14/12/2017 10:10
728 x 90

Pre­zi­dent İl­ham Əli­yev İs­lam alə­mi­ni bir­ləş­dir­mək məq­sə­di­ni açıq ifa­də et­di - YENİLƏNDİ

2017-ci il "İs­lam həm­rəy­li­yi ili" elan edil­di

img

Yan­va­rın 10-da Pre­zi­dent İl­ham Əli­ye­vin sədrli­yi ilə Na­zir­lər Ka­bi­ne­ti­nin 2016-cı ilin so­si­al-iq­ti­sa­di in­ki­şa­fı­nın ye­kun­la­rı­na və qar­şı­da du­ran və­zi­fə­lə­rə həsr olu­nan ic­la­sı ke­çi­ri­lib.

Pre­zi­dent İl­ham Əli­yev ic­las­da gi­riş nit­qi söy­lə­yə­rək, 2016-cı il­də dün­ya­da və re­gi­on­da təh­lü­kə­lə­rin artdı­ğı­nı, qan­lı mü­ha­ri­bə­lə­rin da­vam et­di­yi­ni, hət­ta ye­ni mü­na­qi­şə ocaq­la­rı­nın ya­ran­dı­ğı­nı, iq­ti­sa­di in­ki­şaf­la bağ­lı və­ziy­yə­tin ağır­laş­dı­ğı­nı de­yib. Bil­di­rib ki, bü­tün bun­la­ra bax­ma­ya­raq, Azər­bay­can 2016-cı il­də öz inam­lı in­ki­şa­fı­nı da­vam et­di­rib, təh­lü­kə­siz­lik təd­bir­lə­ri tə­min olu­nub, xal­qı­mız sülh və əmi­na­man­lıq şə­ra­i­tin­də ya­şa­yıb. "Öl­kə­miz­də sa­bit­li­yin mən­bə­yi xal­qın ira­də­si və onun se­çi­mi­dir", - de­yən döv­lət baş­çı­sı ötən il qar­şı­da du­ran bü­tün və­zi­fə­lə­rin ic­ra edil­di­yi­ni, nef­tin qiy­mə­ti­nin aşa­ğı düş­mə­si fo­nun­da ya­ra­nan böh­ran­lı və­ziy­yət­dən çı­xış yo­lu ta­pıl­dı­ğı­nı bil­di­rib.

2016-cı ilin öl­kə­mi­zin ta­ri­xin­də də­rin iq­ti­sa­di is­la­hat­lar döv­rü ki­mi qa­la­ca­ğı­nı vur­ğu­la­yan Pre­zi­dent İl­ham Əli­yev qə­bul edi­lən qə­rar­lar nə­ti­cə­sin­də bun­dan son­ra da qey­ri-neft sek­to­ru­nun in­ki­şa­fı­nın diq­qət mər­kə­zin­də ola­ca­ğı­nı qeyd edib. Tə­sa­dü­fi de­yil ki, ke­çən il nef­tin qiy­mə­ti­nin 3-4 də­fə aşa­ğı düş­mə­si nə­ti­cə­sin­də ümu­mi da­xi­li məh­sul azal­sa da, qey­ri-neft sə­na­ye­sin­də 5, kənd tə­sər­rü­fa­tın­da isə 2,6 fa­iz ar­tım əl­də olu­nub.

Ke­çən il Azər­bay­ca­na 8 mil­yard dol­lar xa­ri­ci, 3,7 mil­yard dol­lar da­xi­li sər­ma­yə­nin qo­yul­du­ğu­nu de­yən Pre­zi­dent İl­ham Əli­yev vur­ğu­la­yıb ki, 2016-cı il­də əsas və­zi­fə­lər­dən bi­ri val­yu­ta eh­ti­yat­la­rı­nın qo­run­ma­sı idi və bu­na da na­il olun­du. Bə­zi neft öl­kə­lə­rin­dən fərqli ola­raq, Azər­bay­can Döv­lət Neft Fon­du­nun və­sa­it­lə­rin­dən sə­mə­rə­li is­ti­fa­də edil­di. Azər­bay­can­da gö­rü­lən iş­lə­rin bey­nəl­xalq ma­liy­yə qu­rum­la­rı tə­rə­fin­dən də yük­sək qiy­mət­lən­di­ril­di­yi­ni, Da­vos İq­ti­sa­di Fo­ru­mu­nun Azər­bay­can iq­ti­sa­diy­ya­tı­nı rə­qa­bət qa­bi­li­yət­li­li­yi­nə gö­rə 37-ci yer­də qə­rar­laş­dır­dı­ğı­nı de­yən döv­lət baş­çı­sı böh­ran­lı il­də be­lə öl­kə­də 100 min­dən çox da­i­mi iş ye­ri­nin açıl­dı­ğı­nı vur­ğu­la­yıb.

Pre­zi­dent İl­ham Əli­yev bil­di­rib ki, ötən il so­si­al mə­sə­lə­lə­rin həl­li ye­nə də diq­qət mər­kə­zin­də olub, ma­aş­lar 7, pen­si­ya­lar 8 fa­iz ar­tıb və ye­nə də artma­lı­dır. Bu­nun­la ya­na­şı, kom­mu­nal xid­mət­lə­rin di­fe­ren­sil­laş­dı­rıl­ma­sı da so­si­al əda­lət prin­si­pi­nə əsas­la­nıb, or­ta tə­bə­qə­nin ma­raq­la­rı nə­zə­rə alı­nıb. So­si­al si­ya­sə­tin tər­kib his­sə­si ki­mi 485 mək­təb tə­mir olu­nub, 29 ye­ni mək­təb ti­ki­lib, 41 tibb mü­əs­si­sə­si ti­ki­lib və ya tə­mir edi­lib. Məc­bu­ri köç­kün­lə­rin hə­yat şə­ra­i­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı diq­qət­də sax­la­nı­lıb. Bun­dan əla­və, "ASAN xid­mət" mər­kəz­lə­ri­nin sa­yı 11-ə çat­dı­rı­lıb. İn­di­yə qə­dər bu mər­kəz­lə­rə 13 mil­yon mü­ra­ci­ət da­xil olub, gös­tə­ri­lən xid­mət­lə­rin sa­yı ar­tı­rı­lıb. "ASAN vi­za"nın fə­a­liy­yə­tə baş­la­ma­sı öl­kə­mi­zə tu­rist axı­nı­nın da­ha da sü­rət­lən­mə­si­nə ge­niş im­kan­lar açıb. 2016-cı il­də Azər­bay­ca­na gə­lən tu­ristlə­rin sa­yı 11 fa­iz ar­tıb.

Ötən il bey­nəl­xalq əla­qə­lə­ri­mi­zin da­ha da ge­niş­lən­di­yi­ni de­yən Pre­zi­dent İl­ham Əli­yev 2016-cı il­də Azər­bay­ca­na 20-yə ya­xın döv­lət və hö­ku­mət baş­çı­sı­nın sə­fər et­di­yi­ni, bey­nəl­xalq təş­ki­lat­lar­la əla­qə­lə­rin ge­niş­lən­di­yi­ni bil­di­rib, Azər­bay­can tor­paq­la­rı­nın iş­ğal­dan azad olun­ma­sı və BMT-nin 4 qət­na­mə­si­nin ye­ri­nə ye­ti­ril­mə­si ilə bağ­lı Azər­bay­ca­nın möv­qe­yi­nin də­yiş­məz qal­dı­ğı­nı vur­ğu­la­yıb. 2016-cı ilin ap­re­lin­də tə­mas xət­tin­də baş ve­rən dö­yüş­lə­rə to­xu­nan Pre­zi­dent İl­ham Əli­yev əks hü­cum əmə­liy­ya­tı nə­ti­cə­sin­də or­du­mu­zun düş­mə­nə sar­sı­dı­cı zər­bə­lər vur­du­ğu­nu və min­lər­lə hek­tar tor­pa­ğın iş­ğal­dan azad edil­di­yi­ni bil­di­rib.

