01/05/2017 10:13
728 x 90

Ra­mil Usu­bov Av­ro­pa Şu­ra­sı rəs­mi­lə­ri­nə və­tən­daş hü­quq­la­rı­nı poz­duq­la­rı üçün 1500-dən çox po­lis əmək­da­şı­nın cə­za­lan­dı­rıl­dı­ğı­nı de­di

img

Da­xi­li İş­lər Na­zir­li­yi mət­bu­at xid­mə­ti­nin mə­lu­ma­tı­na gö­rə, da­xi­li iş­lər na­zi­ri, ge­ne­ral-pol­kov­nik Ra­mil Usu­bov fev­ra­lın 16-da Av­ro­pa Şu­ra­sı­nın İş­gən­cə­lə­rin, qey­ri-in­sa­ni və lə­ya­qə­ti al­çal­dan rəf­ta­rın və ya cə­za­nın qar­şı­sı­nın alın­ma­sı üz­rə Ko­mi­tə­si­nin pre­zi­den­ti Mi­ko­la Qna­tovski­nin rəh­bər­lik et­di­yi nü­ma­yən­də he­yə­ti­ni qə­bul  edib.

Qo­na­ğı sa­lam­la­yan na­zir Da­xi­li İş­lər Na­zir­li­yi ilə Av­ro­pa Şu­ra­sı ara­sın­da sıx və iş­gü­zar əla­qə­lə­rin möv­cud ol­du­ğu­nu, bu əmək­daş­lıq çər­çi­və­sin­də in­san hü­quq və azad­lıq­la­rı­nın tə­min olun­ma­sı üz­rə hə­ya­ta ke­çi­ri­lən təd­bir­lə­rin bö­yük əhə­miy­yət kəsb et­di­yi­ni nə­zə­rə çat­dı­rıb. O de­yib ki, öl­kə­miz hə­lə Av­ro­pa Şu­ra­sı­nın üz­vü ol­maz­dan əv­vəl, ötən əs­rin 90-cı il­lə­ri­nin son­la­rın­da Av­ro­pa­nın qa­baq­cıl öl­kə­lə­rin­dən, mö­tə­bər bey­nəl­xalq təş­ki­lat­lar­dan olan ekspertlə­rin ya­xın­dan iş­ti­ra­kı ilə po­li­sin fə­a­liy­yə­ti­ni tən­zim­lə­yən, in­san və və­tən­daş hü­quq və azad­lıq­la­rı­nın qo­run­ma­sı­nın pri­o­ri­tet təş­kil et­di­yi bir sı­ra ye­ni qa­nun­ve­ri­ci­lik aktla­rı qə­bul edi­lib, on­la­rın tət­bi­qi sa­hə­sin­də müs­bət təc­rü­bə əl­də olu­nub, Azər­bay­can Res­pub­li­ka­sı in­san hü­quq­la­rı sa­hə­sin­də əsas bey­nəl­xalq sə­nəd­lə­rə, o cüm­lə­dən kon­ven­si­ya­la­ra qo­şu­lub.

Ra­mil Usu­bov qo­naq­la­rın nə­zə­ri­nə çat­dı­rıb ki, öl­kə­miz Av­ro­pa Şu­ra­sı ilə de­mok­ra­tik döv­lət qu­ru­cu­lu­ğu, in­san hü­quq­la­rı­na hör­mət və öl­kə­də qa­nu­nun ali­li­yi­nin tə­min edil­mə­si sa­hə­sin­də hər­tə­rəf­li əmək­daş­lı­ğa bö­yük önəm ve­rir və bu fay­da­lı iş­bir­li­yi­nin da­vam­lı in­ki­şa­fın­da ma­raq­lı­dır.

Na­zir öl­kə­miz­də in­san hü­quq­la­rı­nın mü­da­fi­ə­si üz­rə Pre­zi­dent İl­ham Əli­ye­vin im­za­la­dı­ğı Sə­rən­cam­lar­dan irə­li gə­lən və­zi­fə­lə­rin ye­ri­nə ye­ti­ril­mə­si məq­sə­di­lə DİN-də Xü­su­si Təd­bir­lər plan­la­rı­nın ha­zır­la­nıb ic­ra­ya yö­nəl­di­yi­ni də diq­qə­tə çat­dı­rıb.

Da­xi­li iş­lər or­qan­la­rı­nın şəx­si he­yə­ti­nin dün­ya­gö­rü­şü­nün ar­tı­rıl­ma­sı, bey­nəl­xalq təc­rü­bə­dən bəh­rə­lən­mə­si is­ti­qa­mə­tin­də məq­səd­yön­lü və sis­tem­li iş apa­rıl­ma­sı­nı, son 5 il­də in­san hü­quq­la­rı üz­rə öl­kə­miz­də və xa­ri­ci döv­lət­lər­də ke­çi­ri­lən se­mi­nar-tre­ninqlə­rə 2500-ə ya­xın əmək­da­şın cəlb olun­du­ğu­nu qeyd edib.

