19/08/2017 05:52
728 x 90

Pre­zi­dent Əli­yev "Cə­nub Qaz Dəh­li­zi" ilə bağ­lı bü­tün Av­ro­pa­nın in­ti­zar­la göz­lə­di­yi mə­qam­la­rı Mün­hen­də bir­mə­na­lı ifa­də et­di

"...bə­zi tə­rəf­daş öl­kə­lər tə­rə­fin­dən sü­ni ge­cik­mə­lər ol­ma­sa..."

img

Pre­zi­dent İl­ham Əli­yev fev­ra­lın 17-də Mün­hen Təh­lü­kə­siz­lik Konfran­sı çər­çi­və­sin­də "Qiy­mət­lə­rin sa­bit­ləş­mə­si­nə doğ­ru: OPEC-in qa­yı­dı­şı və neft ge­o­si­ya­sə­ti" möv­zu­sun­da Də­yir­mi ma­sa­da iş­ti­rak edib. Döv­lət baş­çı­sı Də­yir­mi ma­sa­da çı­xış edib.

"Bə­zi Av­ro­pa öl­kə­lə­ri nef­tin 30-40 fa­i­zi­ni Azər­bay­can­dan əl­də edir­lər və eti­bar­lı tran­zit öl­kə, di­gər öl­kə­lə­rin eti­bar edə bi­lə­cə­yi tə­rəf­daş öl­kə ki­mi Azər­bay­can re­gi­on­da özü­nə ad qa­za­nıb". APA-nın mə­lu­ma­tı­na gö­rə, bu­nu Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­yev Mün­hen Təh­lü­kə­siz­lik Konfran­sı çər­çi­və­sin­də "Qiy­mət­lə­rin sa­bit­ləş­mə­si­nə doğ­ru: OPEC-in qa­yı­dı­şı və neft ge­o­si­ya­sə­ti" möv­zu­sun­da Də­yir­mi ma­sa­da çı­xı­şı za­ma­nı de­yib.

Döv­lət baş­çı­sı qeyd edib ki, ener­ji təh­lü­kə­siz­li­yi­ni öl­kə­nin mil­li təh­lü­kə­siz­li­yin­dən ayır­maq ol­maz: "Bu ba­xım­dan Azər­bay­can re­gi­on üçün ener­ji təh­lü­kə­siz­li­yi­ni tə­min et­mək­lə öz va­cib ro­lu­nu oy­na­yır. İri­miq­yas­lı qaz təc­hi­za­tı la­yi­hə­si­nin hə­ya­ta ke­çi­ril­mə­si­nə gəl­dik­də, öl­kə­miz Av­ro­pa­nın ener­ji təh­lü­kə­siz­li­yi­nin tə­min olun­ma­sın­da da öz va­cib ro­lu­nu oy­na­ya­caq. Əl­bət­tə, bu gün re­gi­o­nu­mu­zun və Av­ro­pa­nın ener­ji təh­lü­kə­siz­li­yin­də Azər­bay­ca­nın ro­lu və töh­fə­si haq­qın­da da­nış­dıq­da biz Azər­bay­ca­nın ener­ji stra­te­gi­ya­sı­nın əv­və­li­nə - 1990-cı il­lə­rin or­ta­la­rı­na qa­yıt­ma­lı­yıq. O za­man həm da­xi­li, həm də xa­ri­ci çox­say­lı çə­tin­lik­lə­ri olan, Er­mə­nis­ta­nın iş­ğa­lı nə­ti­cə­sin­də 1 mil­yon ev­siz qal­mış və­tən­da­şı olan, yal­nız üç il müs­tə­qil olan gənc öl­kə Xə­zər də­ni­zi­nə dün­ya­nın apa­rı­cı ener­ji şir­kət­lə­ri­ni ilk də­fə də­vət et­miş­di. Bu, ta­ri­xi bir ad­dım idi və nə­in­ki tək­cə Azər­bay­can­da, həm də re­gi­on­da və­ziy­yə­ti də­yi­şən bir qə­rar idi. İn­di isə bu ad­dım re­gi­o­nun ener­ji xə­ri­tə­si­ni də­yiş­miş­dir.

