23/03/2019 01:33
728 x 90

Azər­bay­can xa­ri­ci si­ya­sə­ti və mul­ti­kul­tu­ra­lizm...

img

Dün­ya­nın diq­qə­tin­də olan Azər­bay­can bir döv­lət ki­mi güc­lü bey­nəl­xalq əla­qə­lə­rə ma­lik­dir. Döv­lə­ti­mi­zin hə­ya­ta ke­çir­di­yi xa­ri­ci si­ya­sət hər za­man öz sə­viy­yə­si­nə gö­rə yük­sək olub. Ümu­miy­yət­lə, ta­ri­xən Azər­bay­can əra­zi­sin­də möv­cud olan bü­tün mil­li döv­lət, xan­lıq və sul­tan­lıq­lar xa­ri­ci si­ya­sə­tə çox bö­yük önəm ve­rib. Bi­li­rik ki, məm­lə­kə­ti­miz hər za­man to­le­rant, mul­ti­kul­tu­ral bir mə­kan ki­mi ta­nı­nıb. Bu­ra­da bü­tün xalqla­rın nü­ma­yən­də­lə­ri şad-xür­rəm ya­şa­yır. Ta­ri­xən Azər­bay­can döv­lə­ti öz to­le­rantlı­ğı, əmi­na­man­lı­ğı ilə dün­ya­nın diq­qə­tin­də olub.   

Qeyd edək ki, Azər­bay­ca­nın xa­ri­ci si­ya­sə­ti haq­qın­da ya­zan təd­qi­qat­çı­la­rın bil­dir­di­yi­nə gö­rə, Azər­bay­can Res­pub­li­ka­sın­da müs­tə­qil si­ya­sət an­la­yı­şı SSRİ-nin da­ğıl­ma­sı, im­pe­ri­ya­nın tər­ki­bin­də olan öl­kə­lə­rin müs­tə­qil­lik əl­də et­mə­si ilə ey­ni vax­ta tə­sa­düf edir. Mə­lu­mat­la­ra gö­rə, bu­na qə­dər, di­gər müt­tə­fiq res­pub­li­ka­lar­da ol­du­ğu ki­mi, Azər­bay­can SSR-də də si­ya­sə­ti So­vet İt­ti­fa­qı Kom­mu­nist Par­ti­ya­sı­nın rəh­bər­li­yi mü­əy­yən edir­di. An­caq 1985-ci il­dən SSRİ-də baş­la­yan ye­ni­dən­qur­ma pro­se­si­nin nə­ti­cə­sin­də sər­bəstlik Azər­bay­ca­na da çat­dı. 1991-ci ilin 18 oktyab­rın­da Azər­bay­can müs­tə­qil döv­lət elan edil­di. Bu­nun­la da müs­tə­qil öl­kə­nin da­xi­li və xa­ri­ci si­ya­sə­ti­nin əsa­sı qo­yul­du.

