17/02/2019 20:57
728 x 90

Türkiyə Prezidentinin sözçüsündən Makrona cavab – “Qondarma “erməni soyqırımı” yalandır”

img

Qondarma “erməni soyqırımı” yalandır və siyasi uydurmadır. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Fransa Prezidenti Emmanuel Makronun 1915-ci il hadisələri ilə bağlı sözlərini şərh edərkən deyib.

O bildirib ki, “erməni soyqırımı”nın heç bir tarixi əsası yoxdur və 1915-ci ildə ermənilərin kütləvi qırğınını sübut edən heç bir fakt mövcud deyil.

İ.Kalın vurğulayıb ki, Türkiyə Fransa Prezidentinin sözlərini kəskin pisləyir.

O əlavə edib ki, E.Makron bu açıqlamalarla böhranın davam etdiyi Fransada gündəmi dəyişməyə çalışır.

Son xəbərlər