17/02/2019 20:59
728 x 90

Aİ Şurası sədri “Brexit” dəstəkçilərini “cəhənnəmə göndərdi”, qarşılığında da sərt cavab aldı

img

Avropa İttifaqı fevralın 7-də Böyük Britaniyanın baş naziri Tereza Meyin Brüsselə səfəri zamanı “Brexit düyünü” ilə bağlı yeni təkliflər gözləyir.

Bu barədə açıqlama verən Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Tusk, bununla belə, birlik ölkələrinin “Brexit”lə bağlı yeni bir təklif verməyəcəyini deyib. Tusk, həmçinin Avropa İttifaqının İrlandiya sərhədinə nəzarət rejimi üzrə hər hansı güzəşti qəbul etməyəcəklərini deyib.

Tusk əllərində Aİ-dən problemsiz şəkildə çıxacaqlarına dair bir plan olmayan “Brexit” dəstəkçilərinin “cəhənnəmdə ayrılmış xüsusi yerə” layiq olduqlarını deyib.

“Brexit” dəstəkləyənlər isə Aİ Şurası sədrinin bu açıqlamasına sərt reaksiya verib.

Aİ-dən ayrılmağın qatı tərəfdarı olan Böyük Britaniya İstiqlal Partiyasının (UKIP) keçmiş lideri Nigel Farage Twitter-dən Tuska cavab verib: "Brexit”dən sonra sizin kimi seçilməmiş, təkəbbürlü qoçulardan qurtaracağıq və öz ölkəmizi idarə edəcəyik".

Son xəbərlər