Bil­di­rək ki, Azər­bay­can müs­tə­qil­lik əl­də et­dik­dən son­ra öl­kə­də qı­sa müd­dət­də ha­ki­miy­yət də­yi­şik­lik­lə­ri baş ve­rir­di ki, bu da xa­ri­ci si­ya­sə­tə tə­sir­siz ötüş­mür­dü. Təd­qi­qat­çı­lar bil­di­rir ki, müs­tə­qil­li­yin ilk il­lə­rin­də Azər­bay­can BMT, ATƏT ki­mi mö­tə­bər qu­rum­la­rın üz­vü idi. Ey­ni za­man­da ha­ki­miy­yət bey­nəl­xalq neft şir­kət­lə­ri ilə Xə­zər də­ni­zi­nin kar­bo­hid­ro­gen eh­ti­yat­la­rı­nın dün­ya ba­za­rı­na çı­xa­rıl­ma­sı is­ti­qa­mə­tin­də da­nı­şıq­lar apa­rır­dı. Müs­tə­qil­li­yin ilk il­lə­rin­də Azər­bay­can­da ilk si­ya­si tə­si­sat­lar, par­ti­ya­lar, qey­ri-hö­ku­mət təş­ki­lat­la­rı ya­ran­dı. Öl­kə müs­tə­qil­lik əl­də et­di­yi il­lər­də həm də da­xil­də Dağ­lıq Qa­ra­bağ prob­le­mi möv­cud idi. Azər­bay­can müs­tə­qil­lik əl­də et­dik­dən son­ra öl­kə SSRİ-dən qal­ma Azər­bay­can SSR Konsti­tu­si­ya­sı ilə ida­rə olu­nur­du və bu za­man Konsti­tu­si­ya­ya Müs­tə­qil­lik Haq­qın­da Akt əla­və olun­muş­du. La­kin 1995-ci ilin 12 no­yab­rın­da Azər­bay­can Res­pub­li­ka­sı­nın ye­ni Konsti­tu­si­ya­sı qə­bul edil­di, Azər­bay­can­da döv­lət qu­ru­cu­lu­ğu, qa­nun­la­rın qə­bu­lu, da­xi­li və xa­ri­ci si­ya­sə­tin təs­ni­fat­laş­dı­rıl­ma­sı hə­ya­ta ke­çi­ril­di. Azər­bay­ca­nın yer­ləş­miş ol­du­ğu re­gi­on ge­o­si­ya­si, stra­te­ji və iq­ti­sa­di ba­xım­dan dün­ya­nın si­ya­si xə­ri­tə­sin­də əhə­miy­yət kəsb edir. Bu ba­xım­dan Azər­bay­can həm qon­şu­luq si­ya­sə­tin­də, həm də di­gər re­gi­on öl­kə­lə­ri ilə olan mü­na­si­bət­lə­rin­də ba­lanslaş­dı­rıl­mış si­ya­sət yü­rüt­mək­də­dir. Bu­ra­da bü­tün döv­lət­lər­lə ey­ni cür mə­sa­fə sax­la­maq, ilk ola­raq Azər­bay­ca­nın mil­li ma­raq­la­rı­nı önə çək­mək əsas ola­raq gö­tü­rü­lür. Xa­ri­ci si­ya­sət­də ba­lanslaş­dır­ma si­ya­sə­ti­nin əsas ola­raq gö­tü­rül­mə­si Azər­bay­ca­nın yer­ləş­miş ol­du­ğu re­gi­o­nun həs­sas ol­ma­sın­dan irə­li gə­lir.

Azər­bay­can mul­ti­kul­tu­ra­liz­mi və xa­ri­ci si­ya­sə­ti­miz haq­qın­da  ya­zan təd­qi­qat­çı­la­rın bil­dir­di­yi­nə gö­rə, mul­ti­kul­tu­ra­lizm an­la­yı­şı dün­ya si­ya­sə­tin­də gənc bir an­la­yış ol­ma­sı­na bax­ma­ya­raq, bu si­ya­sət­lə bağ­lı müx­tə­lif fərqli fi­kir­lər və fi­kir ay­rı­lıq­la­rı möv­cud­dur. Təd­qi­qat­çı­lar ya­zır ki, mul­ti­kul­tu­ra­lizm si­ya­sə­ti­nin tə­mə­lin­də xalqla­rın qar­şı­lıq­lı əmək­daş­lı­ğı, to­le­rantlıq ide­ya­la­rı və mü­na­qi­şə­lə­rə yol ver­mə­mək prin­sip­lə­ri da­ya­nır. Ya­zı­lan­la­ra gö­rə, əsrlər bo­yu bö­yük mə­də­niy­yət­lə­rin qo­vuş­du­ğu bir di­yar olan Azər­bay­can­da müx­tə­lif xalqla­rın və din­lə­rin nü­ma­yən­də­lə­ri sülh və qar­şı­lıq­lı an­laş­ma şə­ra­i­tin­də ya­şa­yıb. Təd­qi­qat­çı­lar ya­zır ki, mul­ti­kul­tu­ra­lizm ide­ya­la­rı öl­kə­miz­də əsrlər bo­yu for­ma­laş­sa da, onun döv­lət si­ya­sə­ti ki­mi mü­əy­yən edil­mə­si ulu ön­dər Hey­dər Əli­ye­vin adı ilə bağ­lı­dır.

