17/12/2017 14:07
728 x 90

55 xa­ri­ci dip­lo­mat er­mə­ni­lə­rin cə­mi 4 ay­da xa­ra­ba gü­nə qoy­du­ğu kən­di­mi­zi ye­rin­də­cə gör­dü... - FOTO

img

Ru­si­ya sə­fi­ri: "Dağ­lıq Qa­ra­bağ mü­na­qi­şə­si­nin həl­li ilə da­ha cid­di məş­ğul ol­ma­lı­yıq"

Bol­qa­rıs­tan sə­fi­ri: "Co­cuq Mər­can­lı­da bir ne­çə il son­ra da­ha çox in­sa­nın ya­şa­ya­ca­ğı­na ümid edi­rik"

 

Xa­ri­ci öl­kə­lə­rin Azər­bay­can­da akkre­di­tə olun­muş dip­lo­ma­tik nü­ma­yən­də­lə­ri­nin və bey­nəl­xalq təş­ki­lat­la­rın rəh­bər­lə­ri­nin Cəb­ra­yıl ra­yo­nu­nun iş­ğal­dan azad edil­miş Co­cuq Mər­can­lı kən­di­nə sə­fə­ri təş­kil olu­nub.

Qaç­qın­la­rın və Məc­bu­ri Köç­kün­lə­rin İş­lə­ri üz­rə Döv­lət Ko­mi­tə­sin­dən ve­ri­lən mə­lu­ma­ta gö­rə, nü­ma­yən­də he­yə­ti Co­cuq Mər­can­lı­da hə­ya­ta ke­çi­ri­lən ye­ni­dən­qur­ma və ti­kin­ti iş­lə­ri ilə ya­xın­dan ta­nış olub.

Baş na­zi­rin mü­a­vi­ni, Qaç­qın­la­rın və Məc­bu­ri Köç­kün­lə­rin İş­lə­ri üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Əli Hə­sə­nov iş­ğal al­tın­da qal­dı­ğı müd­dət­də er­mə­ni­lə­rin Co­cuq Mər­can­lı­da tö­rət­dik­lə­ri vəh­şi­lik­lər, elə­cə də Azər­bay­can Pre­zi­den­ti­nin sə­rən­ca­mı ilə ha­zır­da bu­ra­da gö­rü­lən bər­pa iş­lə­ri ba­rə­də 55 nə­fər­lik nü­ma­yən­də he­yə­ti­nə ət­raf­lı mə­lu­mat ve­rib.

Ə.Hə­sə­nov xa­ri­ci qo­naq­la­ra, 4 ay iş­ğal al­tın­da qal­ma­sı­na bax­ma­ya­raq, er­mə­ni­lə­rin Co­cuq Mər­can­lı­da bö­yük da­ğın­tı­lar tö­rət­mə­sin­dən da­nı­şıb. Er­mə­ni van­da­liz­mi­nə diq­qət çə­kən Ko­mi­tə səd­ri er­mə­ni­lə­rin uzun il­lər Lə­lə­tə­pə yük­sək­li­yin­dən kən­di atəş al­tın­da sax­la­dı­ğı­nı bil­di­rib.

Ə.Hə­sə­nov öl­kə Pre­zi­den­ti­nin fər­ma­nı­na əsa­sən kənddə sa­lı­na­caq ye­ni ya­şa­yış mas­si­vi üçün nə­zər­də tu­tu­lan 10 hek­tar əra­zi­nin 60 fa­i­zin­də mi­na­dan tə­miz­lən­mə iş­lə­ri apa­rıl­dı­ğı­nı diq­qə­tə çat­dı­rıb. Ə.Hə­sə­nov bu za­man su qu­yu­sun­dan 5 ədəd partla­ma­mış mi­na­a­tan mər­mi­si aş­kar­lan­dı­ğı­nı da diq­qə­tə çat­dı­rıb.

Ə.Hə­sə­nov bil­di­rib ki, Co­cuq Mər­can­lı kən­din­də ya­xın za­man­lar­da 150 ev­lik ye­ni qə­sə­bə­nin ti­kin­ti­si­nə baş­la­na­caq. O de­yib ki, qə­sə­bə­də təh­sil, sə­hiy­yə, mə­də­niy­yət ocaq­la­rı da in­şa olu­na­caq.

Ə.Hə­sə­nov "Azər­bay­can­da iş­ğal­dan azad olu­nan kəndlə­rə qa­yı­dış baş­la­yıb, er­mə­ni­lər isə Qa­ra­bağ­dan küt­lə­vi köç edir", de­yə bil­di­rib. Son­ra qo­naq­lar ANA­MA-nın bri­finq sa­hə­si­ni gə­zib­lər. Dip­lo­mat­la­ra kən­din coğ­ra­fi möv­qe­yi ba­rə­də mə­lu­mat ve­ri­lib. Xü­su­si ha­zır­la­nan əra­zi­dən ke­çən xa­ri­ci nü­ma­yən­də­lər kənddə in­şa olu­na­caq mək­təb bi­na­sı­nın bü­növ­rə­si­nin qa­zıl­ma­sı pro­se­si­lə ta­nış olub. Da­ha son­ra dip­lo­mat­lar Co­cuq Mər­can­lı­da ya­şa­yan Hə­zi­yev­lər ai­lə­si­nə baş çə­kib.

