24/03/2019 03:48
728 x 90

Türkiyə nəşri İŞİD liderinin ABŞ zirehli maşınında(?) çəkilən görüntüsünü yaydı - FOTO

img

Bu günə qədər PKK-nın Suriya qanadına aid düşərgələrdə təxminən 2 min İŞİD-çi dindirən Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) onlardan 140-a saxta pasportlar verib. Baki-xeber.com xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti yazıb.

Qəzet İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin ABŞ məxsus zirehli maşında çəkilən görüntüsünü də paylaşaraq onun ABŞ himayəsi altında hərəkət etdiyini iddia edib.

Deyr-əz-Zorun Kəsra, Biseyra, əl-Ömər və Suvar bölgələrini hərbi zona elan edən MKİ, burada dindirilən terrorçuların bəzilərinə saxta pasport verib. Nəşr iddia edir ki, saxta pasportla təmin edilən 149 terrorçu Amerikanın gizli planları çərçivəsində İraq üzərindən bölgədən çıxarılıb.

Qeyd edilir ki, sözügedən zona İsrail, Fransa və Böyük Britaniya xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən də ziyarət edilib.

Nəşr, ABŞ və PKK yaraqlıları tərəfindən bölgə sakinlərindən 5 tondan artıq qızıl və 25 milyon dollar alındığını da iddia edir.

İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin ABŞ himayəsi altında hərəkət etdiyini iddia edən qəzet onun görüntüsünü də yayıb. ABŞ zirehli maşınında çəkilən görüntünün Baqhuzdakı hücumlardan qaçan İŞİD-çilərin də təsdiqlədiyi deyilir. 

Son xəbərlər