24/03/2019 03:50
728 x 90

Ermənistanın mərkəzində polislərlə nümayişçilər arasında toqquşma... - VİDEO

img

Ermənistanın paytaxtı İrəvanda polislərlə nümayişçilər arasında toqquşma baş verib. Baki-xeber.com xəbər verir ki, bu barədə Sputnik Azərbaycan "Novosti Armeniya"ya istinadən məlumata yayıb.

Qeyd edilir ki, insident Azadlıq meydanında baş verib. Məlumata əsasən, hadisə yerinə cəlb olunan polislərdən biri nümayişçilərdən birinin onu vurduğunu iddia edib. Bundan sonra polislə nümayişçilər arasında toqquşma baş verib.

İrəvanın Maştos prospektində baş verən toqquşma nəticəsində bir polis və bir mülki şəxs xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hazırda Azadlıq meydanı yaxınlığında yerləşən kafelərin sökülməsi prosesi gedir. Kafe iştirakçıları buna etiraz edirlər. Onlar bildirirlər ki, kafelərin sökülməsi iş yerlərinin itirilməsi anlamına gəlir.

Son xəbərlər