2016-cı ilin va­cib ha­di­sə­lə­rin­dən da­nı­şar­kən Pre­zi­dent İl­ham Əli­yev "Cə­nub Qaz Dəh­li­zi"nin və "Şah­də­niz-2" la­yi­hə­si­nin ic­ra­sı ilə bağ­lı bü­tün ad­dım­la­rın atıl­dı­ğı­nı, TA­NAP la­yi­hə­si­nin bö­yük his­sə­si­nin ic­ra edil­di­yi­ni, Şi­mal-Cə­nub nəq­liy­yat dəh­li­zi­nin ya­ra­dıl­ma­sı ilə bağ­lı təd­bir­lə­rin gö­rül­dü­yü­nü bil­di­rib.

2016-cı il­də id­man­çı­la­rı­mı­zın Rio Olim­pi­a­da­sın­da ta­ri­xi na­i­liy­yə­tə im­za at­dı­ğı­nı de­yən döv­lət baş­çı­sı sentyabrda baş tu­tan re­fe­ren­du­mun nə­ti­cə­lə­rin­dən də da­nı­şıb, onun xal­qı­mı­zın ira­də­si­ni əks et­dir­di­yi­ni diq­qə­tə çat­dı­rıb.

Ötən ilin öl­kə­miz­də "Mul­ti­kul­tu­ra­lizm ili" elan edil­di­yi­ni de­yən Pre­zi­dent İl­ham Əli­yev bu il çər­çi­və­sin­də Ba­kı­da bir ne­çə mö­tə­bər bey­nəl­xalq təd­bir­lə­rin ke­çi­ril­di­yi­ni, Ro­ma Pa­pa­sı­nın öl­kə­mi­zə sə­fə­ri za­ma­nı ver­di­yi bə­ya­nat­la­rın bir da­ha Azər­bay­ca­nın önə­mi­ni təs­diq­lə­di­yi­ni qeyd edib.

Son­ra Azər­bay­can Res­pub­li­ka­sı­nın mil­lət­lə­ra­ra­sı, mul­ti­kul­tu­ra­lizm və di­ni mə­sə­lə­lər üz­rə Döv­lət mü­şa­vi­ri Ka­mal Ab­dul­la­yev, Döv­lət Miq­ra­si­ya Xid­mə­ti­nin rə­i­si Fi­ru­din Nə­bi­yev və Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Və­tən­daş­la­ra Xid­mət və So­si­al İn­no­va­si­ya­lar üz­rə Döv­lət Agentli­yi­nin səd­ri İnam Kə­ri­mov gö­rü­lən iş­lər və qar­şı­da du­ran və­zi­fə­lər­lə bağ­lı mə­ru­zə edib.

Pre­zi­dent İl­ham Əli­yev ye­kun nit­qin­də in­şa­at sek­to­ru­nun can­lan­dı­rıl­ma­sı ilə bağ­lı bir çox təd­bir­lə­rin hə­ya­ta ke­çi­ril­di­yi­ni de­yib, bu pro­se­sin in­san­la­rın hə­yat şə­ra­i­ti­nin yax­şı­laş­dı­rıl­ma­sı­na, Ba­kı­nın da­ha da gö­zəl­ləş­mə­si­nə, həm də ti­kin­ti ma­te­ri­al­la­rı ba­za­rı­nın sti­mul­laş­dı­rıl­ma­sı­na xid­mət et­di­yi­ni bil­di­rib. Pre­zi­dent ya­nın­da Mən­zil İn­şa­a­tı Döv­lət Agentli­yi­nin fə­a­liy­yə­ti­ni vur­ğu­la­yan döv­lət baş­çı­sı qar­şı­da­kı il­lər­də pay­taxtda iki mi­nə ya­xın so­si­al mən­zi­lin in­şa olu­na­ca­ğı­nı və Ba­kı­da köh­nəl­miş mən­zil fon­du­nun ye­rin­də ye­ni­lə­ri­nin ti­kin­ti­si­nə start ve­ril­di­yi­ni, "Ağ şə­hər" la­yi­hə­si­nin uğur­la ic­ra olun­du­ğu­nu, qar­şı­da­kı dövrdə Aka­de­mik Mil­li Dram Te­at­rı­nın ar­xa­sın­da və Tə­zə Pir məs­ci­di­nin ət­ra­fın­da ge­niş abad­lıq iş­lə­ri­nin apa­rı­la­ca­ğı­nı, ic­ti­mai yer­lə­rin ya­ra­dı­la­ca­ğı­nı bil­di­rib.

2017-ci il­də mak­ro­iq­ti­sa­di sa­bit­li­yin tə­min edil­mə­si­nin, inflya­si­ya­nın bir­rə­qəm­li ol­ma­sı­nın va­cib­li­yi­ni vur­ğu­la­yan Pre­zi­dent İl­ham Əli­yev bank sek­to­ru­nun sağ­lam­laş­dı­rıl­ma­sı ilə bağ­lı bu il də ge­niş təd­bir­lə­rin gö­rü­lə­cə­yi­ni de­yib. Döv­lət baş­çı­sı sə­na­ye parkla­rı­nın ya­ra­dıl­ma­sı, kənd tə­sər­rü­fa­tı­nın, xü­su­si­lə də ta­xıl, pam­bıq, çay, ba­ra­ma və şə­rab is­teh­sa­lı­nın ar­tı­rıl­ma­sı, val­yu­ta gə­ti­rən mey­və plan­ta­si­ya­la­rı­nın sa­lın­ma­sı, hey­van­dar­lı­ğın in­ki­şa­fı ilə bağ­lı təd­bir­lə­rin gö­rül­mə­si­nin əhə­miy­yə­tin­dən da­nış­dı, is­teh­sal olu­nan məh­sul­lar üçün ye­ni ba­zar­la­rın ta­pıl­ma­sı­nın va­cib­li­yi­ni vur­ğu­la­yıb.

Öl­kə­də infrastruk­tu­run ya­ra­dıl­ma­sı, qaz­laş­dı­rıl­ma­nın apa­rıl­ma­sı, kənd yol­la­rı­nın ti­kin­ti­si, iç­mə­li su la­yi­hə­lə­ri­nin ic­ra­sı ilə bağ­lı tap­şı­rıq­la­rı­nı ve­rən Pre­zi­dent İl­ham Əli­yev hər­bi po­ten­si­a­lın güc­lən­di­ril­mə­si­nə da­ir əla­və təd­bir­lə­rin gö­rü­lə­cə­yi­ni bil­di­rib, eko­lo­ji təd­bir­lə­rin, öl­kə­yə tu­rist axı­nı­nın sti­mul­laş­dı­rıl­ma­sı­nın, "ASAN xid­mət"in coğ­ra­fi­ya­sı­nın və funksi­ya­la­rı­nın ge­niş­lən­di­ril­mə­si­nin, Ələt­də­ki Ba­kı Bey­nəl­xalq Də­niz Ti­ca­rət Li­ma­nı­nın ti­kin­ti­si­nin bi­rin­ci mər­hə­lə­si­nin tam ba­şa çat­dı­rıl­ma­sı­nın diq­qət mər­kə­zin­də sax­lan­dı­ğı­nı vur­ğu­la­yıb.

