­ya ak­tı­nın qə­bul edil­mə­si ilə bağ­lı Mil­li Məc­li­sə mü­ra­ci­ət et­miş və bu aktla­rın qə­bul edil­mə­si nə­ti­cə­sin­də min­lər­lə məh­kum azad­lı­ğa çıx­mış­dır: "Son il­lər Azər­bay­can­da keç­ri­lən bey­nəl­xalq miq­yas­lı təd­bir­lə­rin Təş­ki­lat Ko­mi­tə­si­nin səd­ri ki­mi fə­a­liy­yə­ti onun yük­sək təş­ki­lat­çı­lıq qab­liy­yə­ti­nin ba­riz nü­mu­nə­si­dir. Həm "Eu­ro­vi­si­on" mah­nı mü­sa­qi­bə­si­nin, həm də I Av­ro­pa Oyun­la­rı­nın Təş­ki­lat Ko­mi­tə­si­nə rəh­bər­lik et­mə­si bu bey­nal­xalq miq­yas­lı təd­bir­lə­rin uğur­la ba­şa çat­dı­rıl­ma­sı­nın baş­lı­ca amil­lə­rin­dən bi­ri ol­muş­dur. Hər iki bey­nəl­xalq təd­bir ən yük­sək sə­viy­yə­də ke­çi­ril­miş­dir. Bu yük­sək təş­ki­lat­çı­lıq qa­bi­liy­yə­ti­nə gö­rə Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev cə­nab­la­rı­nın 18.09.2015-ci il ta­rix­li sə­rən­ca­mı ilə IV Is­lam Həm­rəy­li­yi Oyun­la­rı­nın 2017-ci il­də Ba­kı şə­hə­rin­də yük­sək sə­viy­yə­də ke­çi­ril­mə­si­ni tə­min et­mək məq­sə­di­lə Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti, Mil­li Olim­pi­ya Ko­mi­tə­si İc­ra­iy­yə Ko­mi­tə­si­nin üz­vü, UNES­CO-nun və ISES­CO-nun xoş­mə­ram­lı sə­fi­ri Meh­ri­ban Əli­ye­va­nın sə­dir­li­yi ilə Təş­ki­lat Ko­mi­tə­si ya­ra­dıl­mış­dır".

Onun söz­lə­ri­nə gö­rə, Meh­ri­ban xa­nım Əli­ye­va­nın bu gü­nə qə­dər olan fə­a­liy­yə­ti sü­but edir ki, o, Azər­bay­can Res­pub­li­ka­sı­nın Bi­rin­ci vit­se-pre­zi­den­ti ki­mi möh­tə­rəm pre­zi­den­ti­miz İl­ham Əli­yev cə­nab­la­rı ilə bir­lik­də Azər­bay­ca­nın da­ha da sü­rət­lə in­ki­şaf et­mə­si is­ti­qa­mə­tin­də apar­dı­ğı şə­rəf­li işi da­vam et­di­rə­cək.

 

Di­ni kon­fes­si­ya­la­rın rəh­bər­lə­ri­nin Meh­ri­ban Əli­ye­va­ya ümid do­lu təb­rik­lə­ri...

Azər­bay­can­da fə­a­liy­yət gös­tə­rən di­ni kon­fes­si­ya­la­rın rəh­bər­lə­ri Meh­ri­ban Əli­ye­va­nı Azər­bay­ca­nın bi­rin­ci vit­se-pre­zi­den­ti tə­yin olun­ma­sı mü­na­si­bə­ti ilə təb­rik edib­lər. Qaf­qaz Mü­səl­man­la­rı İda­rə­sin­dən APA-ya ve­ri­lən mə­lu­ma­ta gö­rə, təb­rik­də de­yi­lir:

"Möh­tə­rəm Meh­ri­ban xa­nım! Biz-Azər­bay­can­da fə­a­liy­yət gös­tə­rən di­ni kon­fes­si­ya­la­rın rəh­bər­lə­ri döv­lə­ti­mi­zin ta­ri­xin­də ilk də­fə ola­raq vit­se-pre­zi­dentlik sə­la­hiy­yət­lə­ri­nin Si­zə hə­va­lə olun­ma­sı mü­na­si­bə­ti­lə din­dar­la­rı­mız adın­dan Si­zi təb­rik edir,  ye­ni və­zi­fə­niz­də da­im uğur­lu ol­ma­nız üçün sə­mi­mi ar­zu­la­rı­mı­zı və xe­yir-du­a­la­rı­mı­zı ye­ti­rir, Uca Ya­ra­da­nın mər­hə­mət və qüd­rət nə­zə­ri­nin hər za­man üzə­ri­niz­də ol­ma­sı­nı di­lə­yi­rik.

