20/02/2017 22:37
728 x 90

Rusiya və ABŞ Baş Qərargah rəisləri Bakıda razılığa gəldi

img

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford Bakıda bir araya gəlib.

Baki-xeber.com Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, görüşdə tərəflər Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparıb.

Gerasimovla Danfordun görüşündə, Avropa, Yaxın Şərq, Şimali Afrika və digər regionlarda beynəlxalq təhlükəsizliklə bağlı məsələlər də müzakirə edilib.

Söhbət zamanı hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması ilə bağlı birgə işin, habelə gərginlik və insident risqlərinin azaldılmasının istiqamətləri müəyyən edilib.

Tərəflər görüşdə əlaqələrin davam etdirilməsinə dair razılıq əldə ediblər.

Son xəbərlər