Pre­zi­dent İl­ham Əli­yev 2017-ci il­də Ba­kı­nın bir sı­ra bey­nəl­xalq təd­bir­lə­rə, həm­çi­nin İs­lam Həm­rəy­li­yi Oyun­la­rı­na ev sa­hib­li­yi edə­cə­yi­ni de­yib.

Döv­lət baş­çı­sı 2017-ci ili Azər­bay­can­da "İs­lam həm­rəy­li­yi ili" elan edib.

Döv­lət baş­çı­sı qeyd edib ki, İs­lam Həm­rəy­li­yi Oyun­la­rı­nın çox bö­yük mə­na­sı var: "Biz bu Oyun­la­rı ke­çir­mək­lə bir da­ha öz gü­cü­mü­zü, im­kan­la­rı­mı­zı gös­tə­rə­cə­yik, öz di­ni də­yər­lə­ri­mi­zə sa­diq­li­yi­mi­zi nü­ma­yiş et­di­rə­cə­yik və ça­lı­şa­ca­ğıq ki, İs­lam alə­mi­ni bir­ləş­di­rək".

İl­ham Əli­yev bil­di­rib ki, Azər­bay­can İs­lam alə­min­də çox bö­yük hör­mə­tə ma­lik bir öl­kə­dir: "Ba­xın, İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı­nın rəh­bər­lə­ri bi­zim öl­kə haq­qın­da nə­lər de­yir, ne­cə yük­sək qiy­mət­lər ve­rir­lər. Bə­zən bir-bi­ri ilə yol get­mə­yən mü­səl­man öl­kə­lə­ri də bi­zə bö­yük hör­mət­lə ya­na­şır­lar. Bax, bu­dur bi­zim si­ya­sə­ti­miz. Bi­zim si­ya­sə­ti­miz sə­mi­mi­dir, düz­gün­dür, əda­lət­li­dir prin­si­pi­al­dır və cə­sa­rət­li­dir. Bü­tün bun­la­rı nə­zə­rə ala­raq, mən 2017-ci ili Azər­bay­can­da "İs­lam Həm­rəy­li­yi ili" elan edi­rəm".

Döv­lət baş­çı­sı qeyd edib: "Dün­ya­da və böl­gə­də ge­dən təh­lü­kə­li pro­ses­lə­rə fi­kir ve­rər­kən bir da­ha gö­rü­rük ki, Azər­bay­can öz yo­lu­na sa­diq­dir, müs­tə­qil­lik, in­ki­şaf yo­lu ilə ge­dir. Biz ça­lış­mı­şıq və ça­lı­şa­ca­ğaq ki, bun­dan son­ra da öl­kə­mi­zi, xal­qı­mı­zı müm­kün olan risklər­dən qo­ru­yaq, öz müs­tə­qil yo­lu­mu­zu tə­min edək. Ar­tıq ta­rix və ət­raf­da baş ve­rən ha­di­sə­lər gös­tə­rir ki, bi­zim seç­di­yi­miz yol ye­ga­nə düz­gün yol­dur. Bu, müs­tə­qil­lik yo­lu­dur, sa­bit­lik, in­ki­şaf yo­lu­dur.

Biz bu çə­tin və böh­ran­lı şə­ra­it­dən şə­rəf­lə çı­xa bil­dik və ar­tıq gö­rül­müş iş­lər və bu il gö­rü­lə­cək iş­lər bu di­na­mi­ka­nı da­ha da güc­lən­di­rə­cək. İq­ti­sa­diy­yat da­ya­nıq­lı şə­kil­də in­ki­şaf edə­cək, qey­ri-neft sek­to­ru­muz in­ki­şaf edə­cək, ye­ni iş yer­lə­ri­nin ya­ra­dıl­ma­sı tə­min edi­lə­cək və əmi­nəm ki, bü­tün de­di­yim hə­dəf­lə­rə ça­ta­ca­ğıq".

Döv­lət baş­çı­sı da­ha son­ra de­yib: "Ap­rel dö­yüş­lə­ri həm bi­zim par­laq qə­lə­bə­miz­dir, həm bir da­ha Azər­bay­can döv­lə­ti­nin gü­cü­nü gös­tər­di, həm bir da­ha gös­tər­di ki, biz heç vaxt bu və­ziy­yət­lə ba­rış­ma­ya­ca­ğıq. Biz bü­tün təx­ri­bat­la­ra la­yiq­li ca­vab ve­rə­cə­yik. Ey­ni za­man­da, il­lər bo­yu Er­mə­nis­tan tə­rə­fin­dən ya­ra­dıl­mış mif ta­ma­mi­lə dar­ma­da­ğın edil­di. On­lar öz­lə­ri eti­raf edir­lər ki, xa­ri­ci yar­dım ol­ma­sa, bir həf­tə bi­zim qar­şı­mız­da du­ra bil­mə­yə­cək­lər".

 

Prezidentdən “Naxçıvanı dəmiryolu blokadasından çıxaracağıq” mesajı...

Naxçıvanı dəmiryolu blokadasından çıxaracağıq. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, keçən il digər vacib hadisələr baş verdi: “Biz enerji siyasətimizin təkmilləşdirilməsi istiqamətində növbəti addımlar atdıq. “Cənub” qaz dəhlizinin icrası uğurla davam etdirildi. Baxmayaraq ki, neft gəlirlərimiz üç-dörd dəfə azaldı, biz xaricdən kreditlər aldıq, eyni zamanda, daxili vəsait hesabına “Cənub Qaz Dəhlizi” və “Şahdəniz-2” layihələrinin icrası ilə bağlı bütün lazımi addımları atdıq. Deyə bilərəm ki, “Şahdəniz-2” layihəsi üzrə, - bu gün “Şahdəniz” dünya miqyasında ən böyük qaz-kondensat yataqlarından biridir, - işlərin 90 faizi artıq tamamlanıb və gələn il tamamilə başa çatacaq. TANAP layihəsinin böyük hissəsi icra edilib və “Cənub” qaz dəhlizinin digər seqmentləri istiqamətində də işlər gedir. Biz keçən il Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısını keçirdik. O toplantıda iştirak edən bütün ölkələr, Avropa Komissiyası, Amerika Birləşmiş Ştatları və “Cənub” qaz dəhlizinin bütün üzvləri qəbul edilmiş bəyanatda Azərbaycanın liderliyini bir daha göstərmişlər. Biz bu layihənin lideriyik, təşəbbüskarıyıq, aparıcı qüvvəsiyik. Biz o layihəni bütün dostlarımızla, tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə icra edirik”.