Bi­zim xal­qı­mız və döv­lə­ti­miz  üçün bö­yük fə­xa­rət­dir ki, si­ya­si li­der­lik zir­və­si­nə ye­ti­şən na­di­də qa­dın­lar ara­sın­da  öl­kə­mi­zin bi­rin­ci xa­nı­mı, Hey­dər Əli­yev Fon­du­nun pre­zi­den­ti, UNES­CO və İSES­CO ki­mi bey­nəl­xalq təş­ki­lat­la­rın Xoş­mə­ram­lı sə­fi­ri Meh­ri­ban xa­nım Əli­ye­va var.  Si­zin bu za­ma­na qə­dər  ye­ri­nə ye­tir­di­yi­niz ic­ti­mai, si­ya­si və mə­də­ni mis­si­ya ta­ri­xi fe­no­men­dir. Mü­qəd­dəs mə­kan­la­rın ti­kin­ti­si və bər­pa­sı, mü­səl­man zi­ya­rət­gah­la­rı ilə ya­na­şı xris­ti­an və yə­hu­di di­ni abi­də­lə­ri­nin abad­laş­dı­rıl­ma­sı sa­hə­sin­də gör­dü­yü­nüz iş­lər, mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zin xa­ric­də və öl­kə da­xi­lin­də mü­tə­ma­di təb­liğ olun­ma­sı bir azə­ri xa­nı­mın dün­ya­ya bə­yan et­di­yi yük­sək to­le­rantlıq mə­də­niy­yə­ti­nin nü­ma­yi­şi­dir. Siz mil­lət­lər və din­lər ara­sı di­a­lo­qu, mul­ti­kul­tu­ra­lizm prin­sip­lə­ri­ni da­i­ma diq­qət mər­kə­zin­də sax­la­maq­la, Azər­bay­ca­nın bey­nəl­xalq nü­fu­zu­na ye­nil­məz zə­fər qa­zan­dı­rır­sı­nız.

Bö­yük və nə­ca­bət­li ai­lə oca­ğı­nın qı­zı, xa­nı­mı və ana­sı olan Meh­ri­ban xa­nım Əli­ye­va­nın tim­sa­lın­da biz Azər­bay­ca­nın bu gü­nü­nün və sa­ba­hı­nın uca­lı­ğı­nı tə­min edən möh­tə­rəm Pre­zi­den­ti­miz Za­ti-ali­lə­ri İl­ham Əli­ye­vin fə­da­kar yar­dım­çı­sı­nı gö­rü­rük. Meh­ri­ban xa­nım Əli­ye­va öz nü­mu­nə­si ilə ən bö­yük na­i­liy­yə­ti­miz olan müs­tə­qil­lik ta­ri­xi­mi­zin ya­ra­dı­cı­sı və qu­ru­cu­su Hey­dər Əli­ye­vin  ənə­nə­lə­ri­ni qo­ru­yan və in­ki­şaf et­di­rən ic­ti­mai və si­ya­si xa­dim zir­və­si­ni xal­qın kön­lün­də fəth et­miş­dir.

Hör­mət­li Meh­ri­ban xa­nım! Vit­se-pre­zi­dent ki­mi fə­a­liy­yə­ti­ni­zin ilk gü­nü xal­qı­mı­zın qə­dim bay­ram­la­rın­dan olan Nov­ru­zun ilk Su çər­şən­bə­si­nə - Ba­ha­rın oya­nı­şı­na tə­sa­düf edib. Biz bu­nu gə­li­şi mü­ba­rək olan sim­vo­lik rəmz ki­mi qə­bul edi­rik - Si­zin sa­yə­niz­də öl­kə­miz­də ye­ni ümid­lər oya­na­caq, hə­ya­tı­mız su ki­mi şəf­faf və ay­dın ola­caq­dır, in­şal­lah! Bu əziz gün­də bir da­ha Si­zi təb­rik edir, din­dar­la­rı­mı­zın xe­yir-du­a­la­rı­nın da­i­ma Si­zin­lə ol­ma­sı­nı ar­zu edi­rik. Uca Ya­ra­dan hər za­man yar­dım­çı­nız ol­sun! Amin".

Qeyd edək ki, mək­tu­bu Qaf­qaz Mü­səl­man­la­rı İda­rə­si­nin səd­ri Şey­xü­lis­lam Al­lah­şü­kür Pa­şa­za­də, Ba­kı və Azər­bay­can ar­xi­ye­pis­ko­pu Alek­sandr, Ro­ma Ka­to­lik Kil­sə­si­nin Azər­bay­can­da­kı apos­tol pre­fek­tu­ra­sı­nın or­di­na­ri­si Vla­di­mir Fe­ke­te, Azər­bay­can­da­kı Dağ yə­hu­di­lə­ri ic­ma­sı­nın rəh­bə­ri Mi­lix Yev­da­yev və Al­ban-udi  di­ni ic­ma­sı­nın səd­ri Ro­bert Mo­bi­li im­za­la­yıb­lar.