Biz sa­də­cə hə­min vaxtdan bir il əv­vəl və­tən­daş mü­ha­ri­bə­si, iş­ğal, 1 mil­yon qaç­qın və köç­kü­nü olan və uğur­lu in­ki­şaf üçün heç bir im­kan­la­rı ol­ma­yan öl­kə­yə in­ves­ti­si­ya­lar cəlb et­mə­yə na­il ol­duq. Bi­zim üçün o za­man Azər­bay­ca­nın neft eh­ti­yat­la­rı­na sər­ma­yə­nin ya­tı­rıl­ma­sı müs­tə­qil­li­yi­mi­zin güc­lən­di­ril­mə­si və çə­tin­lik­lə­rin ara­dan qal­dı­rıl­ma­sı üçün ye­ga­nə yol idi. Bu­na gö­rə 1990-cı il­lə­rin or­ta­la­rı bi­zim üçün va­cib bir dövr idi. Biz in­ves­ti­si­ya­la­rı cəlb et­dik, apa­rı­cı ener­ji şir­kət­lə­ri ilə Azər­bay­ca­nın nə­həng neft ya­taq­la­rın­dan is­teh­sa­la baş­la­dıq və nef­ti­mi­zi nəql et­mək üçün çox­say­lı bo­ru kə­mə­ri sis­te­mi­ni in­şa et­dik. Bu gün bi­zim bü­tün is­ti­qa­mət­lər­də 7 kə­mə­ri­miz - 3 neft kə­mə­ri­miz və 4 qaz kə­mə­ri­miz var. Bu­na gö­rə də bi­zim bi­rin­ci hə­də­fi­miz özü­mü­zün ener­ji təh­lü­kə­siz­li­yi­mi­zi, öz ma­raq­la­rı­mı­zı tə­min et­mək və in­san­la­rı­mı­zın ya­şa­yış sə­viy­yə­si­ni yax­şı­laş­dır­maq üçün nə­həng neft eh­ti­yat­la­rı­mı­zı ha­sil et­mək iq­ti­da­rın­da ol­maq idi. Son­ra­kı mər­hə­lə­də kə­mər­lər ti­kil­dik­də bu la­yi­hə re­gi­o­nal əmək­daş­lıq la­yi­hə­si­nə çev­ril­di. Bu neft kə­mər­lə­ri Azər­bay­ca­nı Qa­ra də­niz və Ara­lıq də­ni­zi ilə bir­ləş­di­rir. Bu kə­mər­lər bi­zə ener­ji eh­ti­yat­la­rı­nı nəql et­mə­yə kö­mək edən öl­kə­lə­rin də ener­ji təh­lü­kə­siz­li­yi­ni tə­min et­mə­yə xid­mət edir.

Son­ra biz Xə­zər də­ni­zi­nin şərq sa­hil­lə­rin­dən neft və neft məh­sul­la­rı­nın çat­dı­rıl­ma­sı üçün tran­zit öl­kə­yə çev­ril­dik. Be­lə­lik­lə, Azər­bay­can müx­tə­lif va­si­tə­lər­lə, də­mir yo­lu və neft kə­mə­ri ilə nef­tin nəq­lin­də öz va­cib ro­lu­nu oy­na­yır. Ey­ni za­man­da, biz Xə­zər də­ni­zi­nin Şərq sa­hi­lin­də yer­lə­şən tə­rəf­daş­la­rı­mı­zın təc­hi­zat marşrut­la­rı­nı şa­xə­lən­dir­mə­yə kö­mək edi­rik. Çün­ki ener­ji təh­lü­kə­siz­li­yin­dən söh­bət aç­dıq­da, he­sab edi­rəm ki, şa­xə­lən­mə əsas ter­min­dir. Adə­tən şa­xə­lən­mə­dən da­nış­dıq­da biz is­teh­lak­çı­lar üçün şa­xə­lən­dir­mə­ni nə­zər­də tu­tu­ruq. Biz bu­nu an­la­yı­rıq. La­kin is­teh­sal­çı­lar üçün də şa­xə­lən­dir­mə nə­zər­də tu­tu­lur, xü­su­si­lə bu is­teh­sal­çı­la­rın Azər­bay­can ki­mi açıq də­ni­zə çı­xı­şı ol­ma­dıq­da". Pre­zi­dent da­ha son­ra de­yib: "Azər­bay­can­da bö­yük qaz ya­taq­la­rı­nı aş­kar edən ki­mi bu qa­zı bey­nəl­xalq ba­zar­la­ra nəql et­mək üçün qə­rar qə­bul olu­nub".