İlham Əliyev vurğulayıb ki, keçən il nəqliyyat sektorunda önəmli hadisələr baş verib: “Xüsusilə Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində çox ciddi addımlar atılmışdır. Keçən ilin yaz aylarında mən göstəriş vermişdim ki, ilin sonunadək bizim dəmir yolumuz İran sərhədinə qədər çatdırılmalıdır və artıq biz buna nail olduq. Təqribən 7-8 ay ərzində çatışmayan o hissəni inşa etdik və ondan əlavə, Astaraçay üzərində körpünü də biz tikdik və istifadəyə verdik. Yəni, Azərbaycan Şimal-Cənub dəhlizi ilə bağlı öz üzərinə düşən vəzifəni cəmi səkkiz ay ərzində yerinə yetirdi. İndi biz bu böyük layihənin işə düşməsi ilə bağlı əlavə təşəbbüslər irəli sürmüşük ki, bu prosesi sürətləndirək. Bu, həm bizə, həm qonşu ölkələrə, bütün dünyaya lazımdır. Bu layihənin icrası nəticəsində Hindistandan, Pakistandan gələn yüklər Azərbaycan ərazisindən İrana, Rusiyaya, Şimali Avropaya və əks istiqamətdə gedəcəkdir. Bu, böyük nəqliyyat hərəkatına gətirib çıxaracaq. Milyonlarla ton yük ərazimizdən keçəcək və minlərlə iş yeri yaradılacaq. Biz bu layihənin icrası ilə, eyni zamanda, Naxçıvanı da dəmiryolu blokadasından çıxaracağıq. Naxçıvan İran ərazisindən dəmir yolu vasitəsilə Azərbaycanla birləşəcək. Yəni, bu, tarixi layihədir və biz bunu qonşu, dost ölkələrlə birlikdə icra edirik”.

 

Ermənistana xəbərdarlıq...

“Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir”. Bunu da Azərbaycan Prezidenti deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir: “Beynəlxalq təşkilatlarda bizim sözümüz keçir və təsirimiz artır. Biz beynəlxalq əlaqələrimizi bu il də genişləndirəcəyik. Keçən il ölkəmizə 20-yə yaxın dövlət və hökumət başçısı rəsmi və işgüzar səfərlər etmişdir. Bu da bir göstəricidir. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işləmişik. İslam Əməkdaşlıq Təşkilatı Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və aprel ayında Azərbaycana Ermənistan tərəfindən edilən təcavüzlə bağlı kontakt qrupu yaratdı. Bu qrup artıq fəaliyyətə başlayır. Bu, bizim böyük uğurumuzdur. Son illər ərzində bizim fəaliyyətimiz nəticəsində Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qətnamələr qəbul etmişdir”.

Prezident qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir: “Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Keçən il ATƏT də bu məsələ ilə bağlı öz ciddi sözünü demişdir - status-kvo qəbuledilməzdir. Bu, aksiomdur və bu, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Budur, münaqişənin həlli yolları. Bunun başqa yolu ola bilməz. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq”.

İlham Əliyev xatırladıb ki, 2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusu işğalçılara çox ciddi zərbələr vurub: “Növbəti erməni hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirmiş və minlərlə hektar torpağı işğaldan azad etmişdir. Bu, bizim şanlı tarixi qələbəmizdir. Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı. İndi orada təmizlik işləri, bütün mənalarda təmizlik işləri aparılır. Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. İndi o ərazilərdə işğalçıların izi-tozu qalmayıb. Biz o bölgələrdə lazımi tədbirləri görəcəyik ki, vətəndaşlarımız oraya qayıtsınlar və artıq bu proses başlayır”.

Azərbaycan Prezidenti vurğulayıb ki, aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir: “Biz hərbçilərimizlə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirmişdir. Beləliklə, hesab edirəm ki, 2016-cı il münaqişənin həlli ilə bağlı çox önəmli il olmuşdur. Çünki qarşı tərəf – Ermənistan təşviş içində idi, vasitəçilərdən xahiş edirdi ki, tezliklə bu döyüşlər başa çatsın və onlar danışıqlar prosesinə qayıtmağa hazır olduqlarını bildirmişlər. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, onlar müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmişlər. Baxmayaraq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bu vaxta qədər rəhbərlik etmiş şəxslər sadəcə olaraq, böyük siyasi səhv buraxaraq ermənipərəst mövqe və qəbuledilməz fikirlər ifadə etmişlər. İndi biz hamımız onların aqibətinin necə olduğunu yaxşı bilirik. Yəni, aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik.

Biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur”.

 

Varlı təbəqə dövlətdən dotasiya, hansısa yardım gözləməməlidir

Prezident qeyd edib ki, 2017-ci ildə də maaş və pensiyaların artımı istiqamətində müsbət dinamika olacaq. Prezident bildirib ki, 2016-cı ildə sosial məsələlər də öz həllini tapıb: “Sosial siyasət daim bizim əsas prioritetlərimizdən biri olmuşdur. 2016-cı ildə maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Yenə də artmalıdır. Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır. Biz ünvanlı sosial yardım ilə bağlı çox önəmli addımlar atmışıq. Yəni, ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Bu yardımın məbləği artır və artmalıdır. Eyni zamanda, sosial ədalətlə bağlı 2016-cı ildə çox önəmli addımlar atılmışdır, xüsusilə kommunal tariflərlə bağlı. Yenə də deyirəm, ehtiyac içində yaşayanlara dövlət öz yardım əlini uzadır və daim bunu edəcəkdir. Orta təbəqənin maraqlarının qorunması üçün çox ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Varlı təbəqə isə dövlətdən dotasiya, hansısa yardım gözləməməlidir. Ona görə kommunal tariflərin diferensiasiyası da bax, bu sosial ədalət prinsipini əsas prinsip kimi götürmüşdür və hesab edirəm ki, sosial məsələlərin həlli işində biz 2016-cı ildə əldə edilmiş uğurlarla fəxr edə bilərik”.

Dövlət başçısı qeyd edib ki, gəlirlərimiz azalır, ancaq insanların maaşları artır: “Sosial infrastruktur layihələri icra edilmişdir. 485 məktəb təmir edilmişdir, 29 yeni məktəb tikilmişdir, 41 xəstəxana tikilmiş və ya təmir edilmişdir. Bax, biz bu layihələrə lazımi qədər vəsait ayırırıq və bu, bir daha bizim sosial siyasətimizi göstərir”.

İlham Əliyev deyib ki, Keçən il məcburi köçkünlərin problemlərinin həlli üçün yeni addımlar atılıb, yeni qəsəbələr salınıb: “Bu il də bu proses davam edəcək, yəni, bu məsələ daim diqqət mərkəzindədir. Əlimizdən gələni edirik və edəcəyik ki, məcburi köçkünlərin vəziyyətini daha da yaxşılaşdıraq”.

 

Bank sektoru ilə bağlı ciddi addımlar atılacaq

Prezident deyib ki, bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub. Dövlət başçısı qeyd edib ki, bu il Azərbaycanda makroiqtisadi sabitlik təmin edilməlidir, inflyasiya birrəqəmli olmalıdır: “Hesab edirəm ki, biz buna nail olacağıq. Makroiqtisadi sabitlik hər bir ölkənin iqtisadi dayanıqlılığı üçün əsas şərtlərdən biridir. Mən giriş sözümdə qeyd etdim, baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşdü, biz valyuta ehtiyatlarımızı, xüsusilə Neft Fondunun ehtiyatlarını qoruya bilmişik. Bu il də valyuta ehtiyatlarımızı qorumalıyıq və əminəm ki, biz valyuta ehtiyatlarımızın artımına da nail olacağıq”.