 

Ra­zi Nu­rul­la­yev: "Bu qə­rar göz­lən­ti­lə­ri­miz­lə üst-üs­tə düş­dü"

Mə­sə­lə­yə mü­na­si­bət bil­di­rən po­li­to­loq Ra­zi Nu­rul­la­ye­vin söz­lə­ri­nə gö­rə, Meh­ri­ban Əli­ye­va bi­rin­ci xa­nım ki­mi öl­kə si­ya­sə­tin­də çox fə­al­lıq gös­tə­rir­di: "Meh­ri­ban xa­nım Əli­ye­va Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən Bi­rin­ci vit­se-pre­zi­dent tə­yin edil­di və re­fe­ren­dum­da nə­zər­də tu­tu­lan də­yi­şik­lik­lə­rin ic­ra­sı­na start ve­ril­di. Bu qə­rar göz­lən­ti­lə­ri­miz­lə üst-üs­tə düş­dü. Çün­ki on­suz da bu qə­ra­rın ve­ri­lə­cə­yin­də əmin­li­yi­miz var­dı. Baş­qa qə­ra­rın göz­lən­ti­si Azər­bay­can si­ya­sə­tin­dən xə­bər­siz­li­yin gös­tə­ri­ci­si olar­dı. Bir mə­sə­lə var ki, ar­tıq Bi­rin­ci vit­se-pre­zi­dent tə­yin edi­lən Meh­ri­ban xa­nım Əli­ye­va bi­rin­ci xa­nım ki­mi öl­kə si­ya­sə­tin­də çox fə­al­lıq gös­tə­rir­di. Bun­dan son­ra for­mal və­zi­fə sa­hi­bi ki­mi bir çox si­ya­si mə­sə­lə­lə­rin qə­bul edil­mə­sin­də bir­ba­şa iş­ti­rak­çı ola­caq.

İn­di qa­lır vit­se-pre­zi­dent göz­lən­ti­lə­ri­miz. Əmi­nik ki, tə­əc­cüb­lən­mə­yə­cə­yik. Çox uza­ğa bax­maq da la­zım de­yil".

 

Qa­bil Hü­seynli: "İna­nı­rıq ki, Meh­ri­ban xa­nı­mın Bi­rin­ci vit­se-pre­zi­dent tə­yin edil­mə­si də döv­lət ida­rə­çi­lik..."

Po­li­to­loq Qa­bil Hü­seynli­nin söz­lə­ri­nə gö­rə, ötən il ke­çi­ri­lən re­fe­ren­dum öl­kə­mi­zin hə­ya­tın­da mü­hüm də­yi­şik­lik­lə­rin tə­mə­li­ni qoy­du: "Öl­kə­nin si­ya­si sis­te­min­də mü­əy­yən də­yi­şik­lik­lər baş ver­di. Konkret ola­raq vit­se-pre­zi­dentlik insti­tu­tu­nun ya­ra­dıl­ma­sı­nı nə­zər­də tu­tu­ram. Bu, döv­lət ida­rə­çi­li­yi­nin da­ha da tək­mil­ləş­di­ril­mə­si məq­sə­di­ni gü­dür. Ey­ni za­man­da, özün­də ida­rə­et­mə struk­tur­la­rı­nın da­ha da tək­mil­ləş­di­ril­mə­si məq­sə­di­ni eh­ti­va edir. Bü­tün bu pro­ses­lər xal­qın ira­də­si ilə olub. Pre­zi­den­tə də sə­la­hiy­yət ver­di ki, öz ko­man­da­sı­nı for­ma­laş­dır­sın. Bu, Pre­zi­den­tin si­ya­si ira­də­si­dir və hə­mi­şə Azər­bay­ca­na uğur gə­ti­rib. İna­nı­rıq ki, Meh­ri­ban xa­nı­mın Bi­rin­ci vit­se-pre­zi­dent tə­yin edil­mə­si də döv­lət ida­rə­çi­lik sis­te­mi­ni da­ha da tək­mil­ləş­dir­mək­lə, Azər­bay­can­da ke­çi­ri­lən si­ya­si is­la­hat­la­rın uğur­la apa­rıl­ma­sı­na töh­fə ola­caq".

 

Əli Əli­yev: "Bu qə­rar möv­cud ola bi­lən va­ri­antlar, o pos­ta gə­ti­ri­lə bi­lə­cək po­ten­si­al na­mi­zəd­lər içə­ri­sin­də ən uy­ğun ola­nı­dır"

Və­tən­daş və İn­ki­şaf Par­ti­ya­sı­nın səd­ri Əli Əli­yev mə­sə­lə­yə bir ne­çə priz­ma­dan ya­naş­dı: "Bu tə­yi­nat Azər­bay­can­da bir çox mə­sə­lə­lə­rə ay­dın­lıq gə­tir­di. O cüm­lə­dən si­ya­si perspek­tiv­lə­rə, ha­ki­miy­yət­da­xi­li mü­na­si­bət­lə­rə ay­dın­lıq gə­ti­rən ha­di­sə­dir. Bu qə­rar möv­cud ola bi­lən va­ri­antlar, o pos­ta gə­ti­ri­lə bi­lə­cək po­ten­si­al na­mi­zəd­lər içə­ri­sin­də ən uy­ğun ola­nı­dır. Yə­ni Azər­bay­can xal­qı ra­hat nə­fəs ala bi­lər. O ba­xım­dan müs­bət qə­rar­dır".

Na­hid SA­LA­YEV

Son xəbərlər