18/03/2019 18:37
728 x 90

ABŞ İdlibdə artan gərginliyə görə Rusiya və Əsədi günahlandırdı

img

ABŞ Dövlət Departamenti Suriyanın İdlib bölgəsində artan gərginliyə görə, Rusiya və Bəşər Əsəd rejimini günahlandırıb.

ABŞ Dövlət Departamentinin sözçü müavini Robert Palladino İdlibdəki son vəziyyətlə bağlı açıqlamasında bildirib ki, ABŞ Rusiya və Əsəd rejiminin hava və artilleriya atışları səbəbindən İdlib və ətrafında son zamanlarda zorakılığın artmasını dərin narahatlıqla təqib edir. Rusiyanın terrorçuları hədəf aldığı iddialarına baxmayaraq, bu əməliyyatlar xeyli sayda dinc vətəndaşın həyatını itirməsinə səbəb oldu, sahədə insanların həyatını xilas etməyə cəhd göstərən təcili yardım işçilərini hədəf aldı. Bu hücumlara dərhal son qoyulmalıdır.

ABŞ-ın prosesi yaxından təqib etdiyini deyən Palladino “Ötən il Türkiyə ilə qəbul etdiyi İdlib atəşkəsinin tərəfi olan Rusiya Həma şəhərinin şimalı və İdlibin cənubundakı bu hücumların bütün məsuliyyətini daşıyır” ifadəsini işlədib.

Rusiya və Əsəd rejimini bölgədə zorakılığın azalması üçün keçmişdəki vədlərini yerinə yetirməyə çağıran Robert Palladino Suriyanın ehtiyacı olan bölgələrinə humanitar yardımların çatdırılmasının vacibliyini də vurğulayıb.

Son xəbərlər