Alim­lər qeyd edir ki, ke­çən əs­rin 80-ci il­lə­ri­nin son­la­rı və 90-cı il­lə­ri­nin əv­vəl­lə­rin­də, So­vet İt­ti­fa­qı­nın da­ğıl­ma ərə­fə­sin­də müx­tə­lif qrup­lar üçün mil­liy­yət­çi­lik an­la­yı­şı bir­li­yə ça­ğı­rış üçün ye­ga­nə ka­te­qo­ri­ya idi və Av­ro­pa döv­lət­lə­rin­dən fərqli ola­raq bu, keç­miş so­vet öl­kə­lə­rin­də və elə­cə də re­gi­o­nu­muz­da da dra­ma­tik toq­quş­ma­la­rın mey­da­na gəl­mə­si­nə sə­bəb ol­du. Təd­qi­qat­çı­lar ya­zır ki, bu öl­kə­lər­dən bi­ri ki­mi Azər­bay­can da və­tən­daş mü­ha­ri­bə­si as­ta­na­sı­na gə­lib çat­mış­dı. Bu ba­rə­də "Mul­ti­kul­tu­ra­liz­mə gi­riş" və­sa­i­tin­də ya­zı­lır: "An­caq ümum­mil­li li­der Hey­dər Əli­ye­vin ha­ki­miy­yə­tə qa­yı­dı­şın­dan son­ra Azər­bay­ca­nın həm da­xi­li, həm də xa­ri­ci si­ya­sə­tin­də kök­lü də­yi­şik­lik­lər dər­hal özü­nü gös­tər­di. Mul­ti­kul­tu­ral, to­le­rant və hu­ma­nist də­yər­lə­rin ana xətt təş­kil et­di­yi, in­san hü­quq­la­rı­nın ali də­yər he­sab olun­du­ğu Hey­dər Əli­yev si­ya­sə­ti Azər­bay­ca­nı nə­in­ki və­tən­daş mü­ha­ri­bə­sin­dən xi­las et­di, hət­ta Azər­bay­ca­nın mul­ti­kul­tu­ral də­yər­lə­ri­ni bir mo­del ki­mi for­ma­laş­dır­dı. Bu gün bu si­ya­sət Azər­bay­ca­nın döv­lət si­ya­sə­ti­dir və müs­tə­qil­lik döv­rün­dən bu gü­nə ki­mi mul­ti­kul­tu­ra­lizm sa­hə­sin­də hə­ya­ta ke­çi­ril­miş is­la­hat­lar və atıl­mış ad­dım­lar bu is­ti­qa­mə­tin möh­kəm­lən­mə­si­nə və ye­ni perspek­tiv­lə­ri­nin or­ta­ya çıx­ma­sı­na xid­mət edib". Ta­rix­çi­lər ya­zır ki, 18 ay­lıq Xalq Cum­hu­riy­yə­ti döv­rü is­tis­na ol­maq­la, həm Çar Ru­si­ya­sı za­ma­nı, həm də So­vet ha­ki­miy­yə­ti döv­rün­də Azər­bay­can müs­tə­qil xa­ri­ci si­ya­sət yü­rü­də bil­mə­yib. Ya­zı­lan­la­ra gö­rə, 1991-ci il­dən özü­nün müs­tə­qil xa­ri­ci si­ya­si xət­ti­ni for­ma­laş­dı­ran

