23/02/2019 05:46
728 x 90

ABŞ ordusunun Suriyadan çıxarılması prosesi bir neçə həftəyə başlaya bilər

img

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri ordu generalı Cozef Votel Amerika hərbçilərnin Suriyadan çıxma prosesinin bir neçə həftə ərzində başlayacağını açıqlayıb.

Baki-xeber.com xəbər verir ki, jurnalistlərin Suriyadakı 2 minə qədər ABŞ hərbçisinin ölkəni nə vaxt tərk etməyə başlayacağı ilə bağlı sualını cavablandıran C.Votel hər şeyin Suriyadakı vəziyyətdən asılı olacağını deyib. "Ola bilsin həftələr ərzində. Lakin təkrar edim ki, hər şey oradakı vəziyyətdən asılı olacaq. Düşünürəm ki, biz istədiyimiz müddətə prosesə başlayacağıq" – general deyib.

ABŞ ordusu Suriyadakı hərbi avadanlığın bir hissəsini çıxarmağa başlayıb. Ordu generalı Votel deyib ki, hərbi personalı çıxarmaq təchizatı çıxarmaqdan daha asandır: “Çünki ilk növbədə, ehtiyacımız olmayan təchizatı çıxarmağa çalışırıq".

Son xəbərlər