23/02/2019 05:46
728 x 90

Tramp Şimali Koreya lideri ilə fevralın sonunda Vyetnamda görüşəcək

img

ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen Inın Vyetnamın paytaxtı Hanoidə görüşəcək. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Tramp öz Tvitter səhifəsində yazıb.

ABŞ lideri bildirib ki, lidelər arasında ikinci görüş fevralın 27-28-də baş tutacaq: "Nümayəndələrim səmərəli görüşdən sonra Şimali Koreyanı tərk ediblər. Kim Çen Inla ikinci zirvənin yeri və tarixi razılaşdırılıb. Görüş 27 və 28 fevral tarixlərində Vyetnamın paytaxtı Hanoe şəhərində baş tutacaq".

Qeyd edək ki, ABŞ administrasiyasının Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqun bu ölkədə üç günlük görüşlərdə olub.

Son xəbərlər