Azər­bay­can mul­ti­kul­tu­ra­liz­mi də xa­ri­ci si­ya­sə­tin mü­hüm ami­li­nə çe­vir­di. "Mul­ti­kul­tu­ra­liz­mə gi­riş"də qeyd edi­lir ki, bu gün Azər­bay­can mul­ti­kul­tu­ra­liz­mi bir mo­del ki­mi for­ma­laş­mış və bu mo­del ar­tıq dün­ya­ya ix­rac olu­nur: "Mil­li az­lıq­lar­la bağ­lı dün­ya­da və xü­su­sən Av­ro­pa öl­kə­lə­rin­də baş ve­rən pro­ses­lər hə­ya­ta ke­çi­ri­lən si­ya­sə­tə bu­gün­kü qlo­bal­laş­ma kon­tekstin­də ye­ni­dən ba­xıl­ma­sı eh­ti­ya­cı­nı gün­də­mə gə­ti­rib. İs­tər ənə­nə­vi mil­li az­lıq­lar, is­tər­sə də miq­ra­si­ya fo­nun­da for­ma­laş­mış ye­ni mil­li az­lıq­la­rın hü­quq­la­rı­nın tam şə­kil­də tə­min olun­ma­sı və ay­rı­seç­ki­lik hal­la­rı­nın ara­dan qal­dı­rıl­ma­sı, se­pa­rat­çı­lıq hal­la­rı­nın qar­şı­sı­nın alın­ma­sı döv­lət­lə­rin su­ve­ren­li­yi ba­xı­mın­dan hə­ya­ti önəm da­şı­yır. Bey­nəl­xalq aləm­də eti­mad­sız­lıq mü­hi­ti­nin hökm sür­dü­yü, mil­li dö­züm­süz­lük və məz­həb ay­rı­seç­ki­li­yi­nin ak­tu­al­laş­dı­ğı bir za­man­da Azər­bay­can ha­ki­miy­yə­ti­nin mil­li az­lıq­lar və di­ni qrup­lar­la bağ­lı hə­ya­ta ke­çir­di­yi mul­ti­kul­tu­ral si­ya­sət dün­ya öl­kə­lə­ri tə­rə­fin­dən ar­tıq çox bö­yük ma­raq­la öy­rə­ni­lir. Bu si­ya­sə­tin hə­ya­ta ke­çi­ril­mə­si məq­sə­di­lə Azər­bay­can BMT, AŞ, ATƏT, Aİ, İs­lam Əmək­daş­lıq Təş­ki­la­tı və s. ki­mi bir çox bey­nəl­xalq təş­ki­lat­lar­la əmək­daş­lıq edir və müs­tə­qil­lik döv­rün­dən bu gü­nə ki­mi 50-dən ar­tıq bey­nəl­xalq sə­nə­də tə­rəf­dar çıx­mış, bu sa­hə­də bey­nəl­xalq öh­də­li­yin hə­ya­ta ke­çi­ril­mə­sin­də mü­hüm na­i­liy­yət­lər əl­də edib.

Azər­bay­can Res­pub­li­ka­sı müs­tə­qil­lik qa­zan­dıq­dan son­ra, 1992-ci il mart ayın­dan BMT-yə üzv se­çil­di və mil­li az­lıq­lar və mul­ti­kul­tu­ra­lizm si­ya­sə­ti ilə bağ­lı çox mü­hüm iki kon­ven­si­ya­ya qo­şul­du. Bun­lar "Mil­li, et­nik, di­ni az­lıq­la­ra mən­sub şəxslə­rin hü­quq­la­rı ilə bağ­lı Bə­yan­na­mə" və "İr­qi ay­rı­seç­ki­li­yin bü­tün for­ma­la­rı­nın ləğv olun­ma­sı haq­qın­da Bey­nəl­xalq Kon­ven­si­ya" idi".

