27/03/2017 20:20
728 x 90

Vüqar Səfərli elektron mediaya maliyyə dəstəyi göstərilə biləcəyini dedi, ancaq…

img

“Elektron mediaya dövlət tərəfindən maddi dəstəyin verilməsi məsələsi yaxın gələcəkdə öz həllini tapacaq”. Trend-in məlumatına görə, bunu Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bu gün Milli Məclisdə media rəhbərləri ilə keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, hazırda bu məsələ gündəmdədir.

V.Səfərli qeyd edib ki, əgər vəsait ayrılsa, bu, bütün elektron KİV-lərə şamil edilməyəcək: “Bu gün saytları hər kəs izləyir. Onların materiallarının 80 faizi bir-birindən köçürmədir və eynidir. Bu cür xəbər portallarının olmasına nə ehtiyac var? Hesab edirəm ki, maddi yardım olanda, əsasən xarici dillərdə fəaliyyət göstərən və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıran KİV-lər maliyyələşdiriləcək”.

Son xəbərlər