İlham Əliyev bildirib ki, keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı tədbirlər görülüb, cəza tədbirləri, inzibati tədbirlər görülüb: “Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olmuşdur. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.

Prezident vurğulayıb ki, 2016-cı il ağır il olsa da, qeyri-neft sənaye istehsalı artıb: “Bu il sənaye potensialının inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bizim artıq bir neçə sənaye parkımız var. Onların sırasında Sumqayıtdakı iki parkın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm – Texnologiyalar Parkı və Kimya Sənaye Parkı. Sumqayıt Kimya Sənaye Parkında böyük müəssisələrin yaradılması prosesi davam edir. Oraya qoyulan investisiyaların həcmi bir milyard dolları ötüb. Keçən il Mingəçevir Sənaye Parkının təməli qoyuldu. Hesab edirəm ki, gələn aydan etibarən burada artıq bütün inşaat işləri də başlanmalıdır. Mingəçevir Sənaye Parkında – o, yüngül sənayeyönümlüdür, - birinci mərhələdə doqquz müasir fabrik tikiləcək və minlərlə iş yeri yaradılacaq.

Keçən il Pirallahıda dərman preparatlarının istehsalı ilə bağlı təməlqoyma mərasimi keçirilmişdir. Pirallahı adasında həm yeni sənaye zonası, həm də turizm infrastrukturu yaradılır. Əminəm ki, bu il bu istiqamətdə ciddi addımlar atılacaq. Neftçala sənaye zonasının inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. İranlı tərəfdaşlarımızla birlikdə avtomobil istehsalı zavodunun təməli qoyuldu. Digər bir neçə zavodun tikintisi nəzərdə tutulur. Balaxanı Sənaye Parkında yaxşı işlər gedir. Masallı şəhərində sənaye zonası üçün yer ayrılıb və indi infrastruktur işləri gedir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, hər bir şəhərdə xüsusi sənaye sahəsi, sənaye parkı, zonası yaradılmalıdır. Artıq bu proses başlayır və digər şəhərlərdə də yerli icra orqanları, sahibkarlar əlbəttə ki, dövlətin dəstəyi ilə bu işləri görməlidirlər”.

 

Faşizm İslam aləmində yaranmayıb

“Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir”. Bunu da Prezident İlham Əliyev deyib. Dövlət başçısı xatırladıb ki, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək: “Bu da çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmişdir. Yəni, bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, İslam dünya üçün təhlükədir, İslamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər”.

İlham Əliyev bildirib ki, Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri “Stop İslam” deyirlər: “Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar”.

Prezident deyib ki, Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir: “Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz”.

 

Heç kim bizim qarşımızda heç bir tələb qoya bilməz...

“Heç kim bizim qarşımızda heç bir tələb qoya bilməz” deyən dövlət başçısı daha sonra qeyd edib: “Bu il biz “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı çox böyük işlər görəcəyik. Bu il həlledici il olacaq. Bu nəhəng layihəni maliyyələşdirmək üçün bizim kifayət qədər öz vəsaitimiz var. Beynəlxalq maliyyə qurumları da bu layihəyə vəsait ayırırlar. Ona görə yox ki, bizə belə xüsusi xoş münasibət bəsləyirlər. Ona görə ki, bu, səmərəli layihədir. İndi beynəlxalq maliyyə qurumları elə layihələri axtarırlar ki, o layihələr pul gətirsin. Bax, “Cənub Qaz Dəhlizi” o layihələrdəndir. Bu layihə həm iqtisadi cəhətdən çox səmərəlidir, həm də ki, enerji təhlükəsizliyi baxımından bir çox ölkələrin maraqlarını təmin edəcək, ilk növbədə Azərbaycanın. Ona görə, əgər kimsə düşünürsə ki, bu layihənin icrası ilə bağlı bizdə problem olacaq, o, səhv edir. Mən nəyə görə bunu deyirəm? Çünki bilirəm ki, bəzi siyasi dairələr neftin qiymətinin düşməsi ilə bağlı yaranmış vəziyyətdən istifadə edərək deyirlər ki, Azərbaycanın indi pulu azalıb, Azərbaycan indi ağır, çətin vəziyyətə düşüb, “Cənub” qaz dəhlizini maliyyələşdirmək üçün pulu yoxdur, ona görə, gəlin Azərbaycana təzyiq edək, öz tələblərimizi qoyaq, öz maraqlarımızı təmin edək ki, o şərtlə biz Azərbaycana kredit verə bilərik. Bax, bu, keçən il ərzində müşahidə edilən mənzərə idi, çox ucuz, necə deyərlər, çox ləyaqətsiz hərəkətlər idi”.

Azərbaycan Prezidenti vurğulayıb ki, heç bir kənar qüvvə bizi istəmədiyimiz layihəyə cəlb edə bilməz: “Bu, birincisi. Bizim üçün əsas dövlətimizin, xalqımızın maraqlarıdır. İkincisi, heç kim bizə heç nəyi diktə edə bilməz. Bunu yaxın tarix artıq göstərib, bütün bu səylər əbəsdir. Bizi bu vəziyyətlə şantaj etmək istəyənlər, sadəcə olaraq, özlərinə hörmət etmirlər və onlara olan-qalan, azalan inamı da tamamilə aradan götürürlər. Biz “Cənub Qaz Dəhlizi”ni də, bütün başqa layihələri də icra edəcəyik. Yenə də deyirəm, bu layihənin icrası bizə də, Avropaya da lazımdır. Bu layihənin icrası nəticəsində onların enerji təhlükəsizliyi təmin ediləcək. Ona görə, belə ucuz şantaj hərəkətləri yersizdir. Ancaq onu da qeyd etməliyəm ki, biz təkcə Avropa maliyyə qurumları ilə işləmirik, biz Asiya maliyyə qurumları ilə də işləyirik və daha da səmərəli işləyirik, daha asan yolla vəsait əldə edirik. Misal üçün, Asiya İnkişaf Bankı bu layihəyə böyük vəsait ayırır, özü də qısa müddət ərzində. Asiya İnfrastruktur Bankı da - biz özümüz də bu bankın təsisçisiyik, qısa müddət ərzində böyük vəsait ayırıb. Bu qaz Asiyaya getməyəcək, Avropaya gedəcək, ancaq vəsaiti biz Asiyadan alırıq. Ona görə, əgər kimsə düşünürsə ki, biz indi çətin, çıxılmaz vəziyyətdəyik və bizim qarşımızda hansısa əsassız tələb qoyula bilər, tamamilə yanlış yanaşmadır. Heç kim bizim qarşımızda heç bir tələb qoya bilməz. İstəyirlər əməkdaşlıq etsinlər, istəmirlərsə bizə də lazım deyil. “Cənub” qaz dəhlizini biz icra edəcəyik və vaxtında”.

 

Bakı daxmalardan, “naxolstroy” adlandırılan qanunsuz binalardan təmizlənəcək

Dövlət başçısı ölkəmizin 2017-ci ildə uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib: “Bütün sosial proqramlar icra ediləcək və iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılacaq.

