18/03/2019 18:41
728 x 90

Fransada “Sarı jiletlilər”in aksiyasında polis zorakılığı nəhayət BMT-ni hərəkətə gətirdi

img

Fransada “Sarı jiletlilər”in etiraz aksiyalarında polis müdaxiləsi nəticəsində 2000-dən çox adamın yaralanması və onlarla insanın gözünü itirməsi ya da xəsarət alması Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçeleti hərəkətə gətirib.

Baki-xeber.com Sputnik-ə istinadən xəbər verir ki, aksiyalarda gözyaşardıcı qazı bombasının partlaması nəticəsində 1 adamın ölümü, 5 nəfərin əlinin qopması, 21 nəfərin gözünü itirməsi, çox sayda etirazçının müxtəlif bədən xasarətlərı alması olaylarında polisin həddindən artıq güc tətbiq etməsini müəyyənləşdirən BMT, hökumətdən bununla bağlı dərhal araşdırmalara başlamağı tələb edib.

Pinoçet diktatorluğu dövründə işgəncə görmüş keçmiş Çili prezidenti Mişel Baçeleti, Fransa hökumətindən zorakılıqlarla bağlı hadisələrə görə cinayət işi açılmasını tələb edib.

Solçu qadın “Sarı jiletlilər”in bərabərsizlik və pisləşən iqtisadi vəziyyətlə mübarizə apardıqlarını, bu yolda Makron rəhbərliyindən dialoq tələb etdiklərini, amma buna qarşı dövlətin həddindən artıq gücdən istifadə etməsilə qarşılaşdıqlarını vurğulayıb.

Fransada “Sarı jiletlilər”in etiraz aksiyaları üç aydır davam edir və daha çox polisin zorakılıqları ilə müşahidə edilir. Buna baxmayaraq, bugünə kimi heç bir polis etirazçılara qarşı güc tətbiq etməsinə görə cəzalandırılmayıb.

Son xəbərlər