23/02/2019 05:41
728 x 90

AB-dən ayrılmaq Britaniyaya baha başa gəldi – Yüzlərlə şirkət ölkəni tərk etməyə başladı

img

Böyük Britaniyanın Avropa Birliyindən ayrılmasına görə, şirkətlərin böyük əksəriyyəti ölkəni tərk etməyə hazırlaşır. Baki-xeber.com “Euronews”a istinadən xəbər verir ki, artıq 250 şirkət Hollandiya hökumətilə danışıqlara başlayıb.

Qeyd edilir ki, sözügedən 250 şirkət baş ofislərini Hollandiyaya köçürmək niyyətindədir.

Hollandiya İqtisadiyyat Nazirliyinin hesabatına görə, 2018-ci ildə 42 şirkət və 1923 iş yeri Böyük Britaniyadan Hollandiyaya köçüb. Bunlar arasında böyük şirkətlərin olması da diqqət çəkir.

Hollandiya hökumət rəsmiləri 2019-cu ildə, başda “Discovery” və “Bloomberg” olmaqla bir çox Britaniya şirkətinin də “Brexit”ə görə, Hollandiyaya investisiya yatırmaq niyyətində olduqlarını açıqlayıb.

Britaniyanın Gömrük İttifaqından çıxmaq qərarından sonra Avropa Birliyi bazarlarına çıxış problemi yaranacağından narahat olan şirkətlər tədbirlər görmək üçün hərəkətə keçib. Şirkətlər məsələdən çıxış yolu kimi də ölkəni tərk etməkdə görür.

Son xəbərlər