Döv­lət baş­çı­sı bil­di­rib ki, bu gün çox­say­lı di­gər öl­kə­lər, şir­kət­lər­lə bir­lik­də və Av­ro­pa Ko­mis­si­ya­sı­nın dəs­tə­yi ilə  Cə­nub Qaz Dəh­li­zi la­yi­hə­si­ni ic­ra edi­rik və bu la­yi­hə 1990-cı il­lər­də ic­ra­sı­na baş­la­dı­ğı­mız la­yi­hə­lə­rin da­va­mı­dır: "İn­di Cə­nub Qaz Dəh­li­zi Av­ro­pa­da ən bö­yük infrastruk­tur la­yi­hə­si­dir. Onun ümu­mi də­yə­ri 40 mil­yard dol­lar­dan çox­dur. Ha­zır­kı mər­hə­lə­də bu la­yi­hə­də 7 öl­kə iş­ti­rak edir. Gə­lə­cək il­lər­də ən azın­dan 3 öl­kə bu la­yi­hə­yə qo­şu­la­caq. Bu la­yi­hə Av­ro­pa Ko­mis­si­ya­sı tə­rə­fin­dən dəs­tək­lə­nir. Mən bu ya­xın­lar­da Brüs­sel­dən qa­yıt­mı­şam və biz Şef­ço­viç­lə bu va­cib la­yi­hə­ni mü­za­ki­rə et­dik. Həm­çi­nin bu la­yi­hə­ni Av­ro­pa İt­ti­fa­qı Şu­ra­sı­nın və Av­ro­pa Ko­mis­si­ya­sı­nın pre­zi­dentlə­ri ilə mü­za­ki­rə et­mi­şəm. Av­ro­pa Ko­mis­si­ya­sı ilə Azər­bay­can ara­sın­da ener­ji sa­hə­si üz­rə stra­te­ji tə­rəf­daş­lıq haq­qın­da im­za­lan­mış me­mo­ran­dum var. Bu gün Cə­nub Qaz Dəh­li­zi ar­tıq re­al­lıq­dır.