Qo­naq­la­rın nə­zə­ri­nə o da çat­dı­rı­lıb ki, şəx­si he­yət tə­rə­fin­dən in­san və və­tən­daş hü­quq və azad­lıq­la­rı­nın po­zul­ma­sı ba­rə­də mü­ra­ci­ət­lər ope­ra­tiv və ob­yek­tiv araş­dı­rı­la­raq mü­va­fiq təd­bir­lər gö­rü­lür. Tək­cə son 5 il­də və­tən­daş hü­quq­la­rı­nın po­zul­ma­sı faktla­rı­na gö­rə 1579 əmək­daş  cə­za­lan­dı­rı­lıb,  o cüm­lə­dən 146 nə­fər da­xi­li iş­lər or­qan­la­rın­da xid­mət­dən xa­ric edi­lib, 134 nə­fər tut­du­ğu və­zi­fə­dən azad olu­nub, 6 nə­fər isə ci­na­yət mə­su­liy­yə­ti­nə cəlb edi­lib. 

Ötən ilin mart ayı­nın so­nun­da cə­nab Mi­ko­la Qna­tovski­nin baş­çı­lıq et­di­yi nü­ma­yən­də he­yə­ti­nin öl­kə­mi­zə sə­fə­ri za­ma­nı po­lis or­qan­la­rı­nın  mü­vəq­qə­ti sax­la­ma yer­lə­rin­də mo­ni­to­rinq ke­çir­di­yi­ni xa­tır­la­dan na­zir sax­lan­ma şə­ra­i­ti­nin da­ha da yax­şı­laş­dı­rıl­ma­sı ilə əla­qə­dar ve­ril­miş töv­si­yə­lə­rin nə­zə­rə alın­ma­sı­nı Da­xil İş­lər Na­zir­li­yi ilə Av­ro­pa Şu­ra­sı­nın mü­va­fiq struk­tur­la­rı ara­sın­da sə­mə­rə­li əmək­daş­lı­ğın növ­bə­ti əya­ni tə­za­hü­rü ki­mi də­yər­lən­di­rə­rək, bu is­ti­qa­mət­də gö­rül­müş iş­lər­dən da­nı­şıb. Əra­zi po­lis or­qan­la­rı­nın mü­vəq­qə­ti sax­la­ma yer­lə­ri­nin mü­a­sir stan­dartla­ra uy­ğun ye­ni­dən qu­rul­ma­sı sa­hə­sin­də də zə­ru­ri təd­bir­lə­rin gö­rül­dü­yü, o cüm­lə­dən mü­a­sir in­for­ma­si­ya tex­no­lo­gi­ya­la­rı­nın im­kan­la­rın­dan ge­niş is­ti­fa­də olun­du­ğu, hö­ku­mət, elə­cə də qey­ri-hö­ku­mət təş­ki­lat­la­rın­dan olan mü­şa­hi­də­çi­lə­rin  hə­min yer­lər­də azad və məh­du­diy­yət­siz mo­ni­to­rinq ke­çir­mə­lə­ri­nə la­zı­mi şə­ra­i­tin ya­ra­dıl­dı­ğı diq­qə­tə çat­dı­rı­lıb.

Na­zir res­pub­li­ka­da ic­ti­mai asa­yi­şin və təh­lü­kə­siz­li­yin tə­min edil­mə­sin­də, di­gər döv­lət or­qan­la­rı ilə bə­ra­bər, və­tən­daş cə­miy­yə­ti və küt­lə­vi in­for­ma­si­ya va­si­tə­lə­ri ilə qar­şı­lıq­lı əmək­daş­lıq çər­çi­və­sin­də də zə­ru­ri təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­di­yi­ni bil­di­rib. Həm­çi­nin, cə­miy­yət­də po­li­sin nü­fu­zu­na və iş­gü­zar imi­ci­nə xə­ləl gə­tir­mək­də ma­raq­lı olan bə­zi şəxslə­rin bu möv­zu­da ic­ti­mai rə­yi çaş­dır­ma­ğa yö­nəl­miş cəhdlə­ri, nü­fuz­lu bey­nəl­xalq təş­ki­lat­la­ra, o cüm­lə­dən Av­ro­pa Şu­ra­sı­na qə­rəz­li ola­raq əsas­sız və qey­ri-ob­yek­tiv mü­ra­ci­ət­lər ün­van­la­ma­la­rı tə­əs­süf­lə qeyd olu­nub.

Cə­nab Mi­ko­la Qna­tovski sə­mi­mi qə­bu­la və ət­raf­lı mə­lu­ma­ta gö­rə tə­şək­kür edib, rəh­bər­lik et­di­yi qu­rum tə­rə­fin­dən ötən il hə­ya­ta ke­çi­ril­miş mo­ni­to­rinq za­ma­nı aş­kar­la­nan ça­tış­maz­lıq­la­rın qı­sa müd­dət­də ara­dan qal­dı­rıl­ma­sın­dan, ve­ri­lən töv­si­yə­lə­rin nə­zə­rə alın­ma­sın­dan, ey­ni za­man­da, in­san və və­tən­daş hü­quq və azad­lıq­la­rı­nın po­zul­ma­sı hal­la­rı­na Na­zir­li­yin rəh­bər­li­yi­nin hər za­man prin­si­pi­al möv­qe­dən ya­naş­ma­sın­dan məm­nun­lu­ğu­nu ifa­də edib, qar­şı­lıq­lı fay­da­lı əmək­daş­lı­ğın bun­dan son­ra da da­vam et­di­ril­mə­sin­də ma­raq­lı ol­duq­la­rı­nı vur­ğu­la­yıb. 

Gö­rüş­də tə­rəf­lə­ri ma­raq­lan­dı­ran bir sı­ra di­gər mə­sə­lə­lər də mü­za­ki­rə olu­nub.

Xə­bər xid­mə­ti

Son xəbərlər