18/03/2019 18:43
728 x 90

Təhlükəli silah daşıdığı iddia edilən Rusiya gəmisi Şotlandiyanı ayağa qaldırdı

img

Fırtınaya görə, Şotlandiya sahillərinə yaxınlaşan Rusiyanın “Admiral Qorşkov” gəmisi yerli siyasətçiləri ciddi qorxuya salıb. Britaniya mətbuatı gəmidə, daha təhlükəli bir silah olduğunu yazması isə ölkədə daha böyük təşvişə yol açıb.

Ölkə Donanması “Admiral Qorşkov” gəmisini nəzarət altında saxladığını bildirib. Ancaq bu açıqlama Şotlandiya siyasətçilərini yenə də rahatlatmayıb. Şotlandiya Milli Partiyasının (SNP) sözçüsü Rusiya hərbi gəmiləri qarşısında müdafiəsiz olduqlarını deyib.

“Times” qəzeti, “Admiral Qorşkov” tipli rus gəmilərində Filin 5P-42 tipli silahların olduğunu yazıb. Qəzetin iddiasına görə, sirr kimi saxlanan bu silah düşmən gəmi heyətində başgicəllənməsi, ürəkbulanması və yaddaş pozuntusuna səbəb olur.

Bütün bunlara baxmayaraq, Rusiyanın “Admiral Qorşkov” gəmisi fırtına sakitləşdikdən sonra bölgəni tərk edib.

Son xəbərlər