Pre­zi­dent İl­ham Əli­yev bil­di­rib ki, bu, Azər­bay­ca­nı Av­ro­pa ba­zar­la­rı və Av­ro­pa ba­zar­la­rı­na apa­ran marşrut bo­yun­ca yer­lə­şən öl­kə­lər­lə bir­ləş­di­rən üç fərqli bo­ru kə­mə­rin­dən iba­rət in­teq­ra­si­ya olun­muş bo­ru kə­mə­ri sis­te­mi­dir: "Bu la­yi­hə ta­ma­mi­lə ye­ni bir re­gi­o­nal əmək­daş­lıq for­ma­tı­nı ya­rat­dı. Söh­bət Cə­nu­bi Qaf­qaz öl­kə­lə­ri olan Gür­cüs­tan, Azər­bay­can və Tür­ki­yə­dən, son­ra da Yu­na­nıs­tan, Bol­qa­rıs­tan və İta­li­ya ki­mi Av­ro­pa İt­ti­fa­qı öl­kə­lə­rin­dən, həm­çi­nin na­mi­zəd öl­kə ki­mi Al­ba­ni­ya­dan ge­dir. Be­lə­lik­lə, bü­tün bu tə­rəf­lə­rin ma­raq­la­rı­nı tə­min et­mək asan iş de­yil. Bu sə­bəb­dən Av­ro­pa Ko­mis­si­ya­sı ilə bir­lik­də biz Cə­nub Qaz Dəh­li­zi la­yi­hə­si­nin Məş­və­rət Şu­ra­sı ad­la­nan for­ma­tı işə sal­dıq. Ar­tıq Məş­və­rət Şu­ra­sı­nın iki ic­la­sı Ba­kı­da ke­çi­ri­lib və üçün­cü ic­las  Şef­ço­vi­çin iş­ti­ra­kı ilə fev­ral ayı­nın 23-də baş tu­ta­caq. Mü­hüm na­i­liy­yət­lər var. Si­zə de­yə bi­lə­rəm ki, Cə­nub Qaz Dəh­li­zi la­yi­hə­si­nin əsas seq­men­ti olan Trans-Ana­do­lu bo­ru kə­mə­ri­nin ic­ra­sı­nın təq­ri­bən 65 fa­i­zi ar­tıq ta­mam­la­nıb. Cə­nu­bi Qaf­qaz bo­ru kə­mə­ri ad­la­nan di­gər bir seq­men­tin ic­ra­sı­nın 80 fa­i­zə ya­xın his­sə­si ta­mam­la­nıb və TAP ad­la­nan Trans-Ad­ri­a­tik bo­ru kə­mə­ri təq­ri­bən 34-35 fa­iz ic­ra olu­nub. Dün­ya­da ən bö­yük qaz ya­taq­la­rın­dan bi­ri olan "Şah­də­niz" ya­ta­ğı­nın iş­lə­nil­mə­si ar­tıq 90 fa­iz ta­mam­la­nıb. Hə­də­fi­miz Azər­bay­ca­nın ilk tə­bii qa­zı­nı gə­lən il ba­zar­la­ra çat­dır­maq­dır və bə­zi tə­rəf­daş öl­kə­lər­də sü­ni ge­cik­mə­lər ol­ma­dı­ğı təq­dir­də bu la­yi­hə­ni 2020-ci ilə qə­dər ta­mam­la­maq­dır".

Döv­lət baş­çı­sı nə­zə­rə çat­dı­rıb ki, Azər­bay­can Cə­nub Qaz Dəh­li­zi la­yi­hə­si­nin bü­tün dörd seq­men­ti­nin səhmda­rı­dır və Azər­bay­can in­ves­tor qis­min­də də çı­xış edir: "Biz Dün­ya Ban­kın­dan, bey­nəl­xalq ma­liy­yə təş­ki­lat­la­rın­dan, Asi­ya İn­ki­şaf Ban­kın­dan, Asi­ya İnfrastruk­tur Ban­kın­dan və­sa­it­lə­ri cəlb et­dik. Biz Av­ro­pa Ye­ni­dən­qur­ma və İn­ki­şaf Ban­kın­dan, Av­ro­pa İn­ves­ti­si­ya Ban­kın­dan ma­liy­yə və­sa­i­ti­nin ay­rıl­ma­sı­nı göz­lə­yi­rik. Be­lə­lik­lə, bu, öl­kə­mi­zin tə­şəb­büs­ka­rı ol­du­ğu hə­qi­qə­tən də ge­niş ma­liy­yə, infrastruk­tur, tex­ni­ki, ener­ji la­yi­hə­si­dir və biz bu­nun­la qü­rur du­yu­ruq. Əl­bət­tə, bu öl­kə­lər ara­sın­da ye­ni əmək­daş­lıq for­ma­tı re­gi­on­da ta­ma­mi­lə ye­ni bir əmək­daş­lıq ru­hu­nu ya­ra­dır. Bu, bir­gə bağ­lı­lıq, yə­qin­lik, eti­bar­lı­lıq və tə­rəf­daş­lıq ya­ra­dır. Be­lə­lik­lə, la­yi­hə ta­mam­lan­dıq­dan son­ra Av­ro­pa üçün tə­bii qaz təc­hiz edən eti­bar­lı və ye­ga­nə ye­ni qaz mən­bə­yi qis­min­də Azər­bay­ca­nın ro­lu, əl­bət­tə ki, ar­ta­caq və Av­ro­pa təş­ki­lat­la­rı ilə əla­qə­lə­ri­miz güc­lə­nə­cək".

