18/03/2019 18:43
728 x 90

Almaniya və Fransa ABŞ-ın Kerç boğazında Rusiyaya “gözdağı” vermək təklifinə qarşı çıxdı

img

Almaniya kansleri Angela Merkel Vaşinqton rəhbərliyindən gələn Rusiyaya qarşı Kerç boğazına gəmi göndərmək tələbini rədd edib.

Baki-xeber.com xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumata yayıb. Qeyd edilir ki, Merkel və ABŞ vitse-prezideni Mayk Pens, fevral ayında keçirilən Münhen Təhlükəsizlik Konfransında bir neçə ay əvvəl Ukrayna ilə Rusiya arasında gərginliyə səhnə olan Kerç boğazındakı vəziyyəti müzakirə ediblər.

Görüşlə bağlı məlumatlı mənbə “Bloomberg”ə Pensin Merkelə Rusiyaya mesaj vermək üçün Kerç boğazına gəmi göndərməyi təklif edib. Merkelin əvvəl Fransa ilə birlikdə bölgəyə bir gəmi göndərməyi qəbul etdiyini deyən mənbə, ancaq sonradan Berlinin bundan tamamilə imtina etdiyini söyləyib.

Mənbənin sözlərinə görə, Merkelə, Rusiya ilə Ukrayna arasındakı həssas nöqtə sayılan Kerç boğazına alman gəmilərinin göndərilməsi ilə Kremlə "Qərb bu suları sizi verməyəcək" mesajı göndərilməsi təklif edilib. Merkel, isə Ukrayna lideri Poroşenkonun bunu istəmədiyini və problemi daha da dərinləşdirəcəyini deyərək ABŞ-ın təklifinə qarşı çıxıb. Merkel, Fransa ilə birlikdə, bölgəyə gəmilərin göndərilməsi mövzusunu müzakirə etdiklərini, lakin Poroşenkonun, "Problemi həll etmək üçün bu kifayət etməz. Gəmilərimizin boğazdan həmişəlik keçməsini təmin etmək lazımdır” dediyini bildirib. Mənbə qeyd edib ki, Fransa rəhbərliyi də, bunun “gərəksiz bir təxribat” olduğunu düşünərək əməliyyata qatılmaqdan imtina edib.

Qeyd edək ki, keçən il noyabrın 25-də Kerç boğazında Ukrayna ilə Rusiya arasında silahlı insident yaşanıb. Rusiya ərazi sularına girdiyini iddia etdiyi 3 Ukrayna gəmisini saxlayıb. 

Son xəbərlər