17/02/2019 20:58
728 x 90

Yunanıstanla 28 illik ad probleminə son qoyan Makedoniya NATO-ya üzvlük protokolunu imzaladı

img

Yunanıstanla 28 ildir ad problemi yaşayan Makedoniya NATO üzvlüyünə dair protokolu imzalayıb. Brüsseldə NATO-nun Brüssel qərargahında təşkil edilən mərasimdə Makedoniyanı xarici işlər naziri Nikola Dimitrov təmsil edib. Tədbirdə NATO-nun baş katibi Yens Stoltenberq və 29 müttəfiq ölkənin daimi nümayəndəsi iştirak edib.

Stoltenberq mərasimdə bütün daimi nümayəndələr tərəfindən protokolu imzalamaq üçün istifadə edilən qələmi Makedoniya xarici işlər nazirinə hədiyyə edib.

Makedoniyanın alyansda üzvlüyünün başlaması üçün üzvlük protokolu bütün üzv ölkələrin parlamentlərində təsdiq edilməli və bəzi rəsmi prosedurların tamamlanması lazımdır. Makedoniya bu müddət ərzində alyansın iclaslarında dəvətli kimi qatılacaq.

Qeyd edək ki, Makedoniyanın ad dəyişikliyinə dair Yunanıstanla imzaladığı “Prespa” müqaviləsinə görə, ölkənin adının rəsmi olaraq Şimali Makedoniya adlanması üçün Afina iştirak protokolunu imzalayıb parlamentdə təsdiqləməlidir.

NATO Makedoniyaya üzvlük təklifini ötən il baş tutan Brüssel Zirvə toplantısında etmişdi. Stoltenberq imza mərasimi əvvəli verdiyi açıqlamada protokolun imzalanmasını "tarixi an" olaraq xarekterizǝ edib vǝ Makedoniyanın alyansa iştirakını uzun müddǝt gözlǝdiklǝrini vurğulayıb. Xarici işlǝr naziri Dimitrov isə Makedoniya baş naziri Zoran Zaev və Yunanıstan baş naziri Aleksis Çiprasa ad probleminin hǝlli ilǝ bağlı sǝylǝrindǝn ötǝri minnǝtdarlığını bildirib.

Makedoniya və Yunanıstan arasında, Makedoniyanın keçmiş Yuqoslaviyadan ayrılıb müstəqilliyini elan etdiyi 1991-ci ildən bu yana davam edən ad problemi, iki ölkə baş nazirlərinin 17 iyunda “Prespa” sazişini imzalamaları ilə həll edilib. Makedoniyanın adının "Şimali Makedoniya Respublikası" adlandırılması nəzərdə tutulub.

Son xəbərlər