 

Mün­hen­də SO­CAR da mü­za­ki­rə olun­du

Pre­zi­dent İl­ham Əli­ye­vin Mün­hen­də Ki­yev şə­hə­ri­nin me­ri, Uk­ray­na İs­la­hat­lar Na­mi­nə De­mok­ra­tik Al­yan­sı­nın səd­ri Vi­ta­li Kliç­ko ilə gö­rü­şü olub. Gö­rüş­də Vi­ta­li Kliç­ko öl­kə­lə­ri­miz ara­sın­da qə­dim ta­ri­xə ma­lik dostluq mü­na­si­bət­lə­ri­nin ol­du­ğu­nu de­yib. Uk­ray­na­da çox­lu say­da Azər­bay­can di­as­po­ru nü­ma­yən­də­lə­ri­nin ya­şa­dı­ğı­nı de­yən Ki­ye­vin me­ri mü­tə­ma­di ola­raq on­lar­la gö­rüş­lə­rin ke­çi­ril­di­yi­ni diq­qə­tə çat­dı­rıb.

Öl­kə­lə­ri­miz ara­sın­da mü­na­si­bət­lə­rin in­ki­şaf et­di­yi­ni, qar­şı­lıq­lı biz­nes ma­raq­la­rı­nın ol­du­ğu­nu de­yən Vi­ta­li Kliç­ko SO­CAR-ın Uk­ray­na­da uğur­lu fə­a­liy­yə­ti­ni vur­ğu­la­ya­raq, şir­kə­tin və Azər­bay­can di­as­po­ru­nun nü­ma­yən­də­lə­ri­nin Uk­ray­na­nın in­ki­şa­fı­na mü­hüm töh­fə ver­di­yi­ni bil­di­rib. Mer Ki­yev­də ulu ön­dər Hey­dər Əli­ye­vin adı­nı da­şı­yan par­kın şə­hə­rin ən nü­mu­nə­vi mə­kan­la­rın­dan bi­ri­nə çev­ril­di­yi­ni de­yib.

Pre­zi­dent İl­ham Əli­yev Ki­ye­vin dün­ya­nın ən gö­zəl şə­hər­lə­rin­dən bi­ri ol­du­ğu­nu, onun ta­ri­xi his­sə­si­nin qo­run­ma­sı­nın və şə­hə­rin in­ki­şa­fı­nın bö­yük diq­qət tə­ləb et­di­yi­ni vur­ğu­la­yıb, Ba­kı və Ki­yev me­ri­ya­la­rı ara­sın­da mü­na­si­bət­lə­rin möh­kəm­lən­di­ril­mə­si­nin və qar­şı­lıq­lı sə­fər­lə­rin təş­ki­li­nin əhə­miy­yə­tin­dən da­nı­şıb. Azər­bay­can di­as­po­ru­nun Uk­ray­na­nın in­ki­şa­fı­na töh­fə ver­di­yi­ni bil­di­rən döv­lət baş­çı­sı öl­kə­lə­ri­miz ara­sın­da­kı dostluq mü­na­si­bət­lə­ri­nin möh­kəm­lən­di­yi­ni, Uk­ray­na­nın Azər­bay­ca­nın eti­bar­lı tə­rəf­da­şı ol­du­ğu­nu qeyd edib.