2016-cı ilin iqtisadi göstəricilərini təhlil edərkən biz görürük ki, ümumi daxili məhsulun azalmasının əsas səbəbi dünya bazarlarında neftin qiymətinin aşağı düşməsidir və bundan irəli gələn dövlət investisiyalarının azalmasıdır. Ən çox tənəzzül inşaat sektorunda müşahidə olunurdu. İl ərzində görülmüş tədbirlər nəticəsində inşaat sektorunun canlandırılması istiqamətində önəmli addımlar atılmışdır. 2017-ci ildə də inşaat sektorunun inkişafı ilə bağlı lazımi tədbirlər görüləcək. Beləliklə, əminəm ki, Azərbaycanda bu il inşaat sektoru inkişaf edəcək. Bir çox layihələrin icrası nəzərdə tutulur. Onların arasında xüsusilə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini qeyd etmək istərdim. Keçən ay Yasamal rayonunda Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsinə start verildi. Əminəm ki, bu layihə uğurla icra ediləcək. Layihə çərçivəsində yeni bir şəhərcik yaradılacaq, hündürmərtəbəli 29 yaşayış binasının tikintisi nəzərdə tutulur. Məktəb, uşaq bağçası tikiləcək, infrastruktur yaradılacaq, yollar çəkiləcək. İki minə yaxın mənzil tikiləcək və güzəştli şərtlərlə vətəndaşlara, xüsusilə maddi imkanları məhdud olan ailələrə uzunmüddətli kreditlə veriləcək”.

İlham Əliyev qeyd edib ki, bununla yanaşı, Bakı şəhərində köhnəlmiş mənzil fondunun aradan qaldırılması və yerində müasir binaların tikintisi prosesinə də start verildi: “Əfsuslar olsun ki, şəhərimizin müxtəlif yerlərində vaxtı keçmiş, yöndəmsiz, bəzi hallarda qəzalı vəziyyətdə olan binaların sayı kifayət qədər çoxdur. Onların yerində yeni, müasir yaşayış binalarının tikintisi artıq başlanıb. Birinci layihə keçən ilin sonlarında Sabunçu rayonunda icra edildi və yeni gözəl bina istifadəyə verildi. Binanın açılışında şəxsən özüm iştirak etmişəm. Ona görə ki, buna çox böyük diqqət göstərirəm və hesab edirəm, bu birinci layihə rəmzi xarakter daşıyır. Bu, böyük yeniliyə start verən bir addımdır. Bu gün tikilməkdə olan, yaxuddakı sənədləri hazırlıq mərhələsində olan hündürmərtəbəli 60 yaşayış binasının mövcudluğu göstərir ki, bu proses şəhərimizdə geniş vüsət almışdır. Söhbət ondan gedir ki, yararsız, qəzalı vəziyyətdə olan evlərin, binaların yerində hündürmərtəbəli müasir binalar tikilsin. Köhnə mənzillərdə yaşayan vətəndaşlar müvəqqəti olaraq kirayədə qalacaqlar və onlara kirayə pulu veriləcək. Yeni binalar tikiləndən sonra həmin vətəndaşlar yeni binalarda, Sabunçu rayonundakı kimi daha da böyük mənzillərə sahib olacaqlar. Orada bəzi vətəndaşların mənzil sahəsi iki dəfə böyükdür. Həm də ki, onlar təmirli və gözəl mənzillərdə yaşayacaqlar.

Bu layihənin, bu təşəbbüsün çox böyük mənası var. Çünki ilk növbədə biz köhnəlmiş mənzil fondunu aradan götürürük. Digər tərəfdən, yeni binalar mövcud binaların yerində tikiləcək və beləliklə, yeni yerlərə ehtiyac olmayacaq. Mən bunu xüsusi qeyd etmək istəyirəm ki, bundan sonra Bakı şəhərində və digər böyük şəhərlərdə boş yerlərin ayrılmasına çox ciddi nəzarət ediləcək”.

Prezident bildirib ki, əgər sahibkarlar yaşayış binası tikmək istəyirlərsə, getsinlər vətəndaşların razılığını alsınlar, onların bütün məsələlərini həll etsinlər, kompensasiya ödəsinlər, yaxuddakı kirayə vəsaiti versinlər və o yerlərdə şəhər planına uyğun şəkildə, bütün memarlıq normalarına riayət etməklə binalar tiksinlər. Yanaşma belə olmalıdır və çox ciddi nəzarət olmalıdır. Müvafiq göstərişlər, qərarlar verilib:

“Biz keçən ay “Ağ şəhər” layihəsinin beş illiyini qeyd etmişik. Beş il ərzində şəhər içində şəhər yaratmışıq. Dağılmış, neftlə çirklənmiş “Qara şəhər” ərazisində indi ekoloji təmiz, müasir layihə artıq icra edilir. Onun bir hissəsi artıq icra edilib. Növbəti mərhələdə “Ağ şəhər” ərazisində əlavə 60 yaşayış binası da tikiləcək.

Beləliklə, mən üç layihəni qeyd etdim. Üç layihə çərçivəsində şəhərimizdə hündürmərtəbəli 150 yaşayış binası tikiləcək. Bundan əlavə, indi onlarla tikinti meydançasında işlər gedir. Beləliklə, biz inşaat sektorunu canlandıracağıq. Bu, bizə nə verəcək? İlk növbədə, mənzil fondu yeniləşir. Digər tərəfdən, şəhər daxmalardan, “naxolstroy” adlandırılan qanunsuz binalardan təmizlənəcək. Şəhərin görkəmi daha da yaxşılaşacaq. Tikinti materialları sektoru canlanacaq. Biz artıq böyük bir sənaye sahəsini yaratmışıq. İnşaat materiallarının bir çoxu Azərbaycanda istehsal olunur. Yəni, burada yerli materiallardan söhbət gedir. İdxaldan asılılıq böyük dərəcədə azalıb. Bu, tikinti materialları sektorunun da inkişafına xidmət göstərəcək. Təkcə sadaladığım layihələrin icrası nəticəsində minlərlə, on minlərlə yeni iş yeri yaradılacaq. Biz bilirik ki, keçən il bir neçə min iş yeri ixtisar olunub, xüsusilə inşaat sektorunda. Qeyd etdiyim kimi, inşaat sektorunda tənəzzül olmuşdur. Ona görə, biz bir neçə hədəfi güdmüş oluruq və şəhərimizin gözəlləşməsi, abadlaşması prosesi daha da sürətlə gedəcək. Bakı şəhəri indi dünyanın ən gözəl şəhərlərindən biridir. Bunu hamı etiraf edir. Mən istəyirəm ki, Bakının hər bir guşəsi, hər bir yeri, hər bir mikrorayonu şəhərin mərkəzində olan mənzərəyə uyğun olsun və biz buna nail olacağıq”.

Dövlət başçısı vurğulayıb ki, digər inşaat layihələrinin icrası da nəzərdə tutulur: “Xüsusilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının arxasındakı ərazidə təmizlik, köçürmə işlərinin birinci mərhələsi başa çatıb. O yerlərdə yaşayış binaları tikilməyəcək. O yerlərdə ictimai yerlər yaradılacaq. Yeni yol infrastrukturu yaradılacaq. Bu il ərzində artıq təsdiqlənmiş layihə tam icra edilməlidir. Biz yeni, böyük bir ictimai parkı şəhər sakinlərinə hədiyyə edəcəyik. Həmçinin ən müasir, geniş yol infrastrukturu da yaradılacaq. Eyni zamanda, bizim tarixi, dini abidəmiz olan Təzəpir məscidinin mənzərəsi tam fərqli olacaq. Təzəpir məscidinin qabağında böyük park yaradılacaq, ətrafı abadlaşdırılacaq. Beləliklə, həm məscidə giriş asanlaşacaq, eyni zamanda, kənardan da baxanda bizim tarixi, dini abidəmizin əzəməti daha da gözəl görünəcək.

