18/03/2019 18:42
728 x 90

Səudiyyə şahzadəsi Salmana sui-qəsd cəhdi… Hücumun arxasından şahzadənin qardaşı çıxdı

img

İsrail mətbuatı, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı öldürməyə cəhd edildiyini iddia edib. Baki-xeber.com xəbər verir ki, bu barədə İsrailin “Makorrishon” xəbər saytı məlumat yayıb.

Səudiyyə Kral Sarayında taxt savaşının mətbuata çıxmasının ardından, İsrail mediası bununla bağlı yeni iddia ortaya atıb. İddialara görə, Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmana sui-qəsd cəhdi olub. Ancaq sui-qəsd cəhdinin qarşısı son anda alınıb. Hadisədən dərhal sonra şahzadə Salmanın qardaşı Bandar bin Salman həbs olunub.

Qeyd edilir ki, Bandar tərəfindən, sui-qəsdin reallaşdırması üçün kraliyyət mühafizəçilərinə 10 milyon Səudiyyə rialı məbləğində pul verilib.

Məlumata görə, şahzadə Salman, mühafizəni artırmaq və sui-qəsd cəhdini təşkil edən məmurların həbs olunması üçün oğlunu görəvləndirib. Bundan başqa, şahzadə, müxaliflərin hücumlarından qorunmaq və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni xüsusi dəstə yaradıb. “Sürətli müdaxilə dəstəsi” adlandırılan qrupun  əsas vəzifəsi şahzadə Salmanı qorumaqdır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Kralı Salmanla şahzadə Məhəmməd bin Salman arasında  dərin bir uçurumun yarandığı da deyilir.

Son xəbərlər