 

MAN SE şir­kə­ti­nin nü­ma­yən­də­lə­ri Mün­hen­də Ba­kı­ya də­vət olun­du­lar

Pre­zi­dent İl­ham Əli­yev fev­ra­lın 17-də Mün­hen­də "MAN SE" şir­kə­ti­nin baş ic­ra­çı di­rek­to­ru Yo­a­xim Dris ilə də gö­rü­şüb. Gö­rüş­də Yo­a­xim Dris Azər­bay­ca­nın sü­rət­lə in­ki­şaf et­di­yi­ni, öl­kə­miz­də iri­miq­yas­lı la­yi­hə­lə­rin hə­ya­ta ke­çi­ril­di­yi­ni, nəq­liy­yat dəh­liz­lə­ri ilə bağ­lı ge­dən pro­ses­lər­dən məm­nun qal­dıq­la­rı­nı, res­pub­li­ka­mız­da fə­a­liy­yət gös­tər­mək­də ma­raq­lı ol­duq­la­rı­nı bil­di­rib.

Pre­zi­dent İl­ham Əli­yev son il­lər­də Azər­bay­can­da müx­tə­lif sa­hə­lər­də ye­ni­lən­mə iş­lə­ri­nin apa­rıl­dı­ğı­nı, ic­ti­mai nəq­liy­ya­tın mü­a­sir­ləş­di­ril­mə­si is­ti­qa­mə­tin­də mü­hüm təd­bir­lə­rin gö­rül­dü­yü­nü vur­ğu­la­yıb. Döv­lət baş­çı­sı əmək­daş­lıq im­kan­la­rı­nın araş­dı­rıl­ma­sı üçün "MAN SE" şir­kə­ti­nin nü­ma­yən­də­lə­ri­ni Azər­bay­ca­na sə­fə­rə də­vət edib.

Fev­ra­lın 17-də Mün­hen­də Pre­zi­dent İl­ham Əli­ye­vin Xor­va­ti­ya pre­zi­den­ti xa­nım Ko­lin­da Qra­bar-Ki­ta­ro­vi­çin­lə və İs­ra­il döv­lə­ti­nin mü­da­fiə na­zi­ri Aviq­dor Li­ber­man­la da gö­rü­şü olub.

 

Azər­bay­can və Əf­qa­nıs­tan pre­zi­dentlə­ri­nin gö­rü­şü

Mün­hen­də Azər­bay­can Pre­zi­den­ti İl­ham Əli­ye­vin və Əf­qa­nıs­tan Pre­zi­den­ti Mə­həm­məd Əş­rəf Qa­ni­nin gö­rü­şü olub.

Gö­rüş­də Azər­bay­can­la Əf­qa­nıs­tan ara­sın­da əla­qə­lə­rin uğur­la in­ki­şaf edə­rək müx­tə­lif sa­hə­lə­ri əha­tə et­di­yi, iki­tə­rəf­li mü­na­si­bət­lə­ri­mi­zin da­ha da ge­niş­lən­mə­si üçün im­kan­la­rın ol­du­ğu bil­di­ri­lib. Pam­bıq­çı­lıq, se­ment is­teh­sa­lı, sə­hiy­yə, nəq­liy­yat sa­hə­lə­rin­də əla­qə­lə­rin in­ki­şa­fı ba­xı­mın­dan yax­şı po­ten­si­a­lın ol­du­ğu vur­ğu­la­nıb. Azər­bay­ca­nın bren­di olan "ASAN xid­mət"in təc­rü­bə­si­nin Əf­qa­nıs­tan­da ya­yıl­ma­sı mə­sə­lə­lə­ri mü­za­ki­rə edi­lib. Mü­na­si­bət­lə­ri­mi­zin in­ki­şa­fın­da qar­şı­lıq­lı sə­fər­lə­rin in­ten­siv­ləş­di­ril­mə­si­nin va­cib­li­yi vur­ğu­la­nıb.

Söh­bət za­ma­nı öl­kə­lə­ri­miz ara­sın­da ti­ca­rət əla­qə­lə­ri­nin, ix­rac-id­xal əmə­liy­yat­la­rı­nın ge­niş­lən­di­ril­mə­si ilə bağ­lı mü­əy­yən ad­dım­la­rın atıl­ma­sı ba­rə­də ra­zı­lı­ğa gə­li­nib.

Ba­ki-xe­ber.com

Son xəbərlər