Qeyd edək ki, sə­fər Pre­zi­dent İl­ham Əli­ye­vin yan­va­rın 30-da re­gi­on­la­rın 2014-2018-ci il­lər­də so­si­al-iq­ti­sa­di in­ki­şa­fı Döv­lət Proq­ra­mı­nın ic­ra­sı­nın üçün­cü ili­nin ye­kun­la­rı­na həsr olun­muş konfransda ver­di­yi tap­şı­rıq­la­ra uy­ğun ola­raq təş­kil edi­lib.

"Bü­tün sə­fir­lər bu­ra­da­dır, yal­nız 5-6 sə­fir gə­lə bil­mə­yib. On­la­rın bə­zi­lə­ri üzrlü sə­bəb­dən bu­ra­da de­yil. ABŞ sə­fi­ri, bir də Qı­zıl Xaç Ko­mi­tə­si­nin Ba­kı­da­kı nü­ma­yən­də­li­yi­nin rəh­bə­ri gəl­mə­yib. Tə­əs­süf edi­rəm ki, on­lar bu­ra­da de­yil­lər". APA-nın xə­bə­ri­nə gö­rə, bu­nu da Əli Hə­sə­nov de­yib.

"ABŞ sə­fi­ri öl­kə­də­dir, Qı­zıl Xaç Ko­mi­tə­si isə be­lə izah edib ki, gu­ya ni­zam­na­mə­si­nə gö­rə on­lar be­lə təd­bir­lər­də iş­ti­rak edə bil­mir­lər. Be­lə ni­zam­na­mə­yə inan­mı­ram. Hal­bu­ki, on­lar cəb­hə böl­gə­si­nə get­mə­lə­ri üçün də­fə­lər­lə bi­zə mü­ra­ci­ət edir. Biz bə­zən ica­zə ve­ri­rik, bə­zən isə yox. Am­ma on­lar hə­mi­şə cəb­hə xət­tin­də ol­maq is­tə­yir­lər. Cə­nab Pre­zi­den­tin məq­sə­di bu idi ki, xa­ri­ci öl­kə­lə­rin sə­fir­lə­ri, bey­nəl­xalq təş­ki­lat­lar - Av­ro­pa Şu­ra­sı, Av­ro­pa İt­ti­fa­qı və ATƏT nü­ma­yən­də­lə­ri er­mə­ni­lə­rin 4 ay iş­ğal­da olan bir ya­şa­yış mən­tə­qə­si­ni nə ha­la sal­dıq­la­rı­nı öz göz­lə­ri ilə gör­sün­lər. Bu­nu ATƏT-in fak­ta­raş­dı­rı­cı mis­si­ya­sı da təs­diq­lə­yib. Am­ma bir var ka­ğız üzə­rin­də ol­sun, bir də var göz­lə­ri ilə gör­sün­lər", - de­yə o vur­ğu­la­yıb.

"Bi­zim sə­fə­ri­miz bir tə­rəf­dən pro­fes­si­o­nal xa­rak­ter da­şı­yır, bu­ra­da in­for­ma­si­ya alı­rıq, am­ma di­gər tə­rəf­dən bu­nun emo­si­o­nal tə­rəf­lə­ri də var". Bu söz­lə­ri bir qrup sə­fir və bey­nəl­xalq təş­ki­lat nü­ma­yən­də­lə­ri ilə Cəb­ra­yıl ra­yo­nu­nun Co­cuq Mər­can­lı kən­di­nə sə­fər edən Ru­si­ya­nın Azər­bay­can­da­kı sə­fi­ri Vla­di­mir Do­ro­xin de­yib. O bil­di­rib ki, mü­na­qi­şə ba­rə­də ka­ğız­lar­dan oxu­maq və ya çı­xış­la­rı din­lə­mək­dən fərqli ola­raq, ora­da öz göz­lə­ri ilə hər şe­yi gö­rür, in­san­lar­la da­nı­şır­lar: "Bu, tə­bii bir da­ha o me­sa­jı ve­rir ki, biz mü­na­qi­şə­nin həl­li ilə da­ha cid­di məş­ğul ol­ma­lı­yıq.  Ru­si­ya ATƏT-in Minsk Qru­pu­nun həm­səd­ri ki­mi çox iş gö­rür və biz di­gər həm­kar­la­rı­mız­la bir­lik­də bu­nu et­mə­yə da­vam edə­cə­yik".

"Bu­ra­da bir ai­lə ilə ta­nış ol­duq. On­lar uzun il­lər­dir bu əra­zi­ni tərk et­mir. Bu bir da­ha on­la­rın Azər­bay­can tor­pa­ğı­na, əra­zi­si­nə sev­gi­si­ni gös­tə­rir". Bu­nu isə Bol­qa­rıs­ta­nın Azər­bay­can­da­kı sə­fi­ri Ma­ri­ya Xris­to­va de­yib. O bil­di­rib ki, hə­min və­tən­pər­vər­lik ru­hu­nu Co­cuq Mər­can­lı­da hiss et­di­lər: "Biz Azər­bay­ca­na hər şe­yin ən yax­şı­sı­nı di­lə­yi­rik və ar­zu edi­rik ki, bu yer­lər­də bir ne­çə il son­ra da­ha çox in­san ya­şa­sın, uşaq bağ­ça­la­rı ol­sun. Öl­kə Pre­zi­den­ti də bu ba­rə­də təd­bir­lər pla­nı mü­əy­yən edib. Bi­zi bu­nun ef­fek­ti­nə ina­nı­rıq. Tə­şək­kür edi­rəm ki, bi­zi bu­ra­ya gə­ti­rib­lər".

Xə­bər "Trend" və APA agentlik­lə­ri­nin mə­lu­mat­la­rı əsa­sın­da ha­zır­la­nıb.

Baki-xeber.com

Son xəbərlər