İnşaat sektorunun inkişafı bütün bölgələrdə də nəzərdə tutulmalıdır. Bölgələrdə, şəhərlərdə hündürmərtəbəli binaların, sənaye zonalarının tikintisi prosesi getməlidir. Həm dövlət öz dəstəyini göstərəcək, həm də təbii ki, özəl sektor da burada fəal olmalıdır. Bununla bərabər, mən xüsusilə sahibkarlara müraciət edirəm, bax, dediyim layihələr çərçivəsində çox böyük işlər görüləcək. Ona görə, biz özümüzü hələ ki, hansı inşaat materialları ilə təmin edə bilmirik o sahələr yaradılmalıdır. İndi bizim İqtisadiyyat Nazirliyimizdə bütün məlumatlar var. Biz bir çox növlər üzrə inşaat materialları ilə özümüzü təmin edirik, bəzi malları idxal edirik. Bax, o malların istehsalı Azərbaycanda qurulmalıdır, həm idxaldan asılılıq azalacaq, həm də ki, özəl sektor, iş adamları buradan mənfəət götürəcəklər”.

Prezident bildirib ki, keçən il kənd təsərrüfatının inkişafında uğurlu il olub: “Biz artıma nail ola bildik. Bu il bu artım hesab edirəm ki, daha da böyük rəqəmlərlə ölçülməlidir. Kənd təsərrüfatı ilə bağlı bir neçə əsas istiqaməti qeyd etmək istərdim. Mən çox şadam ki, biz ilk növbədə Azərbaycanda uzun illər ərzində tənəzzülə uğrayan pambıqçılığı bərpa edə bilmişik. Artıq bərpa prosesi başlayıb. Biz pambıqçılığın şöhrətini qaytarırıq. Keçən il bir qədər gecikməyimizə baxmayaraq, biz yaxşı nəticələr əldə etdik. Əgər 2015-ci illə müqayisə etsək, - 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilmişdir, - görərik ki, 2016-cı ildə artıq 51 min hektarda pambıq əkilmişdir. Əgər 2015-ci ildə 35 min ton pambıq tədarük olunubsa, keçən il təxminən 90 min tona yaxın pambıq tədarük edilib. Bu il üçün bizim böyük planlarımız var. Bu planlar bu yaxınlarda qəbul ediləcək Dövlət İnvestisiya Proqramında da öz əksini tapacaq. Biz bu il pambıq sahələrini yenə də artırmalıyıq. Əgər keçən il 51 min hektarda pambıq əkilibsə, bu il ən azı 120 min hektarda pambıq əkilməlidir. Yəni, bu, real rəqəmdir, bir qədər az, bir qədər çox ola bilər, amma biz işimizi təxminən bu rəqəmlər ətrafında qurmalıyıq. Bütün lazımi tədbirlər görülüb, keçən il texnikalar alınıb, bu il də alınacaq. Lazımi aqrotexniki tədbirlər görülür. Yeni torpaq sahələrinə suyun verilməsi təmin edilir. Burada həm Prezident Administrasiyası, yerli icra orqanları, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Meliorasiya və digər qurumlar fəal işləyiblər. Biz bu il daha da yaxşı nəticələr gözləyirik. Ancaq bu il icra ediləcək bu layihə çərçivəsində 200 minə yaxın insan işə cəlb ediləcək. Biz subsidiyaları da, pambıq tarlalarında işləyənlərin tariflərini də qaldırmışıq və məşğulluğu da təmin edəcəyik. Qeyd etməliyəm ki, hazırda 27 rayonda pambıqçılıq inkişaf edir və biz bu il təxminən 200 min ton, ondan da çox pambıq tədarükünü gözləyirik”.

Dövlət başçısı qeyd edib ki, keçən il baramaçılıqla bağlı çox ciddi addımlar atılıb: “Mən burada da bir neçə rəqəmi qeyd etmək istərdim. Əfsuslar olsun ki, bu sahə də tamamilə yaddan çıxmışdır. Əfsuslar olsun ki, əvvəlki illərdə tut bağlarının böyük hissəsi kəsilmişdir, dağıdılmışdır. İndi biz bunu bərpa edirik. 2015-ci ildə 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdir, təkcə bir rayonda, Şəki rayonunda. 2016-cı ildə görülmüş tədbirlər nəticəsində bu rəqəm 70 tona çatıb. Bu il barama tədarükü keçən ilə nisbətən ən azı iki dəfə artmalıdır. Keçən il 1 milyon 700 min tut tingi əkilmişdir. Bölgələrdə bu sahəyə çox böyük maraq var. 30-40 gün ərzində insanlar yaxşı pul qazanırlar. Hazırda 37 rayonda baramaçılıq inkişaf edir. Əgər 2015-ci ildə bir rayonda idisə, hazırda 37 rayondadır və əlbəttə ki, bu coğrafiya da genişlənməlidir. Bax, əkilən bu tinglərin nəticəsində biz 2019-cu ildə 1300 ton barama istehsalını gözləyirik. Biz Şəki ipək kombinatının tam gücü ilə işləməsini də təmin edəcəyik.

Bizə kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən fındıqçılıqdır və xurma bağlarından əldə edilən məhsulun ixracıdır. Ona görə, biz bu iki istiqamətə də çox ciddi fikir vermişik. Keçən il 13 min hektarda fındıq bağları salınmışdır. Müqayisə üçün deyə bilərəm ki, bizim ümumi fındıq bağlarının sahəsi təxminən 30 min hektara yaxındır. Yəni, onun üçdəbir hissəsindən çoxunu biz bir il ərzində salmışıq və bu proses davam edir. Qarşıya məqsəd qoyulub ki, 2016-cı ildən başlayaraq bir neçə il ərzində biz əlavə 40 min hektarda fındıq bağları salaq və bu proses gedir. Bu, fermerlərin də böyük marağına səbəb olub. Bu, yaxşı gəlir mənbəyi olacaqdır. Burada da dövlət öz üzərinə böyük vəzifə götürüb. Çünki bütün bu lazımi avadanlıq, texniki tədbirlər və tinglərin alınması dövlət hesabına həyata keçirilir. Dövlət bunu alır və fermerlərə pulsuz verir. Bax, dövlətin bir daha demək istəyirəm ki, siyasəti özünü bu istiqamətdə də göstərir. Biz fındıqçılığın coğrafiyasını da genişləndiririk və hazırda 13 rayonda bu sahədə işlər gedir”.

İlham Əliyev deyib ki, valyuta gətirən ixrac məhsullarından biri olan badam Azərbaycanda əfsuslar ki, çox az istehsal edilir: “Biz hətta özümüzü bu məhsulla təmin edə bilmirik. Cəmi 1000 hektar badam bağlarımız var. Onların da böyük əksəriyyəti Naxçıvan Muxtar Respublikasındadır. Halbuki Abşeron yarımadasında, Bakıətrafı qəsəbələrdə və digər bölgələrdə badamçılıq üçün çox münbit təbii iqlim var. Ona görə, bu istiqamətdə də işlər görülməlidir, lazımi tədbirlər görülür, göstərişlər verilib, bax, bu sahə də inkişaf edəcək.