"Mil­li, et­nik, di­ni az­lıq­la­ra mən­sub şəxslə­rin hü­quq­la­rı ilə bağ­lı Bə­yan­na­mə"nin bi­rin­ci mad­də­sin­də qeyd olu­nur ki, döv­lət yu­xa­rı­da adı çə­ki­lən ka­te­qo­ri­ya­la­ra mən­sub şəxslə­rin ya­şa­dı­ğı əra­zi­lər­də var­lıq­la­rı­na və mə­i­şət adət-ənə­nə­lə­ri­nin qo­ru­nub sax­lan­ma­sı­na tə­mi­nat­çı­dır. Bə­yan­na­mə, həm­çi­nin, bu ka­te­qo­ri­ya­ya mən­sub şəxslə­rə öz mə­də­niy­yə­ti­ni, eti­qad et­di­yi di­ni ayin­lə­ri sər­bəst hə­ya­ta ke­çir­mək, öz dil­lə­rin­dən şəx­si hə­yat­la­rın­da is­ti­fa­də et­mək hü­quq­la­rı ve­rir. On­lar, ey­ni za­man­da, hər han­sı ay­rı­seç­ki­li­yə yol ve­ril­mə­dən öz qrup­la­rı və di­gər mil­li az­lıq­la­rın üzvlə­ri ilə, hət­ta öl­kə xa­ri­cin­dən kə­nar­da ol­sa­lar be­lə, sər­bəst əla­qə­lər qu­ra bi­lər.

"Mul­ti­kul­tu­ra­liz­mə gi­riş"də ya­zı­lır ki, "İr­qi ay­rı­seç­ki­li­yin bü­tün for­ma­la­rı­nın ləğv olun­ma­sı haq­qın­da Bey­nəl­xalq Kon­ven­si­ya" Azər­bay­can Res­pub­li­ka­sın­da 31 may 1996-cı il ta­rix­li, 95 nöm­rə­li pre­zi­dent qa­nu­nu ilə təs­diq olu­nub və qüv­və­yə mi­nib. Ya­zı­lan­la­ra gö­rə, bu Kon­ven­si­ya­da ir­qi ay­rı­seç­ki­lik ifa­də­si məq­sə­di si­ya­si, iq­ti­sa­di, so­si­al, mə­də­ni və ic­ti­mai hə­ya­tın di­gər sa­hə­sin­də in­san hü­quq və azad­lıq­la­rı­nın bə­ra­bər əsas­da ta­nın­ma­sı­nı, ifa­də olun­ma­sı­nı, ya­xud hə­ya­ta ke­çi­ril­mə­si­ni ləğv et­mək və ya pis­ləş­dir­mək olan, ir­qi, də­ri­nin rən­gi, nə­sil, ya­xud et­nik mən­şə əla­mət­lə­ri­nə əsas­la­nan hər han­sı fərqlən­dir­mə­ni, is­tis­na­nı və məh­du­diy­yə­ti bil­di­rir.

"Mul­ti­kul­tu­ra­liz­mə gi­riş"də qeyd edi­lir: "An­caq də­qiq an­la­şıl­ma­lı­dır ki, bu Kon­ven­si­ya onun iş­ti­rak­çı­sı olan döv­lət­lə­rin, öz və­tən­daş­la­rı ilə on­la­rın və­tən­daş­la­rı ol­ma­yan­lar ara­sın­da qoy­du­ğu fərqlə­rə, is­tis­na və məh­du­diy­yət­lə­rə, ya­xud üs­tün tut­ma­la­ra şa­mil edil­mir.

