23/03/2019 01:33
728 x 90

ABŞ federal hökuməti ölkə tarixinin ən uzun bağlanma rekordunu qırdı – 800 min işçi maaş ala bilmir…

img

ABŞ-da federal hökumət artıq 22-ci gündür bağlıdır. Baki-xeber.com xəbər verir ki, bu, ABŞ tarixində ən uzun hökumət bağlanmasıdır.

Prezident Donald Trampın Meksika sərhədində divar layihəsindən geri çəkilməməsi federal hökumətin bağlanma rekordunu təzələyib. Bu, ölkə tarixində federal xidmətlərin verilmədiyi, hökumətin qismən bağlandığı ən uzun müddətdir.

15 dövlət idarəsindən 9-u maliyyələşdirilməyib. Hökümətin ən böyük iki idarəsi, Müdafiə Nazirliyi və Veteranlarla İşlər Nazirliyi istisna olunublar və fəaliyyətlərini davam etdirirlər, çünki onlara sentyabrın 30-dək maliyyə ayırılıb.

Bundan öncə hökumətin ən uzun bağlandığı müddət Bill Klitonun prezidentliyi dövründə baş verib və 1995-ci ilin dekabrın 15-dən 1996-cı ilin yanvarın 5-dək davam edib.

Hazırkı hökumətin bağlanmasının azı bir neçə gün daha davam edəcəyi gözlənilir. Demokrat qanunvericilər prezident Trampın büdcə layihəsində sərhəd divarına 5.7 milyard dollar ayırmaq tələbini rədd edir.

Hökumətin bağlanması nəticəsinə 380 min federal işçi işə çıxmır, əlavə 420 min işçi isə maaş almadan işləyir.

Son xəbərlər