18/03/2019 18:36
728 x 90

İran Bəşər Əsədi onlara olan “borcunu” ödəməyə çağırdı

img

İran parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Hişmətulla Fəlahətpişə Bəşər Əsəd rejimini İrana olan borcunu ödəməyə çağırıb.

Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İranın rəsmi agentliyi İRNA məlumata yayıb.

Fəlahətpişə qeyd edib ki, İran və Suriya arasındakı uzun müddətdir davam edən əməkdaşlıq nəticəsində Suriya hökumətinin İrana borcu yaranıb. O, İran nümayəndəsi kimi Suriya rəsmiləri ilə görüşündə, bu borcun İran xalqının haqqı olduğunu və ödənilməsini vacibliyini dilə gətirdiyini deyib.

Bəşər Əsəd rejimi ilə terror təşkilatı YPG/PKK-nın yenidən müzakirə masasına oturacağını da deyən Fəlahətpişə, İranın mümkün müzakirələrə dəstəklədiyini söyləyib.

Son xəbərlər