Qeyd et­mək la­zım­dır ki, bu Kon­ven­si­ya­da öz ək­si­ni tap­mış ide­ya və prin­sip­lər Azər­bay­can Res­pub­li­ka­sı­nın hə­ya­ta ke­çir­di­yi si­ya­sə­tin əsas xət­lə­rin­dən­dir. Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin 27 de­kabr 2011-ci il ta­rix­li Sə­rən­ca­mı ilə Azər­bay­can Res­pub­li­ka­sın­da in­san hü­quq və azad­lıq­la­rı­nın mü­da­fi­ə­si­nin sə­mə­rə­li­li­yi­ni ar­tır­maq sa­hə­sin­də "Mil­li Fə­a­liy­yət Proq­ra­mı" təs­diq edi­lib. "İr­qi ay­rı­seç­ki­li­yin bü­tün for­ma­la­rı­nın ləğv olun­ma­sı haq­qın­da Bey­nəl­xalq Kon­ven­si­ya"da öz ək­si­ni tap­mış hü­quq­la­rın mil­li qa­nun­ve­ri­ci­lik­də da­ha sə­mə­rə­li qo­run­ma­sı ilə bağ­lı "Mil­li Fə­a­liy­yət Proq­ra­mı"nın 1.1 və 1.2-ci bəndlə­ri­ni xü­su­si­lə qeyd et­mək la­zım­dır. Bu bəndlər­də Azər­bay­can Res­pub­li­ka­sı­nın tə­rəf­dar çıx­dı­ğı in­san hü­quq­la­rı və azad­lıq­la­rı­na da­ir bey­nəl­xalq mü­qa­vi­lə­lər­dən irə­li gə­lən öh­də­lik­lə­rin hə­ya­ta ke­çi­ril­mə­si və Azər­bay­can Res­pub­li­ka­sı­nın nor­ma­tiv-hü­qu­qi aktla­rı­nın bey­nəl­xalq hü­qu­qi sə­nəd­lə­rə uy­ğun­lu­ğu­nun tə­min edil­mə­si öz ək­si­ni ta­pıb.

"İr­qi ay­rı­seç­ki­li­yin bü­tün for­ma­la­rı­nın ara­dan qal­dı­rıl­ma­sı haq­qın­da Bey­nəl­xalq Kon­ven­si­ya"ya əsas­la­nan "bə­ra­bər­lik hü­qu­qu" Azər­bay­can Res­pub­li­ka­sı­nın Konsti­tu­si­ya­sı­nın 25-ci mad­də­sin­də, Ci­na­yət Mə­cəl­lə­sin­də, Ci­na­yət Pros­se­su­al Mə­cəl­lə­də, Mül­ki Pros­se­su­al Mə­cəl­lə­də, Ai­lə, Əmək mə­cəl­lə­lə­rin­də və di­gər qa­nun­ve­ri­ci­lik aktla­rın­da təs­bit edi­lib. Qeyd et­mək la­zım­dır ki, şəx­sin mil­liy­yə­tin­dən, ir­qin­dən, di­nin­dən, di­lin­dən, cin­siy­yə­tin­dən, mən­şə­yin­dən, əm­lak və­ziy­yə­tin­dən, qul­luq möv­qe­yin­dən, əqi­də­sin­dən, si­ya­si par­ti­ya­la­ra, həm­kar­lar it­ti­faq­la­rı­na və di­gər ic­ti­mai bir­lik­lə­rə mən­su­biy­yə­tin­dən ası­lı ol­ma­ya­raq hü­quq və qa­nu­ni mə­na­fe­lə­ri­nə zə­rər vur­ma­ğa gö­rə Azər­bay­can Res­pub­li­ka­sı­nın Ci­na­yət Mə­cəl­lə­si­nin 109-cu (tə­qib), 111-ci (ir­qi ay­rı­seç­ki­lik, apar­te­id), 154-cü (bə­ra­bər­lik hü­qu­qu­nu poz­ma), 283-cü (mil­li, ir­qi və ya di­ni düş­mən­çi­li­yin sa­lın­ma­sı) mad­də­lə­ri ilə mə­su­liy­yət nə­zər­də tu­tu­lur. Ye­ri gəl­miş­kən, Ci­na­yət Mə­cəl­lə­si­nin 283-cü mad­də­si döv­lət əley­hi­nə olan ci­na­yət ki­mi qiy­mət­lən­di­ri­lir.

