18/03/2019 18:41
728 x 90

Krımın ilhaqını tanımayan Lukaşenkoya ABŞ-dan mesaj gəldi - “Sanksiyalar ləğv edilə bilər”

img

Rusiyanın ən yaxın müttəfiqi hesab edilən Belarus prezidenti Aleksandr Lukaşenko, bu günlərdə ABŞ rəhbərliyindən yeni müsbət mesajlar alıb.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, hətta, Vaşinqtondan “demokratiya və insan hüquqları yolunda addımlar atarsa, sanksiyalara yenidən baxıla biləcəyi” vədi də gəlib.

Bunun səbəbi Lukaşenkonun beş il əvvəl Krımın Rusiyaya birləşdirilməsini qəbul etməməsi və yarımadanı hələ də Ukraynanın bir parçası saymasıdır. Belarus lideri bu günlərdə mövqeyini yenidən təkrarlayıb.

Rusiya baş naziri Dmitri Medvedev isə Belarus prezidentinin mövqeyini sərt tənqid edib.

Qeyd edək ki, Belarus təkcə Krımı deyil, həm də Gürcüstanın separatçı bölgələri Abxaziya və Cənubi Osetiyanı da tanımır.

Son xəbərlər