17/02/2019 20:53
728 x 90

BVF yeni qlobal iqtisadi böhrana səbəb ola biləcək dörd əsas problemlə bağlı xәbәrdarlıq etdi

img

Beynәlxalq Valyuta Fondunun rәhbәri Kristin Laqarde qlobal iqtisadiyyata tәsir göstәrәn dörd amilin “fırtına”ya sәbәb ola bilәcәyi ilә bağlı xәbәrdarlıq edib.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Dubayda keçirilәn zirvә görüşündә çıxış edәn Laqarde ölkә rәhbәrlәrindәn mümkün fırtınaya qarşı hazırlıqlı olmalarını istәyib.

BV rәhbәri bildirib ki, hәmin risqlәr arasında ticarәtlә bağlı gәrginliklәr, әlavә gömrük vergilәri, Brexit prosesindәki qeyri-müәyyәnlik vә Çin iqtisadiyyatında yaşanan problemlәr var.

Qlobal iqtisadiyyatda irәlilәyişin әldә olunmadığını bildirən K.Laqarde, ABŞ-la Çin arasındakı ticarәt gәrginliyinin tәsirlәrinin hiss olunmağa başladığını söylәyib.

“Bu gərginliyin necə qurtaracağını bilmirik. Lakin bu prosesin indidən ticarət və bazarlara mәnfi tәsir göstәrdiyini görürük” - deyә Beynәlxalq Valyuta Fondunun rәhbәri vurğulayıb.

Son xəbərlər