Zeytunçuluq. Əfsuslar olsun ki, biz özümüzü zeytunla təmin edə bilmirik. Yeni zeytun massivləri, plantasiyaları salınacaq və yığım tam təmin edilməlidir. Bəzi hallarda zeytun ya ağaclarda qalıb çürüyür, ya da yerə tökülüb zay olur. Burada da bütün işlər tənzimlənməlidir. Biz nəinki özümüzü tam təmin etməliyik, hətta böyük ixrac potensialımız da yaradılmalıdır”.

Azərbaycan Prezidenti tütünçülüklə bağlı tədbirlərin görüldüyünü də bildirib: “Artıq biz quru tütünü ixrac etmək üçün müvafiq danışıqlar aparmışıq və razılaşmalar əldə edilibdir. Keçən il 3500 ton quru tütün tədarük edilib. Bizim məqsədimiz birinci mərhələdə onu 3 dəfə artırmaqdır. Yəni, Azərbaycanda 10 min ton quru tütün istehsal olunmalıdır, oluna bilər. Sovet vaxtında 50-60 min ton quru tütün istehsal olunurdu. Bunun ərazisi də bəllidir və həmin torpaqdır. Sadəcə olaraq, fermerlərə kömək etmək lazımdır. Bu köməyi edirik və ondan sonra biz bunun ixracını da təmin etməliyik. Yeni ixrac bazarlarının axtarılması ilə bağlı çox ciddi addımlar atılır. Bu da valyuta gətirən sahədir. Nar, xurma bağlarının genişləndirilməsi istiqamətində işlər gedir. Üzümçülüklə bağlı hesab edirəm ki, daha da ciddi işlər aparılmalıdır və mənim tərəfimdən müvafiq göstərişlər verilib. Burada da həm yeni üzüm bağlarının salınması, eyni zamanda, şərab zavodlarının səmərəli fəaliyyəti, keyfiyyətin artırılması vahid bir kompleks yaratmalıdır.

Mən statistika ilə maraqlandım. Azərbaycanda il ərzində 20 milyon butulka şərab istehsal olunur. İxrac isə çox azdır. Bizim sahibkarlar şərab ixracından cəmi 2-3 milyon dollar pul əldə edirlər. Ona görə, Azərbaycan şərabını dünya bazarlarına çıxarmaq üçün çox ciddi addımlar atılıb. Biz bir neçə beynəlxalq sərgidə iştirak etmişik, kontraktlar bağlanıbdır. Dost, tərəfdaş ölkələrlə biz birbaşa bu danışıqları aparırıq ki, onlar öz bazarlarında bizim şərabımız üçün kvota ayırsınlar, biz öz şərabımızı ixrac edə bilək. Sahibkarlar da burada daha da fəal olmalıdırlar, onların marağındadır. Amma bizdə şərabçılıqla bağlı olan bu vəziyyət ciddi təhlil edilməlidir, həm iqtisadi qurumlar, həm Vergilər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən. Çünki burada çox qəribə bir mənzərə üzə çıxır. Bizim mövcud şərab zavodlarımızın illik istehsal gücü 100 milyon butulkadır. Bu zavodların böyük əksəriyyəti son illər ərzində tikilib, oraya böyük vəsait də qoyulub və müasir avadanlıq quraşdırılıb. Necə ola bilər ki, 100 milyon butulka istehsal gücü olan zavodlarda cəmi 20 milyon butulka şərab istehsal olunur. Ya bu pulu qoyan sahibkar pulunun qədrini bilmir, ya da ki, orada istehsal daha da böyükdür, o qeydiyyata düşmür. Necə deyərlər, orada qanunsuz istehsal baş verir. Ona görə, bu məsələ ciddi araşdırılmalıdır və qeyd etdiyim kimi, bütün müvafiq qurumlar mənə arayış hazırlasınlar və bu sahədə də qayda-qanun yaradılmalıdır. Bu, böyük gəlir gətirə biləcək bir sahədir. Vaxtilə Ulu Öndərin dövründə, 1970-ci illərdə 2 milyon ton üzüm yığılırdı. Kəndlilər böyük vəsait əldə etmişdilər. Əfsuslar olsun ki, sonra həm sovet rəhbərliyi, həm də ki, sovet rəhbərliyinin xoşuna gəlmək istəyən yerli rəhbərlər üzüm bağlarının bir hissəsini qırmışlar. Ancaq biz indi bərpa edirik. Bərpa edərkən biz gərək bütün zənciri nəzərə alaq, yoxsa üzüm bağlarını salacağıq, sonra hara satacağıq, harada emal olunacaq, harada satılacaq? Bax, bu vahid kompleks tədbirlər görülməlidir və burada aydınlıq olmalıdır”.

Dövlətimizin başçısı əlavə edib: “Biz çayçılığı da bərpa edirik. İndi yüzlərlə hektar çay bağları salınıb, çayçılıqla bağlı yeni texnologiyalar var və bu da cənub zonasının iqtisadi inkişafını təmin edəcək. Biz özümüzü keyfiyyətli çayla təmin etməliyik və xaricə də Azərbaycanda yetişdirilən çay ixrac etməliyik. Çünki hazırda biz daha çox xaricdən gətirilən çayı burada paketləyib ixrac edirik. O da yaxşıdır. Hər halda çayı idxal etməkdən daha yaxşıdır. Ancaq çalışmalıyıq ki, bizim emal müəssisələri yerli məhsul əsasında fəaliyyət göstərsin və bu, təkcə çayçılığa aid deyil. Biz çalışmalıyıq ki, Azərbaycanda məhsullar yerli xammal əsasında istehsal olunsun və ixrac edilsin. Bax, məqsəd bundan ibarətdir”.

İlham Əliyev deyib ki, keçən il heyvandarlıqla bağlı ciddi addımlar atılıb: “İndi yeni layihələr icra edilir. Biz bundan sonra heyvandarlığı ancaq qapalı şəraitdə inkişaf etdirməliyik. Bu, daha səmərəlidir və eyni zamanda, bizə imkan verəcək ki, bu gün səmərəsiz istifadə olunan örüş torpaqlarından səmərəli şəkildə istifadə edək. Onların təyinatı dəyişdirilməlidir. İndi harada mümkündür işlər gedir və biz onları da əkinə cəlb etməliyik.

Bir sözlə, kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Ona görə, mən bu sahəyə bu gün də ümumiyyətlə çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır. Biz ixracı şaxələndirməliyik və ilk növbədə kənd təsərrüfatı məhsulları hesabına. Biz realist olmalıyıq. Biz indi texnologiya ixrac edə bilmirik və edə bilmərik, vaxt lazımdır. Biz istədiyimiz səviyyədə maşın, mexanizm ixrac edə bilmirik. Heç özümüzü də təmin edə bilmirik. Biz nəyi ixrac edə biliriksə, diqqətimizi o real sektora yönəltməliyik. Burada kənd təsərrüfatı, emal sahəsi əlbəttə ki, ən böyük potensiala malikdir. Torpaqlardan səmərəli istifadə etməliyik və ixracımızı şaxələndirməliyik. Hesab edirəm ki, biz görüləcək tədbirlər sayəsində kənd təsərrüfatı məhsulları ixracını iki dəfə artıra bilərik. Bu, ölkəmizə daha çox valyuta, kənddə yaşayanlara isə əlavə vəsait gətirəcək”.

Son xəbərlər