20/02/2017 22:37
728 x 90

Xan­lar Və­li­yev jur­na­listlə­rə Hər­bi Pro­ku­ror­lu­ğun nə­za­rə­tin­də olan ən ak­tu­al bir ne­çə mə­sə­lə­dən da­nış­dı

img

Xo­ca­lı fa­ci­ə­si­nin baş ver­mə­sin­də mü­əy­yən qə­dər pay hə­min dövrdə Azər­bay­ca­na rəh­bər­lik edən adam­la­rın da üzə­ri­nə dü­şür. "Trend"in mə­lu­ma­tı­na gö­rə, bu ba­rə­də res­pub­li­ka hər­bi pro­ku­ro­ru Xan­lar Və­li­yev bil­di­rib.

Hər­bi pro­ku­ror xa­tır­la­dıb ki, Xo­ca­lı fa­ci­ə­si nə­ti­cə­sin­də 613 nə­fər azər­bay­can­lı qət­lə ye­ti­ri­lib: "Am­ma o za­man­kı da­xi­li iş­lər na­zi­ri və Azər­bay­ca­nın pre­zi­den­ti Ayaz Mü­təl­li­bov mə­i­şət mü­ba­hi­sə­si zə­mi­nin­də cə­mi iki nə­fə­rin qət­lə ye­ti­ril­di­yi­ni de­miş­di".

"Tək­cə ap­rel ha­di­sə­lə­ri de­yil, ümu­miy­yət­lə, hər­bi his­sə­lər­də is­tər öz hərbçi­lə­ri­miz tə­rə­fin­dən, is­tər­sə də Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri tə­rə­fin­dən tö­rə­di­lən hər bir kri­mi­nal ha­di­sə in­san­lıq əley­hi­nə olan ha­di­sə ki­mi hər­bi pro­ku­ror­luq tə­rə­fin­dən dər­hal fik­sə olu­nur" - de­yən hər­bi pro­ku­ror bil­di­rib ki, hər han­sı bir ha­di­sə baş ve­rən ki­mi ha­di­sə yer­lə­ri mü­a­yi­nə olu­nur, ci­na­yət işi baş­la­nı­lır: "Ap­rel ha­di­sə­lə­ri ilə də bağ­lı ci­na­yət işi baş­la­nıb. Er­mə­ni si­lah­lı qüv­və­lə­ri tə­rə­fin­dən qət­lə ye­ti­ril­miş Azər­bay­can əs­gər­lə­ri­nin me­yit­lə­ri mü­a­yi­nə olu­nub, la­zı­mi is­tin­taq əmə­liy­yat­la­rı apa­rı­lıb. Er­mə­nis­ta­nın hər­bi qüv­və­lə­ri tə­rə­fin­dən Azər­bay­ca­nın Tər­tər ra­yo­nu­nun kən­di­nə bey­nəl­xalq faktlar­la is­ti­fa­də­si qa­da­ğan olun­muş fos­for­lu mər­mi atı­lıb. Bu­nun­la bağ­lı is­tin­taq hə­rə­kət­lə­ri apa­rı­lır. Xa­ri­ci öl­kə­lə­rin Azər­bay­can­da təm­sil olu­nan dip­lo­ma­tik nü­ma­yən­də­lik­lə­ri də ora­da iş­ti­rak edib­lər".

X.Və­li­yev bil­di­rib ki, bu faktla­rın bey­nəl­xalq ic­ti­ma­iy­yə­tə çat­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də də iş­lər apa­rı­lır.

Həm­çi­nin, bir müd­dət əv­vəl tə­mas xət­tin­də er­mə­ni­lər tə­rə­fin­dən gi­rov gö­tü­rül­müş Bər­də ra­yon sa­ki­ni El­nur Hü­seynza­də ilə bağ­lı Res­pub­li­ka Hər­bi Pro­ku­ror­lu­ğu araş­dır­ma­la­ra baş­la­yıb. Xan­lar Və­li­yev de­yib ki, onun söz­lə­ri­nə gö­rə, E.Hü­seynza­də əv­vəl­lər hər­bi­də xid­mət edib: "Am­ma düş­mən tə­rə­fi­nə keç­məz­dən əv­vəl hər­bi xid­mət­dən tər­xis olun­ma­sı ba­rə­də əm­ri var. Bu­nun­la bağ­lı ha­zır­da araş­dır­ma apa­rı­lır".

Xan­lar Və­li­yev Azər­bay­can Si­lah­lı Qüv­və­lə­rin­də in­ti­har hal­la­rı­nın sa­yı­nın azal­dı­ğı­nı da de­yib.

O qeyd edib ki, in­ti­har tək­cə hər­bi his­sə­lər­də, Azər­bay­can­da yox, dün­ya­nın hər ye­rin­də ar­tıb: "Am­ma biz­də çox gö­zəl nə­ti­cə­dir ki, il­dən-ilə Azər­bay­can Si­lah­lı Qüv­və­lə­rin­də və tək­cə Mü­da­fiə Na­zir­li­yin­də de­yil, di­gər si­lah­lı bir­ləş­mə­lər­də də baş ve­rən in­ti­har ha­di­sə­lə­ri­nin sa­yı hər il azal­maq­da da­vam edir.

Bu­nun müx­tə­lif sə­bəb­lə­ri olur. Hər­bi xid­mət­lə bağ­lı mə­sə­lə­lər­lə də olur".

X.Və­li­yev bil­di­rib ki, bə­zi­lə­ri hər­bi xid­mə­tin gər­gin­li­yi­nə dö­zə bil­mir: "Ni­zam­na­mə ilə tə­ləb olu­nan hə­rə­kət­lə­ri et­mir, bir-bi­ri­nə qar­şı ni­zam­na­mə­dən kə­nar qa­nun­suz hə­rə­kət­lər tö­rə­dir­lər. Bə­zi ha­di­sə­lər isə ai­lə-mə­i­şət mə­sə­lə­lə­ri ilə bağ­lı olur. Hər­bi­də baş ve­rən hər bir in­ti­har ha­di­sə­si, ümu­miy­yət­lə ölüm­lə nə­ti­cə­lə­nən ha­di­sə­lər hər­bi pro­ku­ror­luq tə­rə­fin­dən qey­də alı­nır və bu ha­di­sə­lər üz­rə ci­na­yət işi baş­la­nır, is­tin­taq olu­nur. Hə­min ha­di­sə­lər­də hər han­sı şəx­sin gü­na­hı mü­əy­yən olu­nur­sa, o, ci­na­yət mə­su­liy­yə­ti­nə cəlb olu­nur".

Baki-xeber.com

Son xəbərlər