23/02/2019 05:44
728 x 90

İki Avropa ölkəsi arasında gərginlik artır, Fransa İtaliyadakı səfirini geri çağırdı

img

Fransa İtaliyadakı səfiri Kristian Massetini geri çağırıb.  Azvision.az xəbər verir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb.

Rəsmi Parisin bu addımının səbəbi İtaliya baş nazirinin müavini, iqtisadi inkişaf naziri Liuci Di Maionun Fransadakı “sarı jiletlilər” hərəkatının nümayəndələri ilə görüşməsi olub.

Fransa Xarici İşlər Nazirliyi ölkənin, İtaliya hökuməti tərəfindən bir neçə aydır təkrarlanan ittihamlar, yersiz hücumlar, çirkin açıqlamalara məruz qaldığını bildirib. XİN-dən bildirilib ki, İtaliya rəsmilərinin Fransanın daxili işlərinə qarşımasının qəbuledilməzdir.

Qeyd edək ki, bir müddətdir iki ölkə arasında gərginlik müşahidə edilir.

Son xəbərlər