13/12/2017 05:38
728 x 90

Baş Pro­ku­ror­luq Pre­zi­dent sə­rən­ca­mı­na uy­ğun gö­rü­lə­cək iş­lə­ri mü­za­ki­rə et­di

img

Fev­ra­lın 16-da Baş Pro­ku­ror­luq­da Pre­zi­dent İl­ham Əli­ye­vin 10 fev­ral 2017-ci il ta­rix­li "Pe­ni­ten­si­ar sa­hə­də fə­a­liy­yə­tin tək­mil­ləş­di­ril­mə­si, cə­za si­ya­sə­ti­nin hu­ma­nistləş­di­ril­mə­si və cə­miy­yət­dən təc­ri­det­mə ilə əla­qə­dar ol­ma­yan al­ter­na­tiv cə­za və pro­ses­su­al məc­bu­riy­yət təd­bir­lə­ri­nin tət­bi­qi­nin ge­niş­lən­di­ril­mə­si ba­rə­də" Sə­rən­ca­mın­dan irə­li gə­lən mə­sə­lə­lə­rin və qar­şı­da du­ran və­zi­fə­lə­rin mü­za­ki­rə­si­nə həsr olun­muş əmə­liy­yat mü­şa­vi­rə­si ke­çi­ri­lib.

Təd­bir­də Baş pro­ku­ror cə­nab Za­kir Qa­ra­lov çı­xış edə­rək bil­di­rib ki, hə­min Sə­rən­cam mü­kəm­məl şə­kil­də ha­zır­lan­mış stra­te­ji əhə­miy­yə­tə ma­lik bir sə­nəd ol­maq­la öl­kə­nin hü­quq sis­te­mi­nin əsas­lı şə­kil­də ye­ni­lən­mə­si­nə və mü­a­sir­ləş­mə­si­nə im­kan ya­ra­da­caq. Ey­ni za­man­da bu mü­hüm sə­nəd ci­na­yət-hü­quq si­ya­sə­ti­nin li­be­ral­laş­dı­rıl­ma­sı, bö­yük ic­ti­mai təh­lü­kə tö­rət­mə­yən və az ağır ci­na­yət­lə­rə gö­rə həbs və azad­lıq­dan məh­ru­met­mə təd­bir­lə­ri­nin tət­bi­qi­nin məh­dud­laş­dı­rıl­ma­sı, ci­na­yət­lə­rin dek­ri­mi­nal­laş­dı­rıl­ma­sı, ci­na­yət tə­qi­bi və cə­za­la­rın ic­ra­sı sa­hə­sin­də kor­rup­si­ya­ya şə­ra­it ya­ra­dan hal­la­rın ara­dan qal­dı­rıl­ma­sı və mü­a­sir in­for­ma­si­ya-kom­mu­ni­ka­si­ya tex­no­lo­gi­ya­la­rı­nın tət­bi­qi üçün kompleks insti­tu­si­o­nal, qa­nun­ve­ri­ci və prak­tik təd­bir­lə­rin gö­rül­mə­si­ni nə­zər­də tut­maq­la növ­bə­ti is­la­hat­la­rın hə­ya­ta ke­çi­ril­mə­si­nə mü­hüm tə­kan ve­rə­cək.

Xü­su­si vur­ğu­la­nıb ki, in­san hü­quq­la­rı­nın da­ha eti­bar­lı qo­run­ma­sı­na xid­mət edə­cək hə­min sə­rən­ca­mın qə­bul edil­mə­si öl­kə­də cə­za si­ya­sə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­si sa­hə­sin­də möv­cud və­ziy­yə­tə da­ir təh­lil­lə­rə əsas­la­nır. Apa­rıl­mış təh­lil­lər gös­tə­rir ki, ib­ti­dai is­tin­taq və məh­kə­mə ic­ra­a­tı za­ma­nı bö­yük ic­ti­mai təh­lü­kə tö­rət­mə­yən və az ağır, o cüm­lə­dən iq­ti­sa­di fə­a­liy­yət sa­hə­sin­də ci­na­yət­lə­rə gö­rə həbs qə­tim­kan təd­bi­ri­nin ge­niş tət­biq edil­mə­si, ha­be­lə hə­min ci­na­yət­lə­rə gö­rə azad­lıq­dan məh­rum et­mə­nin di­na­mi­ka­sı­nın artma­sı məh­kum­la­rın sa­yı­nın ço­xal­ma­sı­na və pe­ni­ten­si­ar mü­əs­si­sə­lə­rin yük­lən­mə­si­nə sə­bəb olur.

Əmə­liy­yat mü­şa­vi­rə­sin­də Pre­zi­dent Ad­mi­nistra­si­ya­sı­nın Hü­quq-mü­ha­fi­zə or­qan­la­rı ilə iş şö­bə­si­nin sek­tor mü­di­ri Vü­sal İsa­yev, Baş pro­ku­ro­run mü­a­vi­ni Na­miq Əs­gə­rov, Ali Məh­kə­mə­nin Ci­na­yət Kol­le­gi­ya­sı­nın səd­ri Şa­hin Yu­si­fov, Baş pro­ku­ror ya­nın­da Kor­rup­si­ya­ya qar­şı Mü­ba­ri­zə Baş İda­rə­si­nin rə­i­si Kam­ran Əli­yev, Da­xi­li İş­lər Na­zir­li­yi­nin Baş İs­tin­taq və Təh­qi­qat İda­rə­si­nin rə­i­si Sər­vər Meh­rə­li­yev, Əd­liy­yə Na­zir­li­yi­nin Təş­ki­lat-nə­za­rət baş ida­rə­si­nin rə­i­si El­çin Qa­sı­mov, Döv­lət Təh­lü­kə­siz­lik Xid­mə­ti­nin İs­tin­taq Baş ida­rə­si­nin rə­i­si Hə­sən Man­su­rov, Baş pro­ku­ro­run bö­yük kö­mək­çi­si Mü­ba­riz Əh­mə­dov Sə­rən­cam­dan irə­li gə­lən mə­sə­lə­lər ət­ra­fın­da çı­xış­lar edib, sə­nə­din ic­ra­sı ilə əla­qə­dar gö­rü­lə­cək iş­lər mü­za­ki­rə edi­lib.

Təd­bi­rə ye­kun vu­ran Baş pro­ku­ror döv­lət baş­çı­sı­nın ver­di­yi tap­şı­rıq­la­rın vax­tın­da və key­fiy­yət­lə ic­ra­sı­nı tə­min et­mək üçün rəy və tək­lif­lə­rin ha­zır­la­na­raq qı­sa müd­dət ər­zin­də iş­çi qru­pu­na təq­dim olun­ma­sı, elə­cə də möv­cud nöq­san­la­rın ara­dan qal­dı­rıl­ma­sı və gə­lə­cək­də tək­rar­lan­ma­ma­sı ilə bağ­lı konkret gös­tə­riş­lər ve­rib.

Xə­bər xid­mə­ti

Son xəbərlər