23/02/2019 05:42
728 x 90

Putin Yanukoviçin mühafizəsi ilə bağlı şəxsən göstəriş verdi

img

Kreml 2014-cü ilin yazında ölkədən qaçaraq Rusiyada yaşayan sabiq Ukrayna prezidenti Viktor Yanukoviçə dövlət mühafizəsi ilə təmin edib. Baki-xeber.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, ukraynalı siyasətçi Vladimir Putinin şəxsi göstərişi ilə mühafizə olunur.

“O, Rusiya Federasiyası prezidentinin tapşırığı ilə mühafizə olunur. Dövlət mühafizəsi ölkə başçısının qərarı ilə təmin olunur”, Peskov deyib.

Onun sözlərinə görə, mühafizə barədə qərar hələ beş il əvvəl, Yanukoviç Rusiyaya Ukrayna hökumətinin başçısı kimi daxil olarkən verilib. Lakin Peskov Yanukoviçin hansı struktur tərəfindən mühafizə olunduğu və bunun rus vergiödəyicilərinə neçəyə başa gəldiyi barədə məlumat verməyib.

Bu ilin fevralında Yanukoviç Moskvada mətbuat konfransında çıxış edərkən bildirib ki, son zamanlar ona sui-qəsdin hazırlanmasına dair məlumatlar daxil olur. O, əlavə edib ki, bu cür təhdidlər digər ukraynalı siyasətçilərin ünvanına gəlir.

Qeyd edək ki, Kiyevin Obolon rayon məhkəməsi Ukraynanın sabiq prezidenti Yanukoviçə qarşı hökm çıxarıb. Məhkəmə onun dövlətə xəyanət və Rusiyanın Krımı ilhaq etməsinə yardım etməkdə təqsirli tanıyıb. Yanukoviç 13 il müddətinə azadlıqdan məhrum edilib.

Yanukoviç 2014-cü ildə Kiyevdə prezidenti Avropa İttifaqı ilə birləşmə razılığına əməl etməyə çağıran etirazçılara qarşı ölümcül təqiblərdən sonra gərinliyin artması nəticəsində Ukraynadan qaçıb.

Son xəbərlər