23/02/2019 05:39
728 x 90

Səudiyyə şahzadəsinin Kaşıqçını qətlindən bir il əvvəl güllə ilə hədələdiyi ortaya çıxdı

ABŞ kəşfiyyatı şahzadə Salmanın Kaşıqçı cinayətilə bağlılığını araşdırır...

img

Səudiyyəli jurnalist Camal Kaşıqçının qətli Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən planlaşdırılıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Camal Kaşıqçı cinayətilə bağlı bir neçə gün əvvəl Türkiyədə səfərdə olan BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamardın hazırladığı hesabatda deyilir.

Hesabatda cinayətin Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən planlaşdırıldığı və Türkiyənin hadisəni aydınlaşdırmaq cəhdlərinə ciddi maneələr yaradıldığı qeyd edilir. "Dəlillər Camal Kaşıqçının qətlinin Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən planlaşdırıldığını və vəhşiliklə həyata keçirildiyini göstərir" - deyə hesabatda bildirilir.

Cinayətlə əlaqədar məlumat və kəşfiyyatı olanlardan bunları bölüşməyə çağıran A.Kallamard Türkiyəyə təşəkkür də edib.

BMT tərəfindən cinayətlə bağlı aparılan istintaqla əlaqədar “Reuters” agentiliyinə açıqlama verən Türkiyə Prezident Aparatının Kommunikasiya Şöbəsinin sədri Fəxrəddin Altun isə Səudiyyə rəsmilərini Kaşıqçının qatillərini Türkiyəyə təhvil verməyə çağırıb. F.Altun Türkiyənin əldə etdiyi dəlillərin Kallamardın jurnalistlərlə bölüşdüyü qənaətlərilə üst-üstə düşdüyünü də deyib.

Bu arada “New York Times” qəzeti Kaşıqçı öldürülmədən bir il öncə vəliəhd şahzadə Məhəmməd bin Salmanın, əgər jurnalist ölkəyə geri dönməsə onu güllə ilə vuracağını deməklə niyyətini ortaya qoyduğunu yazıb. Qəzet ABŞ və xarici ölkə rəsmilərinə istinadən yazır ki, Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın danışıqlarını araşdıran Amerika kəşfiyyatı şahzadənin Kaşıqçı cinayətinin siqnalını hadisədən 1 il əvvəl verdiyini ortaya çıxarıb.

Amerika kəşfiyyatının əlinə keçən sözügedən səs yazısı şahzadə Salmanın Kaşıqçı cinayətilə bağlılığına dair bugünə qədər ortaya çıxarılan ən dəqiq dəlil olduğu bildirilir. Məlumata görə, Kaşıqçının qətlilə bağlı araşdırma aparan Amerika kəşfiyyat qurumları şahzadə Salmanın telefon danışıqlarını və mesajlarını da araşdırır.

Kəşfiyyat hesabatlarından məlumatlı rəsmilərdən biri, şahzadə Salman və məsləhətçilərindən Turki Aldakhil arasında 2017-ci ilin sentyabrında keçirilən bir görüşdə, Səudiyyə rəhbərliyinin Kaşıkçının tənqidlərindən daha çox narahat olduğunun ifadə edildiyini deyib.

Sözügedən görüşdə şahzadə Salmanın, Kaşıqçının, ölkəyə geri dönməyə razı salmaq mümkün olmasa, zorla gətirilməsini əmr etdiyini deyən mənbə bildirib ki, Səudiyyə şahzadəsi, bu iki üsul da işə yaramayacağı halda, səudiyyəli jurnalistin arxasınca "güllə" ilə özünün gedəcəyini deyib.

ABŞ-ın kəşfiyyat təhlilçiləri “güllə” sözünə metaforik məna verib, yəni onlar vəliəhd şahzadənin Kaşıqçının mütləq güllələnməsini istəmədiyini söyləyib, lakin deyib ki, bu, şahzadənin Kaşıqçını ölkəyə geri dönmədiyi təqdirdə​ öldürmək niyyətində olduğuna işarə edib.

Qeyd edək ki, ilk günlərdə Kaşıqçının yoxa çıxması ilə bağlı hər hansı məlumata sahib olduğunu inkar edən Ər-Riyad daha sonra ziddiyətli açıqlamalar verib və o zamandan bəri şahzadənin onun ölümündə əli olmadığını təkid edir. ABŞ kəşfiyyat agentlikləri isə cəsədi hissələrə bölünən “Vaşinqton Post” qəzetinin köşə yazarı Kaşıqçının qətl əməliyyatına vəliəhd şahzadənin göstəriş verdiyinə inanır.

Camal Kaşıqçı ötən il oktyabrın 2-də evlilik proseduru üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və daha sonra ondan xəbər olmayıb. Sonradan onun qətlə yetirildiyi məlum olub. Ancaq onun cəsədi bugünə kimi tapılmayıb. İstanbul Cümhuriyyət Baş Prokurorluğu Kaşıqçının cəsədinin parçalandığı və məhv edildiyini bildirib.

Son xəbərlər