"İr­qi ay­rı­seç­ki­li­yin bü­tün for­ma­la­rı­nın ara­dan qal­dı­rıl­ma­sı haq­qın­da Bey­nəl­xalq Kon­ven­si­ya" əsa­sın­da ir­qi ay­rı­seç­ki­li­yin ləğ­vi üz­rə ko­mi­tə ya­ra­dı­lıb. O, iş­ti­rak­çı döv­lət tə­rə­fin­dən se­çi­lən 18 ekspertdən iba­rət tər­kib­də fə­a­liy­yət gös­tə­rir. Bir mə­qam diq­qə­ti çə­kir ki, bu ko­mi­tə­nin sə­la­hiy­yət­lə­ri in­san hü­quq­la­rı ko­mi­tə­si­nin sə­la­hiy­yət­lə­ri ilə üst-üs­tə dü­şür. Mü­hüm fərq on­dan iba­rət­dir ki, 1963-cü il Kon­ven­si­ya­sın­da nə­zər­də tu­tul­muş döv­lət­lə­ra­ra­sı şi­ka­yət pro­se­du­ru məc­bu­ri xa­rak­ter da­şı­yır. Bu o de­mək­dir ki, ko­mi­tə­nin mü­va­fiq sə­la­hiy­yə­ti­ni ta­nı­maq ba­rə­də heç bir il­kin bə­ya­nat ver­mə­dən is­tə­ni­lən iş­ti­rak­çı döv­lət öz əra­zi­sin­də ir­qi ay­rı­seç­ki­li­yə yol ve­rən baş­qa bir iş­ti­rak­çı döv­lə­tə qar­şı ko­mi­tə­yə əri­zə ilə mü­ra­ci­ət edə bi­lər. Bu gün Azər­bay­ca­nın əmək­daş­lıq et­di­yi ən mü­hüm bey­nəl­xalq təş­ki­lat­lar­dan bi­ri də Av­ro­pa Şu­ra­sı­dır.

Hə­lə 1996-cı il iyu­lun 13-də ümum­mil­li li­der Hey­dər Əli­yev Av­ro­pa Şu­ra­sı­nın baş ka­ti­bi­nə mək­tub­la mü­ra­ci­ət edə­rək, Azər­bay­ca­nın Av­ro­pa Şu­ra­sı­na tam­hü­quq­lu üzv qə­bul olun­ma­sı­nı xa­hiş edib. An­caq öl­kə­miz bu qu­ru­ma yal­nız 2001-ci il yan­va­rın 25-dən tam­hü­quq­lu üzv se­çil­di. Hə­min vaxt Hey­dər Əli­yev Stras­burqda Av­ro­pa Şu­ra­sı­nın Par­la­ment As­samble­ya­sın­da öz ta­ri­xi çı­xı­şı za­ma­nı öl­kə­miz­lə bu qu­rum ara­sın­da­kı mü­na­si­bət­lə­rin əsas is­ti­qa­mət­lə­ri­ni mü­əy­yən et­di. Azər­bay­can Res­pub­li­ka­sı 2000-ci il iyun ayı­nın 13-də Av­ro­pa Şu­ra­sı­nın "Mil­li az­lıq­la­rın hü­quq­la­rı­nın mü­da­fi­ə­si haq­qın­da" Çər­çi­və Kon­ven­si­ya­sı­na qo­şul­du".

Azər­bay­can­da in­san hü­quq və azad­lıq­la­rı­nın yük­sək sə­viy­yə­də qo­run­ma­sı üçün bö­yük iş­lər gö­rü­lüb. Azər­bay­can döv­lə­ti qo­şul­du­ğu bü­tün kon­ven­si­ya­la­rın tə­ləb­lə­ri­nə ri­a­yət edir. Azər­bay­ca­nın xa­ri­ci si­ya­sə­ti döv­lə­tin, xal­qın ma­raq­la­rı­na uy­ğun şə­kil­də apa­rı­lır. Bu sa­hə­də döv­lət baş­çı­sı İl­ham Əli­ye­vin at­dı­ğı təq­di­rə­la­yiq ad­dım­lar bö­yük fay­da ve­rib.

İra­də SA­RI­YE­VA

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ma­liy­yə dəs­tə­yi­lə çap olu­nur.

Son xəbərlər