18/03/2019 18:40
728 x 90

Terrorçu Yeni Zelandiyada məsciddə necə qətliam törətdiyini anbaan İnternetə yerləşdirib - FOTO/VIDEO

img

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən iki məscidə silahlı hücum olub. Hadisə nəticəsində ən azı 49 nəfər ölüb. Ölkə səhiyyə rəsmiləri aralarında uşaqların da olduğu azı 50 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Baki-xeber.com xəbər verir ki, hadisəni terror hücumu kimi dəyərləndirən Yeni Zelandiyanın baş naziri Casinda Ardern qanlı hücumun ölkə tarixinin ən qaranlıq günlərindən biri olduğunu deyib. Onun sözlərinə görə, ölkədə ən yüksək dərəcəli təhlükəsizlik rejimi elan edilib.

İki məscidə qanlı hücumdan sonra ölkədəki bütün məscidlər təhlükəsizlik məqsədilə bağlanıb.

Baş nazir Casinda Ardern Kraystçerç şəhərində yerləşən məscidlərə silahlı hücumdan sonra xalqa müraciət edib. Baş nazirin sözlərinə görə, hadisədən sonra 4 nəfər ekstremist baxışlarına görə saxlanıb, lakin onlardan heç biri polis nəzarətində olmayıb: “Bu aydındır ki, baş verənləri yalnız terror aktı kimi dəyərləndirmək olar. Bildiklərimiz deməyə imkan verir ki, bu çox yaxşı planlaşdırılmış aktdır. Şübhəli avtomobillərə yerləşdirilən iki partlayıcı qurğu aşkarlanıb və zərərsizləşdirilib".

Baş nazir saxlananlardan birinin Avstriya vətəndaşı olduğunu deyib.

Bu arada, hadisəni ultrasağçı Avstraliya vətəndaşının törətdiyi məlum olub. Onun Avstraliyanın Qrafton şəhərinin sakini Brenton Tarrant adlı şəxs olduğu bildirilir. 28 yaşlı cinayətkar daha əvvəl öz məramları barədə danışdığı 37 səhifəlik “manifest” paylaşıb. Iki məsciddə qətliam törədən terrorçunun hücumu sosial mediada canlı yayımladığı da ortaya çıxıb. Görüntülərdə onun məscidə hücumdan sonra təkrar gəldiyi avtomobilə minib ərazidən uzaqlaşdığı görünür. Artıq “Twitter” sosial şəbəkəsi Brenton Tarrantın səhifəsini bağlayıb.

Yerli media yazır ki, hücumun iki nəfər tərəfindən törədildiyi təxmin edilir.

Son xəbərlər