17/02/2019 20:55
728 x 90

Apelyasiya Məhkəməsi Koçaryanı həbsdə saxladı

img

Ermənistan Apelyasiya Məhkəməsi sabiq prezident Robert Koçaryanın həbsdən azad olunması ilə bağlı müraciəti təmin etməyib. Trend-in məlumatına görə, məhkəmə R.Koçaryanın vəkillərinin ərizələrini qəbul etməyib və sabiq ölkə rəhbərinin həbsdə saxlanması barədə qərarı qüvvədə saxlayıb.

Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilmişdi. Lakin Ermənistan Apelyasiya Məhkəməsi R.Koçaryanın sabiq prezident toxunulmazlığna əsaslanaraq avqustun 13-də onun həbsdən azad edilməsi barədə qərar qəbul etmişdi.

Son xəbərlər